Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   9   10   11   12   13   14   15   16   17

Mehparə Muxtarqızı

Qoşa  olsun  sizin  ömür  yolunuz

Sevimli  qardaşım  Əli  müəllimin  həyat yoyldaşı 

oftomoloq-cərrah  Elmira  xanıma  həsr  olunub.

Qardaş  bizim  gözümüzün  nurusan,

Sən,  hər  zaman  bizə  dayaq  durmusan 

Atana-anana  hörmət  bəsləyib,

Onlara  "layiqli"  övlad  olmusan.

Yoldaşın  ailənin  sevimlisidir,

İki  qızın  ailəmizin  gülüdür.

Aysunla  Surayə  körpə  balamız,

Babanın,  nənənin  istəklisidir!

Bacım,  sən  də  bacımızın  birisən, 

atama-anama  övlad  gəlmisən.

Böyüyün,  kiçiyin  yerini  bilən,

Gözəl  qadın,  həm  də  gözəl  həkimsən!

Xəstələrin,  bacı  ümid  yerisən,

Gözlərini  nura  qərq  eyləyirsən.

Qaranlıq  dünyasın  alıb  əlindən,

İşıqlı  dünya  ilə  əvəz  edirsən.

Paşa  müəllimin  tələbəsisən,

Sən  onunla  hər  zaman  fəxr  edirsən.

Biliyinlə,  həkim  istedadınla 

Xəstələrdən  heç  nə  əsirgəmirsən.

İstər  həkim  olsun,  istər  müəllim 

Hər  kəs  tapır,  həkim  sizdə  əlacı.

Şəfalı  əlinə,  barmaqlarına 

Həkim,  xəstələrin  var  ehtiyacı!

78

Yerin, göyün,  Xocalı,  qan  ağladı

Şairə  şəfa  ver,  görsün  gözləri, 

Yarımçıq  qalmasın  şeiri,  nəğməsi! 

Müəllimi  sağalt,  həsr  olur bizə 

Ömrünün  hər  anı,  hər  dəqiqəsi!

Sənətini  bacı  sən  çox  sevirsən, 

Qızlarım  həkim  görmək  istərsən. 

Sənətini  qızlarma  sevdirib 

Həkim  görsən  onları  sevinərsən.

Hər  kəsin  yanında  vardır  hörmətin, 

Sevgiylə  yoğrulsun,  Ailə  təməlin. 

Ucalsın  hər  zaman  işin,  əməlin 

Qarşılasın  səni  xoşbəxt  günlərin.

Ana  nurlu  səhərim

Ana  halal  eylə,  bizə  südünü, 

Övladlara  həsr  eylədin  ömrünü. 

Dinlədik,  biz  sonin  hər  öyüdünü, 

Duyduq,  hər  an  bizə  olan  sevgini!

Qara  saçlarını,  ana,  ağ  hördün,

Bizə  hər  an  sevgi,  qayğı  göstərdin. 

Dil  açanda,  yeriyəndə  sevindin 

Həyatının  mənasın,  bizdə  gördün!

Qocalsaq  da,  telimiz  ağarsa  da.

Bizi,  uşaq  kimi  sən  əzizlədin.

Bir  gün  gec  gələndə,  səni  görməyə 

Ana  bizdən  küsdün,  bizdən  incidin!

Həyatımda  "Ana"  doğan,  Günəşsən! 

Nəfəsinlə,  bizi  isindirirsən.

Qaranlıq  gecədə,  nurlu  Səhərim, 

Sinəmdəki,  döyünən  ürəyimsən!

7.9



Mehpara Muxtarqızı

Ad  günün  m übarək

Bu  gün  sənin  ad  günündür 

Xoşbəxt  həyat  yaşa  bacım. 

Ömrü,  sevincli  anlarla 

Vur  hər  zaman  başa,  bacım.

Ömrün  hər  an  çiçəklənsin 

Üzünə  sevinc  ələnsin.

Sənin  ömür  yollarında 

Talehin  üzünə  gülsün.

Bacı  məni  dost  bilmişən 

Xoş  günümə  sevinmison.

Sevincli,  xoş  anlarını,

Mənim  ilo  bölşmiison.

Gözəl  bir  qız  böyütmüson,

Sən,  mənə  övlad  vermisən. 

Ləyaqətli  övladınla,

Bacı  hər  an  fəxr  eylə  son.

Minontdaram  bacı  sənə 

Dostsan,  həm  bacısan  mənə. 

İstəyirəm  ömrün  boyu 

Qəlbim  hər  ana  fərəhlənə!

Ana

Ana  nəvaziş  ilə  övladını  böyüdər.

Onun  ilıq  nəfəsi  övlada  həyat  verər.

Ana,  qızmar  günəş  tək  övladın  isindirər. 

Anasız  olan  evin  çırağı  erkən  sönər!

Ana  barlı  ağacdır,  meyvəsi  övladlapı, 

Toxunmayın,  zərifdir  onun  qol-budaqları.

SO

Yerin, göyün, Xocalı,  qan  ağladı

Hər  zaman  ucalıqda  çəkilir  onun  adı.

Sevin,  siz  əzizləyin  incitməyin  onları!

Sevgi  dolu  dünyanı  bəxş  edin,  qadınlara.

Siz  mərhəmət  göstərin  hər  zaman  Analara. 

Heç  vaxt  tənha  qoymayın,  siz  onları  atmayın 

Xoşbəxt  bir  həyat  verin,  o  incə  məxluqlara!

Ana  nəsihəti

Saçımı  ağ  hörüb,  sizi  böyütdüm 

Görüb  sevinirəm,  xoş  gününzü!

Hər  zaman  duyuram,  anaya  olan 

Böyük  məhəbbəti,  mən  sevginizi!

Ötən  günlərimə  heyfsilənmirəm,

Sizinlə  özümü  xoşbəxt  bilirəm.

Unudub,  dünyada  qəmi-kədəri,

Övladlarım,  sizinlə  fəxr  edirəm.

Qara  saçım  bir  gün  bəyazlaşsa  da,

Gənclik  əldən  gedib,  uzaqlaşsa  da,

Anan  qəddin  əyib,  bil  qocalsa  da,

Sizi  uşaq  kimi  əzizləyəcəm!

Bir  gün  mən  də  dünyanı  tərk  edəcəm.

Hər  kəs  kimi,  haqq  dünyaya  gedəcəm.

Mən,  xoşbəxt  ana  tək,  köçüb  dünyadan, 

Zəhmətimi,  sizə  halal  edəcəm!

Gün  gələcək  ayrılacam  sizinlə,

Məni  eşit,  oğul,  sözümü  dinlə!

Sən  aqil  ol,  hər  kəlmənlə-sözünlə,

Çalış  hörmət  qazan,  əməllərinlə!



Mehparə Muxtarqızı

Yaxşını  yamandan  oğul,  ayır  seç, 

Danışanda  sözü  sən,  yüz  ölç,  bir  biç. 

Aldanma,  ay  oğul,  vara-dövlətə, 

Həyatın  sən  hər  bir,  sınağından  keç!

Bu  dünya  yalandır,  fani  dünyadır. 

İnsanları,  qonaq  kimi  saxlayır. 

Qoynunda  saxlayıb,  bir  gün  qocaldır, 

Verdiyi  həyatı,  əlindən  alır!

Həyat  çox  şirindir,  insan  doymayır.

Fani  dünya,  bir  kimsəyə  qalmayır.

Çox  şirin  də  olsa  həyat  insana,

Hər  bir  kəs  "ölümün"  acısın  dadır!

Dünya  səni  cəh-cəlalla  aldadır,

Kimin  xoşbəxt,  kimin  bədbəxt  yaşadır. 

Hər  bir  insan  gözəl  əməlləriylə, 

Xatirəyə  dönüb,  yaddaşda  qalır!

Səbirli  ol,  səbr  Allahın  adıdır,

Ulu  Tanrım  hər  kəsin  dayağıdır!

Bir  günə  gələn,  bir  gün  köçər  dünyadan 

İnsanlara  qalan  "haqq  dünyasıdır!"

82

Yerin, göyün, Xocalı,  qan  ağladı

Körpə  balalarımıza 

Sən  dünyaya  gələndə

Sən  dünyaya  gələndə 

Necə  də  sevinirdim. 

Özümü  mən  dünyanın, 

Çox  xoşbəxti  bilirdim.

Sevinirdim  bir  körpə, 

Nəvəm  dünyaya  gəlib. 

Nəvəm  məni  dünyanın, 

Bu  gün  xoşbəxti  edib.

Hələ  çox  balacadır, 

Saçları  qap-qaradır.

Nə  qədər  ağlasa  da, 

Yaman  şirin  baladır.

Bal-şəkərdir  nəvəmin, 

Balaca  dodaqları. 

Al-qırmızı  laləyə, 

Bənzəyir  yanaqları!

83



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə