Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə262/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   257   258   259   260   261   262   263   264   265

Mehman Süleymanov 

 

592



106. Балаян ... с.94 

107.  


،یندم

157


 

108.   


یرغم ماسح یلقفجن 

 .

سي لگنا و نار يا یسايس تباور خيرات



 .

 ،نار ھت


1366

ص ،


.

38

-



39 

109. АКАК, т. V, ... c.744-745 

110. Yenə orada, s. 745 

111. Yenə orada 

112. Yenə orada, s.746 

113. "Şərq" qəzeti, 26 oktyabr 2005-ci il 

114.  

،ربکايلع انيب



176

 

115.  



، یندم

176


 

116. 


یرغم ماسح یلقفجن

 .

سيلگنا و ناريا یسايس تباور خيرات



 .

 ،نارھت


1366

ص ،


.

42

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Gülüstan müqaviləsi 

 

593



 

 

 

 

 

 

 

NƏTİCƏ 

 

 

Gülüstan müqaviləsinin imzalanması kifayət qədər ciddi bir tarixi 



hadisə idi. Doğrudur, bu müqavilənin imzalanması bölgədə başlayan 

hərbi-siyasi proseslərə son qoymadı. Bununla belə, Gülüstan müqa-

viləsinin imzalanması Azərbaycan xanlıqları və bütünlükdə yerli xalqlar 

və dövlətlər üçün bir sıra nəticələri ortaya çıxardı. 

Bu nəticələrdən biri siyasi nəticələrdir. Gülüstan müqaviləsini 

imzalanması ilə bölgənin geosiyasi mənzərəsi dəyişdi. Hərbi, siyasi, 

iqtisadi inkişafının dinamik dövrünü yaşayan Rusiya kimi böyük bir 

dövlət öz geosiyasi maraqlarını birbaşa təmin etdi və öz sərhədini Araz 

çayına və  Xəzər dənizinin qərb sahili ilə onun cənubuna qədər 

genişləndirə bildi. Rusiyanın Dağıstan hakimlikləri və Azərbaycan 

xanlıqları ilə məhdudlaşan sərhədləri Araz çayı boyunca Qacarlar dövləti 

ilə müştərək sərhəd xəttinə çevrildi. Cənubi Qafqazın qərbində Osmanlı 

Türkiyəsi ilə  İrəvan xanlığının sərhəd kəsişməsinə  qədər olan ərazilər, 

Cənubi Qafqazın  şərqində isə  Xəzərboyu demək olar ki, bütün ərazilər 

Rusiyanın işğalı altına düşdü. Bununla, Rusiya Qara dənizlə Xəzər dənizi 

arasındakı bölgəyə sahib olmaqla bərabər, Xəzər dənizində də hakim rolu 

ələ keçirdi. 

Azərbaycan xanlıqlarını və Gürcüstanı işğal etməklə Rusiya Qacarlar 

dövlətinin Cənubi Qafqaza olan iddialarının qarşısına sədd çəkdi və 

Qacarlar dövləti konkret tarixi şəraitdə  şimal sərhəd xəttinin Araz 

çayından və  Lənkəran xanlığının cənubundan keçməsi ilə razılaşmalı 

oldu. Bununla, Rusiya Cənubi Qafqazda geosiyasi üstünlüyə nail oldu. 

Rusiyanın əldə etdiyi yeni mövqelər eyni zamanda Osmanlı Türkiyəsinin 

də Cənubi Qafqazda nüfuz əldə etmək planlarının qarşısını aldı. 

Dövrün böyük dövlətlərindən olan İngiltərə də dolayısı yolla Cənubi 

Qafqaza hesablanmış geosiyasi planlarının həyata keçməsinə fürsət əldə 

etdi.  Əvvəllər Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək cəhdlərinə 

qarşı barışmaz mövqe tutan İngiltərə bir müddət sonra Avropada cərəyan 




Mehman Süleymanov 

 

594



edən proseslərlə əlaqədar olaraq Rusiyanın müttəfiqinə çevrildi və Qacar 

sarayına olan təsir imkanlarından istifadə etməklə  Fətəli  şah hakimiy-

yətini Cənubi Qafqazın Rusiya işğalı altında qalmasına razılaşmağa məc-

bur etdi. Yəni, İngiltərə Azərbaycan xanlıqlarının və bütünlükdə Cənubi 

Qafqazın Rusiya tərəfindən işğalına dəstək verdi və onun qanuniləş-

dirilməsi üçün kifayət qədər geniş diplomatik fəaliyyət ortaya qoydu. Bir 

tərəfdən təzyiq, bir tərəfdən də müəyyən vədlər verməklə ingilis 

diplomatları öz dövlətinin təlimatlarını yerinə yetirdilər və Qacar sarayını 

məcbur etdilər ki,  Azərbaycan xanlıqlarına olan iddialarından əl çəksin 

və bu bölgə Rusiyanın işğalı altında qalsın. Bununla, Rusiyanın Azər-

baycan xanlıqları üzərindəki işğalının möhkəmləndirilməsində  və 

bölgədə yeni geosiyasi mənzərənin qanuniləşdirilməsində İngiltərənin də 

özünəməxsus rolu oldu. Belə bir vəziyyət İngiltərənin dövlət maraqlarına 

cavab verirdi. Çünki İngiltərə hökuməti çalışırdı ki, Cənubi Qafqazdakı 

müharibəyə tezliklə ara verilsin və Rusiyanın  əsas diqqəti Avropa 

cəbhəsində  İngiltərənin başlıca rəqibi və düşməni olan Fransaya qarşı 

müharibəyə  cəlb edilsin. Cənubi Qafqazda müharibənin dayandırılması 

ilə buradakı rus qüvvələrinin müəyyən hissəsini də Fransaya qarşı 

mübarizəyə  səfərbər etmək olardı. Rusiya isə  Cənubi Qafqazda 

müharibənin dayandırılmasına işğal etdiyi əraziləri  əlində saxlayacağı 

təqdirdə razı olurdu. İngiltərə hökumətini Azərbaycan xanlıqlarının 

müstəqilliyi və ya işğal altında olması elə  də maraqlandırmırdı. Onun 

maraq dairəsində olan rus qoşunlarının Avropa cəbhəsinə  səfər 

olunmasına nail olunması idi ki, buna da Qacar sarayına təzyiq etməklə 

müəyyən dərəcədə nail oldu. 

Gülüstan müqaviləsinin imzalanması ilə Azərbaycan xanlıqlarının 

müstəqilliyinə son qoyuldu. Bu xanlıqlar Nadir şahın qətlindən sonra 

Azərbaycan  ərazisinin rus qoşunları  tərəfindən işğalına başlanmasına 

qədər  ən azı yarım  əsirdən çox müstəqil dövlətçilik tarixinə malik 

oldular. Azərbaycan xanları öz dövlət aparatlarını yaratdılar və 

dövlətçilik atributlarına malik oldular. Onların hər birinin sərhədləri 

məlum idi və bu sərhədlərin qorunması üçün müstəqil silahlı dəstələrə də 

malik idilər. Hətta müxtəlif vaxtlarda Qacar sarayının nümayəndələri ilə 

barışıq danışıqları aparan rus generalları da bildirirdilər ki, onlar müstəqil 

olan və digər bir dövlətin idarəsi altında olmayan xanlıqlarını  işğal 

etmişlər. Ona görə Qacar sarayının xanlıqlara iddialı mövqedən barışıq 

şərtləri irəli sürməsini rus generalları  qəbul etmirdilər. Qacar sarayının 

Cənubi Qafqazın vaxtilə  İranın tərkibində olması mövqeyindən çıxış 

etməklə bu bölgəyə iddia irəli sürməsi ilə  də rus generalları 

razılaşmadılar və Gülüstan müqaviləsi də rusların iddiasının təmin 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə