Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   2   3   4   5   6   7   8   9   ...   17

Mehparə Muxtarqm

Ocağından  ayrı  düşüb,

Sanki yaralı  göyərçin.

Misralarda,  sətirlərdə,

Göz  yaşının  izi  durur.

Duyğuların  yanğısında,

Ürəyinin  közü  durur.

Mən  duyuram  qeyrətindən,

Od  tutursan  H əcər  kimi.

Düşmənlərin  gözlərinə,

Ox  salırsan  xəncər  kimi.

Ürəyinin  sevgisini,

Əridirsən  sətirlərdə.

Yüklənirsən  ağrılara,

Üzülürsən  qəmə,  dərdə.

Gah  od  olub,  şimşək  olub,

Parlayırsan  göy  üzündə.

Gah  kipriyin  y e l  gətirir,

Gilələnir  yaş  gözündə.

Yaz,  ay  bacım,  sənin  dərdin,

Anaların  fəryadıdırı.

Ülvü  hissin,  məhəbbətin,

Səadətin  bal  dadıdır!

Şeir,  sənət  dünyasında.

Qoy  səslənsin  adın-sanın.

Neçə-neçə  ürəklərdə.

Nəğmələnsin  misraların!

Hənifə  Alışanoğlu, 

Yazıçılar  birliyinin  üzvü, 

19  kitabın  müəllifi,  şair

6

Yerin, göyün, Xocalı,  qan ağladı

"Hər  an  qəlbimizdəsən"

37-38-ci  illərni  qurbanlarından 

olan  şair  Əhməd  Cavadın 

xatirəsinə  həsr  olunub.

Gecənin  bir  aləmi 

Qatar yola  düzəlir! 

İçindəki  insanlar 

İşgəncəyə-əzaba 

Ölümə  sürüklənir.

Hara  gedir  bu  qatar? 

Hələ  heç  kim  bilməyir. 

Qansızlar,  amansızlar!

7



Mehparə Muxtarqızı

Vicdanlı  insanları,

Xalqını  sevənləri,

Haqq  sözün  deyənləri,

Doldurub  qatarlara 

Böhtan  atıb,  şərləyib,

Allahını  görməyib.

"Ölüm"  hökmünü  verib.

Aparır  uzaqlara!

Lənət  olsun  onlara!

Ananı  balasından  ,

Zülümlə  ay iranlara!

Bu  qatarın  içində 

Kimlər  yoxdur  ilahi?

Bürüyübdür  hər  yanı 

İnsanların  fəryadı.

Qatarın  bir küncündə 

aparırlar  Cavadı!

Düşmənlər rəhm  etməyir 

Cavandı;  ya- qocadı.

Yalnız  bir  söz  deyirlər.

O,  Vətən  dümanıdı!

Görən  nədir  günahı?

Şair  Əhməd  Cavadın?

Sevir  xalqın,  torpağın.

Haqq  sözüylə  susdurur 

O  Xain  düşmənlərin!

Budur  onun  günahı...

"Ölmə  qardaşım  ölmə

düşmən  çoxaldı"  deyib, 

Hər  zaman  hayqırardı!

Onun  hər  kəlməsindən,

Haqq  sözü  ucalardı!

Xalqım  əsarətdən 

Zülümdən  qurtarmaqçün

Yerin, göyün, Xocalı,  qan  ağladı

Birliyə  çağırardı. 

Haqsızlığın  içində 

Az  qala  boğulardı. 

Mübarizə  aparıb, 

Ürəyinin  səsiylə 

Çoxlfu  şeir  yazardı! 

Susdurmaq  üçün  şairi, 

Şərlə  böhtanlayırlar. 

Vətənindən,  elindən, 

Övladdan  ayırırlar. 

İndi  Əhməd  bu  şərə. 

İftiraya  dözməyir. 

İztirabdan,  əzabdan 

O,  qurtulmaq  istəyir. 

Bilməyir  şair  indii 

Hardadır  övladları? 

Vətən  xaini  kimi 

Tanınır  Ataları!

O  Tukayı,  Aydını 

Yılmazı  çox  sevərdi. 

Şükriyyəsiz  həyatda 

Yaşamaram  deyərdi. 

Şair  hardan  biləydi? 

Sürətlə  gedən  qatar 

Şükrüyyəni  aparır!

İki  sevən  insanı 

Bir-birindən  ayırır... 

Soyuq  qış  havasıdır 

Fevralın  son  çağıdır. 

Şaxtalı  bir  gecədə 

Qəfl  qatar  dayanır! 

Gələn  bu  əsirləri. 

Vəhşiləşmiş  məmurlar 

Cəlladlar  qarşılayır.

9



Mehparə Muxtar qızı

Düşürüb  vaqonlardan 

Bir  küncə  sürükləyir. 

Siz,  Vətən  düşməninin 

Arvadısız  deyirlər. 

Ələlmidə  dəyənək, 

Qadınları  döyürlər. 

Kimi  canın  tapşırır, 

Kimi  soyuqdan  donur. 

Soyuq  sərdabələrdə 

Bu  əsirlər  yaşayır! 

Şükriyyə  səkkiz  ildə 

Həyatından  əl  üzür. 

Hər  bir  əzaba  dözür. 

Onun  ağlar  gözləri 

Balarmı  gəzir.

Axtarır Aydını 

Tapmayır  Tukayım. 

Balaca  Yılmaz  üçün 

Gecə-gündüz  ağlayır. 

Əhmədi  güllələnir 

Qəlbinə  od  ələnir.

Ona  olan  sevgisi 

Qəlbindən  silinməyir. 

Vaxtsız-vədəsiz  ölüm 

Əhmədi  qarşılayır. 

Düşmənlər  bu  şairin 

Həyatına  son  qoyur!

O  dünyadan  köçsə  də, 

Ürəklərdə  yaşayır. 

Haqq  öz  yerini  tapır 

O  bəraət  qazanır!

Bu  günahsız  insanlar 

Əbədi  haqq  səsiylə 

Könüləlrdə  yaşayır.

10.01.2009.

Yerin, göyün, Xocalı,  qan  ağladı

Yerin-göyün  Xocalı  qan  ağladı"

Alışdı  torpaqlar,  yandı  bu  gecə, 

Dodaqda  gülüşlər  dondu  bu  gecə. 

Evlərdə  çıraqlar  söndü  bu  gecə, 

Torpaqların  düşmən  əlində  qaldı. 

Yerin-göyün  Xocalı  qan  ağladı!

Yağdırdı  başına  düşmən  güllələr, 

Can  verdi  sinəndə  məzlum-körpələr. 

İşgəncəylə  öldü  igid  ərənlər, 

Şaxtadan  don  vurdu,  ayaqlar-əllər. 

Yerin-göyün  Xocalı  qan  ağladı!

/ /



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə