Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

96 
qəsini  və  onlardan  asılılığını;  2) su  təsərrüfatı  tədbirlərinin  əsas-
landırılmasında və su balansı hesablamalarında istifadə olunan su 
balansının  ayrı-ayrı  elementlərini;  3) insanın  mühəndisi  fəaliy-
yətinin yeraltı sulara təsirinin xarakterini və rejimin dəyişməsi ilə 
əlaqədar  olan  prosesləri  (yeraltı  suların  rejiminin  idarə  olunma-
sının daha səmərəli yollarının əsaslandırılması, onların mühafizəsi 
və müxtəlif  məsələlərin  həllində  istifadəsi üçün). 
Yeraltı suların balansı dedikdə, müəyyən zaman ərzində bu 
və ya digər sahə hüdudunda sulu  horizonta daxil olan (gəlir hissə) 
və ondan xaric (çıxar hissə) olan suyun  miqdarlarının (mm və ya 
m
3
/ha) fərqi nəzərdə tutulur. 
Yeraltı  suların  rejimi  və  balansı  bir-biri  ilə  sıx  əlaqədardır. 
Təbii  (atmosfer  çöküntüləri,  buxarlanma,  transpirasiya,  konden-
sasiya,  yeraltı  və  yerüstü  axın)  və  süni  (suvarma,  kanallardan  və 
su  təchizatı  sistemlərindən  itki,  drenaj,  subasma,  aqromeliorativ 
tədbirlər  və  s.)  amillərin  təsirindən  asılı  olan  su  balansı  yeraltı 
suların  rejiminin  xarakterini  və  dəyişmə  istiqamətini  müəyyən 
edir.  Ona  görə  də  su  balansının  ayrı-ayrı  elementlərinin  öyrənil-
məsi yeraltı suların rejiminin idarə olunması üçün əsas verir. 
Yeraltı  suların  rejim  və  balansının  öyrənilməsi  məsələləri 
çox  müxtəlifdir.  Məsələn  yeraltı  suların  təbii  rejimi  aşağıdakı 
məsələlərin  həlli  üçün  öyrənilir:1) yeraltı  suların  formalaşması 
(qidalanma  və  boşalma  şəraitinin,  ayrı-ayrı  rejim  əmələgətirən 
amillərin  və  proseslərin  qiymətləndirilməsi,  su  balansı  element-
lərinin təyini) şəraitinin müəyyən edilməsi; 2) yeraltı suların təbii 
qidalanmasının  zaman  etibarilə  dəyişməsi  qanunauyğunluqlarının 
öyrənilməsi;  3) yeraltı  suların  su-,  duz-  və  istilik  balansının  for-
malaşması  qanunauyğunluqlarının  müəyyən  edilməsi  və  onların 
yeraltı  suların  rejiminin  proqnozu  üçün  istifadəsi;  4) lokal  sahə-
lərdə yeraltı suların pozulmuş rejiminin analizi və proqnozu üçün 
onların  təbii  rejiminin  regional  öyrənilməsi;  5) sulu  horizont  və 
komplekslərin  süzülmə  xassələri  və  sərhəd  şərtlərinin  qiymət-
ləndirilməsi. 


97 
Təbii  rejimin  proqnozu  müxtəlif  növ  tikintilərin  (mülki, 
sənaye,  nəqliyyat,  hidroenerji,  meliorativ  və  s.)  layihələndiril-
məsi, su təchizatı, kənd təsərrüfatı və digər məsələlərin həlli üçün 
istifadə edilir. 
Yeraltı  suların  pozulmuş  və  qarışıq  rejiminin  öyrənilməsi, 
proqnozu  və  analizi  aşağıdakı  praktiki  məsələlərin  həlli  zamanı 
həyata  keçirilir:  1) yeraltı  su  yataqlarının  axtarışı,  onların  ehtiya-
tının  qiymətləndirilməsi,  istismarı,  səmərəli  istifadəsi,  tükənmə-
dən  və  çirklənmədən  mühafizəsi  üzrə  tədbirlərin  əsaslandırıl-
masında  rejim  proqnozlarının  tərtibi;  2) bərk  faydalı  qazıntıların, 
neft  və  qaz  yataqlarının  kəşfiyyatı  və  işlənilməsi;  3) suvarma  və 
qurutma  meliorasiyasının  əsaslandırılması,  bu  tədbirlərin  aparıl-
dığı  rayonlarda  yeraltı  suların  rejiminin  idarə  olunması;  4) müx-
təlif  mühəndisi  qurğuların  layihələndirilməsi,  tikintisi  və  istis-
marı,  həmçinin  su  təchizatı,  suvarma,  qurutma,  o  cümlədən  hid-
rotexniki,  sənaye  və  mülki  tikintilər  və  insanın  digər  mühəndisi 
fəaliyyəti  ilə  əlaqədar  olaraq,  hidrogeoloji,  hidrogeokimyəvi, 
buzlaq,  meliorativ,  mühəndisi-geoloji  və  digər  şəraitlərin  dəyiş-
məsinin proqnozu. 
Azərbaycanda  Kür-Araz  düzənliyinin  ərazisində  yeraltı  su-
ların  rejiminin  formalaşması  qanunauyğunluqlarının  öyrənilməsi, 
ona  təsir edən təbii  və  süni  amillərin müəyyən  edilməsi,  ərazinin 
yeraltı suların rejim tiplərinə görə rayonlaşdırılması məsələləri ilə 
V.A.Priklonski,  H.Y.İsrafilov,  Ə.K.Əlimov,  E.A.Məmmədova, 
S.Ə.Əliyev,  Ç.C.Gülməmmədov  və  b.  məşğul  olmuşlar.  Onların 
hər biri yeraltı suların rejimini formalaşdıran əsas amilə görə onun 
genetik tiplərini ayırmışlar. Bütün hallarda Kür-Araz düzənliyində 
qrunt sularının rejiminin formalaşmasına təsir edən əsas amil kimi 
suvarma qəbul edilmişdir. 


98 
2.2. Yeraltı suların rejiminin öyrənilməsi üsulları 
Yeraltı  suların  rejimi  üzərində  çoxillik  müşahidələrin  nə-
ticələrinin  analizi  göstərir  ki,  rejim  əmələgətirən  amillərin  (hid-
rometeoroloji, kosmogen, biogen, endogen, süni)  və təbii şəraitin 
(geoloji  quruluş,  litologiya,  relyef,  torpaq  və  s.)  təsiri  altında 
onların  fiziki  xassələri,  kimyəvi  tərkibi  və  miqdarı  qanunauyğun 
şəkildə dəyişir. 
Bu  dəyişikliyin  öyrənilməsi  və  onların  rejim  əmələgətirən 
amillər və təbii şəraitlə əlaqəsinin müəyyənləşdirilməsi – stasionar 
müşahidələrin əsasını təşkil edir. Yeraltı suların rejiminin  öyrənil-
mə metodikası rayonun  təbii  şəraitindən,  sulu  horizontun  tipin-
dən, tədqiqatın  məqsədindən  və  digər  amillərdən  asılıdır.  Qeyd 
etmək  lazımdır  ki,  yeraltı  suların  rejimi  üzərində  müşahidələr 
təzyiqli sularda da qrunt sularında olduğu kimi aparılır.
 
 
Yeraltı  suların  rejiminin  öyrənilməsi  əsas  rejim  element-
lərinin  (səviyyə,  sərf,  temperatur,  kimyəvi  və  bakterioloji  tərkib) 
dəyişməsi  üzərində  müşahidə  məntəqələrindən  (quyu,  bulaq,  şurf 
və  s.)  ibarət  xüsusi  avadanlıqlaşdırılmış  şəbəkə  üzrə  stasionar 
hidrogeoloji  müşahidələr  yolu  ilə  aparılır.  Yeraltı  suların  rejimi 
üzərində müşahidələrdə quyulardan və bulaqlardan istifadə etmək 
daha məqsədəuyğun hesab olunur. Yeraltı suların pozulmuş rejimi 
üzərində  müşahidələr  üçün  sugötürücü  və  drenaj  qurğuları,  dağ 
qazmaları  və  s.  istifadə  olunur.  Yeraltı  suların  yatım  dərinliyi  10 
m-dən  az  olduqda,  onların  yalnız  səviyyəsi  üzərində  müşahidələr 
aparılır. 
Müşahidə  şəbəkəsi  öz  tərkibinə  və  təyinatına  görə  dörd  
növə  ayrılır: 
1) nəzarət  şəbəkəsi  hər  bir   təsərrüfat  obyektində  olma-
lıdır   və    yeraltı   suların    keyfiyyəti,    səviyyəsi,    sərfi   və    digər  
göstəricilərinə  nəzarət  funksiyasını  yerinə  yetirməlidir.  Bu  şə-
bəkə    yeraltı    suların    istismarını    həyata    keçirən    təşkilatın    ta-
beçiliyində  olur; 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə