Mehparə muxtarqizi yerin, göyün Xocalı, qan ağladı



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix21.06.2018
ölçüsü0,49 Mb.
#50652
1   2   3   4   5   6   7   8   9   ...   17

Mehparə Muxtarqızı

Namusla,  qeyrətlə  yolunu  gözlədilər. 

Qardaşları,  ərləri  geriyə  dönmədilər!

Heç  bir  kəsin  önündə  onlar  əyilmədilər 

Həyat  mübarizədir,  dözməliyik  dedilər!

Bu  namuslu,  ismətli,  ləyaqətli  qadınlar. 

Azərbaycan  xalqına,  ucalıq  gətirdilər!

Uca  tut  sən  başını  Azərbaycan  qadını! 

Qorumusan  vicdanla,  sən  qeyrətlə  adını! 

Sevmisən,  hər  bir  zaman  vətənini  xalqını. 

Bir  gün  məğlub  edərsən,  önündə  düşmanını!

Şəhid  olan  oğlunun,  bir  gün  ruhu  şad  olar. 

Düşmənlərin  əlindən,  torpaq  geri  almar! 

Elim  şənlik  eyləyər,  tonqallar  yandırarlar, 

Qarabağ  şikstəsi,  Qarabağda  oxunar!

"Müstəqil  Azərbaycan"

(28  may  Azerbaycanda 

Respublika  günü  kimi  qeyd  olunur)

Yerin, göyün, Xocalı,  qan  ağladı

Qayıdacaq,  el-obam,  torpağına-yurduna!

Gün  gələcək,  biz  yenə  "Qələbə"  çalacağıq. 

Düşməni,  torpağımdan-yurdumdan  qovacağıq. 

Şəhidlərin,  adını  biz  uca  tutacağıq,

"Qarabağ"  torpağında  azad  yaşayacağıq!



Ağla  sazım,  sazım  ağla"

Sinəm  üstə  köklənmisən 

Nə  susmusan,  dillənmirsən 

Vətən  üçün  qəribsəmisən 

El-oba  dərdi  çəkirsən.

Ağla  sazım,  sazım  ağla.

Səsinlə  qəlbləri  dağla!

Çal  aşıq,  bir  qəmli  hava,

Əlin  toxunsun  mizraba.

Didərgin  olub  el-oba 

Ağla  sazım,  sazım  ağla,

Səsinlə  qəlbləri  dağla!

Çal  aşıq  "Yanıq  Kərəmi"

El  ağlasın  ərənləri.

Dərd  yandırıb  sinələri 

"Vətən"  yolunda  öləni,

Ağla  sazım,  sazım  ağla,

Səsinlə  qəlbləri  dağla!

Ağla,  dağını-dərəni,

Çeşməni,  gur  şəlaləni,

Boynu  bükük  bənövşəni,

Ağla  sazım,  sazım  ağla,

Səsinlə  qəlbləri  dağla!



Mehparə Muxtarqızı

Çeşmələrin, 



 сс/ь

Ağacların  quruyubdur. 

Gülün-çiçəyin,  solubdur.

Dağ  başın  duman  alıbdır,

Ağla  sazım,  sazım  ağla,

Səsinlə  qəlbləri  dağla!

Səsin  yayılsın  hər  yana.

Elin  gəlsin  harayına.

Düşmən  qalsın  yana-yana. 

Əymə  özünü  düşmənə.

Ağla  sazım,  sazım  ağla,

Səsinlə  qəlbləri  dağla!



Yerin, göyün, Xocalı,  qan  ağladı

Ç iç ə k lə r   də  Ş ə h id lə r i  a ğ la d ı

"Ana  məni  gözləmə,  geriyə  dönməyəcəm"

Lirik poema

Ana  sənə  sözüm  var,  oxu  gündəliyimdən 

Sənə  yadigar  qalsın,  ana  bu  sözlər  məndən. 

Ölsəm  də  qoruyacam  mən  Vətən  torpağını, 

Qovacağam  ay  ana  torpağımdan  yağım!

Düşmən  önündə  heç  vaxt,  ana  əyilməyəcəm, 

Torpağımdan  düşmənə,  ana  pay  verməyəcəm. 

Vətən,  torpaq  yolunda,  mən  canımdan keçəcəm. 

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Ana  bir gün  günəş  tək,  qüruba  enəcəyəm,

Mən  şam  kimi  əriyib,  əbədi  sönəcəyəm.

Bilirəm,  övladımın  üzün  görməyəcəyəm,

Ana  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Ana  mənə  laylanda,  Vətəni  sev  demişdin,

Vətəni  qorumaq  üçün,  sən  bizi  böyütmüşdün! 

Vətəni  darda  qoyma,  ay  oğul  söyləmişdin.

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Ana,  mən  o  yerlərə,  bir  daha  gəlməyəcəm,

Bu  torpaqda  özümü,  ana  qərib  biləcəm. 

Məzarlıqdan  ay  ana,  yolunu  gözləyəcəm,

Ana  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Ana  yarıma  söylə,  gözləməsin  yolumu!

Oğul  yadigarıdır,  ana  saxla  oğlumu.

Namərd  düşmən  bağlayıb,  ay  ana  əl-qolumu,

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

■' 


2-f 

-  ■ 


1


Mehparə Muxtarqızı

Ana  yaram  ağrıdır,  axır  acı  göz  yaşım,

Dizin  üstə  olaydı,  ay  ana,  bu  gün  başım! 

Məni  əvəz  edəcək,  bu  gündə  "Məzar-daşım" 

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Ana  Balan  olubdur,  qərib  yerdə  didərgin, 

Məzarım  olacaqdır  düşmən  əlində  itgin. 

Axtarıb  tapacaqsan,  ay  ana,  bəlkə  bir  gün. 

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Ana  sil  göz  yaşını,  Vətən  düşmənə  qalmaz! 

Vətən  şəhid  verməsə,  torpaq  geri  alınmaz! 

Vətəni  qorumayan  oğuldan,  oğul  olmaz!

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Şəhidlərin  anası  ana  heç  vaxt,  ağlamaz. 

Qəlbində  bir  yara  var,  bilirəm  ki,  sağalmaz. 

Ana  şəhid  olsaq  da,  Vətən  bizi  unutmaz.

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Mənim  körpə  balamı,  ay  ana,  böyüdərsən 

Tapsan  sən  məzarımı,  balama  göstərərsən. 

Atan  Vətən  yolunda  şəhid  oldu  deyərsən, 

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

Balama  mənim  kimi.  Vətəni  sevdirərsən,

Ata  əvəzi  onu  sevib-əzizləyərsən.

Ağlayanda  ay  ana,  göz  yaşların  silərsən!

Ana,  məni  gözləmə,  geriyə  dönməyəcəm!

İtirsən  məni

Çəkirəm  sevgilim  mən  həsrətini 

Bəlkə  də,  bir daha  görmədim  səni.

22

Yerin, göyün, Xocalı,  qan  ağladı

Gün  gələr  həyatda  itirsən  məni,

Heç  vaxt  unutma  sən,  səni  sevəni!

İllər,  aylar  ötər,  mənsiz  qalarsan.

Qəlbində  sən  məni  xatırlayırsan.

Həyatdan  köçsəm  də,  xəyallarında 

Ötən  sevgimizi  sən  yaşadarsan!

Dünyadan  köçəndə  senin  sevgilin 

Gələn  yollarına  hər  gün  baxarsan.

Xatirə  tək  qalan  nişan  üzüyün.

Sən  nişanə  barmağına  taxarsan!

Məzarlıqdan  yarını  axtararsan.

Sevgilinin  məzarını  taparsan.

Ayrılığa  həsrətə  dözməyəndə,

Mənim  üçün  göz  yaşı  axıdarsan!

Şəhid  oldu  balalar

Neft  Akdemiyasında faciəli  hadisə  nəticəsində 

şəhid  olan  gənclərimizə  həsr  edirəm.

Şəhid  oldu  bu  gün  balalarımız!

Nakam  köçdü  gənc  oğul-qızlarımız!

Anaların  dərdinə  şərik  olub,

Göz  yaşı  axıtdı  bütün  xalqımız!

Mən  də  bu  dərdi  içimdə  yaşadım,

İçin-için  gecə-gündüz  ağladım!

Dərdimi  sizinlə  bölüşmək  üçün,

Göz  yaşıyla  vərəqlərə  payladım!

Mən  yaza  bilmədim,  əlim  titrədi,

Gözlərim  ağladı,  qəlbim  gülmədi.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə