15
rələrin vəzifəsi aldosteron və ADH-nin təsirinə cavab verməklə bə-
dəndə suyun, natriumun və kaliumun miqdarını tənzim edir.
BÖYRƏKLƏRİN QAN DÖVRANI
Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir
dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir
(dəqiqədə 1l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan
təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal
üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq,
ürəkdə – 66, qaraciyərdə 57, baş-beyində 53 ml/dəq-dir.
Böyrək arteriyası ( a.renalis) qarın aortasından ayrılır, nisbətən
böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girən-
dən sonra o bir neçə pay, sonra payarası arteriyalara ( aa. Interloba-
res), sonra qövsvari arteriyalara ( aa. arcuatae) bölünür ki, bunlar da
paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arte-
riyalarına ( vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yu-
maqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapillyarlarına bö-
lünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı ( vaz efferens)
əmələ gətirirlər.
Yumaqcıq kapsulundan çıxandan sonra çıxarıcı arteriya yenidən
kapillyarlara bölünür, proksimal və distal kanalcıqların ətrafında tor
kimi hörülərək onları qidalandırırlar və həmçinin sidik əmələgətirmə
prosesində istirak edir. Beləliklə, paycıqarası arteriyalar iki dəfə
kapillyarlara bölünmüş olurlar. Böyrəklərin kapillyar sisteminin
prinsipial xüsusiyyəti fərqli olduğu üçün «möcüzəli tor» adı almışdır.
Payarası arteriyalar bir-biri ilə çoxlu anastomoz vasitəsi ilə birləşirlər
ki, bunların da mühüm kompensator rolu vardır. Kanalcıqyanı ka-
pillyar torun əmələ gəlməsində Lyudviq arteriolasının əhəmiyyətli
rolu vardır, bu da paycıqarası arteriyadan və ya yumaqcığın qətirici
arteriyasından ayrılır. Əgər yumaqcıq tələf olursa Lyudviq arteriola-
sının hesabına kanalcıqların ekstraqlomerulyar qan təchizatı təmin
olunur.
16
Kanalcıqətrafı arterial kapillyar tor vena kapillyarlarına keçir.
Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ul-
duzvari venaları əmələ gətirir. Bu venalardan paycıqarası vena başlan-
ğıc götürür və qövs venalarına, bunlar da payarası arteriyanın yanında
yerləşən eyni adlı venalara tökülürlər. Payarası venalar birləşərək
böyrək venalarını əmələ gətirir ki, bu da aşağı boş venaya tökülür.
J. Truetaya görə böyrəklərdə iki qan dövranı mövcuddur-böyük-
qabıq və kiçik-yukstamedulyar və buna uyğun olaraq iki növ nefron-
qabıq və yukstamedulyar. Normada böyrək qabıq qan dövranı 85-
90%, yukstamedulyar qan dövranı 10-15% təşkil edir.
Böyrəklərin qabıq qan dövranını payarası arteriyalar və onlar ara-
sındakı anastomozlar, Lyudviq arteriolası, gətirici və çıxarıcı yumaq-
cıq arteriolaları, qabıq nefronların yumaqcıq kapillyarları, kanalcıq-
ətrafı arterial və venoz kapillyarları, payarası venalar təşkil edirlər.
Böyrəklərin yukstamedulyar qan dövranı payarası arteriyanın və
venasının proksimal hissələri, yukstamedulyar yumaqcıqların gətirici
və çıxarıcı arteriolaları, yumaqcıq kapillyarları, piramidlərin (arterial
və venoz) düz damarlarından ibarətdir.
Qabıq və yukstamedulyar nefronlar arasında əhəmiyyətli fərq
vardır.
Qabıq nefronların yumaqcıqları qabıq maddədə yerləşir. Gətirici
arteriolanın diametri çıxarıcı arteriolanın diametrindən 1/3 qədər
çoxdur. Henle ilgəyi qısadır, böyrəyin beyin maddəsinə yukstame-
dulyar nefronlarda olduğu kimi çox dərinə getmir.
Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləş-
məsinə baxmayaraq, beyin maddə ilə sərhədə yaxın olur. Bu
yumaqcıqlarda, kortikal nefronlardan fərqli olaraq, gətirici və
çıxarıcı arteriolaların diametrləri bərabər olur. Çıxarıcı arteriola
yumaqcıqdan çıxandan sonra kapillyarlara bölünmür, amma
piramidlərin zirvəsinə doğru gedərək məməciyə çatana qədər bir
neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmələ gətirərək bunlar
geri dönür və qabıq maddəyə artıq venoz kapillyar kimi qayıdır.
Venoz və arterial düz damarlar, gətirici və çıxarıcı arteriola
17
arasında çoxlu anastomoz vardır. Yukstamedulyar nefronların
Henle ilgəyi böyrəyin beyin maddəsinin dərin qatlarına gedir,
piramidlərin zirvəsinə çatır. Yukstamedulyar nefronların düz
damarları Henle ilgəyinin enən və qalxan hissələri ilə yanaşı
yerləşir, bu da böyrəyin əkshərəkət-dönmə-artma sisteminin
əhəmiyyətli elementi olub, sidiyin osmotik qatılaşması və durulaş-
ması proseslərində əhəmiyyəli rol oynayır.
Fizioloji halda böyrək qan dövranının 85-90% böyük dövranla
(qabıq dövranı), amma bəzi patoloji vəziyyətlərdə qanın əsas
hissəsi kiçik və ya qısa dövranla hərəkət edir. Belə halda
yukstamedulyar qan dövranı özünəməxsus şunt rolunu görür (bu
fenomen ilk dəfə J. Trueta tərəfindən açılıb və onun şərəfinə -
Trueta şuntu adlanır). Bu zaman qanın çox hissəsi qabıq yox, beyin
maddə ilə hərəkət edir və maddənin işemiyası, hətta nekrozu baş
verə bilər. Bu zaman yukstamedulyar düz damarlar genişlənir və
venadan axan venoz qan arterial qana bənzəyir. Buna görə
yukstaqlomerulyar yumaqcıqlar təkcə filtrasiya aparatı yox, həm də
böyrəyin drenaj sistemi rolunu oynayır.
BÖYRƏYİN LİMFA SİSTEMİ
Böyrəklərin qabıq maddəsində limfa sistemi periqlomerulyar və
peritubulyar zonadan kiçik kapillyarlarla başlayır. Tədricən böyü-
yərək və birləşərək paycıqarası qövs və payarası limfa damarlarını
təşkil edir, müvafiq arteriya və vena damarlarının yanında yerləşir.
Böyrək qapısı nahiyəsində böyük limfa damarı əmələ gətirir, bu da
aortayanı limfa düyünlərinə tökülür. Limfa damarları beyin mad-
dədə qabıq maddəyə nisbətən azdır, onlar düz arteriya və vena boyu
yerləşir, sonra birləşərək böyük limfa damarı şəklində qövs limfa
damarlarına tökülürlər.
Böyrək limfa damarları paycıqarası, qövs, payarası arteriya və
venalarla birlikdə birləşdirici toxuma yatağında yerləşir, bir damar
dəstəsi əmələ gətirirlər. Böyrək limfa sistemi interstisial toxuma ilə
Dostları ilə paylaş: |