53
Denikinin tezisini müdafiə üçün söylədiyi sözlərdə təbii olaraq diqqətəĢayan
bir yenilik aramırıq. Bu sözləri illərdən bəri rus imperialistlərinin hər türlüsündən
min bir dəfə eĢitmiĢik. Tarix, iqtisadiyyat, siyasət və bilxassə sevqiyat (strategiya)
bunu əmr edirmiĢ. Təzədən bu millətlərə Rusiya əlində olmaq müqəddər imiĢ
(alınlarına yazılıbmıĢ). Nə acı bir tale!...
Ġndi düĢünsünlər, milli rəhbərlər, milli hərəkatları sövq edən təĢkilatlar, vaxt
keçirmədən özləri həll etsinlər: «Gələcəkdə hürr Rusiyanın mürəkkəb (birləĢmiĢ)
bir hissəsi olaraq qalmağını istərlər, yoxsa «Sovetlər Ġttifaqı» deyilən bolĢevik
qazanında qaynamaqmı?».
General, üçüncü yol yoxdur - deyir. Nə fəci bir dilemma!
Fəqət, yaxĢı ki, bu faciələr milyukovçuların öz yazıları, əndiĢələri və
vaqiəni təhlillərilə bərtərsfdir (dağıdılır).
Bu yazılardan fürsət bulduqca irəlidə bəhs edərik. Ġndilik generala da, vəziri
Milyukova da, deyirik ki:
Yenə yanılır, yenə hadisələr arxasında gedirsiniz. Yeni peĢmanlığa məhəl
vermədən, məsələ indidən həll edilməli, millətlərin haqqı tanınmalı, müasir istiqlal
Ģüarına qeyd-Ģərtsiz hörmət edilməlidir!
Bilirik: siz bunu edə bilməzsiniz, təbiəti dəyiĢmək zordur. Qozbeli qəbir
düzəldər.
Fəqət, əminik: bolĢevizm düĢüncə - siz bunu istəsəniz də, istəməsəniz də
hamısı birdir Rusiya parçalanacaq və dünyanın bu geniĢ qitəsindəki əsir millətlər
bu dəfə artıq əbədiyyən qurtulacaq, öz müqəddəratlarına sahib, hürr və müstəqil
olacaqdır.
“Ġstiqlal”, 20 dekabr 1932, Berlin.
DEMOKRATĠYA VƏ SOVETLƏR
Uzaq ġərqdəki gerçək hərb silahdan boĢalma konqresinin bir sənədən bəri
müsbət heç bir nəticəyə gəlmədən yerində sayıb durması, cahan iqtisadiyyatındakı
böhran və bu üzdən beynəlmiləl münasibətlərdə çıxan ixtilafların getdikcə artması,
«Millətlər Cəmiyyəti»nin bu ixtilaflar önünə keçə bilməkdəki acizliyi, bir tərəfdən
Versal nizamını tutan dövlətlər, digər tərəfdən də bu nizamı dəyiĢmək isətəyən
«revizionist» millətlər arasında hərbi-ümumi önündə olduğu kimi, edilən
zümrələĢmələr nəticəsində beynəlmiləl cahan vəziyyəti olduqca müĢəvvəs (qarıĢıq)
bir hala girmiĢ ikən Almaniyada iĢ baĢına gələn Hitlerizm ortalığı tamamilə
vəlvələyə verdi.
Bu hadisə qarĢısında Fransa diplomatiyası təlaĢlı hərəkətə keçdi. Çünki
hitlerçilərin Versal nizamına qarĢı elan etdikləri doktrin əvvəl əmrdə Fransaya
qarĢı çevrilmiĢdir, çünki Almaniya milliyyətçilərinin sayları ilə mütənasib ərazi
54
bulmaq davası ilə hüdudlarının geniĢləməsini istəyən tələbləri Fransanın
müttəfiqlərini əlaqədar edir.
Hitlerçilərin zəfəri münasibətilə beynəlmiləl siyasət aləmində görünən
əsəbilikləri burada əhatəli surətdə xülasə edəcək deyilik. Sadə, qeyri-təbii
bulduğumuz bir-iki kombinasiya üzərində durmaq istəyirik; nəyə Ģahid oluruq?
Hərb təhlükəsinin önünə keçmək üçün Fransa Cümhuriyyəti Sovet
hökumətilə görüĢür, mədəniyyət və sülh naminə bu məfhumun ikisinə də candan
ədavət bəsləyən bir qüvvətilə anlaĢılmaq istənilir. Qəribə deyilmi?!...
Daxildə və xaricdəki düĢmənlərinin qənaətincə, hitlerizm, demokratiya
rejiminin müxalifi olaraq iĢ baĢına gəlmiĢ, təsisinə baĢladığı idarə Ġtaliyada olduğu
kimi, faĢist diktatorluğu imiĢ, müxaliflərinin tələqqisinə (baxıĢına) görə, təhlükə
sadə, hürriyyət və demokratiya prinsiplərinə deyil, eyni zamanda beynəlmiləl sülh
dəxi qorxu altındadır.
Avropa sosialist partiyaları ittifaqından ibarət olan Ġkinci Ġnternasional
icraiyyəsi nəĢr etdiyi bir bəyannamədə bütün cahan fəhləsini bu təhlükəyə qarĢı
çıxmağa dəvət edir, bu xüsusda Üçüncü Ġnternasional ilə birləĢmək təklifində
bulunur Hürriyyət və demokratiya prinsiplərini Hitlerə qarĢı müdafiədə Stalindən
yardım istəyir, qəribə bir müraciət deyilmi?!...
Fəqət, günün qəribəlikləri bu qədərlə qalmır. Kommunistlərin özləri belə,
indi hürriyyət və demokratiya müdafiəçiləridirlər. Təbii, Sovetlərdə deyil,
Almaniyada, Sovetlərdə isə qanlı diktatorluq bütün Ģiddətilə davam edir, daha
dünən 35 adamı mühakiməsiz qürğüĢüna düzdülər. Sadə, rus təbəələri deyil,
əcnəbilərin belə canları güvəndə deyildir, bu üzdən Ġngiltərə ilə inkita (iliĢkilərin
kəsilməsi) hazırlanır.
Sovet hökuməti cahan sülhünü təmin iĢində nə dərəcədə əmniyyətsiz bir
müttəfiq isə, bolĢevizm də hürriyyət və demokratiya rejimini himayədə o dərəcədə
mənfi bir qüvvədir. Hər nəyə qarĢı olsa da, hürriyyətlə istibdadın, demokratiya ilə
diktatorluğun bir araya gələrək ülfət edəcəklərinə inanılmaz.
Üçüncü Ġnternasional bütün propaqandası və hər türlü imkanları ilə hər
tərəfdə daim sadə milli qüvvələri deyil, eyni zamanda hürriyyət və demokratiya
fikirlərini dəxi, hırpalamıĢ diktatorluq fikrinin baĢlıca mürəvvisi (yayıcısı)
olmuĢdur. Almaniya cümhuriyyətçiliyinin məlum təbirilə, Veymar rejiminin ən
böyük düĢməni kommunistlərdi. Üçüncü Ġnternasionalın bütün himməti bu rejimin
dirəyini təĢkil edən Almaniya sosial-demokratlarını qırmağa mütəvəccih
(yönəlmiĢdi) idi: hərb sonu böhranının doğurduğu ümumi səbəblərdən baĢqa
Versal nizamının məğlub Almaniyaya etdiyi təzyiqlərlə ümumi səfalətə məruz
qalan bu məmləkətdə diktatroluq ideyasını xalq kütlərləri arasında kommunistlər
qədər yayan ikinci bir zümrə yoxdur. Hitlerizm, hər Ģeydən əvvəl kommunizm
demaqogiyasına qarĢı kaymaq üzrə doğulmuĢ bir ideyadır. O, faĢizm kimi, öz
müxaliflərindən diktatorluq fikrini almıĢ, fəqət, ondakı internasionalizmi
nasionalizmi dəyiĢdirmiĢdir.
Dostları ilə paylaş: |