Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə12/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   8   9   10   11   12   13   14   15   ...   265

Gülüstan müqaviləsi 

 

27



qoşunlarının komandanı Abbas Mirzəni öz müttəfiqi bilsin. Napoleonun 

tələbinə  əsasən  şah qoşunları rus qüvvələri ilə döyüşə biləcək bir 

səviyyəyə qaldırılmalı və Avropada müharibə aparılması üçün Rusiyanın 

Qafqazdakı qüvvələrinin azalmasından istifadə edilməli idi. Bu şəraitdən 

istifadə etməklə ruslara həm zərbə endirmək, həm də onları  Cənubi 

Qafqazda işğal etdikləri  ərazilərdən çıxarmaq olardı. Napoleonun 

fikrincə,  qoşunları qüvvətlənəcək Qacar sarayı imkan verməməli idi ki, 

ruslar bu dağlardan cənuba doğru irəliləsin. 

Napoleon general Qardana  tapşırırdı ki, onun heyətinə daxil olan 

zabitlər də yeni döyüş taktikasını, istehkamların tikilməsinin yeni qayda-

larını  şah qoşunlarına öyrətsinlər. Napoleona görə, hərbi təlim-tərbiyə 

məsələsini yüksək səviyyədə icra etməklə  həm Rusiyaya müqavimət 

göstərəcək qoşun formalaşdırıla bilər, həm də bu proses dövründə ölkə 

ilə bağlı kifayət qədər hərbi məlumatlar toplana bilər. General Qardana 

həm də icazə verilirdi ki, şah qoşunlarının təchizi üçün Fransadan 

süngülü tüfənglər və toplar alınması haqqında şah sarayı ilə müqavilələr 

imzalasın.  Şah qoşunlarına satılan silahların qiymətində güzəşt edilməli 

və bu qiymətlər Fransadakı daxili qiymətlərdən baha olmamalı idi. 

Napoleon qeyd edirdi ki, şah sarayına satılacaq silahların qiymətindənsə, 

onların bacarıqla işlədilməsi daha əhəmiyyətlidir. Silahların nə vaxt 

alınması, hara gətirilməsi imzalanan müqavilədə  nəzərdə tutlmalı idi. 

Napoleon general Qardana icazə verirdi ki, satılan silahların puluna 

İrandan  ərzaq  əşyaları alınsın və silah daşıyan gəmilər vasitəsilə geri 

göndərilsin. Fransa imperatoru şah qoşunlarına 10 min ədəd tüfəngin və 

30 ədəd topun satılmasını mümkün sayırdı. 

Napoleon tapşırdı ki, Fransa hərbçiləri yalnız  şah qoşunlarına təlim 

verməklə kifayətlənməsin və onlar öz sahələri üzrə lazımi məlumatlar 

toplasınlar. O tələb edirdi ki, hərbi və  dəniz mühəndisləri, topçular 

keçdikləri yolları, rastlaşdıqları istehkam qurğularını, Fars körfəzində və 

Xəzər dənizində olan limanları öyrənsinlər və onların xəritəsini 

hazırlasınlar. Sonra əldə edilən məlumatlar xəritə üzərində təsbit edilərək 

Fransaya göndərilməli idi. 

General Qardan bir sıra digər tapşırıqlar da aldı və onun seçdiyi heyət 

tapşırıqların mahiyyətinə uyğun olaraq toplanmışdı. General Qardan az 

sonra səfərə yola düşmək hazırlığına başladı. Finkinşteyn müqaviləsinin 

imzalanmasından təxminən bir ay sonra, iyun ayının 8-də general Qardan 

Tehrana yola düşdü. 

Mirzə Rzaxan Qəzvini Finkinşteyn anlaşmasının imzalandığı günlər-

də Fransa sarayının  əyanları ilə bir sıra danışıqlar da apardı.  Şahın 

tapşırığına  əsasən, Mirzə Rza xan şah qoşunlarının silaha olan ehtiya-




Mehman Süleymanov 

 

28



cının ödənməsi, istehkam xidmətinin fransalılar vasitəsilə yenidən 

qurulması üçün fikir mübadiləsi apardı. Taleyranın yazışmalarına əsasən 

belə bir qənaətə gəlmək olar ki, Mirzə Rza xan Fransadan 10 min ədəd 

süngülü tüfəng istəməklə  bərabər, bu tüfənglərin  İran daxilində 

istehsalının qurulması arzusunu da bildirmişdi (59). 

General Qardanın rəhbərliyi altında müxtəlif ixtisaslı zabit heyətinin 

İrana göndərilməsi haqqında Napoleonun qərarı isə şah elçisini xüsusilə 

sevindirdi. Finkinşteyn anlaşmasının imzalanmasından sonra Fransa 

hərbi nümayəndə heyətinin Tehrana göndərilməsi xəbəri Fətəli  şahı  və 

Abbas Mirzəni də xüsusilə sevindirdi və onlarda Napoleonla hərbi 

ittifaqın reallığına olan ümidləri daha da gücləndirdi. Çünki bu ittifaq 

Rusiyanın Cənubi Qafqazdakı  təcavüzünün qarşısını dayandırmağa real 

yardım ola bilərdi. 

Finkinşteyn anlaşmasına sadiqliyini bildirmək və onun icrası istiqa-

mətində ilk addımı atmaq məqsədilə Fətəli şah Fransa nümayəndələri ilə 20 

min ədəd tüfəng alınması haqqında müqavilə imzaladı və Xark adasını da 

fransalıların ixtiyarına verdiyini bəyan etdi. Amma bu alışlar son dərəcə 

gizli şəkildə həyata keçirildi ki, ingilislər bundan xəbər tutmasınlar (60). 

General Qardanı müşayiət edən 14 nəfərlik hərbi nümayəndə heyəti 

1807-ci ilin sentyabrında  Ərzuruma yetişdi və  Ərzurum sərəsgəri Yusif 

paşa tərəfindən çox hörmətlə qarşılandı. Burada çox dayanmadan general 

Qardan Mirzə Rza xan Qəzvininin müşayiəti ilə Təbrizə doğru istiqamət 

götürdü. General Qardan Abbas Mirzə  tərəfindən çox təntənəli  şəkildə 

qarşılandı və o, Napoleonun məktubunu Abbas Mirzəyə təqdim etdi. Nü-

mayəndə heyəti Təbrizdə qaldığı günlər ərzində general Qardanla Abbas 

Mirzə arasında bir sıra müzakirələr keçirildi, fransalı hərbçilər qoşunların 

vəziyyəti ilə tanış oldular, qoşun düşərgələrinə baş çəkdilər, şah qoşunları 

haqqında müəyyən məlumatlar  əldə etdilər. Bir neçə gündən sonra 

nümayəndə heyəti Tehrana doğru istiqamət götürdü. Abbas Mirzə 

fransalı hərbçilərdən birinin onun yanında qalmasını xahiş etdi (61). 

General Qardan və onun nümayəndə heyəti 1807-ci il dekabrın 4-də 

Tehrana daxil oldu. Burada da o, şah sarayı tərəfindən böyük ehtiramla 

qarşılandı. Əvvəlcə, şah Finkinşteyn müqaviləsini təsdiq etdi, anlaşmanın 

şərtlərinə  əsasən  İran  ərazisindəki ingilis ticarət  şirkətlərinin ölkədən 

çıxarılmasına başlandı, general Qardanla ticarət müqaviləsi imzalandı 

(62). 


Qacarların tarixi haqqında mötəbər mənbələrdən olan “Məəssər-e 

Soltaniyyə”  əsərinin müəllifi  Ə.Dünbəli general Qardanın heyətinin 

Təbrizə yetişməsi və Abbas Mirzə  tərəfindən qarşılanması haqqında 

müxtəsər qeydlər etmişdir. Amma bu müxtəsər qeydlər də onu göstərir 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə