Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   2   3   4   5   6   7   8   9   ...   17

Mehparə Muxtarqızı

Bu  dünyadan  nakam  köçən  gənclərin,

Ölümün  yazmağa  əlim  gəlmədi!

Qatil  necə  qıydı  gəncliyinizə?

Atəş  açdı,  bu  gün  hər  birinzə!

Analar,  nə  təskinlik  verim  sizə?

Dözə  bilməyirəm,  bu  dərdinizə!

Nə  biləydin,  Ana  bu  gün,  bu  səhər 

Balan  ölüm  ilə  üzləşəcəkdir.

Şəhid  olub  bir  qatilin  əliylə,

Balan  cavan  dünyadan  köçəcəkdir?

Balanın  ölümün  duya  bilsəydin 

Ana,  nalə  çəkib  fəryad  edərdin.

Övladına  atılan  güllələrin,

Qarşısına  Ana  özün  gedərdin...

Ana,  ömrün  boyu  yaş  tökəcəksən.

Sən  özünü  günahkar  biləcəksən.

Bu  gün  səhər  sən  ayıldıb  balanı 

Əlinlə  ölümə  göndərəcəksən!

Bir  daha  üzünü  görməyəcəksən 

Gələn  yollarına  göz  dikəcəksən.

Hər  gün  ana  məzar  önünə  gəlib 

Onun  üçün  göz  yaşı  tökəcəksən.

30.  04.  2009.

"Qanlı  gecə"

20  Yanvar  şahidlərinə

Şaxtalı  bir  gecədir 

Gecə  qan  içindədir.

Yerin, göyün, Xocalı,  qan  ağladı

Ay  da  "Qanlı  gecə"ni 

Bu  gün  görmək  istəmir. 

Ulduzlar  da  səmada 

Sanki  göydə  gizlənir. 

Başımıza  güllələr,

Yağış  kimi  ələnir.

Bu  gün  namərd  düşmənlər 

Günahsız  insanların

Tanklarla,  üstə  gəlir! 

Neçə-neçə  igidlər 

Tırtılların  altında 

Qanlarına  bələnir! 

Anaların  naləsi,

Hər  tərəfə  yüksəlir! 

Nə  biləydik,  bu  gecə, 

"Qanlı  gecə"  olacaq! 

Neçə  ana  oğulsuz, 

Gəlin  ərsiz  qalacaq.

2 5



Mehparə Muxtarqm

Neçə  döyünən  ürək,

Bu  gün  susdurulacaq! 

Düşmən  bizlə  yanaşı 

Bizə  "divan"  tutacaq!

Bu  gün  hər kəs  ölümün 

Qoynuna  atılacaq. 

İnsanların  qanıyla 

Bu  "səhər"  yoğrulacaq. 

Neçə-neçə  oğular 

Bu  gün  şəhid  olacaq. 

Yollar  şəhid  qanma 

Bu  səhər boyanacaq. 

Analar  balasını 

Axtarıb  tapmayacaq! 

Ana-bacı  başına 

Qara  örpək  salacaq. 

Vətən  şəhidlərini 

Öz  qoynuna  olacaq 

Vətən  mərd  oğulların 

Bu  gün  "Şəhid"  verəcək. 

Bürünüb  qərənfilə. 

Cənazələr  gedəcək, 

Xalqım  "matəm"  edəcək, 

Göz  yaşları  tökəcək. 

Şəhidlər  qəlbimizdən 

Heç  vaxt  silinməyəcək!

-  Vətən,  əymə  özünü! 

Övladların  çox  mərddir. 

Xalqına  divan  tutan 

Qoynundakı  namərddir! 

Tanı,  sən  düşmanını, 

Vətən,  sil  göz  yaşım! 

Xalqım  bu  gün  itirdi, 

Mərd  bacı  qardaşını.

■■■■■ 


2 C

 

— .......



Yerin, göyün, Xocalı,  qan  ağladı

Vətən  verdi  "Şəhidlər"

Öldü  mərdlər,  igidlər.

Köçsələr  də  dünyadan,

Şəhidlər  ölməyirlər!

Qəlbimizdə  əbədi 

Hər  an  bizimlədirlər!

Göz  yaşı  axıtdı,  bütün  xalqımız

Neft  Akademiyasında  şəhid  olan 

gənclərimizə  həsr  olunub.

Açılma,  ey  qanlı  səhər,  açılma!

Xalqım,  bu  gün  neçə  Şəhid  verəcək!

Neçə  ana  Şəhidlik  üçün  balasın,

Bu  gün  səhər  məktəbə  göndərəcək!

Bu  gün  açılacaq,  bu  səhəriniz,

Ömrünüzün  "son  günü"  olacaqdır.

Bir  qatil,  qəflətən  atəş  açaraq,

Sizin  ömrünüzə  son  qoyacaqdır!

Neçə  oğul-qız  tədris  ocağında,

Namərd  gülləsinə  tuş  gələcəkdir.

Masanın  üstündə,  kitab-dəftər  yox,

"Qoşa  qərənfillər"  düzüləcəkdir!

Ana  balasını  axtaracaqdır,

Nalə  çəkib,  fəryad  qoparacaqdır.

Qoşulub  ananın  bu  fəryadına,

Hər  kəs  onun  dərdin  ağlayacaqdır!

Bu  qanlı  Səhəri  bütün  xalqımız,

Hər  zaman  yadında  saxlayacaqdır!

Bu  gün  Şəhid  olan  gənclərimizi 

Xalqımız  əbədi  yaşadacaqdır!

2 7



Mehparə Muxtarqızı

Toy  taxtım  qaranlıq  məzarım  oldu

Dünyadan  nakam  köçən  gənclərimizə

  -  


Şəhidlərə

Toy  taxtım  qaranlıq  məzarım  oldu,

Ölüm  məni  soyuq  məzara  saldı.

Bəzəkli  xonçalar,  ala  toy  "şamım"

Məzarımın  üstündə  yandırıldı!

Məzarım  üstünə  xonça  bəzədin,

Məni  yox,  baş  daşımı  əzizlədin.

Tapmayıb  heç  ye^cjə^sən  övladını 

Soyuq  məzarlıqda  məni  gəzdin!

Məzardan,  boylana-boylana  qaldım,

Anamdan  doymadım,  nakam  ayrıldım.

Talehim  nə  üçün  belə  gətirdi?

Qaranlıq  məzarı  mən  evim  sandım!

Yalvarıram,  ana  tək  qoyma  məni!

Məzarlıqdan  gözlərim  görsün  səni.

Duyum  senin  mən  isti  nəfəsini 

Eşidim  ay  ana,  hər  gün  səsini!

Məzarlıqdan  ruhum  görəcək  səni,

Laylan  ilə  oxşa,  əzizlə  məni.

Hər  gün  məzarımın  üstünə  gəlib,

Ba'  daşıma  sürtərsən  əllərini!

Sən  lay-lay  deyərdin  mən  doğulanda 

İndi  laylamı  de,  sən  məzarlııqda!

Axtarma  ay  ana,  nakam  Balanı 

Balan  uyuyubdu  əbədiyatda!

2 8

Yerin, göyün, Xocalt,  qan  ağladı

Qəhrəmanlar  ölməzdir

Ağdərədə  şəhid  olan  oğullarımızın  xatirəsinə

Ağdərədə  şəhid  oldu 

neçə-neçə  oğullar!

Canını  fəda  etdi,

Vətən  yolunda  onlar!

Mühasirəyə  aldı, 

hər  tərəfdən  düşmənlər!

Xainlər, 

qan  içənlər!

Özgənin  torpağına 

hər  zaman  göz  dikənlər!

Bizimlə  çörək  kəsib, 

çörəyi  itirənlər!

Üzümüzə  güldülər, 

bizi  əsir  etdilər!

Əsir  düşdü  ərənlər! 

namərd  düşmən  əliylə 

bir-bir  güllələndilər!

İşgəncəylə  öldülər!

Bizim  igid  ərənlər.

Sözündən  dönmədilər,

Torpağı  vermədilər!

Namərd  düşmən  önündə, 

heç  vaxt  əyilmədilər!

Torpaqda  can  verdilər.

Vətəni  bayrağını 

öpdülər,  And  içdilər!

Vətən,  torpaq  yolunda 

Şəhidliyi  seçdilər!

İgid  qəhrəmanları 

Torpaq  qoynuna  aldı.

Onlara  lay-lay  çalıb,



29


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə