Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Mehparə Muxtarqızı

Əvvəlki  tək  səninlə 

Danışıb  söhbət  etdik.

Sevgi  dolu  gözlərin 

Dikildi  gözlərimə.

Əlini  toxundurdun 

Bir  anlığa  əlimə.

Əlinin  hərarəti,

Sanki  hopdu  qəlbimə. 

Uzun  həsrətdən  sonra 

Qovuşdum  mən  sevgimə.

Dedin  bilirəm  gülüm 

Sən  də  məni  sevirsən. 

Qəlbində  sevmir  məni 

Bəlkə  də,  düşünürsən!

Yox,  yalandır bu  sözlər, 

Sevgini  deyir  gözlər. 

Sevənlər  məhəbbətin 

Deməz,  qəlbində  gizlər!

Sevgilini  görəndə, 

Dil-dodaq  kilidlənər. 

Gözlərinə  baxanda 

Sevgi  gözdən  bilinər!

Sevənlər  ayrılığa,

Həsrətə  dözə  bilməz.

Əsl  sevgi,  məhəbbət 

Ürəklərdən  silinməz!

50

Yerin, göyün, Xocalı,  qan  ağladı

Bu  sevgini  unutmayaq

Uçub,  duumalar  tək,  uzağa  getdin. 

Yox  olub,  bir  anlıq  gözümdən  itdin. 

Qoşulub  sən  duma  qatarlarına,

Bəlkə  də,  səmadan,  məni  seyr  etdin!

Hicranın  yükünü,  mənə  çəkdirdin. 

Eşqinlə  qəlbimdə  yuva  tikdirdin.

Sən  sevən  qəlbimi  atəşə  atıb, 

Ayrıldın,  aradan  bir  sərhəd  çəkdin!

Getdin  uzaqlara  ayrı  yaşadın.

Sən  qəlbimi  özün  ilə  apardın.

Mənə  bir  dünya  "sevgi"  bağışlayıb, 

Bil,  ruhumu  sən  canımdan  qopardın!

Bülbül  kimi,  gülün  üstünə  qondum, 

Şaxta  vurdu,  soyuq-sazaqda  dondum! 

Sənsizliyə,  bu  hicrana  dözməyib. 

Susuz  qalan  ağac  kimi  tez  soldum!

Ayrılsaq  da  biz  sevdik  qəlbimizdə 

Günah  nə  səndədir,  nədəki  məndə! 

Nə  sən  məni  qına,  nə  də  mən  səni, 

Günah  bu  amansız  "talehimizdə"!

Gəl,  talehlə-qismət  ilə,  barışaq!

Bu  sevgini,  heç  zaman  unutmayaq. 

Biri-birimizdən  düşsək  də  uzaq,

Hər  an  sevgimizi,  Qoşa  yaşadaq!

54



Mehparə Muxtarqızı

Poeziya  aləmi

Mən  dənizəm,  Ləpə  sənsən

Gah  kükrəyən,  gah  da  coşan 

Ləpələrlə  pıçıldaşan 

"Dəniz  -  mənəm"

Telinə  sığal  çəkdiyim

Hər  cür  nazına  dözdüyüm 

Sinəmdəki  "Ləpə"  sənsən.

Mən  yelkənli  bir  qayığam 

sənsə  mənim 

"Yelkənimsən".

Dağ  döşündə  bitən  güləm,

Sən  açılan  çiçəyimsən.

Mən  bülbüləm  nəğmə  deyən. 

Dilimdəki  nəğmə 

"Sənsən"

Hara  getsəm,  harda  olsam,

Sevincimsən-kədərimsən! 

Məhəbbətim,  saf eşqimsən!



52

Yerin, göyün, Xocalı,  qan  ağladı

Bilirəm  ki,  sən  də  məni 

sevdiyim  qədər 

sevirsən!

Söylə  gülüm,  niyə  məni

Sən  bu  qədər  incidirsən? 

Görüşümə  gəlməyirsən?

Yalız  xəyala  dönürsən!

Sən  hicranın  ürəyimə

tikan  olub  batdığını, 

bilməyirsən?

Sən  geriyə  dönməyirsən. 

Qəm-qüssəyə  bələnirəm!

Yenə  sənin  yollarını,

Gülüm  hər  gün  gözləyirəm. 

Yalız  səni  düşünürəm.

Bu  hicrana-ayrılığa,

Artıq  dözə  bilməyirəm!

Qayıdıram  sənlə  ötən 

Aylarıma-illərimə!

Qayıt  gülüm,  sevinc  gətir 

Sən  ömrümə!

Əlini  ver  ələlrimə

Son  qoyulsun,  sənsiz  keçən 

Yuxusuz  gecələrimə.

Sənini  sevgi  dolu  gözün 

Baxsın  gülüm 

gözlərimə!



Yağan  yağış

Yağış  yağır!

nann-narm  yağan  yağış 

döyür,  gülüm  pəncərəmi!

Bürüyür,  hicran  qəlbimi.

5 3



Mehparə Muxtarqızı

Sevinirəm,

Pəncərənin  qarşısına 

Yüyürürəm!

Sanıram  ki,  bəlkə 

Sənsən!


Gülüm,  mən  səni  görmürəm... 

Yağış  səsin  eşidirəm,

Sənsiz  geriyə  dönürəm. 

Darıxıram,  düşünürəm. 

Tənhalıqdan  üşüyürəm!

Səni  görmək  istəyirəm. 

Görüşünü  gözləyirəm, 

Səninçün  qəribsəyirəm! 

Ayrıvlığa  -  bu  hicrana.

İnan  dözə  bilməyirəm!

Axan  göz  yaşımtgülüm.

Yağışdan  da  gizlədirəm. 

Səndən  olan  incikliyi,

Yağışa  gileylənirəm!

Mən  yağışa  söyləyirəm

Məndən  sənə  xəbər  desin! 

Döyüb  sənin  pəncəorəni 

Yarın  darıxır  söyləsin

Sənlə  məni  görüşdürsün!

Mənim  ilə  qalasan

İstəyirəm  gül  olasan, 

bülbül  olub  üstə  qonum. 

İstəyirəm  şam  olasan, 

oduna  alışıb-yanım. 

İstəyirəm  külək  olum, 

saçlarını  mən  darayım. 

Kölgən  olum  hər  an  sənin, 

yanında  addımlayım!

5U

Yerin, göyün, Xocalı,  qan ağladı

İstəyirəm  çay  olasan, 

sinəm  üstə  axasan.

Yağış  olub,  yağasan, 

şimşək  olub  çaxasan,

Sən  fəryad  qoparasan 

sevgilini  tapasan, 

yanına  çağırasan, 

qollarına  alasan.

Günəş  olub  həyatıma 

hər  gün  işıq  salasan.

Mənimlə  qovuşasan.

Sən  əbədi  "sevjgilim"

Mənim  ilə  qalasan...



Çünki  onu  sevirsən

Gül  bağına  girirsən

Çiçək  dərib  üzürsən. 

Qızıl  gülün  üstündə

Çoxlu  tikan  görürsən. 

Tikan  batsa  da  ələ,

Sən  bu  gülü  dərirsən. 

Tikan  səni  incidir

Bu  ağrıya  dözürsən. 

Bu  çiçəyi  sevdiyin

Bir  insana  verirsən. 

Çünki,  onu  sevirsən!

Məhəbbət  də  belədir 

Gülün  tikanı  kimi

Vüsala  çatmaq  üçün 

Həsrət  səni  incidir

Uzun  çəkən  ayrılıq, 

Hər  an  qəlbini  didir.

Sevginin  şirinliyin



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə