Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

170 
 
Beləliklə, suvarma kanallarından infiltrasiya 4480 m
3
/ha he-
sablanmışdır. Bundan: 90% (4032 m
3
/ha) qrunt sularının qidalan-
masına, 10%   isə (448 m
3
/ha) buxarlanmaya sərf olunur. 
Qrunt  sularının  suvarma  suları  hesabına qidalanması  suvar-
ma normasından və müddətindən, qrunt sularının yatım dərinliyin-
dən,  aerasiya  zonası  süxurlarının  nəmliyindən,  kənd  təsərrüfatı 
bitkilərinin növündən və meteoroloji şəraitdən asılıdır. 
Lizimetrik  müşahidələr  əsasında  müəyyən  edilmişdir  ki, 
kanallara verilən suyun 56% - i sahələrə çatana qədər itir, 44 % - i 
isə  sahələrə  daxil  olur.  Sahələrə  daxil  olan  suyun  miqdarı  3520 
m
3
/ha olmuşdur ki, bunun da 54 % - i (1900 m
3
/ha) qrunt sularının 
qidalanmasına,  46  %  -  i  isə  (1620  m
3
/ha)  aerasiya  zonasından 
buxarlanmaya sərf olunur. 
Beləliklə,  1994-cü  ildə  ümumi  balans  rayonunda  qrunt 
sularının qidalanması 5932 m
3
/ha təşkil etmişdir. 
İrriqasiya suları ilə sahələrə isə 4,96 t/ha duz gətirilmişdir. 
Nəzərə  alsaq  ki,  5932  m
3
/ha  suvarma  suları  qrunt  suları 
qatına  daxil  olmuşdur  (minerallaşma  dərəcəsi,  orta  hesabla,  0,62 
q/l), onda qrunt sularına daxil olan duzların miqdarı 2,7 t/ha təşkil 
edir. Bunlardan: Ca –39%; Mg- 11%; Na+K – 22%; HCO
3
 – 13%; 
SO
4
 – 3%; Cl – 12% təşkil edir.  
Cənubdan  Muğanın  ərazisinə  gələn  axın  qərbdən  Araz 
çayının  gətirmə  konusu  üzrə  gələn  axınla  birləşərək,  cənub-şərq 
istiqamətində dənizə doğru enir. Yanlardan yeraltı axının miqdarı 
Darsi düsturuna əsasən hesablanmışdır: 
 
Q=k
or
Bh
or
I,       m
3
/sut,                                  (27) 
 
Burada:  Q  -axının  uzunluğu  boyu  qonşu  sahələrdən  gələn 
suyun  miqdarı;  h
or
-sulu  horizontun  orta  qalınlığı  (m);  k
or
  – 
süxurların  orta  süzülmə  əmsalı  (m/sut);  I  -axının  orta  hidravlik 
mailliyi; B - qrunt suyu axınının eni (m). 
Axının mailliyi (I=0,0004) və eni (B =2000 m) hidroizogips 
xəritəsinə əsasən təyin edilmişdir. Beləliklə, yanlardan yeraltı axı-


171 
 
nın  ümumi  miqdarı  3,9  m
3
/ha  hesablanmışdır.  Yanlardan  yeraltı 
axınla  gələn  suyun  orta  minerallaşma  dərəcəsini  21,1  q/l  qəbul 
etsək,  onda  bu  sularla  gətirilən  duzların  miqdarı  0,08  t/ha  təşkil 
edir.  Bunlardan:  Ca  –  4,7%;  Mg-  8,2%;  Na+K  –  38,1%;  HCO

– 
0,9%; SO
4
 – 5,5%; Cl – 42,6% təşkil edir.  
Salyan  düzənliyi  istiqamətində  yeraltı  axın  müşahidə 
olunmur, Kür və Araz çaylarına doğru isə axın baş verir. Yanlara 
yeraltı axının miqdarı  Düpi düsturuna əsasən hesablanmışdır: 
 
2
1
2
2
2
1
2
)
(



l
h
h
k
Q
  ,                                 (28) 
                           
Burada:  h
1
  ,  h
2 
-  müşahidə  quyusunda  və  çayda  sulu 
horizontun  qalınlığı,  m;  k
or
-sulu  horizontun  süzülmə  əmsalının 
orta  qiyməti,  m/sut;  l
1-2
-  çaydan  müşahidə  quyusuna  qədər  olan 
məsafə, m. 
Beləliklə,  1994-cü  ildə  çaylara  yeraltı  axının  miqdarı  152 
m
3
/ha (20,1 q/l orta minerallaşma dərəcəsi ilə) təşkil edir. Yeraltı 
axınla  aparılan  duzların miqdarı  3,1 t/ha hesablanmışdır.  Bunlar-
dan: Ca – 1,0%; Mg-6,0%; Na+K – 25,0%; HCO
3
 – 1,0%; SO
4
 – 
34,0%; Cl – 33,0% təşkil edir.  
Drenaj  axını  suçəkmə  stansiyalarında  həcm  üsulu  ilə  təyin 
olunmuşdur.  1994-cü  ildə  Şimali  Muğan  ərazisində  drenaj  axını 
2800 m
3
/ha, bu axınla aparılan duzların miqdarı isə 38,3 t/ha təşkil 
etimişdir.  Bunlardan:  Ca  –  3,0%;  Mg-  5,0%;  Na+K  –  25,0%; 
HCO

– 2,0%; SO
4
 – 20,0%; Cl – 45,0% -dir.  
Ümumi buxarlanma bitkilərin transpirasiyası, qrunt sularının 
fiziki buxarlanması, aerasiya zonasında olan suyun, düşən atmos-
fer çöküntülərinin və suvarma sularının buxarlanmasından ibarət-
dir.  Buxarlanmanı  təyin  etmək  üçün  lizimetrlərdən  istifadə  edil-
mişdir.  Transpirasiya  təzə  kəsilmiş  bitki  yarpaqlarının  çəkisinin 
təyini ilə öyrənilmişdir. 


172 
 
Litzimetr  müşahidələri  qrunt  sularının  yatım  dərinliyindən 
(1;  1,5;  2,5;  3  m)  və  bitki  örtüyünün  növündən  (pambıq,  taxıl, 
yonca, təbii landşaft  və buxar) asılı olaraq aparılmışdır. 
Lizimetrik  müşahidələr  göstərir  ki,  taxıl  əkilən  sahələrdə 
buxar  olan  sahələrə  nisbətən  buxarlanma  daha  intensiv  gedir. 
Dərinliyə  getdikcə,  kapillyar  haşiyənin  torpağın  üst  qatı  ilə 
əlaqəsinin  kəsilməsi  səbəbindən  buxarlanma  7300  m
3
/ha  -  dan 
6750  m
3
/ha-ya  qədər  azalır.  Transpirasiyaya  sərf  olunan  suyun 
miqdarının artması ilə əlaqədar olaraq, müxtəlif bitki örtüklərində 
buxarlanma dəyişir. 
Beləliklə, lizimetrik müşahidələr əsasında müəyyən edilmiş-
dir  ki,  1994-cü  ildə  buxarlanma  10375  m
3
/ha  təşkil  etmişdir  ki, 
bundan  da  atmosfer  çöküntüləri  hesabına  2477  m
3
/ha  (25%),  su 
buxarları hesabına 697 m
3
/ha (6%), suvarma suları hesabına 2068 
m
3
/ha  (20%),  qrunt  suları  hesabına  5133  m
3
/ha  (49%)  qeyd 
olunur. 
Qrunt  sularının  buxarlanmaya  sərfi  bitki  örtüyü  olmayan 
sahələrdən  1473 m
3
/ha,  bitki  örtüyü  olan  sahələrdən  3660 m
3
/ha, 
cəmisi isə 5233 m
3
/ha təşkil edir. 
Torpağın  üst  qatlarından  buxarlanma  nəticəsində  bitkilərlə 
müəyyən  miqdarda  duz  xaric  olunur  ki,  bu  da  1994-cü  ildə  2,9 
t/ha təşkil etmişdir. 
Duz   ehtiyatı. Torpaq-qruntlarda duz ehtiyatı: 
 
                                Z
tq
=100

S
or
h,                                   (29) 
 
-su ilə doyma zonasında isə: 
 
                                  Z
qs
=100hC
or
nF,                              (30)   
 
düsturu  ilə  hesablanır.  Burada:  Z
tq
-  qruntlarda  duz  ehtiyatı,  t/ha;   
Z
qs
 –qrunt sularında duz ehtiyatı, t/ha; S
or 
– torpaq-qruntların orta 
şorlaşma dərəcəsi, %; 

- qruntun həcm çəkisi, q/sm
3
 və ya t/ha; h 
–duz ehtiyatı  hesablanan  qatın qalınlığı, m; C
or
  -  qrunt  sularının 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə