Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   9   10   11   12   13   14   15   16   17

Mehparə Muxtarqızı

Gün  gəlsin  o  böyüsün. 

Nənəsi  fəxr  eyləsin. 

Yüyürüb  qucağıma, 

Çoxlu,  şeir  söyləsin!

İgid  bir  oğul  olsun, 

Arzu  murada  yetsin. 

Mənim  balam  böyüyüb, 

Vətənə  xidmət  etsin!

Körpə  Ləmanım

Sanırdım  ki,  Rəşadım  mənim  üçün  əzizdir. 

Sən  demə  ki,  balası  özündən  də  əzizdir. 

Duymazdım  şirin  olar,  nəvə  bu  cür  nənəyə, 

Qəlğində  yuva  salıb,  girər  bu  cür  ürəyə!

Onunla  sevinirəm,  mən  onunla  gülürəm 

Mən  onu  ürəyimin,  bir  parçası  bilirəm. 

Onun  dəcəlliyini  sevinclə  izləyirəm. 

Onlarsız həyatımı  təsəvvür eyləmirəm!

Yerin, göyün, Xocalı,  qan  ağladı

N ənə  mənimdir  deyir,  saçımı  tumarlayır, 

Qucağıma  yüyüryb,  boynumu  qucaqlayır.

Ləman  mənsiz  bir yerdə,  bircə  an  da  qalmayır. 

H əm ən  anda  sevincim,  yerə-göyə  sığmayır!

Çox  dəcəlilk  eyləyir,  mənim  körpə  Ləmanım. 

Nəvələrsiz  olmasın,  mənim  heç  bircə  anım! 

Nəvələrimdir  mənim,  bütün  arzum,  muradım, 

Onlar  mənim  həyatda,  vüran  ürəyim-canım!

G özəl-göyçək  Ayselim,  ad  günün  mübarək

Sən  mənim  ömrüm-günüm,

İnci  çiçəyim,  gülüm,

Hər  kəsin  sevimlisi 

Gözəl-göyçək  Ayselim.

Gözəl,  ağıllı  qızsan,

Sanki,  yanar  ulduzsan,

Ömrümdə  bahar,  yazsan 

Gözəl-göyçək  Ayselim.

Qəlbimin  sevincisən,

Mirvarimsən,  incimsən,

Sən  açılan  qönçəmsən 

Qara  gözlü  Ayselim.

Oxu,  məktəbi  bitir,

Sən  atanı  sevindir,

Sən  gözəl  həkim  olub 

Ailəyə  sevinc  gətir.

Ata-anan  sevinsin,

Sənin  ilə  fəxr  etsin,

Taleh  üzünə  gülsün 

Gülər  üzlü  Ayselim.

85



Mehparə Muxtarqızı

Ana  Kürüm,  mənə  şirin  layla  de 

Xan  Araz  salam  de,  məndən  elimə

Arazm  o  tayında, 

bir  ana  oğul  dərdli, 

biri  ata  həsrətli, 

biri  bacı  axtarır.

-  biri  itgin  qardaşın... 

Ananı  -  balasından 

bacını  qardaşından 

bu  tikanlı  məftillər, 

bu  "Şərhədlər"  ayırır! 

Nalə  çəkir,  Xan  Araz! 

gah  kükrəyir,  gah  coşur. 

Qəriblərin  göz  yaşı. 

Axan  suya

-  qovuşur.

Yerin, göyün, Xocalı,  qan  ağladı

Hər  kəs  elin-obasın 

Xan  Arazdan  soruşur. 

Ayrılığa  dözməyib,

Araz  da,  aşır-daşır! 

İnsanların  dərdinə 

Arazm  axan  suyu,

-  qəmli  bir  nəğmə  qoşur, 

bir  "Ayrılıq"  nəğməsi! 

Qəriblərin  naləsi, 

Qoşularaq  sulara

-  ağladır  hər  bir  kəsi!

Su  axır  uzaqlara,

Xan  araz  salam  deyir 

didərgin  insanlara!

Ağ  saçlı  analara! 

Vətəndən  ayrı  düşüb, 

Qürbətdə  qalanlara, 

Gözləri  yaşla  dolub, 

Qardaş  axtaranlara!

Salam  söyləyir.  Araz! 

Sinəsi  dağlı  ArAZ! 

Gözləyir  hər  il,  hər  yaz 

Sərhədləri  açarlar! 

Qəriblikdə  insanlar,

Elinə  qovuşarlar!

-  Açın  siz  sərhədləri!

-  Azad  olsun  insanlar! 

Gözü  yaşlı  qalmasın,

Heç  vaxt  ata-analar.

Dost  olsun,  həmrəy  olsun 

Dünyada  bütün  xalqlar!



8 7


Mehparə Muxtarqızı

Kürüm-Arazım  mənim

Necə  gözəl  bir  aləmdir 

Kür  ilə  Araz  qovuşur! 

Sakit-sakit  axan  Kürüm, 

Sakitləşir,  gah  da  coşur!

Mirvari  tək  axan  suyu, 

Kür  hər  yana  səpələyir. 

Axan  suyun  şırıltısı 

Bizə  şirin  nəğmə  deyir.

O  oxşayır nəğməsiylə 

Ruhumuzu,  qəlbimizi. 

Kür  ilə  baş-başa  qalıb, 

Bölüşürük  dərdimizi.

88

Yerin, göyün, Xocalı,  qan ağladı

Kürə  baxıb  düşünürük. 

Ötən  günü  yad  edirik. 

Ömrün  keçən  günlərini. 

Axan  suya  bənzədirik!

Qəlbimizdə  min  bir  arzu, 

Xoş  xəyalla  yaşayırıq. 

Şirin-acı  xatirəni,

Biz  Kür  ilə  paylaşırıq.

Coşub-daşan  Ana  Kürüm, 

Kükrəyir,  fəryad  qoparır. 

Qəm-kədəri  alıb  bizdən, 

Yuyub,  özüylə  aparır.

Su  aparır  uzaqlara,

Dərdin  qarışır  sulara.

Acı  günün  xatirəsi 

Axıb  qoşulub  çaylara!

Açın  quş  qəfəslərin

Bir  cüt  quş  civildəşir 

Kiçik  quş  qəfəsində.

Gör  nə  qədər  ahəng  var, 

Qoşa  quşun  səsində.

O  könüləlr  oxşayır,

Amma  qəlbi  ağlayır. 

Səmalarda  uçan  quş,

Dar  qəfəsə  sığmayır!

Hər  kəs  düşünməyir  ki, 

Onlar  dar  qəfəsdədir:

89



Mehparə Muxtarqızı

Nə  qədər  oxusa  da, 

Azadlıq  eşqindədir!

Sən,  səsin  dinləyirsən 

Dərdini  bilməyirsən. 

Bəlkə  də  o  ağlayır, 

Sən  onu  görməyirsən!

Güldən  siz  ayırmayın 

Heç  zaman  bülbülləri. 

Adam  heç  ayırarmı? 

İki  sevgililəri!

Açın  siz  qəfəsləri 

Buraxın  bülbülləri. 

Bürüsün  dünyamızı. 

Quşların  nəğmələri.

9 0

Yerin, göyün, Xocalı,  qan  ağladı

Fəxrisiz,  şair  siz  Sabirabadın

Gözəl  şairimiz,  bizim  fəxrim iz  olan 

on  doqquz  kitabın  müəllifi,  gözəl 

pedaqoq  "ilin  müəllimi”  adına  layiq 

görülmüş,  Vətənpərvər  Şairimiz 

Hənifə  Şərifova  həsr  olunub.

Fəxrisiniz  şair  siz  Sabirabadın 

Ucaltdın  bir  daha  Sabirin  adın.

"Vətənpərvər"  şair kimi  ad  alıb,

Sevirsiniz  doğma  Vətən  torpağın.

Hər  bir  sözün  mirvaridir-incidir, 

Qəlbiniz  şair  Vətən  nisgillidir. 

Oxuduqda  şeirində  hər  kəlməni 

Duyğuların  kədərli-sevinclidir!

Vətən  eşqiylə  fəryad  qoparırsan,

Vətən  dərdin  yana-yana  yazırsan.

Düşmənin  əlində  qalan  torpağı 

Bu  çağında  sən  almağa  hazırsan!

Şeirinzdə  hər  kəlməni,  hər  sözü 

Oxuduqca  bu  anı  yaşayırsan. 

Sevincli-kədərli  bütün  anları 

Oxucunla  hər  zaman  paylaşırsan! 

Bəzən  güldürüb,  bəzən  ağladırsan 

Sən  sevgini  uca  varlıq  sanırsan.

Vəfasızı  sən  şeirində  qınayıb,

İnsanları  sevgiyə  çağırırsan!

Oxuyanda  sevgi  şeirlərini 

Şirin-şirin  xəyallara  dalırsan. 

Sevgilinlə,  qoşa  sanıb  özünü,

Bir  anlıq  kədərdən  uzaq  olursan.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə