Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə46/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

166 
 
a
 
 
b
 
 
Şəkil  37.  Lizimetrik  təcrübə  sahəsi  (a, b). 
 
 
 
 


167 
2.14.Əsas balans elementlərinin səciyyəsi 
Su-duz  balansının  elementlərini  təyin  etmək  üçün  iki 
üsuldan:  eksperiment  və  hesabi  üsullardan  istifadə  edilir.  Analiz 
nəticəsində  su-duz  balansının  gəlir  və  çıxar  elementləri  toplanır. 
Bu  isə  ehtiyatın  miqdarca  dəyişməsi  haqqında  nəticə  çıxarmağa 
imkan verir. 
Su-duz  balansının  ayrı-ayrı  elementlərini  nəzərdən  keçirək 
(Şimali  Muğan, 1994). 
Atmosfer  çöküntülərinin  miqdarı  torpaq  səthinə  daxil  olan 
suyun  miqdarından,  buxarlanmadan,  aerasiya  zonasının  süzülmə 
xüsusiyyətlərindən və bitki örtüyündən asılıdır. 
Qrunt  sularının  atmosfer  çöküntülərinin  infiltrasiyası  hesa-
bına  qidalanmasını  təyin  etmək  üçün  eksperimental  tədqiqatlar 
Ə.Ə.Əlirzayev tərəfindən Cəfərxan təcrübə-balans sahəsində lizi-
metrlərdə aparılmışdır. Onun qiyməti qrunt sularının yatım dərin-
liyindən asılı olaraq hesablanmışdır (cəd.27). 
Bitki  örtüyü  olan  lizimetrlərdə  qrunt  sularının  infiltrasiya 
qidalanması göstərir ki, qidalanma, əsas etibarilə, qış-yaz və payız 
mövsümlərində,  yəni  kənd  təsərrüfatı  bitkilərinin  vegetasiyası 
dövründən əvvəl və sonra baş verir. 
Lizimetr  məlumatlarına  əsasən,  qrunt  sularının  atmosfer 
çöküntülərinin  infiltrasiyası  hesabına  qidalanması  1193  m
3
/ha 
(atmosfer çöküntülərinin illik miqdarının 33%- i qədər) təşkil edir. 
Atmosfer çöküntülərinin minerallaşma dərəcəsi orta hesabla, 0,15 
q/l-sə,  onlarla  gətirilən  duzların  miqldarı  0,55  t/ha  təşkil  edir. 
Bunlardan:  Ca-20%,  Mg-  2%,  Na-  7,4%,  HCO
3
-  37,3%,  SO
4

27,3%, Cl – 6% təşkil edir. 
Yer səthinə düşən atmosfer çöküntülərinin ümumi miqdarın-
dan  19%  -  i  qrunt  sularına  süzülür.  Əgər  infiltrasiya  zamanı 
çöküntülərin duz tərkibi sabit qalırsa, onda atmosfer  çöküntüləri  
ilə  gətirilən  duzlardan 0,10 t/ha qrunt sularına daxil olur. 


168 
 
Cədvə l 27 
Qrunt sularının yatım dərinliyindən asılı olaraq  
atmosfer çöküntülərinin infiltrasiyası (1994) 
 
Qrunt sularının 
yatım dərinliyi, 

İnfiltrasiya, 
mm/il 
Atmosfer 
çöküntülərinn 
miqdarından, 
faizlə 
Müxtəlif dərinlik- 
lərdə yatan qrunt 
sularının əhatə 
etdiyi sahələr, 
min  ha 
1 m- ə qədər 
75 
45 
11,9 
1-2 
55 
25 
101,5 
2-3 
22 

36,3 
3 m-dən çox 


0,6 
 
Su  buxarlarının  kondensasiyası  üçün  əlverişli  şərait  olan 
yerlərdə  (havanın  nisbi  nəmliyinin  yüksək,  qrunt  sularının  yatım 
dərinliyinin  az  olduğu,  havanın  temperaturunun  geniş  diapa-
zonlarda  dəyişdiyi  yerlərdə)  kondensasiya    suları  qrunt  sularını 
qidalandırır. 
Kondensasiya  prosesi  Ə.K.Əlimovun  şəxsi  konstruksiyası 
əsasında  hazırlanmış  kondensatorda  öyrənilmişdir.  Tədqiqatlar 
göstərir ki, oktyabrdan aprelə kimi kondensasiya prosesi aerasiya 
zonasının  bütün  qalınlığı  üzrə  və  qrunt  suyu  səthində  baş  verir. 
Kondensasiyanın  daha  böyük  qiyməti  qumlarda,  daha  kiçik 
qiyməti  isə  gillərdə  qeyd  olunur.  Torpaqların  və  qrunt  sularının 
duzluluğu, o cümlədən nəmlik çatışmazlığı artdıqca, kondensasiya 
sularının  miqdarı  da artır. 
Yuxarıdakılar  nəzərə  alınmaqla,  müəyyən  edilmişdir  ki, 
kondensasiya  sularının  həcmi  düşən  atmosfer  çöküntülərinin illik 
miqdarının 38%-i qədər olub, 1395 m
3
/ha təşkil edir. 
Kapillyar  zonaya  daxil  olan  kondensasiya  sularının  50%-i 
qrunt  sularına  süzülür,  50%-i  isə  buxarlanır.  Bu  halda  qrunt 
sularının  kondensasiya  suları  hesabına  qidalanması  atmosfer  çö-
küntülərinin  ümumi  miqdarının  19%-  i  qədər  olub,  697  m
3
/ha 
təşkil edir. 


169 
 
Təzyiqli  sularla  qidalanma.  Qrunt  sularının  təzyiqli  sularla 
qidalanma  miqdarı  aşağıdakı düsturla hesablanmışdır: 
                                
m
h
H
k
Q


  ,                                  (26) 
 
Burada:  k  –  süxurların  şaquli  süzülmə  əmsalı,  m/sut;  H-
altdakı  horizontun  təzyiq  səviyyəsinin  hündürlüyü,  m;  h-qrunt 
suyu  axınının  qalınlığı,  m;  m  -  su  keçirməyən  horizontun 
qalınlığıdır (m). 
Ərazidə  hidravlik  maillik  cüzi  olduğu  üçün  axının  hori-
zontallar üzrə hərəkəti, demək olar ki, baş vermir, yalnız aşağıdan 
yuxarıya  doğru  müşahidə  edilir,  təzyiqli  sular  qrunt  suyu  qatına 
boşalır. 
Su  keçirməyən  horizont  qədim  xəzər  gillərindən  ibarətdir. 
Laboratoriya və çöl şəraitində gillərin şaquli süzülmə əmsalı təyin 
edilmişdir  ki,  bu  da  orta  hesabla,  0,004  m/sut  təşkil  edir.  Dərin 
quyuların  kəsilişinə  görə  isə  sukeçirməyən  horizontun  qalınlığı 
müəyyən edilmişdir. 
Qrunt sularının təzyiqli sularla qidalanması 930 m
3
/ha təşkil 
edir.  Əgər  təzyiqli  suların  orta  minerallaşma  dərəcəsini  41,3  q/l 
qəbul  etsək,  hesablamalar  göstərir  ki,  1994-cü  ildə  Şimali 
Muğanın  ərazisinə  təzyiqli  sularla  38,3  t/ha  duz  gətirilmişdir. 
Bundan:  Ca–1,8%;  Mg–17,8%;  Na+K–33%;  HCO
3
–1,4%;  SO
4

10,3%; Cl–35% təşkil edir.  
Suvarma  suları  Şimali  Muğanın  ərazisinə  Aşağı  Muğan  və 
Sabir  magistral  kanalları  ilə  daxil  olur  ki,  bu  halda  da  su  sərfi 
hidrometrik  üsulla  hesablanmışdır.  Nasos  stansiyaları  vasitəsilə 
sahələrə verilən suyun sərfi isə həcm üsulu ilə təyin edilmişdir. Bu 
iki sərfin cəmi ümumi suverməni təşkil edir ki, bu da 8000 m
3
/ha-
a bərabərdir. 
Suvarma  kanallarından  süzülən  suyun  miqdarı  kanalın  baş-
lanğıcı  və  təsərrüfatlara  ayrılan  hissələri  arasındakı  fərqlə  təyin 
olunmuşdur ki, bu da 50% təşkil edir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə