Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

153 
Atmosfer  çöküntülərinin    orta    çoxillik  (1985  -  2012)    qiy-
məti  3142 m
3
/ha  təşkil  edir. 
Cədvəl  25 
Şirvan  düzənliyində  rejim  əmələgətirən  amilləri  
xarakterizə  edən  əsas  məlumatlar, m
3
/ha 
Rejim  
əmələgətirən  
amillər 
1995 – 2012 – 
ci  illər  üçün  
orta  çoxillik 
qiymət 
Dəyişmə  amplitudu
 
Orta 
qiymət 
Mak-
simum 
qiymət 
Minimum 
qiymət 
Atmosfer  çökün-
tüləri 
3142,5 
45,2 
96,5 
1,2 
Suvermə (suvarma  
suları) 
5276 
126,4 
261,6 
48,8 
Drenaj  axını 
2010 
96,2 
162,6 
17,0 
Suvermə  (suvarma    suları).    Çoxillik    kəsilişdə    (1985  - 
2012)  suvarılan  sahələrin  ildən-ilə  arması  ilə  əlaqədar  olaraq,  
suvermənin  artması  müşahidə  olunur. 
Drenaj    axını.    Ərazidə    kollektor-drenaj    sistemi    1964-cü   
ildən  fəaliyyət  göstərir. Çoxillik  kəsilişdə  (1985 - 2012)  suver-
məyə və  atmosfer  çöküntülərinin  miqdarına  mütənasib  olaraq,  
drenaj  axınının  miqdarı  dəyişir. 
Şirvan  düzənliyinin  bütün  ərazisi  üzrə 27 il (1985-2012)  
ərzində  suvarmanın  təsiri  altında  qrunt  suyu  səviyyəsi  kifayət  
qədər qalxmış, minerallaşma dərəcəsi isə azalmışdır. Bu  dəyişik-
lik  ərazinin  müxtəlif  sahələrində  müxtəlifdir.   
Ərazidə  irriqasiya-meliorativ  tədbirlərin  təsiri altında kə-
miyyət və keyfiyyət  göstəricilərinə  görə  fərqli  olan:  iqlim,  hid-
roloji,  irriqasiya,  irriqasiya –  suvarma – drenaj  və  irriqasiya – 
suvarma  rejim  tipləri  formalaşmışdır.   


154 
Rejimin  iqlim  tipi  süni    amillərin    təsiri    altında      olmayan  
sahələrdə,    hidroloji    tip  -  Kür  çayı    boyunca,    irriqasiya    tipi    -  
kanallardan  və  suvarma  sahələrindən infiltrasiya  sularının  təsiri  
zonasında,  irriqasiya-drenaj  və irriqasiya-suvarma  tipi  rayonun 
qərb hissəsində-drenaj  şəbəkəsinin  fəaliyyət göstərdiyi  sahələrdə  
müşahidə  olunur.   
Gəncə-Qazax düzənliyində yeraltı suların rejiminin  gene-
tik tipləri. 
Yeraltı  suların  rejimi  təbii  (iqlim, hidrogeoloji  şərait, hid-
rologiya)  və  süni  (tullantı  suları,  kanallardan  süzülmə,  quyu-
ların  istismarı,  yerüstü su hövzələrindən infiltrasiya,  suvarmanın  
təsiri)  amillərin  təsiri  altında  formalaşır.  Qrunt  sularının  reji-
mi  həm süni,  həm də  təbii  amillərin  təsiri  altında formalaşdığı  
halda, ikinci  təzyiqli  sulu  horizontun sularının  rejimi  hidrogeo-
loji    şəraitin    və    quyulardan    suyun    istismarının    təsiri    altında  
formalaşır. Qrunt suları  üzrə  rejim – müşahidə  qrafiklərinin ana-
lizi   göstərir ki, il ərzində 2  maksimum  və  2  minimum  səviyyə  
müşahidə olunur. Suyun  səviyyəsinin  zaman  ərzində  ilkin  qalx-
ması  yazda  atmosfer  çöküntüləri  və  qarın  əriməsi  nəticəsində  
çaylarda  gursululuq   dövründə  olur.  Qrunt  suyu  səviyyəsinin  
qalxmasında  əsas  rolu  suvarma  suları  oynayır.  Mart-aprel  ay-
larında  səviyyənin  müşahidə  olunan  qalxması  iyulda  başa  ça-
tır. Yayın  başlanğıcında  səviyyənin  ilkin  enməsi  baş  verir.  At-
mosfer  çöküntülərinin  miqdarının  artması  ilə əlaqədar  olaraq,  
sentyabrdan  dekabrın  əvvəllərinədək  səviyyənin  yenidən  qalx-
ması  müşahidə  olunur.  Mart  ayında  səyiyyə  yenidən  enir. 
Ərazidə  qrunt  sularının  aşağıdakı  rejim  tipləri  ayrılır: 
1) orta dağlıq  qurşaqda  və  çayların   gətirmə  konuslarının
zirvə  hissələrində  -  infiltrasiya  tipi;  
2) çayların    mənsəbə    yaxın    hissələrində    -    hidrogeoloji
tip; 
3) düzənliyin  qalan  hissəsində - hidrogeoloji, təzyiq, iqlim-
infiltrasiya  tipi. 


155 
Qrunt  suyu  səviyyəsinin   amplitudu  0,25- 2,25 m arasında  
dəyişir.    İllik    kəsilişdə    qrunt    sularının    kimyəvi    tərkibi    cüzi  
dəyişikliyə  məruz  qalır. 
Birinci  təzyiqli  sulu  horizontun sularının   rejimi  ərazinin  
böyük  bir  hissəsində  qrunt  suyu  rejiminin  təkrarıdır. Birinci  
təzyiqli    horizontun    sularının    rejiminin    formalaşmasına    təbii 
amillər  fəal  təsir  göstərir.  Müşahidə  qrafiki 2  maksimum  və  2  
minimuma  malikdir.  Maksimumlar  yaza  və  payıza, minimum-
lar  isə  yay  və  qışın  ortalarına  uyğun  gəlir.  Mart  ayında  qarın  
əriməsi  və  atmosfer  çöküntülərinin  intensivləşməsi  nəticəsində  
birinci  təzyiqli  sulu  horizontun  ehtiyatının formalaşması  zona-
sında  səviyyənin  qalxması  baş  verir.  Apreldən  başlayaraq, bi-
rinci  təzyiqli  sulu  horizonta  qazılmış   quyular  suvarma  məq-
sədilə  istismar  olunur.  Suvarma  suları  yalnız  təzyiqli  suların  
formalaşması  zonasında  onların  səviyyəsinə  müsbət  təsir  gös-
tərir. Düzənliyin  orta  və periferiya  hissələrində  suvarma  sula-
rının miqdarının böyük  hissəsi  buxarlanmaya  və  bitkilərin  su-
varılmasına  sərf  olunur və  bir  hissəsi  isə  tranzit  yolu  ilə  zo-
nadan  kənara  axır. Su  səviyyəsinin  dəyişmə  amplitudu  0,04 – 
1,65 m  təşkil  edir. 
Zonada rejimin formalaşma    tipi   iqlim-infiltrasiya,  hidro-
geoloji, axının  aşağı  hissələrində  hidrogeoloji-təzyiq  tipdir. 
İkinci  təzyiqli  sulu  horizont  illik  kəsilişdə  su  səviyyə-
sinin  daha  stabil  olması  ilə  səciyyələnir.  Bunun  da  səbəbi  iq-
lim  və  hidrogeoloji  amillərin   təsirinin  zəif  olmasıdır.  
Rejim  müşahidələri  zamanı  özünü  zəif  büruzə  verən  2  
maksimum və 2  minimum ayrılır. Maksimumlar yaz-payız,  mini-
mumlar  isə  yay-qış dövrünə  təsadüf  edir. İkinci  təzyiqli  sulu  
horizontun rejimi əsasən  hidrogeoloji-təzyiq tiplidir.  Su  səviyyə-
sinin    dəyişmə    amplitudu    0–0,7  m    arasında    dəyişir.    Təzyiqli  
suların  hidrokimyəvi  rejimi  əsasən  dəyişikliyə  məruz  qalmır. 
Müşahidələr  göstərir ki,  çoxillik  kəsilişdə qrunt   suyu  sə-
viyyəsi  artmağa  meylli  tendensiyaya  malikdir.  Təzyiqli  suların  
səviyyəsi  istismar  quyuları  yerləşən  sahələrdə   azalır,  düzən-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə