Mehparə Muxtarqızı
Xəyalında o anı, yaşayaraq,
Acı göz yaşıyla xatırlayarsan!
Kədərli anm da sevinc bilərsən.
Uşaqlıq çağında deyib-gülərsən.
Görən yenə əvvəlki tək sevərsən?
Görüşünə sən sevdiyin gözəlin
Yenədəmi, sən birinci gedərsən?
Getsən də sən yarının görüşünə,
Onu bil ki, görüşə gecikərsən!
Nə qədər cavanam, sən söyləsəndə,
Ayaq baxmaz qocalanda sözüünə.
Qocalıq insanın qəddini əyər,
Qırış düşər yavaş-yavaş üzünə!
Qara saçın bir gün insan ağ hörər
Qocalarsan, həyat sözünü deyər.
Keçən günlərini yada salanda
Hər kəs, ötən günlərə heyfsilənər.
2006
“Ölməz sevgimiz”
Gözəl bəstəkarımız Nailə Mirməmmədli və
vaxtsız dünyasını dəyişmiş həyat yoldaşı Hikmət
Mirməmmədliyə həsr olunub.
Biz xoşbəxt yaşayırdıq bütün sevənlər kimi
Ölüm aldı əlimdən həyatda sevincimi.
Vaxtsız-vədəsiz gəlib, döydü bir gün qapımı
Amansız ölüm vaxtsız apardı sevgilimi!
Arzumuz gül açmamış xəzan oldu, saraldı
Xoşbəxt günlərimizin ömrü çox qısa oldu.
Yerin, göyün, Xocalı, qan ağladı
Sənin də talehinə nakam ölüm yazıldı
Neçə bəstələnməmiş mahnın yarımçıq qaldı!
Küskün oldum həyatdan sənsiz mən oldum tənha
Sənlə keçən günlərim geri dönməz bir daha.
Sən yoxsan, sənsiz həyat mənimçün zülmət gecə,
Ümidsüz göz açıram, hər açılan sabaha!
Səni hər an kölgə tək mən yanımda sanıram
Dost-tanış arasında hey səni arayıram.
Nə qədər axtarsam da heç yerdə tapmayıram
Yalqız qalıb həyatda mən sənsiz yaşayıram!
Hər gün səni yuxumda, mən röyamda görürəm
Səninlə söhbət edib, danışıram-gülürəm.
Sevincli anlarımı yenə sənlə bölürəm,
Mən yuxu olduğunu ayılanda bilirəm!
Mehparə Muxtarqm
Kaş ki, bu yuxularım həyatda çin olaydı.
Keçən xoş günlərimiz geriyə qayıdaydı.
Yenə xoşbəxt olaydıq, biz xoşbəxt yaşayaydıq.
Amansız ölüm bizi vaxtsız ayırmayaydı!
Sevirsənsə
Sevgi iki qəlbin çırpıntısıdır
Sevən gözlər qəlblərin aynasıdır.
Əgər sevirsənsə, bil gözlərindən,
Baxan hər kəs, sevdanı duyasıdır!
Sevənlər, hicranı-həsrəti dadar
"Ayrılıq" sevən qəlbləri ağladar.
Sevən ürək hər an narahat olar
Saf məhəbbət hər bir dərdi sağaldar.
Sən sevginin qoynuna atılarsan,
Sevgi dənizində xoşbəxt olarsan.
Sevgilinlə, sevə-sevə bir yerdə,
Məhəbbətlə, sevgiylə yaşayarsan!
03.02.2010.
Sən mənim eşqimə layiq deyilsən
Dedim bir gün sevgilim bəlkə geri dönərsən!
Həsrətlə görüşümü, yolumu gözləyərsən.
Darıxıb mənim üçün, görüşümə gələrsən.
Yenə görüş yerində, mənimlə görüşərsən!
Darıxmışam sənin üçün, əvvəlki tək deyərsən.
Sevgi dolu gözünü, gözlərimə dikərsən.
Danışaram, sevgilim sən məni dinləyərsən.
Tutub sən əllərimdən, mənlə Qoşa gəzərsən!
Yerin, göyün, Xocalı, qan ağladı
Sanırdım ki, sən məni, yalnız məni sevərsən!
Düşünməzdim qəlbində başqasın gəzdirirsən!
Sən demə ki, məni yox bir özgəsin sevirsən.
Bu təmiz eşqimizə, sən xəyanət edirsən!
Hər gün aldadıb məni sevdiyini deyirsən
Yalançı məhəbbətlə, sən qəlbimə girirsən.
"Sevirəm" kəlməsini hər kəsə söyləirsən
Sən mənim bu eşqimə, bil ki, layiq deyilsən!
Mən bu pak məhəbəbti, sənə layiq sanmaram!
Qəlbimdə mən əbədi, səni heç vaxt anmaram.
Sənin tək vəfasızın qarşısında bunu bil
Eşqimi ucuz tutub, heç zaman alçalmaram!
Ağlama, geriyə qaytarmaq üçün
Ağlama geriyə qaytarmaq üçün,
Bir daha geriyə dönməyəcəyəm!
Ağlama, qəlbimi yumşaltmaq üçün,
Bil, səni bir daha sevməyəcəyəm!
Sənin görüşünə gəlməyəcəyəm,
Yuxuna heç zaman girməyəcəyəm,
Mənim bu saf, təmiz məhəbbətimə
Səni, heç vaxt layiq bilməyəcəyə m!
Bu sevginin acısın dadacağaM,
Həyatda sevgisiz yaşayacağam,
Bu yalançı eşqə aldandığım üçün
Qəlbimdə hər zaman ağlayacağam!
Yuxu kimi xəyalında qalacam,
Sənin üçün bir əl çatmaz olacam!
Düşünməki mən səni axtaracam,
Bil səni əbədi unudacağam!
4 7
Mehparə Muxtarqm
Gözlərin eylədi eşqini bəyan
Ağladın, göz yaşm kövrəltdi məni
Qarışdı göz yaşm göz yaşlarıma.
Gülüm ovsunladı gözlərin məni,
Dikildi, baxışın baxışlarıma!
Gözlərin, eylədi eşqini bəyan,
Alışdı ürəyim məhəbbətindən.
Ələlrim toxundu əlinə bir an,
Titrədi eşqimin hərarətindən.
Gizlədə bilmədim mən də sevgimi
Axtardı hər yerdə gözlərim səni.
Verdim gülüm sənə sevən qəlbimi,
Unuda bilərmi, sevən-sevəni!
Çalış gəncliyinin qədrin biləsən
Sənin ötən gəncliyin,
Solmuş gülə bənzəyər
Əsən külək bu gülü,
Hər yana səpələyər.
Bu qurumuş çiçəklər
Budağından tökülər.
Əlinə çiçək deyil.
Gülün ləçəyi düşər.
Açılanda çiçəklər,
Onu dərib, üzərlər.
Sevənlər bir-birinə,
Gül-çiçək göndərərlər.
Gün gələr, bu çiçəklər
Saralar, olar xəzəl.
Bu ətirli çiçəklər.
Ayaq altda əzilər.
Yerin, göyün, Xocalı, qan ağladı
Gəncliyində belədir
Onu verirsən hədər,
Düşünmürsən ki, bir gün
Gənclik əlindən gedər!
Yada düşər o günlər.
Qəlbi bürüyər kədər...
Bir gün gələr, sən qara
Saçım ağ hörərsən.
Həyatın şirinliyin
Sən, gənclikdə görərsən!
O günlərə dönərsən,
Tənhalıqdan bezərsən.
Göz yaşını süzərsən.
Hər zaman düşünərsən
Sən qocalıq yükünü
Çiynində gəzdirərsən
Sən ömür səhifəsin
Açıb vərəqləyirsən.
Ötən günün qədrini
Qocalıqda bilirsən!
Sevgini gözlər deyir
Nə vaxtsa görüşərik
Sevgilim düşünərdik.
Biz bu görüş gününü
Həsrətlə gözləyərdik.
Hər zaman bu sevgini
Biz əlçatmaz bilərdik.
Ayrılsaq da sevgilim
Gizli-gizli sevərdik.
İllər, aylar ötüşdü.
Yenə sənlə görüşdük.