68
Bu yarımçıq “islahat” ilə köylülər və köylülərdən ibarət olan millətləri
aldada biləcəyinə ümid edən qızıl imperializmin gələcək sınaqlara dayanacağı isə
Ģübhəlidir.
Çox Ģübhəlidir ki, bolĢevizm köylünün həqiqi təbiəti olan mülkiyyətçilik
ruhunu bir donuz və 15 pota (bala) verməklə təmin etsin və bununla onda ölümə
gedəcək bir sovet patriotizmi yaratsın.
Qızıl ordunun Ģöhrət hırsı (sonsuz arzu) daĢıyan komandanlarından bir
qismini hərəkətə gətirəcək sovet “vətənçiliyi”nin qızıl istibdad altında əzilən
millətlərdə də nifrət, etimadsızlıq eyni hissi uyaracağına kim inanır?!...
On yeddi ildən bəri tətbiq etdiyi zülm və soyğunçuluq sistemilə Sovet
hökuməti, köylü kütləsi üzərində və milli ölkələrdə o qədər dərin bir nifrət,
etimadsızlıq və özünə qarĢı ölçüsüz bir kin hissi oyatmıĢdır ki, bu kimi hiylələrlə
onları aldadaraq, öz istibdadı uğrunda Ģüurlu olaraq qurban halına gətirmək
imkanına inanmaq üçün, Sovetlər hesabına çox nikbin olmaq lazım?!...
“QurtuluĢ”, sayı 4, fevral 1935, Berlin.
ELM VƏ SĠYASƏT
Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. Ġdari sahədə qazanılmıĢ
qiymətləri elm ölçüsü ilə dartaraq, cəmiyyət nizamını ona görə qurmaq ictimai bir
idealdır. Diplomatiyanı əski istibdad məktəbinin alıĢqan olduğu aldatmaq
zehniyyətindən qurtarmaq demokratiyanın idealizə etdiyi üsuldur.
Fəqət, bu qayə, bu dartı və bu üsülün qəribə bir təcəllisi (görüntüsü) vardır.
Ġnsanlığın bu ümumi ideallara doğru yürüməkdəki istəyinə rəğmən, hadisələr
zaman-zaman bizi nə qəribə təcəllilər qarĢısında qoyur!...
Bu qəribəliklərdən biri də, heç Ģübhəsiz, müsyö Herriotun Moskva
siyasətidir. Müsyö Herriot sadə, çox məĢhur bir siyasət adamı olmaqla qalmaz, o,
dünən hökumət
rəisi idi, yarın yenə bu məqama gələcəyinə Ģübhə yoxdur.
Fransanın ən böyük Ģəhərlərindən Lionun əminliyi adəta onun adı ilə
bağlıdır.
Üçüncü cümhuriyyətin həyatında çox mühüm və məsuliyyətli rol oynayan
radikal firqəsinin dəxi, Mr. Herriot tanınmıĢ bir liderdir. Bütün bunlarla bərabər o,
eyni zamanda əsrimizin ən məĢhur bir münəvvəri kimi tanınır, təbiət və texniki
elmlər sahəsində, ədəbiyyat və incəsənət tarixində məlumatı, iqtidarı və əsərlərilə
bilinir beynəlmiləl Ģöhrətə sahibdir. BaĢqa təbirlə: o, həm siyasətçi, həm də
alimdir.
Bir fransız ərinin, cümhuriyyət üçün təsəvvür etdiyi təhlükə qarĢısında,
əmniyyət və qorunma yolları aramaq üçün təlaĢ göstərməsinə kim nə deyər?
Demokrat Fransa milliyyətçi Almaniyanın intiqam siyasətindən qorxar. Bu qorxu