Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   9   10   11   12   13   14   15   16   17

Mehpara Muxtarqızı

Hər  kəsin  dərdin  duyur,  gözlərinə  baxanda 

Şairlər xoşbəxt  olur,  hər kəs  xoşbəxt olanda!

Tanrı  bağışla  məni,  keç  günahımdan

M. Ə. Sabir  say ağı  satira

Yığışıb  dost-tanış  ilə  hər gün  sağlıq  deyirəm,

Araqdır yaxın  dostum,  mən  namazı  neyləyirəm?

Fani dünyadır bu  dünya,  qalacaq  "kef'  adama,

Nə  qədər ömrüm  varsa,  mən  də,  bu cür  kef edirəm!

Gecələr yalvarıram,  mən  önündə  diz çökürəm,

Ulu pərvərdigarım keç  günahımdan  içirəm!

Namazı  yox,  arağı,  eyşi-işrəti  seçirəm,

Dost-tanış  inciməsin,  onlardan  keçə  bilmirəm.

İndi  mən  cavanlan  düz yola  aaprmalıyam,

Dini  təbliğ  eyləyib,  mən  hər kəsə  yaymalıyam.

Diz  çöküb,  Tanrı  önündə,  mən  namaz qılmalıyam 

Qurandan  gözəl  ayə,  surələr  oxumalıyam.

Yalvarıb  mən  Allaha,  haqq  yolunu  tutmalıyam,

Atıb  eyşi-işrəti,  düz  yola qayıtmalıyam.

Neyləyim,  namaz qılsam,  mən  arağı  atmalıyaym,

Mənə  savğlıq  söyləyən,  dostları  unutmalıyam!

Gün  gələr,  mən  də  bir  gün  qayıdaram  "haqq  yoluna"

Hər gün  namaz qılaram,  dönərəm sənin quluna.

Sənə  şükr eyləyərəm,  tövbə  edib,  And  içərəm,

Dostlarla  içməyə  yox,  namaz  qılmağa gedərəm!

ff8

Yerin, göyün, Xocalı,  qan  ağladı

Ana



bacı  və  qardaş  haqqında

Köç  gedir,  əbədi  bir  Ana  köçü

Köç  gedir,  əbədi  bir  ana  köçü,

Bir  daha  o  geri  dönməyəcəkdir. 

Yolda  qalacaqdır  ağlar  gözümüz, 

Ananı  bir  daha  görməyəcəkdir!

Sığal  çəkməyəcək  əli  telimə,

Əli  dəyməyəcək  bir  də  əlimə.

Görən  neyniyəcəm,  ay  ana  sənsiz? 

Hər  dəfə  düşəndə,  mənim  könlümə!

Qapı  açılanda  gülüb  üzümə,

Ana,  məni  de  kim,  qarşılayacaq? 

Balam  gəlib  deyə,  öpüb  üzümdən, 

Darıxıb,  boynuma  kim  sarılacaq?

Baxıb  gizli-gizli  ağ  tellərimə,

Ağaran  telimi  kim  oxşayacaq? 

Kədərli  günümdə,  ay  ana  mənə 

Sənin  kimi,  de  kim  dayaq  olacaq?

Hər  dəfə  yolumu  kim  gözləyəcək? 

Gələndə,  qarşıma  kim  yüyürəcək?

Ay  bala,  sənin  üçün  narahat  idim 

Bu  sözləri  mənə,  kim  söyləyəcək?

Əbədi  dünyaya  yumdun  gözünü,

Son  dəfə  görəcəm  bu  gün  üzünü. 

"Vida"  günü  Ana  de,  son  sözünü 

Aparırlar,  ay  Ana  "Cənazəm".



Mehparə Muxtarqızı

Heç  vaxt  qoymazdın,  ağlasın  gözlərim 

İndi  gəl,  sil,  ana,  ağlar  gözümü! 

Qoymazdın  kədərli  keçsin  günlərim 

Qayıt,  ana  güldür  qəmli  üzümü!

Sənsiz  söylə,  necə  yaşayacağam?

Ağlar  gözlə,  səni  axtaracağam.

Ay  ana  həyatda  mən  tənha  qalıb, 

Axtarsam  da,  səni  tapmayacağam!

Bu  dünya  hər kəsə  bir  pənəcərədir.

Sən  getdiyin  səfər,  uzaq  səfərdir!

Bilirəm  ki,  mənim  anam  bir  daha 

Bu  səfərdən,  geri  dönməyəcəkdir!

28.  12.  2009.

Yaman  dərddir  sıxır  səni  qocalıq

Ömür keçir,  gün  keçir qocalırsan.

Gənclik  illəmidən  uzaqlaşırsan.

Diş  tökülür,  saç  ağarır,  yaş  ötür, 

Oğula-uşağa  möhtac  qalırsan!

Hər  bir  sözdən,  qəlbində  inciyirsən. 

Tənhalıqdan,  giley-güzar  edirsən, 

Danışanda,  sən  tez-tez  kövrəlirsən,

Yaman  dərddir,  sıxır  səni  qocalıq!

Yol  gedəndə  yorulub,  dayanırsan.

Bəzən  olur,  ələ  əsa  alırsan.

Qocalıqdan  bezirsən-usanırsan,

Yaman  dərddir,  sıxır  səni  qocalıq!

İllər  ötür,  gəlir bu  ahıl  yaşı,

İtirirsən  bir-bir dostu,  tanışı.

70

Yerin, göyün, Xocalı,  qan  ağladı

Görməyəndə,  kövrəlib,  ağlayırsan. 

Ananı-atanı,  bacı-qardaşı!

Bu  dünyam  görə-görə  gəlirsən. 

Ölümdür  hər  kəsin  sonu  bilirsən.

Bir  gün  sən  də  "son  məzara"  gedirsən, 

Yaman  dərddir,  sıxır  səni  qocalıq!

Atalar

Ana  tək  əzizdir  hər  birimizə, 

Zəhmətkeş,  qayğıkeş,  əziz  Atalar. 

Onlar,  hər  an  dayaq  dururlar  bizə, 

Övladın,  ailənin  "Tacı"  Atalar!

Hər  zaman  övlada  nəsihət  edər,

Doğru,  düz  yol  göstərər  Atalar.

Bizi,  hər  bir  arzumuza  yetirər.

Halal  zəhmətlə  böyüdər,  Atalar!

Onlar  bizə  həsr  eyləyər  ömrünü, 

Övladını  xoşbəxt  edər,  Atalar.

Bizimlə  bölüşərək  sevincini,

Kədərin,  bizdən  gizlədər,  Atalar!

Namusunu,  hər  şeydən  üstün  tutar 

Dağ  vüqarlı,  mərd  qürurlu  Atalar.

Neçə  igid,  qəhrəmanlar  yetirər,

Vətən  üçün  "Şəhid"  verər  Atalar!

Mərdlik  ilə  çətinliyə  dözərlər. 

Əyilməzlər,  bir  kimsəyə,  Atalar. 

Ailəsini,  vətənini  sevərlər,

Xoş  günümüz,  sevincimiz  Atalar!

7/



Mehparə Muxtarqm

Ala  gözlü  anama  mənim

Düşünməki  ağarıb,  ana  qara  tellərin 

Seçilmirsən  içindən,  ay  ana,  gözəllərin.

Baxışın  həmən  baxış,  duruşun  həmən  duruş, 

Təkcə  saçm  ağarıb,  gözəlliyin  yerində,

Əvvəlki  tək  ay  Ana,  gənclik  yenə  qəlbində. 

Saçların  ağarsa  da,  ana  yenə  gözəlsən.

Sən  ala  gözlərinlə,  dənizə  bənzəyirsən.

Mavi  gözlü  dənizə  baxanda,  düşünürəm?! 

Anamın  gözlərinə,  necə  bənzəyir  dəniz.

Dəniz  üstə  çırpılan  ləpələr,  ağ  saçındır.

Necə  gözəllik  verir,  ağ  ləpələr  dənizə 

Sənin  də  ağ  saçların  mavi  gözlü  dəniz  tək 

Mənim  ala  göz  anam,  gözəllik  verir  sənə 

Saçların  ağarsa  da,  gözəlsən  ana  yenə!

Qoşadır  məzarınız

Əzizim  olan  M əleykə  xanım  və  qardaşı 

Məmmədxanın  xatirəsinə

Bu  gün  acı  bir  xəbər 

Məni  yaman  kövrəltdi.

Bütün  kənd  ölümünə.

Acı  göz  yaşı  tökdü!

Eşitdim  ölümünü,

Gözümə  inanmadım.

Bu  xəbəri  qəldimdə 

Bacı  mən  yalan  sandım!

Kənd  sənə  yas  saxladı,

Hər  kəs  səni  ağladı.

Övladların  həyatda,

Ay  bacı,  sənsiz  qaldı!

72

Yerin, göyün, Xocalı,  qan  ağladı

Nakam  köçdün  dünyadan, 

Doymadın  övladlardan. 

Ana  intizar  getdin,

Çox  sevdiyin  oğuldan.

Oğul  toyu  görmədin,

Ona  nişan  vermədin.

Sən  istəkli  Balana,

Bir  gəlin  gətirmədin.

Övladının  toyunda 

Sən  qol  açıb  süzmədin. 

Bəzəkli  xonçaları,

Əlinə  götürmədin!

Erkən  qardaş  itirdin,

Sən  bu  dərdə  dözmədin. 

Yanma  gələcəyəm,

Bir  gün  mən  də,  söylədin!

Ölümün  billə-bilə,

Hər  gün  yolun  gözlədin. 

Soyuq-sazaq  olanda,

Ona  soyuqdur  dedin!

İndi  rahat  yat,  uyu! 

Qardaşınla  qoşasan.

Bacı  sən  ört  üsütünü. 

Qardaşın  yanındasan!

Onun  məzar  torpağı, 

Torpağına  qovuşsun. 

Bacı-qardaş  ruhunuz 

Məzarda  Qoşa  olsun!

73



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə