55
Bizcə, ehtimal olunan hər hankı bir beynəlmiləl toqquĢmada milli
mənfəətlərin zəruri müdafiəsi üçün diplomatik bir kombinasiya olmaq üzrə,
Sovetlərlə anlaĢmaq taktikası ağlabatan görünməməklə bərabər, anlaĢılırsa da, sırf
hürriyyət prinsiplərinin himayəsi üçün Moskva diktatorlarına güvənmək qətiyyən
anlaĢılmaz!
Sosializmin əski nəzəriyyəçilərindən Kautski haqlıdır. Demokratiya ilə
diktatorluğun bir arada itilafı mümkün deyildir. Bu diktatorluğun mövzusu nə olsa
da, qəza eynidir.
Ümumi cahan sülhünün olduğu kimi, ümumi cahan demokratiyasının da ən
böyük
düĢməni yenə Moskvadadır.
Ġkinci Ġnternasionalın baĢ katibi Adler ilə etdiyi münaqiĢədə Kautski
Üçüncü Ġnternasional ilə birləĢmək təklifini kökündən rədd edərək deyir ki:
«Fəhlələrin vəhdətini iĢğal edən düĢmən Moskvada oturur. Moskva ilə
sosialist fəhlələr arasındakı təzad, təsadüfi
deyildir, o, diktatorluq sistemilə sosialist
fəhləsinin əsasən qəbul etmiĢ olduğu demokratiya sistemləri arasındakı təbiəti
əĢyadan doğan normal bir nəticədir. Bütün cahan fəhləsi cəbhəsinin yenidən
birləĢməsi ancaq Rusiyaya bəla olan diktatorluğun süqutu ilə mümkündür.
Kommunist diktatorluğunun Rusiyada devrilməsi deyil, bütün cahan fəhlə
hürriyyət hərəkatına zərər verən Ģey, əksinə bu diktatorluğım orada davam edib
durmasıdır».
Bəli, bu bir həqiqətdir. Həqiqətdir ki, Rusiyadakı diktatorluğun maddi və
mənəvi təsirilə hər tərəfdə sinif diktatorluğu təĢəbbüsündə olan kommunizm
cərəyanları məlum səbəblərlə böhranlar içərisində olan milləllərdə - istər-istəməz -
diktatorluq ideologiyasını daĢıyan müqabil qüvvələrin doğulmasına səbəb olur və
bu surətlə, bilxassə hərbdən məğlub çıxan millətlərdə özlərini qorumaq əndiĢəsilə
milli diktatorluq cərəyanları qüvvətlənir. Bu «nəticə diktatorluğa» qarĢı mücadilə
etmək üzrə, о «səbəb diktatorluğu» qüvvətləndirmək qədər çaĢqın bir hərəkət
təsəvvür oluna bilməz.
Əgər milli davalarını fəlakətlərinin səbəbi olaraq gördükləri demokratiya
sistemli dövlətlərə qarĢı müdafiə etmək zərurətilə demokratiyanı inkar vadisinə
sapmaqda olan alman kimi millətlər üçün psixoloji bir izan (anlayıĢ) varsa, qızıl
rusluğa və diktatorluq sisteminə qarĢı mücadilə edən bizim kimi millətlərə
demokratiya ideologiyasına sarılmaq qədər təbii bir Ģey ola bilməz.
Milli istiqlal qayəsini və milli mənlik fikrini Ģiddətli mənimsəyən faĢizmlə
istiqlal və milli mənlik naminə vuruĢan millətlər üçün sözün beynəlmiləl mənası ilə
zəmin və zamana görə bir anlaĢma imkanı qeyri varid deyildir, fəqət milli istiqlal
davası ilə hürriyyət və demokratiya sistemi arasında sıx bağlılıq duyan Rusiya
əleyhdarı milli istiqlal hərəkatları üçün sosialist ideologiyasını daĢısalar belə,
Moskva diktatorluğu ilə birləĢənlərə qarĢı hüsnü rəğbətlə baxmaq imkanı heç bir
vəchlə varid ola bilməz!