Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

58 
 
cümhuriyyəti  Ģəklində  qurulmasını  tələb  edən  Azərbaycan  deleqatları  sadə, 
Azərbaycan  üçün  deyil,  digər  türk  elləri  üçün  də  milli-məhəlli  muxtariyyət 
istəmiĢdilər. O zamankı Ģəraitə görə, «muxtariyyət» Ģəklində vaqe olan bu tələbdə 
Ģübhəsiz istiqlal davası saxlı olaraq vardı. 
O  zaman  böyük  münaqiĢələri  cəlb  edən  bu  proqramın  sonrakı  hadisələrin 
sövq və zərurətilə tətbiqinə baĢlanmıĢ, fəqət, Ayaz bəyin də qeyd etdiyi kimi, bəzi 
mühüm  amillərin,  o  cümlədən  türk  ellərində  və  aralarındakı  hazırlıq,  təĢkilat  və 
rabitə nöqsanlığı üzündən bu tətbiqat yarımçıq qalmıĢ, bu dəfə bolĢevizm Ģəklində 
zühur edən rusluq təkrar bu qardaĢ elləri istila etmiĢdir. 
Bu  istilaya  qarĢı  sənələrdən  bəridir  ölüm-dirim  mücadiləsində  olan  türk 
elləri  artıq  billurlanmıĢ  bir  proqrama  malikdirlər.  Əllərində  milli  istiqlal  bayrağı 
vardır. Bu bayraq altında çarpıĢır, onun zəfəri üçün iztirab çəkirlər. 
Rusiya  imperializminə  qarĢı  istiqlalları  uğrunda  çarpıĢan  türk  ellərı  təbii 
olaraq,  bu  mücadilədə  özlərinə  müttəfiq  arayır  və  bunlarla  sıx-sıx  bağlanmaq 
istəyirlər. 
Bu məqsədlədir ki, onlar «Promete» cəbhəsinə girir, sadə türk ellərilə deyil, 
Rusiya  imperializminə  qarĢı  vuruĢan  bütün  millətlərlə  də  əl-ələ  verirlər.  Və  bu 
məqsədlədir  ki,  bu  ellər  siyasi  taktikanın  həqiqi  ehtiyaclarını  dərk  edərək, 
Azərbaycan  Cümhuriyyətinin  Qafqaz  Konfedarasiyası  zümrəsində  mühüm  rol 
oynamasını  candan  özləyir  və  onu  hər  vəsilə  ilə  alqıĢlayırlar.  Krım  milli 
hərəkatının  qiymətli  təmsilçisi  Cəfər  Seyid  Əhməd  bəy  dostumuzun  «Ġstiqlal»ın 
keçən nüsxəsində dərc olunan məqaləsi bilxassə bu məsələ üzərində durmuĢdur. 
Bütün  bunlarla  bərabər  bu  ellərin  əsrlərdən  bəri  davam  edən  kültür 
əlaqələrilə  bağlı  olan  türklük  camiasından  da  ümumi  düĢmənə  qarĢı  mücadilədə 
əzəmi (böyük) surətdə istifadə etməyi düĢünmələri də çox yerində və təbiidir. 
Bu təbii ehtiyacı təmin üçün «YaĢ Türküstan» məcmuəsilə «Yeni milli yol» 
məcmuəsi  istiqlalçı  türk  ellərinin  öz  səflərini  daha  ziyadə  sıxlaĢdıraraq  ortaq 
mücadilə  məsələlərini  ortaqlıca  görüĢmək  üçün  vəsilə  arayırlar;  hələ  «YaĢ 
Türküstan»  buna  orqanik  bir  Ģəkil  verərək  ildə  bir  dəfə,  28  mayda  Rusiya 
əsarətindəki türk elləri təmsilçilərinin öz aralarında toplanmaları lüzumundan bəhs 
edir. 
Azərbaycanın  istiqlal  gününü  Rusiya  əsarətindəki  bütün  türk  elləri  üçün 
«ortaqlı  bir  cidal  (dava)  günü»  Ģəklində  tələqqi  edəcək  dərəcədə  birlik  və 
səmimiyyət  göstərən  qardaĢ  ellərin  ona  qarĢı  göstərdikləri  bu  qiymətli  etimadla 
azərbaycanlı mücahidlər Ģübhəsiz iftixar edərlər. 
Ötədən  bəri  olduğu  kimi,  indidən  sonra  dəxi,  bütün  türk  ellərinin  rus 
əsarətindən  qurtulmalarını  qolaylaĢdırmaq  üçün  ediləcək  hər  hankı  real  təklifi 
azərbaycanlıların səmimiyyətlə qarĢılayacaqları təbiidir. 
Günün məsələsi bizcə, bu təklifləri sırası gəldikcə təyin etmək və müĢtərək 
ediləcək  iĢləri  bir-bir  bəlləyərək,  onları  mühakimə  və  münaqiĢədən  keçirdikdən 
sonra ortaqlı mücadilənin ortaq tezisləri halına qoymaqdır. 


59 
 
 
“Ġstiqlal”, 15 iyun 1933, Berlin. 
 
QPU-YA DĠQQƏT! 
 
QPU - bolĢeviklərin bu  ən qanlı idarəsi sadə orada, qızıl cəlladların Ģərtsiz 
və  kayıtsız  (hədsiz)  bir  surətdə  vətəndaĢlara  müsəllət  (bəla)  olduqları  «Sovetlər 
Ġttifaqı»nda deyil, burada  müsafirpərvərliklərinə iltica (sığındığımız) etdiyimiz bu 
məmləkətlərdə də çalıĢır. 
Qızıl imperializmin qanlı istilası altında  qalan vətənlərimizdə  milli  hiss və 
müqavimət  qüvvələrini  qan  və  atəĢ  içərisində  boğmaq  qəsdindən  bir  an  qafil 
olmayan  bu  müəssisə  milli  istiqlal  fikrinin  Sovetlər  hüdudu  xaricindəki 
davaçılarını vurmaq niyyətindən də fariq (əl çəkmiĢ, uzaq) deyildir. 
Bundan  bir  sənə  əvvəl,  yenə  bir  münasibətlə  «Fitnədən  qorunaq»  ünvanı 
altında  yazdığımız  bir  məqalədə  bolĢeviklərin  mühacirətdəki  antibolĢevik 
qüvvələri  və  bilxassə  milli  istiqlal  davası  üzərində  duran  təĢkilatları  içəridən 
partlatmaq  və  aralarına  nifaq  salmaq  üçün  nə  surətlə  çalıĢdıqlarını  göstərmiĢ  və 
vətəndaĢlarımıza  özlərini  düĢmənin  çox  kərə  haradan  gəldiyi  sezilməz  fitnələrinə 
qapdırmamağı tövsiyə etmiĢdik. 
Son  zamanlarda  Parisdə  qafqazlı  mühacirlərli  yaxından  əlaqədar  edən  iki 
hadisənin zühııru bizi təkrar bu mövzunu yeniləməyə vadar edir. 
Bu  hadisələrdən  biri  gürcü  qonĢularımız,  digəri  də  erməni  inqilabçıları 
arasında QPU agentlərinin nə surətlə çalıĢdıqlarını göstərir. 
Parisdə çıxan bəzi rus qəzetlərinə əks edən məlumata görə QPU-nun gürcü 
siyasi  təĢkilatları  ilə  erməni  inqilabçıları  arasında  çalıĢmaq  üçün  xüsusi  agentlər 
göndərdiyi  təhəqqüq  (dəqiqləĢdirilmiĢdir)  etmiĢdir.  Bu  agentlərin  gözə  aldıqları 
hədəf, mühacirət arasında nüfuz və səlahiyyət sahibi ġəxsiyyətləri hər türlü yollarla 
mənən  düĢürmək,  ətraflarındakı  adamları  siyasətən  ləkələmək,  müxtəlif  qrup  və 
zümrələr arasında nifaq salmaqdan ibarətdir. 
Gürcü cəbhəsində  sadə, ortalığı qarıĢdırmaq,  müxtəlif Ģəxsləri bir-birindən 
Ģübhələndirərək,  havanı  olduqca  zəhərləndirməyə  müvəffəq  olan  bu  agentlərin 
erməni  cəbhəsindəki  qazancları  daha  böyükmüĢ:  qoca  DaĢnaksütyun  firqəsi 
arasında  prinsip  qovğası  çıxmıĢ;  bu  qovğa  mərkəzi  heyəti  ikiyə  böləcək  qədər 
irəliləmiĢ,  mərkəzdən  ayrılanlar  bir  təĢkiat  halına  gəlmiĢ;  özlərinə  məxsuz  qəzet 
təsis etmiĢlər; bu qəzet 6-7 aydan bəridir nəĢrə baĢlamıĢ və nəhayət, sırf bir təsadüf 
əsəri olaraq bu hadisənin QPU agentlərinin iĢi olduğu meydana çıxmıĢ, duyulmuĢ 
ki, yeni çıxan bu qəzetin təhsisatı «məchul bir mənbədən» gəlirmiĢ!.. 
QPU-nun milli istiqlal davasının xaricdəki təmsilçiləri olan siyasi mühacirət 
arasında  əl  altından  çalıĢdığı  əlbətdə  yeni  bir  Ģey  deyildir.  Bunu  hamımız  bilirik. 
Mahud  Ağabəyovun vaxtilə nəĢr etdiyi xatirələr dəxi bu  xüsusdakı  fəaliyyətin bir 
takım  vaqiələri  zikr  edilmiĢdir.  DüĢmənin  bu  sahədə  qullandığı  metodlar 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə