Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

141 
Suvarma    rejiminin    proqnozlaşdırılması    zamanı    suvarma  
suları  ilə  atmosfer   çöküntüləri   arasındakı  korrelyasiya  əlaqəsi  
(r=0,87),  suvarılan  sahələrin  ildən-ilə  artım  tempi  və  suvarma  
norması    nəzərə   alınmışdır  (hesablama üçün    10   (o    cümlədən,  
18) saylı  düsturdan    istifadə  olunmuşdur):
B=0,5A+623 
Su    buxarları    kondensasiyası    rejiminin    proqnozlaşdırıl-
ması      onun    qrunt    sularının  yatım    dərinliyindən    asılı    olaraq  
formalaşması  qanunauyğunluqları  əsasında  aparılmışdır. 
Təzyiqli    sular    hesabına    qidalanmaının    həcminin    proq-
nozlaşdırılması  zamanı  intensiv  drenləşmiş  və  ona  yaxın  əra-
zidə təzyiqli-  və  qrunt  suları  arasındakı  təzyiqlər  fərqinə  xüsu-
si  diqqət  yetirilmişdir. 
Yaxın  5-10 il  ərzində  hidrogeoloji  və  mühəndisi-geoloji  
parametrlərin  dəyişməsinə  səbəb  ola  biləcək  hər  hansı bir  cid-
di  meliorativ tədbirin görülməsi nəzərdə tutulmadığına görə  yan-
lardan  və  yanlara  yeraltı  axının  həcmi  sabit qəbul edilmişdir. 
Faktiki  materialların  analizi və  suvarma  ilə  drenaj  axını  
arasındakı    korrelyasiya    əlaqəsi    (r=0,71)    nəzərə    alınmaqla,  
kollektor-drenaj  sularının  həcmi  proqnozlaşdırılmışdır: 
D = 0,4B - 77 
Buxarlanmanın  həcmini  proqnozlaşdırarkən  aşağıdakı  qa-
nunauyğunluqlar  nəzərə  alınmışdır:  qrunt  sularının  yatım  də-
rinliyindən    asılı    olaraq    buxarlanmanın   dəyişməsi,    ayrı  –  ayrı  
kənd    təsərrüfatı    əkin    sahələrinin    artımı;    buxarlanma    ilə    at-
mosfer  çöküntüləri  arasındakı  korrelyasiya  əlaqəsi  (r=0,8):   
E=0,08A+9256 


142 
Yuxarıdakı  göstəricilər  əsasında  qrunt  sularının  səviyyə-, 
duz    rejiminin    və    su  –  duz    balansı    elementlərinin    proqnoz  
qiymətləri  təyin  edilmişdir. 
Bu  üsulla  alınmış  proqnoz  qiymətlərindən  istifadə  edə-
rək,  qrunt  sularının  ayrı – ayrı  illər  üçün  yatım  dərinliyi  xəri-
təsi  qurulmuş  və  səviyyənin  orta  çəki  qiyməti  hesablanmışdır.  
Şimali    Muğan    üzrə    qrunt    sularının    səviyyəsinin    1994  –  cü  
ildən  2000-ci  ilə  qədər  0,06 m  enəcəyi  (1,68 m – dən  1,74 m – 
ə  qədər) proqnozlaşdırılmışdır. 
2.9.Suvarılan  ərazilərdə qrunt  suyu  rejiminin  
proqnozu 
Suvarma  sistemlərinin  layihələndirilməsində,  tikilməsində 
və  istismarında  qrunt  suyu  rejiminin  idarəolunma  problemi  əsas 
məsələ  sayılır.  Belə  ki,  torpaqların  meliorativ  vəziyyətinin  yax-
şılaşdırılması  və  məhsuldarlığının  artırılması  qrunt  sularının  sə-
viyyəsi  və  kimyəvi  tərkibindən,  onların  gələcəkdə  dəyişmə    isti-
qamətindən asılıdır. Bu  nöqteyi-nəzərdən  qrunt  suyu  rejiminin 
proqnozunun  tərtibi  tələb  olunur  ki,  bu  da  suvarma  və  drenaj 
sistemlərinin  layihələndirilməsində  əsas  və  məsuliyyətli  iş  hesab 
olunur. 
Suvarılan  sahələrdə  qrunt  sularının  rejim  proqnozu  məq-
sədindən asılı olaraq aşağıdakı tiplərə ayrılır: 
1) magistral və suvarma kanalları zonasında kiçik sahələrdə
qrunt  suyu  səviyyəsinin  dəyişməsində  bu  kanalların  rolununun  
müəyyənləşdirilməsi, onlardan baş  verən infiltrasiya itkisinin tə-
yini  üçün  qrunt  suyu  rejiminin  proqnozu.  Bu  proqnoz  drenajın 
tipinin və kanalların konstruksiyasının seçilməsinə, onların faydalı 
iş əmsalının və s. təyininə kömək edir
2) qrunt  sularının  gələcəkdə  regional  səviyyəsinin  vəziyyə-
tini  qiymətləndirmək  üçün  kanallar  və  drenaj    sistemlərinin  yer-
ləşdiyi böyük sahələrdə qrunt suyu rejiminin proqnozu. 


143 
Suvarılan sahələrdə qrunt suyu rejiminin regional qanunauy-
ğunluqlarını  təyin  etmək  üçün  aşağıdakı  məsələlərə  diqqət 
yetirmək vacibdir: 
1) suvarılan  sahələrdə  qrunt  suyu  səviyyəsinin  və  kimyəvi
tərkibinin  dəyişməsi  qrunt  sularının  balansının  gəlir  və  çıxar  his-
sələri  nisbətinin  və  suvarma  rejiminin  pozulması,  o    cümlədən 
aqrotexniki və meliorativ tədbirlər nəticəsində baş verir; 
2) qrunt  sularının  təbii  yeraltı  axınının  zəif  olması,  onların
süni  drenləşməsinin  kifayət  dərəcədə  olmaması,  səviyyənin 
intensiv dəyişməsi ilə əlaqədar məsələləri bilmək lazımdır. Çünki 
həmin  məsələlərlə  bağlı  problemlər  torpaqların  təkrar  şorlaşması 
və ya bataqlıqlaşma təhlükəsini yaradır; 
3) qrunt  suyu  səviyyəsinin  yer  səthinə  yaxın  (kritik  də-
rinlikdən  az)  yerləşməsi  nəticəsində  onlar  bitkilər  tərəfindən  in-
tensiv  transpirasiyaya  məruz  qalır  və  kapillyarlarla  buxarlanır. 
Digər  tərəfdən,  səviyyənin  daha  çox  qalxması  torpaqların  şor-
laşması təhlükəsini yaradır; 
4) rejimin formalaşması prosesində qrunt suyu səviyyəsinin
nisbətən  stabil  vəziyyəti  yaranır.  Bu  da  sahənin  qidalanma  və 
boşalma şəraiti ilə əlaqədar baş verir; 
5) yerüstü  suların  səviyyəsinin  dəyişməsi  qrunt  sularının
səviyyəsinə  təsir  göstərir.  Qidalanma  mənbəyindən  uzaqlaşdıqca 
qrunt suyu səviyyəsinin dəyişmə amplitudu azalır; 
6) suvarılan  sahələrdə  qrunt  sularının  rejimi  onların  qərar-
laşmamış  hərəkətinin  təzahürü  kimi  balans  qiymətindən  asılı 
olaraq,  müxtəlif  ola  bilər.  Bu  həm  də  rejimin  bu  və  ya  digər 
irriqasiya amillərindən asılıdır. 
Qrunt  sularının  rejim  proqnozunun  tərtibi  zamanı  aşağıdakı 
məsələlər mütləq həll olunmalıdır: 
1) suvarılan  sahələrdə  qrunt  suyu  səviyyəsinin  dəyişmə
xarakterinin öyrənilməsi
2) nisbətən  stabil  səviyyəinin  müşahidə    olunduğu  vaxtın
təyini; 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə