Mehman Süleymanov
18
Joberin sonradan çap olunmuş xatirələrində Fətəli şahla olan görüşü
haqqında qeydlər də vardır. Fransa elçisinin sözlərinə görə, danışıqlar
zamanı Fətəli şah dəfələrlə fransalılara heyranlığını, Napoleonun əzəmətinə
vurğunluğunu ifadə etdi və sonra da ruslara nifrətini, ingilislərə isə
narazılığını bəyan etdi. Jober bildirirdi ki, Fətəli şah Napoleonla ittifaq
bağlamağa razı olduğunu bildirməklə öhdəsinə götürürdü ki, Fransa
imperatorunun xəbəri olmadan Rusiya ilə heç də danışıqlara və sülh müqa-
viləsinə getməyəcəkdir. Qacar şahı eyni zamanda ümid etdiyini bildirirdi ki,
Fransa imperatoru da qacarların marağını nəzərə almadan ruslarla heç bir
danışığa getməyəcəkdir. Joberin yazdığına görə, Fransa ilə əməkdaşlıq
naminə Fətəli şah Hindistanda İngiltərəyə düşmən olan dairələrin qiyam
qaldırmasına öz köməyini göstərəcəkdir. Fətəli şah sonra onu da bildirirdi ki,
Napoleonun maraqları indi onun da maraqlarıdır və Napoleona böyük
ümidlər bəsləyir (41).
Joberin Tehrana səfəri şah sarayında da Fransanın köməyinə müəyyən
ümidlər yaratdı. Bu baxımdan Joberin səfəri Rumiyonun səfəri ilə
müqayisədə konkretliyi ilə seçilirdi. Joberin səfərinin nəticələrindən biri də o
oldu ki, fransalı elçi şah sarayını Fransaya öz elçisini göndərməyə razı saldı.
Bu elçi şah sarayının marağında olduğu məsələlərin müzakirəsini aparmaqla
Napoleonla müqavilə də imzalaya bilərdi. Fətəli şah bu təklifi qəbul etdi və
Mirzə Məhəmməd Rza xan Qəzvinini Joberlə birlikdə Fransaya göndərdi.
Mirzə Məhəmməd Rza xan eyni zamanda Fətəli şahın məktubunu
Napoleona çatdırmalı idi (42). Tehranda olduğu vaxt Joberin də səhhəti
pisləşdi. Onun da Rumiyo kimi Tehranda dünyasını dəyişə biləcəyindən
ehtiyatlanan Fətəli şah onu yola salmağı qərara aldı.
Joberin Tehrana yetişməsi ərəfəsində şah sarayı bir daha imzalanan
müqaviləyə əsasən İngiltərədən kömək almağa cəhd göstərdi. 1806-cı ilin
may ayında Fətəli şah elçisi Məhmməd Nəbi xanı Hindistandakı ingilis
hakiminin yanına göndərdi. Şah elçisinin ingilis hakiminə apardığı
məktubda Fransa nümayəndələrinin Tehrana gəlməsi haqqında məlumat
verilir və bir daha ingilislərdən hərbi yardım göstərməsi xahiş olunurdu.
Amma şah sarayının bu cəhdi də uğursuz oldu və ingilislər Rusiyaya qarşı
Cənubi Qafqazda aparılan müharibədə şah sarayına kömək göstərməkdən
boyun qaçırdı (43).
Bununla da şah sarayının İngiltərəyə olan az-çox ümidlərinə son
qoyuldu və bütün diqqət Fransaya tərəf istiqamətləndirildi.
Hadisələrin şahidi və Rusiya ilə müharibənin salnaməçisi Mirzə
Məhəmməd Sadıq Vəqayeneqar da yazırdı ki, Fransa ilə kifayət qədər
ümidverici münasibətlərin formalaşdığı bir dövrdə belə şah sarayı bir daha
İngiltərə ilə əməkdaşlığın mümkünlüyü məsələsini aramağa çalışdı. Bu
Gülüstan müqaviləsi
19
məqsədlə sədr-əzəm Mirzə Şəfinin və Abbas Mirzənin razılığı əsasında
Rusiya təcavüzünün qarşısının alınması ilə bağlı kömək üçün İngiltərəyə
müraciət edildi. Lakin yenə də ingilislərdən konkret cavab alınmadı və onda
ittifaq anlaşmasının imzalanması üçün şah sarayı öz nümayəndəsini
Napoleonun yanına göndərməyi qərara aldı (44).
Şah sarayının Napoleonla əlaqələr yaratmaq cəhdləri Rusiya tərəfindən
də diqqətlə izlənilirdi. Rusiya ilə Fransa arasındakı münasibətlərin
mürəkkəbləşməsi Rusiyaya imkan vermirdi ki, Cənubi Qafqaza kifayət
qədər qoşun göndərə bilsin və şah sarayının bu bölgəyə olan iddialarının
qarşısını bir dəfəlik alsın. Bu dövlətin Cənubi Qafqazdan geri çəkilmək
niyyəti isə yox idi. Ona görə Rusiya da bölgədəki maraqlarını qorumaq üçün
şah sarayına nümayəndə heyəti göndərməyi və Cənubi Qafqaz məsələsini
danışıqlar yolu ilə həll etməyi qərara aldı. Stefanov adlı birisi tərəfindən
rəhbərlik edilən həmin nümayəndə heyəti 1806-cı ili aprelində Tehrana
gəldi. Özü ilə çoxlu hədiyyələr gətirən Stefanovun əsas məqsədi o idi ki,
Rusiya ilə şah sarayı arasında müqavilə imzalansın və həmin müqaviləyə
əsasən Rusiyanın nəzarəti altına keçən Gürcüstan, Cənubi Qafqaz və
Dağıstana şah sarayı daha heç bir iddia irəli sürməsin. Mənbələrdə olan mə-
lumata görə, şahın bu təklifə cavabı birmənalı və qəti oldu. O bildirdi ki,
sülh məsələsi istisna deyil. Amma nə qədər ki, ruslar işğalçılıqdan əl
çəkməyiblər Rusiya dövlətinə qarşı düşmənçiliyi və inamsızlığı aradan
qaldırmaq mümkün olmayacaq (45).
Bu sərt cavabdan sonra saray əyanları şaha məsləhət bildilər ki,
Rusiyaya qarşı dərhal müharibənin yeni mərhələsini başlamasın. Təmkin
göstərilsin, bəlkə Rusiya məsələnin nə yerdə olduğunu anlayıb Cənubi
Qafqazda bir daha müharibəyə başlamasın. Abbas Mirzə isə bu mövqe ilə
razı deyildi. O inanmırdı ki, Rusiya özünün Cənubi Qafqaz siyasətində
yumşalmaya yol verə bilər. Ona görə tapşırıq göndərdi ki, hər yerdə Rusiya
qoşunları ciddi müşahidə altında saxlansın.
Fransa ilə formalaşmaqda olan münasibətlərdən yaranan ümidlər də şah
sarayını Rusiyaya qarşı sərt münasibətlər göstərməyə sövq edirdi. 1806-cı
ildə şah sarayı ilə Fransa arasındakı əlaqələr daha da intensivləşdi və bu iki
dövlət arasında hərbi ittifaqın yaradılması ehtimalı da artdı. Xüsusilə, Napo-
leonun yazdığı məktublar şah sarayında heç bir şübhə yeri qoymadı. 1806-cı
il oktyabrın 18-də Napoleon yazırdı: "Russo və Jober vasitəsilə İran
məqamlarına elan edin ki, indidən özlərini Fransanın müttəfiqi bilsinlər və
özlərinin bütün qüvvələrini düşmənə qarşı mübarizəyə səfərbər etsinlər.
Avropadakı müharibə uzun müddət davam edə bilməz. Asiyadakı müharibə
də oxşar şəkildə və oxşar qüvvələrlə aparılsa tezliklə başa çatacaqdır. Həmin
müharibə Rusiyanın tutduğu Gürcüstanı və Xəzər sahili vilayətləri gərək bu