Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   2   3   4   5   6   7   8   9   ...   17

Mehparə Muxtarqızı

Dağlarında,  el-oban  şəhid  oldu, 

Çeşmələrin  gözü  qan  ilə  doldu. 

Analar-bacılar  saçını  yoldu,

Göydəki  quşlar  da  qanad  saxladı. 

Yerin-göyün  Xocalı  qan  ağladı!

Viran  etdi,  namərd  düşmən  torpağı,

Keçdi  Xocalıya  düşmən  caynağı. 

Qız-gəlinlər  "Vətənə"  dedi  ağı.

Dağların  da  köksü  qübar  bağladı. 

Yerin-göyün  Xocalı,  qan  ağladı!

26  fevral  2009-cu  il

Ana  Vətən

Dərdlə  yüklüdür  qəlbim 

Daim  yazır,  yaradır.

Vətən  dərdi,  həsrəti,

Hər  arı, məni  ağladır.

Süzülür  vərəqlərə.

Göz  yaşım,  gilə-gilə.

Dönüb,  mənim  qəlbimdə,

Vətən  dərdi,  nisgilə!

Vətən  dərdi  yandırır,

Ürəyimin  başını.

Mən  sevirəm  Vətənin, 

Torpağını-daşmı!

Ağla,  Mehparə  ağla,

Axıt,  göz  yaşlarını.

Yerin, göyün, Xocalı, qan  ağladı

Vətən  yolunda  ölən,

"Şəhid  qardaşlarını".

Sən  ağla  şəhidlərin,

Narahat  ruhlarını.

Balasını  -  axtaran,

Şəhid  analarını!

Sən  ağla  ölənləri,

Ağla  didərginləri.

Ağla,  düşmən  əlində,

Qalan  "Ana  Vətəni".

Gün  gəlsin,  igidlərim,

Vətən  torpağın  alsın!

Qarabağda,  üç  rəngli 

Bayrağımız  dalğalansın!

"Yaz  da  gəldi,  biz  Vətənə  dönmədik"

Namərd  düşmən  göz  dikdi  yurdumuza 

Su  çilədi,  yanar  ocağımıza.

Yaz  gəldi,  quşlar  da,  geri  döndülər 

Biz  dönə  bilmədik,  el-obamıza!

Yazın  gəlişini  duya  bilmədik,

Bu  bahar  qoynunda  gəzə  bilmədik. 

Qəlbimizdə  yurd  həsrəti  inlədik.

Yaz  da  gəldi,  biz  Vətənə  dönmədik!

Bahar  gəldi,  açdı  güləlr-çiçəklər 

Ocağımda  ağaclarım  qurudu!

Dağ  döşündə  boynu  bükük  bənövşə 

Qərib  olan  el-obamı  ağladı!

111 


..............г 

/ J  


IV'"/'  1


Mehparə Muxtarqızı

Uca  dağ  da  dözəmmədi  bu  dərdə, 

İgidlərim  qoynunda  can  verəndə! 

Dərddən  daşlar,  qayalar  da  ovuldu 

Namərd  düşmən  sinən  üstdə  gəzəndə!

Vətən  deyib,  can  verdilər  qocalar, 

Qərib  yerdə  öldü  ata,  analar.

Bizi  heç  bir  zaman  bağışlamazlar 

Torpağı  almasaq  narahat  ruhlar!

Hər  kəs  dönsün  öz  isti  yuvasına, 

Həsrət  qalmasın  heç  kəs  torpağına. 

Qəriblikdə  kimsə  qərib  olmasın, 

Qovuşsunlar,  elinə-obasına!

Qaytar  məni,  torpağıma-elimə!

Qocalmışam,  az  qalıbdır  ömrümə 

Çarə  yoxdur,  qərib  yerdə  dərdimə.

Can  verəndə  aparın  Vətənimə,

Qaytarın  siz  torpağıma-elimə!

Fəryadına  "Vətən"  dözə  bilmirəm 

Çarəsizəm,  imdadına  gəlmirəm 

Göz  tutulub,  el-obanı  görmürəm 

Vətənsizəm,  bu  torpaqda  "qəribəm", 

Qaytar  məni,  torpağıma-elimə!

İgidlərim  qan  içində  keçinib,

Xain  düşmən  vətəni,  viran  edib. 

Namuslu  qız  -  gəlinəlr  əldən  gedib, 

Evlər  yandırıb,  çıraqlar  sönüb,

Qaytar  məni,  torpağıma-elimə!

Yerin, göyün, Xocalı, qan ağladı

Ulu  "Tanrım"  təkcə  sən  ümüdümsə. 

Bəndələrin  hər  an  pənah  yerisən. 

Sən  hər  kəsin  harayına  yetmisən. 

Kimi  haqqdır,  kimi  nahaq  görürsən! 

Qaytar  məni,  torpağıma-elimə!

Yeri-göyü  "Tanrı”  xəlq  eyləmisən. 

Sənki,  hər  cür  möcüzəyə  qadirsən! 

Sən,  ibadət  edənləri  sevirsən!

Qaytar  məni  torpağıma-elimə!

Sən  bağışla,  imanıma-dinimə 

"Vətən"  üçün  ölən,  şəhidlərimə 

İslam  -  din  yolunda  ölənlərimə 

Qovuşa  bilmirəm,  mən  Vətənimə, 

Qaytar  məni,  torpağıma-elimə!

Ağlama,  sil  ay  ana,  göz  yaşını

Baxışın  qəlbimi  yandırdı,  Ana

-  qan  eylədi!

Sənin  bu  dərdinə

-  göydəki,  quşlar  da

-  bil  fəqan  eylədi! 

Neyləyim,  mən  ay  ana

-  sən  bir  qərib  tək,

-  düşmüsən  bu  yerlərə, 

Qalmısan,  nə  günlərə.

-  Qoşulub  -  qəriblərə! 

Həsrətsən  meşələrə  -  çəmənlərə.

-  Yam-yaşıl  yamaclara,

-  sən  düzlərə. 

Dağlara-dərələrə,

-  axan  gur  -  şəlalələrə!




Mehparə Muxtarqm

Didərgin  olub  yaşamaq,

-  yaraşarmı,  de  sənə?

Bir tikə  çörək  üçün,

-  indi  baxırsan  əllərə...

Qalmısan,  evsiz-eşiksiz,

-  bu  ahıl  yaşda  -  çadırda 

Vətənin  qalıbdır  darda,

-  düşmənin  tapdağı  altda,

-  alışıb,  yanır  torpaq  da,

Evlərdə,  sönüb  çıraq  da.

Ağla,  sən  doyunca  ağla,

-  Ay  Ana!

Ağla  Şəhidləri,  ərənləri!

Qərib  yerdə,  yurd-yuvasız 

"Vətən"  deyib  ölənləri!

Söylə  sən  dözmür  ürək

-  neynəməli?

Sil  yenə  göz  yaşını

-  Uca  tut  hər  an  başını 

Sevindirmə  ay  ana

sən,  o  namərd  düşmanını!

Alacaq  düşmən  əlindən,

-  igidlər  torpağını,

Qovacaqlar  Qarabağdan

-  gün  gələcək,

-  yağını!

"Vətən  məni  bağışla,  bu  torpaqda  qəribəm"

Mən  Şuşamı  hər  gecə  yuxularda  görürəm, 

Dostlarımla  bir  yerdə  dağ  döşuündə  gəzirəm, 

Əyilib  bulaqların  gözündən  su  içirəm,

Ayılanda  yuxudan,  göz  yaşları  tökürəm 

Vətən  məni  bağışla,  bu  torpaqda  qəribəm!



46

Yerin, göyün, Xocalı,  qan ağladı

Burda  indii  özümə  mən  bağ-bağça  salmışam, 

Böyüdüyüm  torpağa,  yurda  həsrət  qalmışam, 

Vətən  dərdi  qəldimdə,  saçımı  ağartmışam,

Necə  unudum  səni,  qoynunda boy  atmışam, 

Vətən  məni  bağışla,  bu  torpaqda  qəribəm!

Çox  vaxt  özüm-özümə  yaman  gileylənirəm, 

Yurd-yuvasız  özümü,  hər  an  qərib  bilirəm.

Mən  Vətən  həsrətini  qəlbimdə  gəzdirirəm 

Olsada  var-dövlətim,  mən  yurdsuz  didərginəm, 

Vətən  dmüfllbağışla,  bu  torpaqda  qəribəm!

Kaş  bu  gün  Qarabağda  uçuq  komam  olaydı, 

Yenə  quşlar  bağımda  çoxlu  yuva  quraydı. 

Quşların  şən  cəh-cəhi  hər  yana  yayılaydı, 

Qarabağ  bülbüllərin  xanəndə  oxuyaydı.

Vətən  (fmhlUbağışla,  bu  torpaqda  qəribəm!

Yaman  qəribsəmişəm  torpağıma-yurduma, 

Qovuşa  bilməyirəm  doğma  Qarabağıma. 

Həsrətəm  dağ-dərəmə,  sərin  bulaqlarıma 

Yaraşarmı,  qəriblik  de  menim  bu  çağıma?

Vətən  məni  bağışla,  bu  torpaqda  qəribəm!

Azərbaycan  qadını

Vətəni  qorumağa  necə  oğullar  getdi 

Ana  bacılarımız  başını  qara  örtdü.

Hər  çətinliyə  dözdü,  övladını  böyütdü 

Ərlərini  itirib,  qara  saçın  ağ  etdi!

Bu  amansız  talehin  hər  hökmünə  dözdülər. 

Onlar  həm  qadm  işi,  kişi  işi  gördülər.

47



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə