Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə35/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

132 
mübadilə  reaksiyaları  nəticəsində  baş  verir.  İkinci  mərhələdə  tez 
həll  olan  duzların  məhlula  keçməsi  nəticəsində    qrunt  sularının 
minerallaşmasının azalması müşahidə olunur. 
Üçüncü  mərhələ  başlayır:  əgər  qrunt  suyu  səviyyəsi  uzun 
müddət  yer  səthinə  yaxın  (1,5  m-ə  qədər)  yerləşərsə,  buxarlan-
manın  təsiri  ilə  onların  minerallaşması  artır,  duzlar  aerasiya 
zonasının  məhlullarına  konsentrasiya  olunur  və  sonuncular  su-
varma  sularının  infiltrasiyasının  təsiri  altında  qrunt  sularına 
qarışır. Qrunt sularının minerallaşmasının azaldılması süni drenaj 
vasitəsilə həyata keçirilir. 
2.5.Suvarılan ərazilərdə qrunt suyu səthinin qalxması 
Suvarma  zamanı  sahələrdən  və  kanallardan  süzülmə  hesa-
bına  irriqasiya  qidalanması  nəticəsində  qrunt  suyu  səthinin 
qalxması baş verir. İrriqasiya qidalanması suvarmanın orta illik və 
mövsümü dəyişməsinə müvafiq olaraq dəyişir. 
Əgər suvarılan ərazidən yanlara axımı nəzərə almasaq, onda 
t  zamanı  ərzində  W  daimi  intensivliyə  malik  süzülmənin  təsiri 
altında qrunt suyu səthinin qalxması aşağıdakı düsturla hesablanır: 

Wt
H


    ,
(1) 
Burada  

- nəmlik çatışmazlığı əmsalıdır. 
Əgər belə hesablamaya əsasən qrunt suyu səthinin qalxması 
bataqlıqlaşmaya gətirib çıxarırsa, onda suvarılan ərazidən yanlara 
axını  nəzərə  almaqla  hesablama  aparmaq  lazımdır.  Axın  zona-
sının  ölçülərinə  nisbətən  kiçik  ölçülü  suvarılan  ərazidə  hər  (F
sahəni  planda  radiusu 
F
r
565
,
0
0

 olan  dairəvi  infiltrasiya 
sahəsi kimi qəbul etmək olar. 
Torpaq  yatağa    malik    kanallardan    süzülmə    itkisi.  
Qeyd etmək  lazımdır  ki, torpaq yatağa malik  kanallardan  süzül-
mə  itkisinin  xarakteri  qrunt  suyu  səviyyəsindən  asılıdır. Əgər  


133 
qrunt  suyu  səviyyəsi  dərinlikdə  yerləşərsə,  bu  zaman  kanalın  
dibində    yerləşən    qruntlar    qrunt  sularının    kapillyarlarla    qalx-
ması  nəticəsində  islanmır  (kapillyar  təbəqə  dərində  olduqda) 
və baş verən su  itkisi  qrunt  suları  ilə   əlaqədar  olmur. Qrunt  
suyu    səviyyəsi    yer    səthinə    yaxın  yerləşərsə,  kapillyar    təbəqə  
yer    səthinə    qədər  çatdığından    və    kanalın    dibində    yerləşən  
qruntları  islatdığından  kanaldan  süzülmə  qrunt   suları  ilə  əla-
qədar şəkildə baş  verir.  
Kanalın  dibini  təşkil  edən  və  altda  yatan  qruntlar  eyni-
cinsli    olduqda    S.F.Averyanova    görə    kanallardan    su    itkisi    3  
mərhələdə  baş  verir  (şək.34). 
Birinci    mərhələ    kanaldan    süzülən    suyun      quru    qruntu  
islatması  ilə  müşahidə  olunur  və  bu  zaman  kanaldan  süzülən  
su  ilə  qrunt  suyu  hövzəsi  arasında  əlaqə  olmur.  Kanaldan  sü-
zülən  su  əsasən  şaquli  istiqamətdə  hərəkət  edir.  Bu  mərhələ  
kanaldan  süzülən  suyun  qrunt  suyu  hövzəsinin  kapillyar  tə-
bəqəsinə  çatanadək  davam  edir.    
İkinci  mərhələ  kanaldan  süzülən  suyun  qrunt  sularının  
kapillyar  zonasına  daxil  olması  ilə  başlayır.  Bu  zaman  qrunt  
suyu    hövzəsində    mövcud    olan    tarazlıq    vəziyyəti    pozulur,  
qrunt  suyu  səviyyəsi  qalxmağa  başlayır,  lakin  kanal  ilə  qrunt  
suyu    arasında    qalan    sahədə    qruntlar    su    ilə    tam    doymamış  
halda  olur.
 
Şəkil  34.  Suvarma  kanalından  süzülmənin  mərhələləri:  1 -  qrunt  
suyu    səviyyəsi  ,  m  ;    2  -    kapillyar    zonanın    sərhədi;    B  -    qrunt    suyu  
səthindən  buxarlanma;  P>P
a
  -  qrunt  suları  ilə  tam  doymuş  zona;   P
a
  -  
qrunt    suları    ilə    tam    doymamış    zona;      h
k
   -   maksimal    kapillyar    qalxma  
hündürlüyü , m.   


134 
Qrunt  suyu  səthinin  tədricən  qalxması  nəticəsində  su  ilə  
tam  doymamış zona aradan  çıxır  və  üçüncü  mərhələ   başlayır.  
Bu  mərhələdə  yaranan  bütöv  qrunt  suyu  axını  3  istiqamətdə  
sərf    oluna    bilər:    qrunt    suyu    səviyyəsinin    qalxması;    yeraltı  
axın;   buxarlanma  və  transpirasiya. Bu  üç  amilin  birgə  təsiri  
daha  çox   müşahidə  olunur. 
Qeyd  etmək  lazımdır  ki,  kanaldan  süzülmə  prosesi  və  
bir  mərhələdən  digər  mərhələyə  keçid bəzi  həlledici  amillər-
dən:  kanalın   ölçüləri,  qruntların  fiziki  xassələri,  qrunt  suları-
nın yatım  dərinliyi,  yeraltı  axın  şəraiti,  kanalın    istismar  müd-
dəti  və  s.  -  dən  asılıdır. 
Qrunt    suyu    səviyyəsi    dərində    yerləşdikdə    qısamüddətli  
işləyən   və  kisik  ölçülü  kanaldan  süzülən  su  əksər  hallarda  
qrunt  suyu  səthini  qaldırmağa  müvəffəq  olmur. 
Əgər  kanaldan  süzülən  su  qrunt  sularının  kapillyar  qatı  
ilə  təmas  yaradırsa,  üçüncü  mərhələyə  keçid  qrunt   suyu  sət-
hinin  yuxarıya  doğru  qalxaraq  bütöv  yeraltı  su  axınını  yarat-
masından asılı  olur.  Ona  görə  də  üçüncü  mərhələyə  keçid  ka-
naldan süzülən  suyun  qrunt  suları  vasitəsilə  nəqlinin  mümkün-
lüyü  ilə  müəyyənləşir. 
Məsələyə  daha  sadə  yanaşılarsa,  onda  birinci  və  ikinci  
mərhələni  birləşdirmək  olar  və  bu  zaman  kanaldan  itən  suyun  
qrunt  sularının  təsiri  olmadan  sərbəst  süzüldüyünü  qəbul  et-
mək  olar.  Bu  halda  kanaldan  baş  verən  istənilən  su  itkisinin  
sərbəst  və  ya  qrunt  sularının  təsiri altında  olduğunu  söyləmək  
olar.  
2.6.Suvarılan sahələrdə qrunt suyu rejiminin 
tənzimlənməsi prinsipləri 
Rejimin  tənzimlənməsi  suvarılan  sahələrdə  torpaq  örtüyü-
nün əlverişli su-, duz- və hava rejimini əldə etmək üçün zəruridir. 
Qrunt  suyu  rejiminin  tənzimlənməsinin  ümumi  prinsipləri 
aşağıdakılardır: 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə