Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Mehparə Muxtarqm

Həsrətinlə  yaşadım!

səni  yanımda  sandım.

Gözüm  səni  aradı,  qəlbim  od  tutub  yandı.

Səni  çox  soraqladım,

"Sənsizləşib"  ağladım.

Biz,  beləcə  ayrıldıq,  vüsala  yetişmədik. 

Sevginin  şirinliyin  gülüm,  dada  bilmədik.

Hər  zaman  qəlbimizdə,  həsrət  yükü  gəzdirdik. 

Bu  "nakam  məhəbbəti"  yalnız  təskinlik  bildik! 

İllər,  aylar  ötüşdü.

-  Qara  saça  dən  düşdü!

-  Sevgi  unudulmadı,  -  Ürəklərdə  yaşadı! 

Vüsala  çatmaq  üçün  hər bir  zaman  tələsdik. 

Nə  vaxtsa,  görüşərik  biz,  bu  anı  gözlədik.

Bir  gün  üz-üzə  gəldik!  Mən  səni  harayladım, 

Ötüb-keçdin  yanımdan,

Arxanca  çox  boylandım.

Dönüb  arxaya  baxdın.

Sən  qəlbimə  od  yaxdın

Sevgi  dolu  baxışla,  gözündən  yaş  axıtdın.

Bil  ki,  məni  yaşatdın,  sən  məni  də,  ağlatdın! 

Sevgi  daim  yaşayır,  sevən  bunu  anlayır.

Cavan  ol  sən,  ya  qoca  sevgi  unudulmayır!



Səni  sevdim

(həyat  yoldaşıma  həsr edirəm)

İllər  boyu  xəyalımda,  mən  röyamda 

Saf məhəbbət  həsrətiylə  yaşamışam! 

Qəlbimdəki  bu  boş  yerə,

Heç  kəsi  buraxmamışam.

Ürəyimdə  bu  sevgini 

Qoruyaraq  saxlamışam!

Düşünmüşəm  gün  gələcək,

Mənim  təmiz,  saf eşqimə,

62

Yerin, göyün, Xocalı,  qan  ağladı

Qiymət  verən,  məni  sevən,

Məhəbbətin  qədrin  bilən,

Sevgini  dəyərləndirən,

Sevgisiylə  ürəyimdə,

Daim  mənim  yer  eyləyən,

Bir  kəs  bir  gün  rast gələcək  özü  mənə!

Arayacaq-axtaracaq

Gün  gələcək,  bu  məhəbbət

Bu  sevgi  məni  tapacaq.

Eşqimi,  uca  tutacaq.

Mənim  təmiz  məhəbbətim 

Ona  bir  dayaq  olacaq.

Biz  sevib-seviləcəyik.

Leyli  kimi,  Məcnun  kimi.

Əsli  kimi,  Kərəm  kimi.

Dildən-dilə  düşəcəyik 

Ölənədək  sevəcəyik!

İllər  ötdü,  aylar  keçdi...

Mənim  şirin  xəyallarım 

Yuxularım,  röyalarım,

Döndü  bir gün  həqiqətə!

Döndü  bizim  dostluğumuz,

Çevrildi  pak  məhəbbətə!

Bir  gün  gəldi  qəlbimdəki 

Məhəbbətim  məni  tapdı.

Ürəyimdə  yer  eylədi.

Ürəyini  bir  gün  açıb,

Mənə  dedi,  məni  sevdi 

Mənə  sevgisin  bildirdi.

Həyatının  mənasını 

Məndə  gördü.

Sevən  qəlbin  mənə  verdi.

Qəlbimdəki  bu  boş  yerə.

Sevgisiylə  özü  girdi 

Çünki,  mənim  bu  sevgimə,

Həmən  adam  layiq  idi!

12.XII.2009



Mehparə Muxtarqızı

Q ə z ə l l ə r

Ulu  Tanrım

Ulu Tanrım  sənin  hər vaxt  gecə-gündüz  qulunam! 

Zikr edib,  namaz qılanda  hər şeyi  unuduram.

Haliyəm  qüdrətinə,  ey  məni  xəlq  eyləyənim, 

Bəndənin  hər əməlin,  düzün-əyrisin  görənim.

Haqq-ədalət  sevənim,  bizə  düz yol  gösətərənim, 

Bəndəyə  ruzi  verib,  dərdə  əlac  eyləyənim.

Rəhmdilsən,  sən  Adilsən,  bizləri  çox  sevirsən.

Hər kəsin  ümid  yeri,  Tanrı  hər şeyə  qadirsən!

Bəndəni  bağışlayıb,  tez  günahından  keçirsən, 

Məzluma  əl  tutanı,  sən  "mömün"  bəndən  seçirsən.

Yerin, göyün, Xocalı,  qan  ağladı

Bizi  xəlq  eyləmisən,  "Qurani-Kərim"  vermisən. 

Mömin  insanlar üçün  İslam Dinin  göndərmisən.

Hər bir  ayəndə  bizi  mömünliyə  səsləmisən,

Düzgün  yol  göstərmisən,  əyrini-düzdən  seçmisən.

Nə  qədər  ömür verərsən,  sənə  səcdə  edərik,

Hər  zaman  zülm  edənə,  kafirə  qalib  gələrik.

Biz  ümid  bəsləyirik,  ömrü  boyu  Tanrı  sənə 

Dayaq  ol  ey  Ulu  Tanrım  yaratdığın  bəndənə!

Vətən  bizi  haraylayır,  igidlərim-ərənlərim

Önünüdə diz  çökürəm,  od  içində  yanan  torpaq 

Olmusan,  viran yurdum,  düşmənlər əlində,  dustaq.

Sinəndə  qəm-qüssədən,  əriyir sanki  uca dağ,

Quşlar da  nəğmə demir,  sönübdür evlərdə  çıraq.

Əsir düşübdür elin,  solubdur gülün-çiçəyin,

Elinlə  çörək  kəsən,  sonunda olub düşmənin.

Gözündən  gəlsin görüm,  verdiyin  duzun-çörəyin, 

Qovacaq  namərdləri,  igidlərin-ərlərin.

Ağlama,  sil  göz yaşın,  arxalan  igidlərinə.

"Türkdür"  mənim  millətim,  diz çökdürər düşməninə.

Bir qarış  torpağı  da,  biz  vermərik yad  əllərə, 

mənfur düşmən  ayağı,  dəysə də bizim  yerlərə.

Qoymarıq  sinən  üstə  vətən gəzsin,  düşmən-yağı 

Gün gələr azad  olar,  yenə  Qarabağ  torpağı!

€5



Mehparə Muxtarqızı

Gözləmə  sən  vəfasız  insanlardan  eşqə  vəfa

Gözləmə  sən  vəfasız  insanlardan  eşqə  vəfa 

Bivəfa  yarın  yolunda  çəkmə  sən  heç  vaxt  cəfa.

Əymə  sən  qürurunu,  sevmə  səni  sevməyəni,

Bil  ki,  başqasın  sevir,  vardır  onun  gözləyəni.

Vəfasız  insanlara  açma  heç  zaman  qəlbini,

Sevgisi  yoxsa  sənə,  bil,  atacaq  bir  gün  səni.

Səni  sevməyən  kəsdən  sənə  olmaz,  heç  zaman yar 

Qəlbini  ver  o  kəsə,  olsun  o,  sənə  vəfadar.

Gündə  bir  eşq  yaşayar,  hər  bir  zaman  vəfasızlar 

Taparlar  tez  bir  zamanda  özünə  bil  məşuqlar.

Yadda  saxla,  sən  bunu  zər  qədrini,  zərgər  bilər 

Sevginin  qədrin  bilən  həm  sevər,  həm  də  sevilər.

Bir  var  ki,  vəfasızın  eşqi  oduna  yanasan 

Görməyəndə  sən  vəfa,  alışasan-odlanasan.

Sən  sevən  kəsi  axtar,  xoşbəxt  yaşa,  tap  səadət, 

Vəfalı  yardan  görərsən,  sən  ülvi  pak  məhəbbət.

Düşün  bunu  həyatın  çox  enişli  yolan  var 

Gün  gələr,  həyat  səni  çətində,  darda  sınayar.

Elə  yar  seç  ki  sənə  çətin  gündə  dayaq  olar 

Çətinə,  dara  düşəndə  hər  an  yanında  qalar.

Bil  ki,  sevgisiz  olan  ailə  gün  gələr,  dağılar 

Sevgidən  təməl  daşı  olan  ailə,  xoşbəxt  olar!

6 6

Yerin, göyün, Xocalı,  qan  ağladı

Məhəbəbtel  döyünür  şairlərin  ürəyi

(Mənsur  şeir)

Şair  yaşaya bilməz,  heç  vaxt  xoşbəxt  görünməz, 

Sevgisiz üzü  gülməz,  şair ilhama  gəlməz,  hər 

kəlməni,  hər  sözü  qələmə  ala  bilməz.

Məhəbəbt  olmayanda!

Məhəbbətlə  döyünür  şairlərin  ürəyi!  Vətənə-xalqa 

Sevgi,  qoynunda  boy  atdığı  "Ana  torpağa"  sevgi. 

Onu  duyub,  anlaya,  eşqinə  sadiq  olan,  kədərli 

-  xoş  anında  daim  yanında qalan,  sevgiyə 

arxalanan  vəfalı  bir  insanın  məhəbəbti  yaşadır. 

Yaşadır  şairləri!

Şair bu  sevgi  ilə  daim  yazır,  yaradır,

Xalqı  xoşbəxt olanda,  şair  də  xoşbəxt olur!

Qəlbi  bulud  tək  dolur,  kədərli  anlarında 

O,  yazdıqca  düşünür,  hər zaman  xəyalında.

Yazdığı  hər  kəlməni  yaşayır,  həmin  anda



67


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə