18
birlikdə reabsorbsiyada iştirak edən ikinci həlqədir. Bu funksiyanın
pozulması böyrək toxumasının ödeminə və hipoksiyasına səbəb
olur, kanalcıq epitelisinin distrofiyasına, zülalın kanalcıqda reab-
sorbsiyasının pozulmasına, proteinuriyanın peyda olmasına və
sonda böyrək toxumasının sklerozuna səbəb olur.
BÖYRƏKLƏRİN İNNERVASİYASI
Böyrəklər simpatik və parasimpatik sinir lifləri ilə zəngin təchiz
olunmuşdur. Simpatik innervasiya böyük və kiçik qarın sinirləri he-
sabına və həmçinin doqquzuncu döş və dördüncü bel seqmentləri
səviyyəsində simpatik sinir qanqlionların hesabına təmin olunur.
Parasimpatik sinir lifləri azan sinirindən ayrılır. Böyrək qapısından
orqana keçən simpatik və parasimpatik sinir lifləri böyük və kiçik
damarların ətrafında tor kimi hörülərək damar gedişi boyunca onu
müşayiət edir və kapillyar damarlara qədər davam edir, o cümlədən,
gətirici və çıxarıcı arteriya, yumaqcıq kapillyarlarının, kanalcıqları-
nın bazal membranasına qədər çatır.
BÖYRƏK YUKSTAQLOMERULYAR APARATI
Yukstaqlomerulyar aparat (YQA – yumaqcıqüstü aparat) gətirici
və çıxarıcı arteriolaların arasında yerləşən, əsas funksiyası renin
əmələ gətirməkdən ibarət olan funksional vahidə deyilir. Morfoloji
strukturuna görə YQA 4 komponentdən ibarətdir (şəkil 7). Epiteloid
hüceyrələr - gətirici arteriolanın ətrafında yerləşir və onu manjet ki-
mi əhatə edir. Onlar arteriolanın endotelial plastinkası ilə birbaşa əla-
qəlidir, ancaq ondan nazik əsas zar ilə ayrılır. Еndotelial hüceyrələr
müəyyən miqdarda yumaqcığın çıxarıcı arteriolasının divarında,
yumaqcıq mezangiumunda və tək-tək halda paycıqarası arteriyanın
gedişi boyu rast gəlir.
Şəkil 7. Yukstaqlomerular aparatın quruluşu.
I – dənəvər epiteloid (yukstaqlomerular) hüceyrələr; II – tünd ləkə
hüceyrələri (macula densa); III – Qurmaqtiq hüceyrələri (lacis hüceyrələri);
IV – mezangial hüceyrələr; 1 – yumaqcığın gətirici arteriolası;
2 – distal şöbənin kanalcığı; 3 – yumaqcığın çıxarıcı arteriolası;
4 – mezangium; 5 – yumaqcıq kapilyarı; 6 – kapsulanın boşluğu;
7 – kapsulanın xarici təbəqəsi.
Bu hüceyrələr qeyri-düz, poliqonal formalı olub, çıxıntıları vardır.
Onlar üçün sitoplazmada xırda qranulanın olması xarakterikdir. Qra-
nulaların miqdarı epiteloid hüceyrələrin funksional aktivliyindən ası-
lı olub, lifləri bu hüceyrələrə çatan simpatik sinir sistemi tərəfindən
stimulyasiya olunur. Qranulalarda renin toplaşır, çünki epiteloid hü-
ceyrələr onun əmələ gəlmə yeridir. Hüceyrə sitoplazmasında qranu-
laların miqdarının çoxalması onların aktivliyinin və reninin sekresi-
yasının artmasını göstərir.
YQA ikinci hissəsi oval və ya qeyri-düz formalı, bəzən uzun
sitoplazmatik çıxıntısı olan differensasiya etməmiş hüceyrələrdir.
19
20
Bunlar Qurmaqtiq hüceyrələri ( lacis - hüceyrələr) adlanır, gətirici və
çıxarıcı arteriola ilə tünd ləkə arasındakı üçbucaqda yerləşirlər.
Strukturu və funksiyasına görə onlar mezangiositlərə yaxın olub,
onlar kimi faqositar aktivliyə malikdirlər.
Tünd ləkə ( makula densa) distal kanalcığın yumaqcıq qütbünə
yaxınlaşdığı yerdəki hüceyrələrindən əmələ gəlir. Burada kanalcıq
epitelisi uzanmış silindrik forma alır, nüvələri hüceyrə zirvəsinə
tərəf çəkilir.
Tünd ləkə hüceyrələri epiteloid və lacis hüceyrələrlə sıx əlaqədə
olur. Bunun nəticəsində YQA reninin əmələ gəlməsini artırıb-
azaltmaqla arterial təzyiqin və plazmanın elektrolit tərkibinin tənzim
olunmasını gətirici arterioladan keçən qan plazmasında və kanalcıq
mayesində natriumun və kaliumun konsentrasiyasını nəzərə alaraq
həyata keçirir. Bu mexanizmi yumaqcıqda baş verən qanın filtrasiya
prosesinin tənzim olunması kimi qiymətləndirmək lazımdır.
BÖYRƏKLƏRİN EKSKRETOR FUNKSİYASI
Bədənin daxili mühitinin daima sabit saxlanılması – homeostaz
böyrəklər tərəfindən su-duz, qələvi-turşu müvazinəti (QTM), azot
mübadiləsi, AT səviyyəsi, eritropoez, qanın laxtalanma prosesi və s.
tənzim olunması hesabına baş verir. Bu fəaliyyətləri böyrəklərin
ekskretor və inkretor funksiyaları yerinə yetirirlər.
Ekskretor (ifrazat) funksiyasına bədəndən yad maddələrin
mübadilənin (əsasən azot mübadiləsinin) son zərərli məhsullarının və
bədən fəaliyyəti üçün vacib olan, amma bədəndə artıq miqdarda
əmələ gələn məhsulların çıxarılması aiddir.
Analoji funksiyaları başqa orqan və sistemlər – dəri, mədə-
bağırsaq traktı, ağciyərlər, qaraciyər yerinə yetirirlər. Tər vəziləri ilə
bədəndən su, natrium xlorid, sidik cövhəri, sidik turşusu və başqa
maddələr xaric olurlar. Böyrəklərin ekskretor fəaliyyəti pozulduqda
tər vəziləri fəaliyyətlərini kompensator artırırlar, amma böyrəklə
21
müqayisədə onlar bədəndən çox az miqdarda suyu, duzları, azot
mübadiləsi məhsullarını çıxara bilirlər.
Mədə-bağırsaq traktı (MBT) vasitəsi ilə fizioloji halda bədəndən
su, duzlar, Ca, Mg və başqa ionlar, bəzi zülal tərkibli maddələr,
böyrək fəaliyyəti pozulduqda azot mübadiləsi məhsulları (məsələn,
sidik cövhəri) bədəndən çıxarılır ki, bununla da böyrək fəaliyyəti
pozulduqda azotifrazetmə funksiyası müəyyən qədər kompensə olu-
nur. Bəzi dərman vasitələri və yad maddələr öd vasitəsi ilə və MBT
ilə bədəndən xaric olurlar. Ağciyərlər vasitəsi ilə bədəndən karbon
qazının çıxarılması hesabına QTM tənzim olunur. Amma bədəndən
çıxarılması vacib olan maddələrin kənar edilməsində birinci dərəcəli
rolu böyrəklər oynayırlar. Böyrək ifrazat funksiyasının aşağı düş-
məsi və ya dayanması, hətta başqa orqan və sistemlərin normal
fəaliyyəti zamanı belə həyatla uyuşmayan homeostazın ağır
pozğunluqları ilə müşayiət olunur. Böyrəklərin bu funksiyaları, yəni
homeostazın tənzim olunması və maddələr mübadiləsinin son
məhsullarının orqanizmdən çıxarılması bədənin heç bir başqa orqanı
tərəfindən kompensə oluna bilmir.
SİDİK VƏ ONUN ƏMƏLƏ GƏLMƏ MEXANİZMİ
Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan
sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi
maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1-1,5 l sidik əmələ
gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdarından asılıdır.
Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox
artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə sidik ilə
gün ərzində 20-35 q karbamid, 0,5 – 1,4 q sidik turşusu, 1 - 2 q
kreatinin, 10 – 100 mq zülal, 8 - 18 q natrium xlorid, 5 q natrium, 3 q
kalium, 100 – 300 mq kalsium, 60 – 120 mq maqnezium və s. xaric
olur.
Sidiyin əmələ gəlməsi çox mürəkkəb proses olub, bu məsələnin
bütün tərəfləri axıra qədər açılmamış qalır. Müasir teoriyaya görə
Dostları ilə paylaş: |