Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

80 
 
Bu  hadisənin  ifadə  etdiyi  bəlağəti  haqqı  ilə  təqdir  edə  bilmək  üçün  qeyd 
etmək  lazımdır  ki,  bu  erməniləri  vaxtı  ilə  Ġran  (Qacarlar)  kimi,  Türkiyədən  dəxi 
Rusiyaya köçməkdən alı qoymaq üçün iknaya çalıĢmıĢlar ikən, bu təĢəbbüslərində 
müvəfəqiyyətsizliyə  uğramıĢlar.  Məsələn,  Türkmənçay  müahidəsindən  sonra  - 
erməni  mühərriri  ÇalxuĢyanın  yazdığına  görə  40.000  erməni  Ġranı  tər  edib 
Rusiyaya  köçmək  istəyir.  Uzaqgörən  vəliəhd  Abbas  Mirzə  erməniləri  bu 
qərarlarından  vaz  keçirmək  üçün  onlara  oturduqları  yer  və  yurdlarını  buraxmanın 
yazıq  olacağını  söyləyərək,  onlardan  Rusiyada  təhkimçilik  və  angarya  [biyar] 
mükəlləfiyyəti  «bir  xristian  məmləkətində  saman  yeməyi  Ġranda  çörək  yeməyə 
tərcih (üstün tutarıq) edərik» cavabını almıĢdır. Bunun kimi qraf Paskeviçin 1829-
cu  ildə  çara  yazdığı  bir  raportda  qeyd  olunduğu  kimi,  Türkiyədən  köçən 
ermənilərin  hekayəsi  da  mühümdür.  Ədirnə  müahidəsindən  sonra  90.000  erməni 
Anadoludan  Rusiyaya  köçmək  qərarını  vermiĢdir.  Babıali  (Osmanlı  hökuməti) 
bunları  bu  hərəkətdən  mən  (çəkindirmək)  etmək  üçün  patrik  Varfolomeyi 
Ərzuruma  göndərmiĢdir.  Burada  keĢiĢin  nəsihət  və  tövsiyyələrini  dinləyən 
ermənilər  ona  «əgər  göydən  Ģəxsən  həzəri  Ġsa  ensə  və  bizə  getməməyi  tövsiyyə 
etsə, onu da dinləmərik» - demiĢlər. 
Buna  rəğmən,  «xristian  dövlətin  qanadı  altında  yaĢamaq»  idealının  bu 
romantizminə  rəğmən,  rəsmi  vəsiqələr  bu  adamların  əskəri  postları  yararaq 
«idealizə  etdikləri»  bu  məmləkətdən  qaçdıqlarını  bizə  vəsiqələr  açıq 
bildirməkdədir. «Xristian dövlətin» idarəsi altında yaĢamaq o qədər ağır və o qədər 
təhəmmül (dözülməz) edilməz imiĢ!... 
Yuxarıda  özündən  bəhs  etdiyimiz  Ġvanenko  xanlarla  və  onların  yerlərini 
tutan  komendantların  idarələri  arasındakı  fərqi  xülasə  edərkən  çox  nüqtəli  olaraq 
yazır  ki:  «Xanların  dövründə  qadınlara  bədən  cəzası  yoxdur,  rus  komendantları 
erkəklərlə bərabər qadınları da qırmacladırdılar!...». 
 
“Vətən diləyi”, sayı 1-2, oktyabr-noyabr 1937, Berlin. 
 
 
 


81 
 
AZƏRBAYCANDA RUS MÜSTƏMLƏKƏÇĠLĠK SĠYASƏTĠ   
 
II 
 
«Komendantlıq»  idarəsi  müvəqqəti  əskəri  bir  iĢğal  rejimindən  ibarət  idi. 
1840-cı  ilə  qədər  davam  edən  bu  rejim  nə  əhalini,  nə  də  imperatorluğu  təmin 
edirdi. 
Komendantlar,  hər  nə  qədər  idarələrində  bir  xan  sifət  və  səlahiyyətlərində 
olub,  o  zamandan  qalan  «Ģəriət»  və  «nizam»  üzərinə  hökm  sürürdülərsə  də,  bu 
hökm əhali üçün əvvəlkindən daha ağır, külfətli (sıxıcı) və zalımca idi. 
Komendantlıq  idarəsinin  nə  qədər  fəna  və  müstəbidcə  olduğunu  göstərən 
vəsiqələri keçən məqaləmizdə qeyd etdik. 
Əhalini təmin etməyən bu idarə imperatorluğu, idarə edən yüksək mühafili 
(görəvliləri) də təmin etmirdi. Çünki komendatların ciblərini doldurmasına rəğmən, 
Cənubi Qafqaz Sankt Peterburq sarayına bahalı gəlirdi. 
Təbiətin  hər  türlü  nemətlərinə  malik  olan  bu  zəngin  məmləkətin  sərvət 
mənbələrini  rasional  bir  Ģəkildə  qullana  bilmək  üçün  böyük  rus  bürokratları  bura 
idarəsini mükəmməlləĢdirmək və onu əskərlərin əlindən çıxararaq, mülkiləĢdirmək 
çarələrini aramağa baĢlamıĢdılar. 
Cənubi  Qafqaz,  bilxassə  Azərbaycan  xanlıqları  beləcə  öz  hallarına  və  öz 
çıxarına buraxıla bilməz və buradakı ilzamlara (yerli Ģərtlərə) uzun boyu müsaidə 
edilə  bilməzdi.  Yeni  ilhaq  olunan  bu  müstəmləkənin  siyasətən  «ana  Rusiyaya» 
daha  sıx  bağlarla  bağlanması  iqtisadən  də  müvafiq  yollarla  «səmərələĢdirilməsi» 
lazımdı.  Daim  süngüyə,  əskəri  qarnizonlara  dayanıla  bilməz,  məmləkətin  qəti 
surətdə  təsbit  olunmasının  təmini  üçün  çarlığın  buralarda  dayana  biləcəyi  ictimai 
bir zümrəni edinmək lazımdı. 
Krepostnoy rejimini təmsil edən o zamankı zadəgan [dvoryanstvo] Rusiyası 
Baltik  sahillərinə  və  hətta  Gürcüstana  gəlirkən,  öz  rejiminə  bənzəyən  üsullar  və 
köylülər  üzərində  mülkiyyət  haqqını  haiz  (Man)  zadəgan  sinifləri  bulmuĢ  və 
bunlara istinad etməkdə çox da tərəddüd göstərməmiĢdi. 
Azərbaycanda  isə  vəziyyət  baĢqa  idi.  Burada  rus  rejimi  kimə  istinad 
edəcəyini təsbit edə bilmək üçün  müĢkülat çəkmiĢ və etimad edə biləcəyi  «bəylər 
təbəqəsini» təsbit edincəyə qədər çox sallanmıĢdır. 
Bu  «sallantı»nın  səbəblərilə  onun  vardığı  nəticəni,  biz  çarlığın  Cənubi 
Qafqazın  idarəsi  haqqında  almıĢ  olduğu  tədbirlərin  keçirdikləri  təkamül 
mərhələlərində görürük. 
Əskəri  komendantlıq  rejiminin  «daha  mükəmməl  bir  rus  idarəsi»lə 
dəyiĢdirilməsi lüzumunu əsaslı olaraq ilk dəfə düĢünən və bu  xüsusda imperatora 
müraciətdə bulunan zat Ġrəvanski və VarĢavski adları ilə  tanınmıĢ qraf və  knyaz 
Paskeviçdir. 


82 
 
1830-cu ildə Paskeviç  mərkəzi hökumət  nəzdində təĢəbbüs edərək, Cənubi 
Qafqaz  idarə  sisteminin  dəyiĢməsini  istəmiĢdir.  Paskeviçin  planı  «əskəri 
komendantlıq»  sisteminin  qaldırılması  ilə  bərabər,  hüquqi,  ədliyyə  və  idari  bütün 
sahələrdə hər türlü yerli xüsusiyyətlərin dəxi, aradan qaldırılmasını tələb edirdi. O 
buralarda  dəxi  içəri  Rusiya  vilayətlərində  [quberniya]  olduğu  kimi,  sıx  surətdə 
mərkəzləĢən  və  yalnız  rus  məmurları  tərəfindən  idarə  olunan  bir  rejimin  təsisini 
istəyirdi. Cənubi Qafqazın  müxtəlif  mahallarındakı siyasi,  ictimai xüsusiyyətlərlə, 
müxtəlif  millətlərdəki  kültür  və  ənənə  fərqləri  dəxi  Paskeviç  prosesincə 
(layihəsincə)  nəzərə  alınmırdı.  Azərbaycana  gəlincə  düĢünülürdü  ki,  «ümumi 
qanunların  hökm  və  təsirinə  tabe  olaraq,  müsəlmanlar  tədriclə  Rusiyaya 
yaxınlaĢırlar». 
Keçən  məqalədə  özlərindən  bəhs  etdiyimiz  Meçnikov  və  Kutaysov  adlı 
senatorlar  dəxi  Cənubi  Qafqazda  keçirdikləri  təftiĢ  nəticəsində  Paskeviçin  bu 
düĢüncəsinə  vararaq,  onunla  birlikdə  Dövlət  ġurasına  verilmək  üzrə»,  «Cənubi 
Qafqaz  idarəsi  haqqında  alınacaq  tədbirlər»  adını  daĢıyan  bir  layihə 
hazırlamıĢdılar.  Bu  layibə  haiz  (mümkün)  olduğu  ən  qatı  mərkəzləĢdirmə  və 
ruslaĢdırma  fikirlərini  daĢıyırdı.  Sonradan  Dövlət  ġurasının  qəbulu  üzərinə,  bu 
layihədəki  əsaslar  rəsmi  dövlət  baxıĢı  halını  almıĢdır.  Buradakı  görüĢlər  sonradan 
bəzi  tədilata  (dəyiĢikliyə)  uğramaqla  bərabər  -  çarlıq  və  rusluğun  ana  siyasət 
xətlərini  bildirən  tarixi  bir  vəsiqə  Ģəklində  təsbit  olunmuĢdur.  Bu  vəsiqə  ilə 
təfsillicə aĢina olmaq. Azərbaycandakı rus müstəmləkəçilik siyasətinin əsil ruhunu 
yaxĢıca qavraya bilmək üçün çox faydalıdır. 
1833-cü  ildə  Dövlət  ġurası  tərəfindən  təsdiq  və  tətbiq  olunan  bu  layihəyə 
görə: 
Cənubi  Qafqaz  [rəsmi  rus  təbirincə:  Maverayi  Qafqaz]  iki  vilayət 
[quberniya]  və  bir  mahala  [oblasta]  bölünürdü.  Birinci  vilayət  on  qəzanı  mühtəvi 
olub  (içinə  alıb)  gürcü  torpaqlarını  əhatə  edirdi.  Ġkinci  vilayət  isə,  mərkəz  Bakı 
olmaq  üzrə  -  Bakı,  Gəncə,  ġəki,  ġirvan,  Qarabağ,  Lənkəran,  Quba  və  Dərbənd 
Ģəhər və qəzalarından ibarətdi. 
Mahala  gəlincə,  bu  da  ermənilərin  əksəriyyətlə  (toplu  olaraq  anlamalı) 
bulunduqları  Ġrəvan,  Naxçıvan,  Gümrü  və  ġoragöl  qəzalarından  ibarətdi  (Rəsmi 
sənədlər  əhalinin  2/3-dən  çoxunun  türklər  və  müsəlmanlar,  qalanının  isə  haylarla 
baĢqa  xristianlar  olduğunu  deyir.  Kitabın  138-ci  səhifəsində  sənədlərə  dayanaraq 
«toplu olaraq» yazılıb). 
Qəzalar,  layihəyə  görə,  Ģəhərlərin  isimlərilə  anılacaq,  «vilayət»lərin 
təsmiyəsi (adları) isə çarın iradəsilə təyin olunacaqdır. 
Layihə  qeyd  etdiyi  kimi,  birinci  gürcü  vilayətinin  əhalisinin  sayı  433.592, 
ikinci  «müsəlman»  vilayətininki  576.036,  erməni  mahalınınki  da  -  139.632 
adamdan ibarət imiĢ. 
Yuxarıdan təyin olunan bir vali tərəfindən idarə olunacaq bu iki vilayət və 
bir mahal Tiflisdə, Cənubi Qafqaz ümumi  valisinin rəyasəti altında təĢəkkül edib, 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə