64
Hə, Türkiyənin həqiqi mənfəətləri deyil, Moskvanın xüsusi direktivləri ilə
siyasət çevirəcək bir Türkiyə ancaq bu surətlə təmin edilə bilir. Fəqət, H. Sübhi
bəyin də dediyi kimi, daha dünən yüz minlərcə evladını istiqlalı uğruna qurban
verən bir millətin belə zillətə qatlanacağını kimsə təsəvvür edə bilməz!
Yetər ki, «dostluq pərdəsi altında oynanan oyun» görünsün və bu oyuna
qarĢı «hakimiyyəti milliyyə»nin dediyi kimi, sadə polis və məhkəmə ilə deyil,
düĢmənin qullandığı silahların heç biri ihmal edilməsin! Və hər Ģeydən əvvəl
hökumətlər arasındakı siyasi ittilafın (anlaĢmanın) ideyalar arasındakı Fikri ixtilafı
qaldırmayacağı həqiqəti daim göz önündə bulundurularaq, bu rejimlərdən birinin
təmsilçisi rus, digərininki də türk olduğu dəxi unudulmasın!
“Odlu yurd”, il 1, sayı 6, avqust 1929, Ġstanbul.
MÜNƏVVƏR MÜHACĠRĠN BORCU
Vətənin düĢmən əlindəki əsarəti uzandıqca vətəndən ayrısı mühacirlərin
sayı gündən-günə çoxalır. Xüsusi müxbirlərimizdən alınaraq bu nüsxədə nəĢr
olunan məlumatlar arasında Azərbaycanın illərdən bəri mübtəla olaraq hər dəm
təkərrür (artan) edən zülmlər arasında yenə vətəni tərk ilə hüdud xaricinə
qaçanlardan bəhs olunur.
Ġran ilə Türkiyə ərazisinə iltica edən bu vətəndaĢların böyük bir qismini
köylülər və orta siniflərə mənsub iĢ-güc adamları təĢkil etməkdədir. Mühüm bir
yekun təĢkil edən bu zavallıların mühacirətdə nə kimi məhrumiyyət və
məĢəqqətlərə məruz qaldıqları milli nəĢrlərin səhifələrində dəfələrlə təsvir
olunmuĢ, onların acınacaqlı halları yaxın və uzaq qardaĢ və dost millətlərdə məmul
(istənilən) bir əlaqə oyandırmaq niyyətilə uzun-uzadı izah edilmiĢdir.
Bu dəfə isə məqsədimiz bu ölüm-dirim qovğasının daha yeni və baĢqa
Ģəraiti içərisində çırpman və min bir məĢəqqət və cidal içində həyatını yenidən
doğma yurdunun xilas olmuĢ hürr və azad torpaqları üzərində yaĢamaq qayəsilə
davam etdirən mühacirət kütləsinin ümumi iĢlərindən bəhs etmək deyildir.
Münəvvər mühacirlərdən və həm də onların milli vəzifəsindən bəhs etmək
istəyirik. Məlum olduğu üzrə, müxtəlif dövrlərdə və müxtəlif səbəblər və amillər
nəticəsində vətəni tərk edib mühacirliyi ixtiyar (seçmiĢ) etmiĢ bir çox
münəvvərlərimiz və bilxassə münəvvər gənclərimiz vardır. Bunlar ġərqin və
Qərbin müxtəlif mərkəzlərinə yayılmıĢ, qismən o və ya bu ali məktəbdə oxuyaraq
təhsillərini bitirmiĢ, qismən də həyatlarını qazanmaq yolunu təmin edərək bir
ixtisas əldə etmək üzrə təhsilə qoyulmuĢlar. Mühacirətdəki münəvvərlərimizin bir
sahədə ixtisas qəsb edərək sözün əsri mənası ilə elm və texnika adamı olmalarını
görmək əziz arzularımızdan biridir. Fəqət, vətəni istila altında inləyən bir mühacir
münəvvərin sadə, mütəxəssis bir texnika adaını olmaqdan baĢqa, bir də sırf
65
mühacir münəvvərə məxsus bir borcu vardır ki, burada onu xatırlatmq istəyirik:
Vətən borcu!
Azərbaycan istiqlal qayəsini mənimsəmiĢ, vətənin müstəqbəl (gələcək)
istiqlalına iman etmiĢ və öz xüsusi həyat və səadətini millət və məmləkətin həyat
və səadəti Ģərtilə təsəvvür edilə bilmək idealizminə ermiĢ bir gənc azərbaycanlı
sadə mühəndis, sadə hüquqçu, sadə memar, sadə iqtisadçı, tarixçi və sairə olmaqla
iqtifa (qala) edə bilməz. O eyni zamanda vətənçi bir mühəndis, milliyyətçi bir
hüquqçu, istiqlalçı bir iqtisadçı, tarixçi və sairə olmaq vəzifəsilə mükəlləfdir
(borcludur).
Məmləkətdə bolĢevizm senzoru, qeydi və nəzarəti altında olan gənclik üçün
bu məqsədi əldə etmək imkanı son dərəcədə məhdud, müĢkül və Ģərait olduqca ağır
və təhlükəli isə, xaricdə olan münəvvər gənclik bu imkana ən əzəmi surətdə
malikdir. Dünən əsir ikən bu gün müstəqil olan millətlərin yaĢadıqları dünənki
mücadilə və bugünkü inĢaat həyatı göz önündədir. Bir məmləkəti öyrənmək, həm
də vətənsevərcə bir görüĢ və məqsədlə öyrənmək metodlarını edinmək üçün
vətənsevərcə bir Ģövq və həyəcanla iĢə sarılmaq mühacir münəvvərlərimizin ən
müqəddəs borcudur.
Daha sarih (açıq, aydın) söyləyim: mühacirətdə olan münəvvər gənclərimiz
hər Ģeydən əvvəl vətənpərvərlik dərsini öyrənməli, vətəni və milləti əlaqə hissini
özündə tərbiyə etməli, ta ki, tarixi dəqiqəsi gəldiyi zaman istiqlal mücadiləsinin
Ģüurlu, məfkurəli və eyni zamanda da bilgili bir mücadiləçi və yaradıcı ünsürü ola
bilsin.
Sadə texnik hər zaman bulunur. Bu ehtiyacını bir millət müvəqqəti bir
zaman üçün əcnəbilərə müraciət surətilə də təmin edə bilir, fəqət, heç bir zaman
xaricə müraciət surətilə də ödəyə bilir, fəqət heç bir zaman xaricə müraciət
olunaraq bir vətənpərvər, bir milliyyətçi və bir istiqlalçı alına bilməz!
Yürütdüyümüz bu
mütaliələrlə, sakin
mühacirətdəki
münəvvər
gənclərimizin vətəni əlaqə hisslərindən Ģübhə edirik mənası çıxarılmasın. Bu
fikirdə deyilik. Fəqət, hər hansı əlaqə və hissi kimi vətəni əlaqə hissinin də ancaq
iĢlədilmək və mümarisə (qəlbə yeritməklə) kökləĢib qüvvətləndiyinə qaneyik.
Ġstəyirik ki, qəlblərdə saxlı olan bu əlaqə və hiss zahirə çıxsın, əsərlər göstərsin.
Arzu edirik ki, münəvvər gənclərimiz vətən borclarını haqqı ilə dərk etdiklərini
əsərlərlə meydana qoysunlar.
Burada öz-özünə bir sual gəlir - necə?
Ġstiqlal yolunu bizdən daha əvvəl keçmiĢ millətlərə mənsub münəvvər
mühacirlər kimi - budur müxtəsər, fəqət, əhatəli bir cavab!
“Ġstiqlal”, 1 sentyabr 1932, Berlin.
Dostları ilə paylaş: |