Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Mehpara Mttxtarqızı

Sevən  gözlər,  hər  an  xəyala  dalar,

Gecə  yatmaz,  yuxuya  həsrət  qalar. 

Qəlbində  "məhəbbət"  dərin  kök  salar, 

Ürəklə  döyünüb,  ürəklə  vurar!

Ağlayıram  mən  səni,  səni  unutmaq  üçün

Ağlamıram,  mən  səni  geri  qaytarmaq  üçün 

Küsüb  tez-tez  səninlə  yenə  barışmaq  üçün. 

Ağlamıram,  qəlbimi  mən  sənə  açmaq  üçün 

Sənə  qovuşmaq  üçün,  söhbət  edib,  danışıb,

Halın  soruşmaq  üçün,  ağlayıram,  mən  səndən 

Bil  uzaq  olmaq  üçün  bu  sevgini  qəlbimdən 

Əbədi  atmaq  üçün,  ürəyimdə  mən  sənə,

Səni  sediyim  qədər,  nifrət  yaratmaq  üçün. 

Ağlayıram,  mən  səni,  səni  unutmaq  üçün!



Qayıdaq  səninlə  ötən  günlərə

Qaytar  sən  sevgilim,  qaytar  geriyə,

Xoşbəxt  günlərimi,  ilk  görüşümü!

Qayıdaq,  səninlə  ötən  günlərə.

Bölüm  sənlə  yenə,  mən  sevincimi.

Şərik  ol  dərdimə,  sən  sevincimə 

Sevginin  həsrəti,  dolsun  qəlbimə.

Gözlərim  söyləsin,  ürək  sözümü,

Baxanda,  gözlərin  gülüm  gözümə.

Yaşayım  yenidən  mən  bu  sevgimi,

Unudum,  sevgidən  doğan  dərdimi.

Sev  məni,  əzizlə,  oxşa  sevgilim,

Sənlə  Qoşa  vurum,  başa  ömrümü.

3 8

Yerin, göyün, Xocalı, qan ağladı

Sevgidən  yaransın,  həyatda  nə  var 

Sevənlər,  hər  zaman  vəfalı  olar. 

Sevgisizi  bil,  insan  çox  tez  qocalar 

Sevgi,  insanları  hər  an  yaşadar.

Bu  sevdanı  necə  deyim  bilmirəm!

Məhəbbətin  düyün  olub,  qəlbimdə, 

Gözlərin-gözümə  yar  dikiləndə.

Gülüm  hər  gün  biz  üz-üzə  gələndə,

Bu  sevdam  necə  deyim,  bilmirəm?

Səni  görcək,  inankı  lal  oluram, 

Susuram,  özümü  çox  danlayıram. 

Sevgimi  -  deməyə,  mən  utanıram,

Bu  sevdanı  necə  deyim,  bilmirəm?

Düşünürəm,  səninlə  görüşəcəm, 

Sevdiyimi  bir  gün  sənə  deyəcəm.

Mən  səni  oxşayıb  əzizləyəcem,

Bu  sevdanı  necə  deyim  bilmirəm?

Xəyallarım  sirdaş  olubdur  mənə, 

Röyamda  "sevirəm"  deyirəm  sənə. 

Sevgi  məlhəmdir,  sevib-sevilənə,

Bu  sevdanı,  necə  deyim,  bilmirəm?

Gecə-gündüz  həsrətini  çəkirəm.

Hər  gün  səni,  mən  görmək  istəyirəm. 

Danışırsan,  mən  səni  dinləyirəm,

Bu  sevdanı,  necə  deyim,  bilmirəm?

Qəlbim  bir  yuvadır,  eşqin  yuvası 

Onun  təməlini  bil,  sən  qoymusan!

33



Mehparə Muxtarqızı

Damla-damla  sənə  olan  sevgidən,

Gör  nə  boyda,  bir  yuva  yaratmısan!

Sən  qurmusan,  bu  məhəbbət  yuvasın. 

İndi  sağalt,  sən  məhəbbət  yarasın. 

Mən  səndə  tapacam  eşqin  çarəsin 

Bu  sevdam  necə  deyim,  bilmirəm?

Bu  yuvada  təkcə  "sən"  olacaqsan, 

Qəlbimdə,  əbədi  yaşayacaqsan.

Bir  gün.  sediyimi  anlayacaqsan,

Bu  sevdanı,  necə  deyim,  bilmirəm?

Yanvar  29  2009-cu  il

Sevin-sevilin  qızlar

Sevin-sevilin  qızlar 

Sevgi  şirin  şərbətdir.

Hər  an  sevin,  sevilin,

Bu  hər  kəsə  qismətdir!

Sevgi  hər  an  azaddır 

Acısı  şərbət  dadır.

Sevəni  xoşbəxt  edir,

Sevməyəni  aldadır.

Sevgi  ətirli  güldür.

TikanJ»  ələ  batır.

Uzun  həsrətdən  sonra 

Hər  kəs  vüsala  çatır.

Sevginin  şirinliyi.

Vüsala  yetişməkdir

M

Yerin, göyün, Xocalı,  qan ağladı

Sevənləri  incidən,

İntizardır,  həsrətdir!

Gəl,  həsrətə  son  qoyaq 

Sevgimizi  qoruyaq.

Biz  bu  gözəl  həyatda 

Sevə-sevə  yaşayaq.

Dünya  sevənlərindir.

Sevgi  ruhun-qəlbindir 

Sevirsənsə,  bu  dünya 

Sanırsanki  sənindir!

Mən  səni  vəfalı  bir  yar  sanardım

Mən  sənlə  görüşəndə  çoxlu  şeir  deyərdin. 

Mənə  olan  sevgini  şeirlə  bildirərdin.

Sən,  şair  Bəxtiyarın  vəfasız  insanlara,

"Bir  salama  dəymədi"  şerini  söyləyərdin!

Oxuyub  qınayardın,  sevgidə  xəyanəti,

Vəfasız  insanlara  yağdırardın  nifrəti!

Hər  şeydən  çox  sevərdin  düzlüyü,  həqiqəti. 

Qəlbində  gəzdirərdin  təmiz-saf məhəbbəti!

Deyərdin  mən  həyatda  bil,  vəfasız  olmaram, 

Təkcə  səni  sevirəm,  mən  səndən  ayrılmaram. 

Səndən  ayrı  düşsəm  də,  düşün,  mən  bircə  anda 

Sənsiz  olan  həyatı,  ömrümə  gün  sanmaram!

Niyə  ayrıldın  məndən,  üz  döndərdin  sevginə, 

Bilirdin  bağlanmışam  həyatda  yalnız  sənə. 

Vəfasızluq  eyləyib  dönük  çıxdın,  sən  mənə 

Kaş  ki,  aldanmayaydım,  mən  yalançı  eşqinə!

Ü.J’l . l   . 

!■'■■■■ İT

»1—

4 1

 

üü 



'  "


Mehparə Muxtarqm

Sanırdım  saf eşqinlə,  daim  yüksəklərdyəm, 

Quş  kimi  qanad  açıb  uçuram  göylərdəyəm. 

Mən  yelkənli  qayığam  "sevgi"  dəynizindəyəm, 

Məni  sevən  insanın  əbədi  könlündəyəm.

Düşünməzdim  gün  gələr,  eşqə  dönük  çıxarsan, 

Məni  atıb  özünə  sevgili  yar  taparsan.

Önündə  məhəbbətin  bu  qədər  alçalaraq, 

Vəfasızlıq  eyləyib  bir  gün  məni  atarsan.

Sevgilim

Bu  eşqin  həsrəti  məni  yandırdı.

Ürəyimdə  mini-min  arzular  qaldı.

Görən  hicran,  ayrılıq  nədən  oldu?

Yarı  yolda  yollarımız  ayrıldı!

Gözlərim  hər  yanda  axtardı  səni 

Taleh  niyə  ayırdı  sənlə  məni!

Keçdi  intizarla,  keçdi  günlərim 

Verdi  həyat  bizə  qəmi-qüsəsni.

Elə  sandım  qismətim  təkcə  sənsən 

Ayrılsaq  da,  sən  yolumu  gözlərsən. 

Mənim  kimi  bu  təmiz  məhəbbəti 

Hər  bir  zaman  qəlbində  gizlədərsən.

Bir  gün  gələr  biz  yenə  görüşərik.

Biz  arzuya,  yar  Kama yetişərik.

Ayrılsaq  da.  gülüm  ayrı  qalsaq  da 

Bu  sevgini  biz  unuda  bilmərik.

Sevən,  xəyanət  etməz

Hər  sevəni  eşqə  vəfalı  sanma,

Vəfasızın  xoş  dilinə  inanma.

... 


........

42

 

ı—   -!  ,  i"



Yerin, göyün, Xocalı,  qan  ağladı

Tez-tez  sənə  xəyanət  eyləyənin,

Sən  yalançı  sevdasına  aldanma!

Düşün,  sevən  heç  vaxt  xəyanət  etməz. 

Saf məhəbbət  qəlbdə  bitməz,  tükənməz. 

Sevdiyin  kəs  sənə  xəyanət  etsə,

Bu  qəlbindən  bil  əbədi  silinməz!

Yalan  eşqin  sonu  xəyanət  olar,

Xəyanət  hər  zaman  qəlbi  yaralar, 

Unutsan  da  bu  acı  xatirəni,

Qəlbində  ocaq  tək  bil,  közü  qalar!

Sevgi  nədir,  sevənlər  bunu  anlar, 

Vəfasızlar  məhəbbətin  tez  danar. 

Sevənlər  arzuya-kama  çatanda,

Həyatda  özünü  çox  xoşbəzxt  sanar!

Sən  ötən  günlərə  heyfslənərsən

Yaradan  insanı  bir  gün  qocaldar...

Gənclik  ötər,  saçın  bir  gün  ağarar. 

Gənclik  varsa,  dövlətin  var,  varın  var. 

Qocalanda  sənin  varın-dövlətin, 

Nəvələrin,  bir  də  övladlar  olar.

Keçən  günlər  qəlbində  xatırlanar, 

Xəyalında,  hər  kəs  keçmişin  anar.

Göz  önünə  gələr,  bir-bir  canlanar.

Ötən  günün,  ömür-günün  səhifəsi 

Qocalanda  açılar,  varaqlanar!

Olub  keçənləri  yada  salarsan.

Sən  həmən  an  xəyallara  dalarsan.

Acısın  da  şəkər  kimi  dadarsan.

LS-,  . 

. . . = =  



43

 

= r   ■ 



-




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə