Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   2   3   4   5   6   7   8   9   ...   17

Mehpara Muxtarqızı

ana  kimi,  oxşadı.

Onların  Şəhid  adı 

Qəlbimizdə  yaşadı.

Bu  Şəhidliklə  onlar 

Zirvələrə  ucaldı!



Şəhidlərə  həsr  olunmuş  Bayatılar

Şəhidlərə  həsr  edirəm.

Əzizinəm  ağlaram,

Yur-yuvamı  ağlaram.

Qərib  yerdə  can  verən,

Mən,  balamı  ağlaram.

Əzizinəm  düşmənə,

Qoy  ar  olsun  düşmənə.

Öldürdüyü  balamı 

Düşmən,  sən  tap  ver,  mənə.

Əzizinəm  Vətənə,

Düşmən  girmə  Vətənə.

Dünya  fani  dünyadır,

Nə  sənə  qalar,  nə  mənə.

Əzizim  axtarıram,

Balamı  axtarıram.

Namərd  düşmən,  aman  ver 

Balamı  axtarıram.

Əzizinəm  gül  bitə,

Bağ-bağçada  gül  bitə.

Anaya,  ağır  dərddir.

Bala  məzarı  itə.

Yerin, göyün, Xocalı, qan ağladı

Əzizinəm  məzarı, 

Balamın  yox  məzarı. 

Balamı  tapmamışam 

Tapılaydı  məzarı.

Əzizim  tapmayıram, 

Balamı  tapmayıram.

Nə  məzarın,  nə  özün 

Heç  yerdə  tapmayıram.

Əzizim  yaram  sarı, 

Məlhəm  qoy  yaram  sarı. 

Yaram  məni  incidir,

Ay  ana,  yaram  sarı.

Əzizinəm  öldürdü, 

Düşmən  səni  öldürdü. 

Balam  al-qan  içində 

Vətən  deyib,  can  verdi.

Əzizinəm  can  verir, 

Balan  ana  can  verir. 

Dodağıma  su  vurun, 

Balan  susuz  can  verir.

Əzizinəm  toy  eylə,

Ana  mənə  toy  eylə. 

Üstümə  xonça  bəzə, 

Məzarımda  toy  eylə.

Əzizim  toy  otağı, 

Məzarım  toy  otağı.

Ana  sən  elə  bəzə,

Qoy  olsun  "Toy  otağı".

31



Mehparə Muxtarqızı

Əzizim  böyüdərsən, 

Balamı  böyüdərsən.

Bir  gün  məni  soruşsa, 

"Şəhid"  oldu  deyərsən.

Əzizim  harayladı,

Çağırdı  harayladı, 

Namərd  düşmən  balamın 

Qollarını  bağladı.

Əzizim  ayan  oldu. 

Yuxumda  ayan  oldu,

Bala  sənin  ölümün, 

Anana  ayan  oldu.

Əzizinəm üstümə,

Ay  ana,  gəl  üstümə.

Bir  gün  torpağım  alsan 

Sən,  səpərsən  üstümə.

Əzizinəm  qonaq  gəl, 

Məzarıma  qonaq  gəl, 

Bura  mənim  evimdir. 

Ana  hər  gün,  qonaq  gəl.

Əzizinəm  ağlaram,

Bala  deyib  ağlaram. 

Balam  İtkin  düşübdür 

Hər  kəsdən  soraqlaram.

Əzizim  -  öldürdülər. 

Balamı  öldürdülər.

Nə  ölüsün,  nə  dirisin 

Balamı  vermədilər.

32

Yerin, göyün, Xocalı,  qan  ağladı

Gəlin  və  qaynanalara  həsr  olunub

Qızlar  böyüyüb,  quş  kimi  pərvazlaşıb,  bir  ocaq­

dan  başqa  ocağa  gəlin  köçürlər.  Onlar getdiyi  ocaq­

da  qaynataya  -  Ata,  qaynanaya  -  Ana  kimi  baxma­

lıdırlar.  ismətlə,  ləyaqətlə  öz  övladlıq  borcunu  yeri­

nə yetirməli,  valideynlərinin  başını  uca  tutmalıdılar. 

Getdiyi  ocaq  da  onları  övladı  kimi  qəbul  etməlidir.

Əzizinəm  gəlinəm,

Mən  bu  evdə  gəlinəm.

Bu  gündən  mən  anana,

Həm  qızam,  həm  gəlinəm.

Əzizinəm  qarşına 

Çıxar bir  gün  qarşına.

Qayınanana  can  söylə.

Çıxsın  bir  gün  qarşına.

Əzizinəm  ana  bil,

Qayınam  ana  bil,

Axı  o  da  anadır,

Onla  danış,  onla  gül.

Əzizinəm  qayınana,

Gəlinə  ol  sən  Ana.

Səni  ana  tək  sevib,

Qoy  sənə  desin  Ana.

Əzizinəm  ayırma,

Gəlini  qızdan  ayırma,

Sən  səhvini  başa  sal,

Hər  sözü  üzə  vurma.



Mehparə Muxtarqızı

Əzizinəm  bağça-bağ 

Ətirlidir bağça-bağ.

Qızlar  xına  yaxarlar,

Hər  zaman  toydan  qabaq.

Əziznəm  örpəyi,

Başında  var  örpəyi. 

Gəlinin  ismətidir, 

Başındakı  örpəyi.

Yerin, göyiin, Xocalı,  qan  ağladı

A cılı-şirin li  m əhəbbət  payım

Bizim  də  sevginin  sonu  bu  imiş

Bu  gün  ayrılıram,  səninlə  gülüm.

Hər  zaman  çəkəcəm,  mən  həsrətini. 

Heç  zaman  unuda  bilməyəcəyəm, 

Sənin,  mənə  olan  məhəbbətini!

Bilirəm,  ayrılıq  çətindir  bizə, 

Neyləyək,  yolumuz  ayrılmalıdır.

Bunu  bil  sevgilim,  sonu  həsrətin,

Bir  gün  şirin  bir  vüsal  olmalıdır!

Yolumuz  ayrıldı,  nədən  bilmirəm? 

Bizim  də  sevginin  sonu,  bu  imiş! 

Bilməzdim  sevginin,  ilk  məhəbbətin 

Sonu  belə  həsrət  ilə  bitrmiş!

Məhəbbəti  bölüşək

Düşünməzdim,  məhəbbət 

Sən,  bu  qədər  sirlisən.

Hicranın-vüsalınla, 

Acılı-şirinlisən.

Ürəklərə  girirsən 

Orda,  yuva  qurursan.

Cavan  olsun,  ya  qoca,

Qəlbin  ovsunlayırsan.

Məhəbbətin  oduna.

Hər kəsi  yandırırsan.

Bu  odun  istisiylə,

Qəlbi  odlandırırsan.

3 5



Mehparə Muxtarqm

Vüsala  çatmaq  üçün,

"Sevəni"  sınayırsan.

Eşqi,  ucuz  tutanı,

Yarı  yolda  qoyursan.

Daş  qəlbli  insanların,

Qəlbinə  yol  tapırsan.

Ürəklərdən  ürəyə,

Daima  yol  açırsan.

Hər  an  düşündürürsən 

Sən,  bütün  sevənləri.

Onlara  bəxş  edirsən,

Yuxusuz  gecələri.

Əgər,  sevən  yatmırsa,

Gecə  narahatdırsa,

Sevgilisin  anırsa 

Demək  budur  məhəbbət!

Gəlin,  beləcə  sevək,

Sevgini  uca  tutaq.

Yalnız  bizi  sevənlə,

Məhəbbəti  bölüşək!

Dözəcəm  ömürlük  mən  bu  hicrana

Sevginlə  yaşadım  ömrüm  uzunu 

İsindi  ürəyim  məhəbbətinlə.

Bilmədim,  gün  gələr  bu  eşqin  sonu 

Dönüb  buz  bağlayar  xəyanətinlə!

İçimdə  şaxtalı  bir  tufan  oldu.

Şaxtayla-tufana,  dözmədi  ürək!

Yaşıl  budaq  üstə  çiçəyim  soldu.

Yalançı  məhəbbət  nəyimə  gərək!

Sö-

Yerin, göyün, Xocalı,  qan  ağladı

Qəlbimdə  yarandı  sənə  nifrətim.

Kaş  səni  əzəldən  heç  sevməyəydim. 

Saf bir  məhəbbətlə  döyünən  qəlbi,

Sən  tək  vəfasıza  mən  veməyəydim!

Get,  sən  ayrı  yaşa,  uzaq  ol  məndən 

Ayrıldı  yolumuz,  bu  gündən  belə. 

Peşiman-peşiman  geriyə  dönüb.

Göz  yaşın  axıtma,  sən  gilə-gilə!

Demə  aldanacam,  göz  yaşlarına.

Mən  sənin  yalançı  ıbaxışlarma 

Unut  məni,  artıq  sevmirəm  səni 

Dözəcəm  ömürlük  mən  bu  hicrana!

Tanrıdan  hər  kəsin  sevgi  payı  var

Tanrıdan,  hər  kəsin  sevgi  payı  var, 

Tanrı  bu  payı,  hər  kəsə  ayırar!

Birinə  çox,  birinə  az  paylar.

Kimi  xoşbəxt  olar,  kimi  ayrılar!

Bəzən  sənə,  sevgi  əlçatmaz  olar,

Sevən  sevgisinə,  bir  gün  qovuşar!

Sevgi  var  ki,  hər  an  səni  yaşadar,

Sevgi  var  ki,  ömrün  boyu  ağladar!

Sevgi  atəşiylə,  səni  yandırar,

Sevənlər  özünü  çox  xoşbəxt  sanar. 

"Yalan  sevgi"  hər  an  səni  aldadar. 

Qəlbində  sevgiyə  nifrət  oyadar!

Saf məhəbbət  təmiz  olar,  pak  olar, 

Sevən  sevgisini  hər  an  qoruyar.

Həyatda  sevənlər,  həm  sevilənlər, 

Məhəbbətin  nə  olduğun  anlayar!

37



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə