Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Mehparə Muxtarqızı

Hər  zaman  dadmaq  üçün, 

Daima  çarpışırsan! 

Sevgilini  görməyin,

Həsrətində  olursan. 

Xəyallarla  hər  gecə,

Sən  üz-üzə  qalırsan. 

Ürəyini  sən  yanar

Ulduzlara  açırsan. 

Tənhalıqdan  qaçırsan

Hər  əzaba  dözürsən. 

Çünki  onu  sevirsən!

Sən  bu  uzun  gecədə, 

Məhəbbətin-sevginin

Oduna  bələnirsən.

Sən  həsrətin  yükünü.

Yuxusuz  gecələrdə,

O  döyünən  qəlbində,

Hər  zaman  gəzdirirsən. 

Çünki,  onu  sevirsən!

Əlin  çatmır  əlinə, 

Gözün  baxmır yarının

O  gülər  gözlərinə. 

Döhzməyib  həsrətinə.

Göz  yaşları  tökürsən. 

Gecə-gündüz  qəlbində

Sən  onu  düşünürsən! 

Çünki,  onu  sevirsən!

Ayrılıq  istəmirsən, 

Yolunu  gözləyirsən.

Vüsala  çatmaq  üçün, 

Hər  zaman  tələsirsən

Çünki,  onu  sevirsən!

5 6

 

=

Yerin, göyün, Xocalı,  qan ağladı

Sevgimizi  yaşadaq

Ötdü,  ömür  qatan 

Tanrı  bizi  ayırdı.

Gəncliyimi  apardı,

Səni  məndən  qopardı,

Bu  sevən  qəlbimizi,

Qara  buludlar  aldı.

O  həyat  eşqimizi,

Gülən  gözlərimizi,

Bir  daha  güldürmədi.

Bizə  rəhmi  gəlmədi,

Səni  məndən  ayırdı!

Susdu  dodaqlarımız,

Uzaq  düşdü  yolumuz.

Ötdü  illər,  fəsillər,

Ayrı-ayrı  yaşadıq.

Bu  qatarı  hər  zaman 

Qəlbimizdə  daşladıq.

Qırılmadı  ümüdlər,

Bu  ümüdlə  yaşadıq.

Biz  vüsala  çatmağı,

Hər  zaman  arzuladıq 

Gözlədik  bu  qatarı!

Düşündük  bir gün  gələr,

Bu  qatar,  geri  dönər.

Dönər  o  bizə  sarı,

Olsaq  da  qoca  qarı,

Ömür  olsa  da  yarı 

Bizi  ayıran  qatar 

Döndü,  qayıtdı  geri!

Biz  onu  qarşıladıq.

Şirin  vüsala  çatıb,

"Sevgimizi  yaşadıq"!

20  noyabr

5 7



Mehparə Muxtarqızı

Şirin  xəyala  dönmüşəm

İndi i  artıq  sənin  üçün 

Şirin  xəyala  dönmüşəm!

Həyatında  mən  parlayan, 

ulduz  kimi,  tez  sönmüşəm.

Yalnız  sənin  xəyalında, 

bir  röyaya  çevrilmişəm.

Yuxularına  gəlmişəm,

Yenə,  sənlə  görüşmüşəm.

Əhdi-peyman  eyləmişəm.

Yuxuda  da,  sənə  gülüm, 

tənhalıqdan  bezdiyimi, 

yana-yana  söyləmişəm!

Ağlamışam,  bu  saf eşqi 

Yalnız  təsəlli  bilmişəm.

Talehimdən  incimişəm 

həsrətini  çox  çəkmişəm.

Ay  rılığa  mən  dözməyib, 

acı  göz  yaşı  tökmüşəm.

Yenə  sənin  yollarım 

inan,  hər  gün  gözləmişəm.

Səndən  uzaqda  olsam  da,

Qəlbimdə  bil,  təkcə  səni 

Yalnız  mən  səni  Sevmişəm!



Amansız  taleh

Bir  qadının  acı  taleyinə  həsr  olunub 

(danışdıqlarından )

Gənc  bir  oğlan  ilə  qız,

Bir-birini  sevdilər.

Xoşbəxtliyi  həyatda 

Bir-birində  gördülər!

58

Yerin, göyün, Xocalt,  qan  ağladı

Hər  zaman  görüşdülər, 

Sevindilər,  güldülər. 

Sevincli  anlarını, 

Görəndə  bölüşdülər.

Bir  gün  iki  sevgili,

Bir  qərara  gəldilər.

İki  gənc  bir-biriylə, 

Toy  qurub  evləndilər.

Həyatda  hər kəs  kimi 

Onlar  xoşbəxt  oldular! 

Gün  gəldi  bu  ailədə, 

Körpələr  doğuldular!

Uşaq  məktəbə  getdi 

Ata-Ana  sevindi.

Kədər,  xoşbəxt  ailənin 

Bir gün  qapısın  döydü!

Çox  da  uzun  sürmədi, 

Onların  bu  sevinci. 

Ayırdı  bir-birindən 

Taleh,  bu  iki  gənci!

Gənc  ana  zülmə  dözdü 

Həyatından  əl  üzdü. 

Övladlarının  gözü,

Hər  gün  "Atam"  gəzdi!

Min  cür  çətinlik  ilə. 

Övladını  böyütdü.

Ana  gənc  yaşlarında, 

Saçlarını  ağ  etdi!

59



Mehparə Muxtarqm

Namusla,  qeyrət  ilə,

Balasını  saxladı.

Dözməyib  çətinliyə,

Gizli-gizli  ağladı.

Qorudu  bu  gənc  qadın,

Namusla  təmiz  adm 

O  sərt  qanunlarını 

Yaşadı  bu  həyatın.

Həyatda  yalqız  qaldı,

Qəlbi  kədərlə  doldu.

Məhəbbəti  qəlbində,

Sevə-sevə  qocaldı.

"Sevgi  unudulmur"

Lirik  poema

Bir  gün  yolla,  gedirdim,  qəflətən  səni  gördüm! 

Gözümə  inanmadım,  bir  an,  ayaq  saxladım. 

Ayaqlarım  tutuldu,  dilim,  sanki  lal  oldu.

Səni  gördüm  nədənsə,  bilmədim  gözüm  doldu. 

Sanki  möcüzə  idi  mənim  səni  görməyim.

Sənə  bir  təsadüfdən,  sevgilim  rast  gəlməyim! 

Bəlkə  də  bu  gördüyüm,  heç  sevgilim  deyildi? 

Gördyüym,  həmən  adam  ona  çox  bənzəyirdi... 

Yox,  yalan ola bilməz,  mənim  zənnim heç zaman, 

Məni  aldada  bilməz!

Gözümə  inanmadım,  ötüb  keçdin  yanımdan. 

Qəlbim  yaman  göynədi,  qəmli  baxışlarından. 

Donmuşdu  baxışların,  solmuşdu  yanaqların! 

Yenə  də  yanmdaydıq,  biz  o  qoşa  çinarın.

Biz  çinarın  altında  yenə  üz-üzə  gəldik!

O  anı  xatırladım,  şirin  xəyala  daldım...

Yerin, göyün, Xocalı,  qan  ağladı

Oturardıq  bir  yerdə,  bu  çinarın  altında,

Sənlə  deyib-gülərdik,  necə  də  sevinərdik.

Bu  yolla  hər  gün  belə  ikimiz  yol  gedərdik.

Bir  gün  görüşməyəndə,  həmən  an  inciyərdik. 

Kədərli-xoş  anları  bir  yerdə  bölüşərdik!

Bir  gün  necə  oldusa,  dərsə  kədərli  gəldin.

Nə  danışıb,  nə  də  güldün,  məni  görüb  gizləndin. 

Soruuşdum  gülüm  səndən,  nədən  kədərlənmisən? 

Yoxsa,  məni  sevmirsən?

Kim  dəyibdir  qəlbinə,

Kim  nə  söyləyib  sənə?

De,  ürəyim  darıxdı!

Hıçqıraraq  ağladın,  sən  boynuma  sarıldın!

Sirrini,  mənə  açdın!

Dedin:


Zəng  eləyiblər  ondan  əl  çək,  deyiblər!

Onu  nişanlamışıq,  bir  varlı  qız  almışıq.

Mən  də  baş  üstə  deyib,  gəlib  sənə  söylədim 

Mən  xeyli  əsəbləşdim  evdən  çıxmaq  istədim 

Səni  sevirəm  gülüm,  mənimlə  gedək,  dedim 

Gəl  gedək,  uzaqlara,  bu  dərs  olsun  onlara!

İçində  ağlaşanda,  sən  alışıb-yansanda 

Dedin:  bəsdir,  Ayrılaq!

Bu  "nakam  məhəbbəti"  bu  gündən  sona  vuraq! 

Dözəcəyəm  bu  dərdə,  yaşat  məni  qəlbində. 

Yaşat  hər  an,  hər  saat,  bu  təmiz  məhəbbəti! 

Çəksəkdə  bu  həsrəti,

Qəlbimizdə  ucaldaq!

bu  gündən  etibarən,  biz  bir  dost  kimi  qalaq! 

Məni,  çox  incitdilər  -  Ondan  əl  çək  dedilər! 

Sevmədiyim  bir  qızla,  mənə  nişan  etdilər!

Varına  aldandılar.

O  gündən  bil,  qəlbimi,  didib-parçaladılar...

Taleh  belə  gətirdi,  -  gülüm,  səni  itirdim!

-  


■■

  ■  . 


ül

. = .=


j


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə