Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə260/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   257   258   259   260   261   262   263   264   265

Mehman Süleymanov 

 

586



Mirzə  Əbülhəsən xan Gülüstana yola düşərkən Ağa Mirzə 

Məhəmməd Naini adlı mirzəni də özü ilə aparmışdı ki, imzalanacaq 

müqavilənin mətninin yazıya köçürülməsi ilə  məşğul olsun. Lakin ge-

neral Rtişşev ona etibar etmədi və müqavilənin mətninin farsca köçü-

rülməsi işini farsca bilən erməni və gürcülərə  həvalə etdi. Müqavilənin 

imzalanmasından sonra isə toplardan yaylım atəşləri açıldı  və bir neçə 

gün şadyanalıq keçirildi (113). 

Beləliklə, Gülüstan müqaviləsinin imzalanması ilə  Şimali 

Azərbaycan xanlıqlarının  İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla 

Rusiyanın işğalı altına düşdülər.  Şah qoşunları  Şimali Azərbaycan 

xanlıqlarına olan iddialarını sübut etmək üçün Rusiya qoşunları 

qarşısında uğursuzluğa düçar oldular. Ayrı-ayrı döyüşlər istisna olmaqla 

müharibənin getdiyi müddətdə  hərbi təşəbbüs demək olar ki, rusların 

əlində qaldı. Parçalanmış Azərbaycan xanlıqlarının hər birinin ayrılıqda 

malik olduğu qoşunlar isə elə bir potensiala malik deyildi ki, Rusiya 

qoşunlarına, ya da şah qoşunlarına müqavimət göstərsin. Yalnız  İrəvan 

xanlığının müdafiə potensialı həm bu xanlığı, həm də Naxçıvan xanlığını 

işğaldan xilas etdi. Şah qoşunları İrəvan ətrafında uğursuzluğa düçar olub 

geri çəkiləndə  məhz  İrəvan qoşunları güclü rus qüvvələrinin qarşısında 

müqavimətə başladılar və  İrəvan qalası üzərinə ikinci dəfə hücum edən 

feldmarşal Qudoviç də  məhz  İrəvan qalasının müdafiəçilərindən güclü 

zərbə alaraq geri çəkildi. 

Hərbi gücsüzlüyü ilə  bərabər,  şah sarayı Gülüstan müqaviləsinin 

imzalanması prosesində diplomatik səbatsızlığını da nümayiş etdirdi. Şah 

sarayının iradəsi bu müqavilənin müzakirəsi zamanı saray nümayəndəsi 

olan Mirzə Əbülhəsən xan tərəfindən deyil, ikitərəfli danışıqlarda birbaşa 

iştirak etməyən ingilis səfiri ser Qor Uzeley tərəfindən ifadə olunurdu. 

Ser Qor Uzeley şah sarayının müqavimət hisslərini kütləşdirmək üçün 

vəd etdi ki, Rusiya tərəfindən işğal olunmuş  ərazilərin bir hissəsi geri 

qaytarılacaqdır. Araşdırmaçıların və tarixçilərin də gəldiyi qənaət belədir 

ki, ingilis səfiri səy göstərsəydi bu məsələyə nail olmaq mümkün idi. 

Lakin bu istiqamətdə ingilis səfiri heç bir cəhd göstərmədi. Çünki onun 

təmsil etdiyi dövlətin maraqları belə tələb edirdi ki, Rusiya özünün cənub 

sərhədlərindən tam xatircəm olsun və bütün diqqətini və gücünü Avropa 

cəbhəsində Fransaya qarşı cəmləsin. Məhz  belə bir məqsədlə Rusiya ilə 

şah sarayı arasında vasitəçilik etdiyini ingilis səfiri özü də etiraf edirdi. 

O,  İngiltərənin xarici işlər nazirinə müqavilənin imzalanmasından az 

sonra göndərdiyi məktubda öz fəaliyyəti haqqında pafoslu fikirlər 

yazmaqla bərabər bəyan edirdi ki, İngiltərə və Rusiya dövlətini məmnun 



Gülüstan müqaviləsi 

 

587



edəcək nəticə  əldə etmiş  və  şah sarayı ingilis diplomatiyasının mahir 

oyunlarının qurbanı olduğunu anlamamışdır (114). 

 

 

 



Gülüstan müqaviləsinin imzalanmasından sonar  

Azərbaycan xanlıqlarının işğal coğrafiyası 

 

İngilis səfirliyinin nümayəndəsi Moriye yazırdı ki, Gülüstan 



müqaviləsinin mətni Tehranda şah sarayının  əyanları arasında ciddi 

müzakirələrə səbəb oldu. Amma saray əyanlarının müzakirələrinə səbəb 

olan məqamlar Rusiyanın işğalını  təsbit edən maddələr deyil, müqavilə 

mətninin ayrı-ayrı ifadələri,  şahın ləqəblərinin necə verilməsi və digər 

formal məqamlar idi. Saray əyanlarından olan Hacı Mirzə  Ağası adlı 



Mehman Süleymanov 

 

588



birisi isə hətta bəyan etdi ki, Xəzər dənizinin duzlu suyuna nə ehtiyac var 

ki, onun barəsində müzakirələr də açılsın? (115). 

Gülüstan müqaviləsinin imzalanmasından sonra da şah sarayı ingilis 

səfirinin məkrli oyunlarının qurbanı oldu. İngilis səfiri  şah sarayının 

qəzəbinə düçar olmamaq üçün bildirdi ki, hələ Rusiya tərəfindən işğal 

olunmuş  əraziləri itirilmiş hesab etmək olmaz. O, şaha təklif edirdi ki

Rusiya imperatorunun sarayına elçi göndərilsin və itirilmiş torpaqların 

geri qaytarılması  məsələsi Rusiya imperatorunun özü ilə müzakirə 

edilsin. Qor Uzeley şah sarayını  əmin etdi ki, əgər məsələ Rusiya sa-

rayında müzakirə edilsə, Rusiya imperatoru işğal olunmuş ərazilərin bir 

hissəsini geri qaytaracaqdır. Fətəli şah bu oyuna da aldandı və Gülüstan 

müqaviləsini imzalamış    Mirzə  Əbülhəsən xanı Sankt-Peterburqa elçi 

təyin etdi. Fətəli  şah eyni zamanda ingilis səfirindən xahiş etdi ki, 

Rusiyaya yollansın və Mirzə Əbülhəsən xanla birlikdə Rusiya sarayı ilə 

danışıqlar aparılmasında iştirak etsin. Avropaya qayıtmağa bir bəhanə 

axtaran Qor Uzeley dərhal bu təklifə razı oldu. Mirzə  Əbülhəsən xanla 

Qor Uzeleyin daxil olduğu nümayəndə heyəti 1814-cü ilin may ayında 

Təbrizdən Sankt-Peterburqa doğru hərəkətə başladı. Rusiyanın 

maraqlarının qorunmasında xüsusi canfəşanlıq göstərən ser Qor Uzeley 

Rusiya sarayı  tərəfindən böyük ehtiramla qarşılanıb sarayın yüksək 

mükafatlarına layiq görüldüyü halda, Mirzə  Əbülhəsən xan apardığı 

danışıqlarda hər hansı bir nəticəyə nail olmadı. Rusiya sarayı bir mənalı 

şəkildə  işğal etdiyi Azərbaycan xanlıqlarının  ərazisinin boşaldılmasını 

qeyri-mümkün saydı. 

1828-ci il fevral ayının 22-də Rusiya ilə  İran arasında Türkmənçay 

müqaviləsinin imzalanması ilə  əslində Gülüstan müqaviləsinin müddə-

aları da öz qüvvəsini itirdi. Bu məsələ Türkmənçay müqaviləsinin 2-ci 

maddəsində  əksini tapmışdır. Həmin maddədə deyilirdi: “ Ali tərəflər 

arasındakı düşmənçilik imperatorun iradəsinə görə sona çatdığından 

Gülüstan müqaviləsinin müddəaları da ləğv olunur. Ona görə  əlahəzrət 

İran  şahənşahı  və  əlahəzrət ümumrusiya imperatoru lazım bildilər ki, 

Rusiya ilə İran arasında sülh və dostluq əlaqələrinin möhkəmləndirilməsi 

üçün adı  çəkilən müqaviləni aşağıdakı maddələrlə  və  şərtlərlə    əvəz 

etsinlər” (116). Bununla da Gülüstan müqaviləsinin hüquqi mövcud-

luğuna son qoyuldu. 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə