MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   2   3   4   5   6   7   8   9   ...   64

24 
 
Ta gəlməgə rövşən ola rahin,  
Budur rəhü rəsmi padşahin.  
Xabi-ədəm içrə şəxsi-aləm  
Görmüşdü vücuddən müqəddəm  
Kim, ləm'eyi-nurdən bir əfsər  
Geymiş, vermiş özünə ziyvər.  
Bidar olanda ol yuxudən  
Getmişdi qərari arizudən.  
Çün istədi ol məııamə tə'bir,  
Səndən ona müjdə verdi təqdir.  
Dünyayə pəyami-feyzi-nurin,  
Tənbihi-səadəti-zühurin  
Xəlqə verib intizari-məqdəm,  
Ol dəm gəldi ki, gəldi Adəm.  
Dünya tələbində oldu qaim,  
Dövr ilə səni dilərdi daim.  
Bir-bir yetib özgə ənbiyayə,  
Me'racə çıxardı payə-payə.  
Gəzməzdi səninlə sayə həmrah,  
Guya ki, nihali-qəddin, ey mah,  
Bu aləmə vermiş idi vayə,  
Ol aləmə salmış idi sayə. 
  


25 
 
BU, ŞƏBİ-ME'RAC BƏYANİDİR 
və 
TÜLUİ-AFİTABİ-ASİMANİDİR 
 
Çün feyzi-vücudin ilə, ey pak,  
Rəşki-fələk oldu ərseyi-xak,  
Didarını görməgi mələklər,  
Pabusuna yetməgi fələklər  
Çox eyləyib iztirab peyda,  
Allahdan etdilər təmənna.  
Bir yaxşı zaman, şərəfli saət  
Rəf oldu dualara icabət.  
Cibril yetib, yetirdi fərman:  
-Key sərvi-riyazi-elmü irfan!  
Xurşidini ərşə sayə qılğıl,  
Me'raci büləndpayə qılğıl!  
Ey qədri bülənd padişəh, dur!  
Lütf et, şəbi-qədr qədrin artur!  
Rəf eylə hicabi-masəvani,  
Seyr eylə məkani-laməkani!  
Müştaqi-cəmaldır mələklər,  
Möhtaci-vüsaldır fələklər.  
Eyvani-sipehrdə sitarə  
Min-min göz açıbdır intizarə.  
Xoş ol ki, minib Büraqi xoşhal,  
Buldun dərəcati-izzü iqbal.  
Basdın ayağın bıs çar tağe,  
Çıxdın dərəcati-nöhrəvağə.  
Nə'leyninə sürtdü üz mehi-növ,  
Xurşid rüxündən aldı pərtöv.  
Göstərdi Ütarid ehtiramın,  
Xətt verdi ki, mən sənin qulamın.  
Nahidin edib füzun nişatın,  
Bəzmi-tərəb eylədin büsatın.  
İqbalın olub qərini-xurşid,  
Ögrətdi Məsihə resmi-təcrid. 


26 
 
Tiğində bulub nizam əyyam,  
Tə'limi-şücaət aldı Bəhram.  
Bərcisə müsaid oldu iqbal,  
Feyzi-qədəmindən oldu xoşhal.  
Keyvan şəbi-qədrin eylədin ruz,  
Oldun ona şəm'i-məclisəfruz.  
Rə'yət səfi-sabitata çəkdin,  
Ol məzəər mehr toxmun əkdin.  
Qıldın fələk etləsini rəngin,  
Ol məhfilə verdin özgə ayin.  
Lövhü qələmi müzəyyən etdin,  
Kürsü ilə ərşi rövşən etdin.  
Cibrili qoyub, Büraqi saldın,  
Tövhid yolunda fərd qaldın.  
Rəf oldu sənə hicabi-mabeyn,  
Nüzhətgəhin oldu qabə-qövseyn.  
Getdin o yerə ki, getmək olmaz,  
Yetdin o yerə ki, yetmək olmaz.  
Bizdən Həqə ərzlər yetirdin,  
Həqdən bizə müjdələr gətirdin. 
Lütf etdi sənə inayəti-Həq,  
Tövfiq nifazü əmri-mütləq;  
Həm məxzəni-mə'rifət kilidi,  
Həm ne'mətü mərhəmət ümidi.  
Dəryadə olub qəni gühərdən,  
Zövq ilə dönəndə ol səfərdən,  
Gərm idi hənuz xabgahin,  
Cünbüşdə qübari-xaki-rahin.  
İnsaf həmin ola siyahət,  
Böylə səfər ilə istirahət.  
Oldu sənə feyz bunca hasil,  
Ol vaqiədən zəmanə qafil.  
Qafilləri eylədin xəbərdar,  
Əsrari-nihani etdin izhar.  
Açdın dəri-ütifatü ən'am  
Verdin gərəyincə har kəsə kam. 
  


27 
 
Çün şəfqəti-amin oldu məqsum,  
Lütf eylə, meni həm etmə məhrum.  
Biçarə Füzuliyəm ki, zarəm,  
Zilli-günəh ilə şərmsarəm.  
Tədbirdə süstəmü səbükray,  
Sən bir mədəd etməsən mənə, vay!  
Ey məş'əleyi-təriqi-tarik,  
Vey rahnümayi-rahi-barik!  
Ehsanını hadiyi-təriq et,  
Bir feyzi-nəzər mənə rəfiq et,  
K'alayişi
1
-ixtilafdan pak,  
Peyrəvliyin eyləyim tərəbnak.  
Gülzari-vücudum edə sirab,  
Barani-riyazi-alü əshab! 
 
 
QƏSİDƏ 
 
Ya mənbəül-məkarimi və ya mə'dənül-vəfa,  
Ya məcməül-məhasini və ya mənbəül-əta. 
 
Əntəl-ləzi büistə ileyna mübəşşirən,  
Vəxtarəkəl-ilahə ənil xəlqi vəstəfa. 
 
İt'əl-ləzi təfəzzələhül-qürbə vəl qəbul,  
Vəntəl-ləzi təfərrədəhül-izzü vəl-üla. 
 
Mən irtica bilütfikə maxabə vəntəfi,  
Mən iqtəda bişər'ikə mazaə vəhtəda. 
 
Ya övnə mən təfəqqədəhü ində şiddətin,  
Ya kəhfə mən təbəssənə fizzəri vənnəca. 
 
İsa nəmirəsəd be to dər qədrü mənzələt,  
Bər çərx əgər nəhəd ze səri-iqtidar pa. 
 
                                                            
1
 
Ki alayişi 


28 
 
Me'rac yafti to vü bər Tur şod Kəlim,  
Fərq əz to ta Kəlim ze ərşəstü ta səma. 
 
Abi-to bud k'atəşi-Nərarudra nişand,  
Ruzi ke, kərde bud dər atəşi-Xəlil ca. 
 
İqrari-kaforist ze şər'i-to inhiraf,  
Bürhani-gümrəhist beqeyri-to iqtida. 
 
Ta münqətə' nə gərdəd əz asibi-ixtilaf,  
Şod bəste bər to silsileyi-silki-ənbiya. 
 
Ba ənbiyast nesbəti-zati-to çun əlif,  
Həm ibtida toi be həqiqət, həm intiha. 
 
Təqdir coz rizayi-to kari nəmikonəd,  
Peyvəste taəti-to əda mikonəd qəza.
1
 
 
Ey afitabi-zatinə hər zərrə bir nəbi,  
Min şər' din diyarinə hər zərrədən ziya. 
 
Sən qayəti-vücudsənü özgələr tüfeyl,  
Sən padişahi-mülksənü özgələr gəda. 
 
Carubi-gərdi-rəhgüzərin bali-Cəbrəil,  
Taqi-rəvaqü dərgəhin eyvani-kibriya. 
 
  
                                                            
1
 Tərcüməsi: Ey kərəmlər manbəyi, ey vəfa mədəni. Ey gözəllər məcməyi, ey səxavət mənbəyi! 
Sən o adamsan ki, bizə müjdə verməyə göndərildin və Allah səni bəyəndi, xalqdan səni fərqləndirdi. 
Sən elə gəldin ki, yaxınlığa və qəbula üstün oldun. Sən clə gəldin ki, əzizlikdə və yüksəklikdə təksən. 
Kim lütfünə sığınsa zərər çəkməz, mənfəət tapar, kim şəriətinə uysa azmaz, doğru yol tapar. 
Ey böyük çəlinliklərdə köməkçi. Ey qurtuluş  və  zərurət zamanı mağarası qalaya dönən!  İsa 
fələyə ayaq bassa da qədr-qiymətdə sənə çata bilməz. Sən məraca getdin, Kəlim (Musa) Tura, səninla 
Kəlimin fərqi yerlə göy qədərdir. Xəlil odda olan zaman sənin suyun Nomrudun odunu söndürdü. 
Sənin şəriətindən dönmək kafirlikdir, səndən başqasına uymaq azğınlıq əlamətidir.  
İxtilaf bəlasından üzülməmək üçün peyğəmbərlər silsiləsi sənə bağlandı.  Ənbiyalarla sənin 
nisbətin əlif kimidir, əvvəli də sənsən, axırı da. Təqdir sənin razılığından başqa bir iş görmür. Qəza 
həmişə sənin itaətini yerinə yetirir. 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə