Mehpara Mttxtarqızı
Sevən gözlər, hər an xəyala dalar,
Gecə yatmaz, yuxuya həsrət qalar.
Qəlbində "məhəbbət" dərin kök salar,
Ürəklə döyünüb, ürəklə vurar!
Ağlayıram mən səni, səni unutmaq üçün
Ağlamıram, mən səni geri qaytarmaq üçün
Küsüb tez-tez səninlə yenə barışmaq üçün.
Ağlamıram, qəlbimi mən sənə açmaq üçün
Sənə qovuşmaq üçün, söhbət edib, danışıb,
Halın soruşmaq üçün, ağlayıram, mən səndən
Bil uzaq olmaq üçün bu sevgini qəlbimdən
Əbədi atmaq üçün, ürəyimdə mən sənə,
Səni sediyim qədər, nifrət yaratmaq üçün.
Ağlayıram, mən səni, səni unutmaq üçün!
Qayıdaq səninlə ötən günlərə
Qaytar sən sevgilim, qaytar geriyə,
Xoşbəxt günlərimi, ilk görüşümü!
Qayıdaq, səninlə ötən günlərə.
Bölüm sənlə yenə, mən sevincimi.
Şərik ol dərdimə, sən sevincimə
Sevginin həsrəti, dolsun qəlbimə.
Gözlərim söyləsin, ürək sözümü,
Baxanda, gözlərin gülüm gözümə.
Yaşayım yenidən mən bu sevgimi,
Unudum, sevgidən doğan dərdimi.
Sev məni, əzizlə, oxşa sevgilim,
Sənlə Qoşa vurum, başa ömrümü.
3 8
Yerin, göyün, Xocalı, qan ağladı
Sevgidən yaransın, həyatda nə var
Sevənlər, hər zaman vəfalı olar.
Sevgisizi bil, insan çox tez qocalar
Sevgi, insanları hər an yaşadar.
Bu sevdanı necə deyim bilmirəm!
Məhəbbətin düyün olub, qəlbimdə,
Gözlərin-gözümə yar dikiləndə.
Gülüm hər gün biz üz-üzə gələndə,
Bu sevdam necə deyim, bilmirəm?
Səni görcək, inankı lal oluram,
Susuram, özümü çox danlayıram.
Sevgimi - deməyə, mən utanıram,
Bu sevdanı necə deyim, bilmirəm?
Düşünürəm, səninlə görüşəcəm,
Sevdiyimi bir gün sənə deyəcəm.
Mən səni oxşayıb əzizləyəcem,
Bu sevdanı necə deyim bilmirəm?
Xəyallarım sirdaş olubdur mənə,
Röyamda "sevirəm" deyirəm sənə.
Sevgi məlhəmdir, sevib-sevilənə,
Bu sevdanı, necə deyim, bilmirəm?
Gecə-gündüz həsrətini çəkirəm.
Hər gün səni, mən görmək istəyirəm.
Danışırsan, mən səni dinləyirəm,
Bu sevdanı, necə deyim, bilmirəm?
Qəlbim bir yuvadır, eşqin yuvası
Onun təməlini bil, sən qoymusan!
33
Mehparə Muxtarqızı
Damla-damla sənə olan sevgidən,
Gör nə boyda, bir yuva yaratmısan!
Sən qurmusan, bu məhəbbət yuvasın.
İndi sağalt, sən məhəbbət yarasın.
Mən səndə tapacam eşqin çarəsin
Bu sevdam necə deyim, bilmirəm?
Bu yuvada təkcə "sən" olacaqsan,
Qəlbimdə, əbədi yaşayacaqsan.
Bir gün. sediyimi anlayacaqsan,
Bu sevdanı, necə deyim, bilmirəm?
Yanvar 29 2009-cu il
Sevin-sevilin qızlar
Sevin-sevilin qızlar
Sevgi şirin şərbətdir.
Hər an sevin, sevilin,
Bu hər kəsə qismətdir!
Sevgi hər an azaddır
Acısı şərbət dadır.
Sevəni xoşbəxt edir,
Sevməyəni aldadır.
Sevgi ətirli güldür.
TikanJ» ələ batır.
Uzun həsrətdən sonra
Hər kəs vüsala çatır.
Sevginin şirinliyi.
Vüsala yetişməkdir
M
Yerin, göyün, Xocalı, qan ağladı
Sevənləri incidən,
İntizardır, həsrətdir!
Gəl, həsrətə son qoyaq
Sevgimizi qoruyaq.
Biz bu gözəl həyatda
Sevə-sevə yaşayaq.
Dünya sevənlərindir.
Sevgi ruhun-qəlbindir
Sevirsənsə, bu dünya
Sanırsanki sənindir!
Mən səni vəfalı bir yar sanardım
Mən sənlə görüşəndə çoxlu şeir deyərdin.
Mənə olan sevgini şeirlə bildirərdin.
Sən, şair Bəxtiyarın vəfasız insanlara,
"Bir salama dəymədi" şerini söyləyərdin!
Oxuyub qınayardın, sevgidə xəyanəti,
Vəfasız insanlara yağdırardın nifrəti!
Hər şeydən çox sevərdin düzlüyü, həqiqəti.
Qəlbində gəzdirərdin təmiz-saf məhəbbəti!
Deyərdin mən həyatda bil, vəfasız olmaram,
Təkcə səni sevirəm, mən səndən ayrılmaram.
Səndən ayrı düşsəm də, düşün, mən bircə anda
Sənsiz olan həyatı, ömrümə gün sanmaram!
Niyə ayrıldın məndən, üz döndərdin sevginə,
Bilirdin bağlanmışam həyatda yalnız sənə.
Vəfasızluq eyləyib dönük çıxdın, sən mənə
Kaş ki, aldanmayaydım, mən yalançı eşqinə!
Ü.J’l . l .
!■'■■■■ İT
»1—
4 1
üü
' "
Mehparə Muxtarqm
Sanırdım saf eşqinlə, daim yüksəklərdyəm,
Quş kimi qanad açıb uçuram göylərdəyəm.
Mən yelkənli qayığam "sevgi" dəynizindəyəm,
Məni sevən insanın əbədi könlündəyəm.
Düşünməzdim gün gələr, eşqə dönük çıxarsan,
Məni atıb özünə sevgili yar taparsan.
Önündə məhəbbətin bu qədər alçalaraq,
Vəfasızlıq eyləyib bir gün məni atarsan.
Sevgilim
Bu eşqin həsrəti məni yandırdı.
Ürəyimdə mini-min arzular qaldı.
Görən hicran, ayrılıq nədən oldu?
Yarı yolda yollarımız ayrıldı!
Gözlərim hər yanda axtardı səni
Taleh niyə ayırdı sənlə məni!
Keçdi intizarla, keçdi günlərim
Verdi həyat bizə qəmi-qüsəsni.
Elə sandım qismətim təkcə sənsən
Ayrılsaq da, sən yolumu gözlərsən.
Mənim kimi bu təmiz məhəbbəti
Hər bir zaman qəlbində gizlədərsən.
Bir gün gələr biz yenə görüşərik.
Biz arzuya, yar Kama yetişərik.
Ayrılsaq da. gülüm ayrı qalsaq da
Bu sevgini biz unuda bilmərik.
Sevən, xəyanət etməz
Hər sevəni eşqə vəfalı sanma,
Vəfasızın xoş dilinə inanma.
...
........
42
ı— -! , i"
Yerin, göyün, Xocalı, qan ağladı
Tez-tez sənə xəyanət eyləyənin,
Sən yalançı sevdasına aldanma!
Düşün, sevən heç vaxt xəyanət etməz.
Saf məhəbbət qəlbdə bitməz, tükənməz.
Sevdiyin kəs sənə xəyanət etsə,
Bu qəlbindən bil əbədi silinməz!
Yalan eşqin sonu xəyanət olar,
Xəyanət hər zaman qəlbi yaralar,
Unutsan da bu acı xatirəni,
Qəlbində ocaq tək bil, közü qalar!
Sevgi nədir, sevənlər bunu anlar,
Vəfasızlar məhəbbətin tez danar.
Sevənlər arzuya-kama çatanda,
Həyatda özünü çox xoşbəzxt sanar!
Sən ötən günlərə heyfslənərsən
Yaradan insanı bir gün qocaldar...
Gənclik ötər, saçın bir gün ağarar.
Gənclik varsa, dövlətin var, varın var.
Qocalanda sənin varın-dövlətin,
Nəvələrin, bir də övladlar olar.
Keçən günlər qəlbində xatırlanar,
Xəyalında, hər kəs keçmişin anar.
Göz önünə gələr, bir-bir canlanar.
Ötən günün, ömür-günün səhifəsi
Qocalanda açılar, varaqlanar!
Olub keçənləri yada salarsan.
Sən həmən an xəyallara dalarsan.
Acısın da şəkər kimi dadarsan.
LS-, .
. . . = =
43
= r ■
1
1
-
Dostları ilə paylaş: |