Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   ...   9   10   11   12   13   14   15   16   17

Mehparə Muxtarqızı

Oğul  dərdi

Yana-yana  ağlayardın,  bu  dərdə 

Bir  sağalmaz  yara  vardı,  qəlbində. 

Təskinlik  tapmırdın,  heç  vaxt  yerdə, 

Köçdün  bu  dünyadan  dözməyib  dərdə, 

Qovuşdun  məzarda,  oğlun  Vahidə.

Ata,  hər  gün  məzarına  gedərdin 

Baş  daşını  öpüb  əzizləyərdin!

Məzarın  yox.  toyun  görmək  istərdin. 

Sən  Vahid  Balanı  nakam  itirib,

Onun  toyun  məzarında  eylədin!

Toy  taxtında  sən  balam  görmədin!

Baş  daşıyla,  hər  gün  üz-üzə  gəldin. 

Üstünə,  al-əlvan  çiçək  bəzədin 

Balanın  yolunu  hər  gün  gözləyib,

Ağır  dərdə  Ata  dözə  bilmədin!

Oğul  dərdi,  ata  səni  soldurdu.

Bu  dərd  sənin  qəlbini  odlandırdı. 

Bacılar  qardaşsız  saçını  yoldu.

Balanı  tapmadın,  gözlərin  doldu.

Ondan  sənə  qalan,  məzarı  oldu!

Dedin  Tanrı  sən  qovuşdur  balama 

Məlhəm  budur  sağalmayan  yarama. 

Çağırıram  gəlməyir  harayıma,

Ulu  Tanrı  sən  yan  mənim  halıma, 

Canımı  al,  sən  balamdan  ayırma!

İndii  qoşadır,  ata  məzarınız!

Sizi  əvəz  eyləyir  baş  daşınız 

Məzarda  da  olsa  Qoşa  oldunuz.

Bir  yerdədir  ata-oğul  ruhunuz,

Rahat  uyu  yanındadır  oğlunuz!

7b

Yerin, göyün, Xocalı,  qan  ağladı

Analar,  atmayın  övladınızı

Bir  Ana  gözü  yaşlı,  övlad  həsrətindədir. 

Gecə-guündüz  Tanndan  yalnız  övlad  diləyir!

Biri  körpəsin  atıb,  o,  uşaq  evindədir,

Ata-anası  kimdir,  körpənin  bilnməyir!

Ana  yolu  gözləyir,  gözünü  yola  dikir,

Ana  qayğısı  görmür,  ana  həsrəti  çəkir.

Şirin  -  ana  laylasın,  bu  körpə  eşitməyir,

Ana  mehribanlığı  -  körpə  nədir,  bilməyir!

Nədir  onun  günahı,  o,  bu  dünyaya  gəlir?

Körpə  əziyyət  ilə,  çətinlik  ilə  böyüyür!

Başqa  bir  dərdli  qadın,  körpə  yolu  gözləyir, 

Tək  həyatda  arzusu  "Ana"  olmaq  istəyir!

Hər  bir  zaman  xəyalla,  ümid  ilə  yaşayır,

O.  övlad  həsrətiylə,  gecə-gündüz  ağlayır.

Yalnız  yuxularında  körpəyə  lay-lay  deyir,

Bir  gün  gələr  mənim  də,  körpəm  olar  söyləyir!

Şirin  xəyallar  ilə  yaşayır  qadın  hər  an 

Baxıb  belə  qadına,  vicdanın  varsa,  utan? 

Yoxdur  siz  tək  qadında  nə  ləyaqət,  nə  vicdan!? 

Ana  olmaz,  heç  zaman  vicdansız  qaldınlardan, 

Mərhəmət  gözləməyin,  siz  heç  bir vaxt  onlardan!

Deyin  siz,  ana  adı  -  onlara  yaraşarmı?

Əsl  ana  "övladın"  küçələrə  atarmı?

Bu  daş  qəlbli  insandan  deyin,  ana  olarmı? 

Böyüyəndə,  bu  övlad,  onunla  barışarmı?



75


Mehparə Muxtarqm

Ana  əziyyət  ilə  övladım  böyüdər.

Gecə  yuxusuz  qalıb,  övlad  qayğısı  çəkər.

Ana  bütün  ömrünü,  övladına  həsr  edər,

Hər  zaman  övladını  ana  sevər  əzizlər!

Vaxt  gələr,  sən  atdığın  övladın  da böyüyər. 

Həyatda  sənin  ilə,  bir  gün  üz-üzə  gələr! 

Bəxtindən-talehindən  hər  bir  zaman  inciyər. 

Nə  qədər  ömrü  varsa,  sənə  nifrət  eyləyər!

Onda  nə  söyləyəcək,  sizin  kimi  analar? 

Anaların  adına,  bu  cür  ləkə  qoyanlar?

Gün  gələcək,  tanrımız  siz  idə  qocaldacaq,

Bu  an.  sənin  gözlərin,  Balanı  axtaracaq.

Hər  ötəndən-keçəndən  onu  soraqlayacaq!

Vicdanınla  üz-üzə  bir  gün  sən  qalacaqsan! 

Etdiyin  əməlinə,  peşiman  olacaqsan.

Övladını  yadına  salıb,  ağlayacaqsan.

Nə  qədər,  ağlasan  da  bəlkə,  tapmayacaqsan? 

Bu  şəhfı  sən,  özünə  bağışlamayacaqsan...

Yaşamaq  istəyirəm   ata  sənli  günləri

Qardaşım  Vidadinin  atası 

Səfər  əminin  xatirəsinə

Yaşamaq  istəyirəm  ata  sənli  günləri 

Xatırlayıram  hər  an  sənlə  ötən  illəri.

İstəyirəm  ay  ata  sənlə  bir  yerdə  olam.

Hər  gün  bizə  gələsən,  mən  səni  qarşılayam!

Sevincli  anlarımı  səninlə  deyəm-güləm.

Nəsihətin  dinləyəm,  sənlə  dərdimi  böləm!

Ata  sənsizləmişəm,  həsrətini  çəkmişəm.

Sənin  gələn  yoluna  ay  ata,  göz  dikmişəm!

Yerin, göyün, Xocalı,  qan  ağladı

Niyə  qayıtmayırsan,  söylə  görüm,  ay  ata?

Axı  sən  qayıdardın,  səfərlərə  gedəndə?

Kaş  yenə  qayıdaydın,  məni  qucaqlayaydın!

Boynuna  sarılaydım,  telin  sığallayaydım!

Ata,  yenə  sən  məni,  sevib-əzizləyəydin.

Çəkdiyim  əziyyətə  ata  qiymət  verəydin.

Hər zaman  zəhmətkeşdir,  mənim  balam  deyəydin!

***

Qayıtmaq  istəyirəm  ata  sənli  günlərə,



Ötüb  keçən  illərə!

Qayıt  Ata,  dön  geri,  yolunu  gözləyirəm!

həsrətə  dözməyirəm. 

Niyə  qayıtmayırsan,  sən  oğlunun  yolunu,

İntizarda  qoyursan?

Necə  dözüm  ay  Ata,  indii  bu  ayrılığa?

Ata,  səni  tapmayıb,  gedirəm  məzarlığa...

***


Məzarının  üstündə  -  Ata  ağac  okmişəm!

Bolko  də  göz  yaşıyla,  mən  onu  göyərtmişəm!

Bu  ağac  göyərdikcə  -  Ata  çox  sevinirəm.

Bu  ağacı  özümə  mən  təskinlik  bilirəm.

Bilirəm  ki,  ay  Ata  geri  dönməyəcəksən.

Gözüm  səni  axtarır,  yolunu  gözləyirəm!

***

-  Oğlum  gözələmə  məni,  geriyə  dönməyəcəm.



Səfər  uzun  səfərdir,  əbədi  gəlməyəcəm!

İntizar  qalma  məndən,  dünya  budur  əzəldən.

Ruhum  oğlum  sevinir,  bu  ağac  göyərəndən! 

Qol-budaqlı  bu  ağac,  -  Mənim  balalarımdır 

Bu  ağac  göyərdikcə,  bilin  ki,  ruhum  şaddır 

Əgər  ağac  qurusa,  atan  çox  narahatdır 

Siz  xoşbəxt  yaşayanda,  -  Ruhumda  rahatlaşır!

77



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə