Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

144 
3) qrunt  suyu  rejiminin  idarə  olunması  məqsədilə  yeni
suvarma  şəraitində  il  ərzində  su  balansının  əsas  göstəricilərinin 
təyini. 
Qrunt  sularının  kritik  dərinliyi.  Meliorativ  hidrogeo-
logiyada  qrunt    sularının    kritik  dərinliyi  dedikdə,  yer  səthindən 
olan elə dərinlik nəzərdə tutulur ki, yüksək minerallaşmaya malik 
və  hətta  çox  duzlu  qrunt  sularından  yuxarıda  hava  şəraitindən, 
bitki örtüyündən, o cümlədən torpağın keyfiyyətindən asılı olma-
yaraq, torpağın fəal layının şoranlaşması baş vermir. 
Torpağın  fəal  layı  dedikdə,  bitkilərin  kök  sisteminin  inki-
şafından asılı olan nəmlənmiş layın qalınlığı nəzərdə tutulur və bu 
qalınlıq  bitkilərin  vegetasiyası  dövrü  ərzində  daim artır.  Müşahi-
dələr  göstərir  ki,  torpağın  fəal  layının  qalınlığı  müxtəlif  bitkilər 
üçün müxtəlif qiymətə malikdir: 
-tərəvəz bitkiləri üçün             -   0,3-0,7 m; 
-pambıq bitkisi üçün               -   0,4-0,8 m; 
-bağ bitkiləri (ağaclar) üçün    -   0,4-1,2 m. 
Torpağın  fəal  layının  qalınlığı    kənd  təsərrüfatı  bitkiləri 
üçün, orta hesabla, 0,6-1,0 m qəbul edilir. 
Kritik dərinlik qrunt sularının kapillyar məsamələr vasitəsilə 
qrunt  suyu  güzgüsündən  yuxarı  maksimal  qalxma  hündürlüyü  ilə 
torpağın  fəal  layının  qalınlığıının  cəminə  bərabərdir.  Qrunt  sula-
rının    kritik    dərinliyi  torpaqların    süzülmə    keyfiyyətindən,  su-
fiziki  xassələrindən,  şorlaşma  dərəcəsindən,  qrunt    sularının    ya-
tım  dərinliyindən və  onların  minerallaşma  dərəcəsindən asılıdır. 
A.H.Kostyakov  qrunt  sularının  minerallaşma  dərəcəsindən asılı  
olaraq, onların kritik  dərinliyinin  qiymətlərini aşağıdakı  kimi tə-
yin  etmişdir  (cəd.22). 
Nəzərə  almaq  lazımdır  ki,  „kritik  dərinlik”  və  „buraxıla 
bilən dərinlik” müxtəlif anlayışlardır.  
Qrunt  sularınn  kritik  dərinliyinin  düzgün  təyin  edilməsinin 
müxtəlif praktiki məsələlərin həllində böyük əhəmiyyəti vardır ki, 
onlardan da əsasları aşağıdakılardır: 


145 
1) suvarılan və suvarma üçün nəzərdə tutulan sahələrdə hid-
rogeoloji planalmanın  aparılması; 
2) torpağın  şorlaşması  ilə  mübarizə  üçün  drenaj  qurğula-
rının  tipinin  (horizontal,  şaquli  və  ya  kombinə  olunmuş)  seçil-
məsi; 
3) drenaj qurğularının dərinliyinin, o cümlədən torpağın şo-
ranlaşması ilə mübarizə üçün qurutma normasının seçilməsi. 
Cədvəl 22 
A.H.Kostyakova  görə  minerallaşma  dərəcəsindən asılı  olaraq, 
qrunt  sularının  kritik  dərinliyinin  qiymətləri 
Qrunt  sularının minerallaşma 
dərəcəsi, q/l 
Qrunt  sularının kritik  dərinliyi, 

3,0 
1,7-2,0 
3,0-5,0 
2,2-3,0 
5,0-7,0 
3,0-3,5 
Ağır  gilli  süxurlarda  qrunt  sularının  kapillyar  qalxma  sürə-
tinin kiçik qiymətlərində kritik dərinlik kiçik olur. 
Çöl  zonasında  az  minerallaşmaya  malik  qrunt  suları  üçün 
kritik  dərinlik  vegetasiya  müddəti  üçün,  orta  hesabla,  1,8-2,1  m, 
şoranlaşma təhlükəsi olan qara və qəhvəyi torpaqlarda - 2,5 m-dən 
çox  təşkil  edir.  Suvarma  zamanı  qara  və  qəhvəyi  torpaqlarda 
torpaq  əmələgətirən  proseslər  üçün  avtomorf  rejimi  saxlamaq 
lazımdır.  Bu,  şaquli  drenaj  və  ya  kifayət    qədər  dərin  horizontal 
drenaj əsasında mümkündür. 
Torpaqların  sodalı  şorlaşmasında  qələvi  qrunt  sularının 
kritik yatım dərinliyi 2,5-3,0 m-dən aşağı olmamalıdır. 
Qrunt  sularının buraxıla bilən dərinliyi qrunt sularına qədər 
olan  elə  dərinlikdir  ki,  həmin  dərinlikdə  əlavə  aqrortexniki  və 
digər  tədbirlər  həyata  keçirilərsə,  onda  bataqlıqlaşma  və  ya  tor-
pağın fəal layının şorlaşması baş verməyə bilər. 
Meliorativ  tədbirlərin  layihələndirilməsi  üçün  qrunt  suları-
nın  optimal  rejimini  bilmək  lazımdır.  Qrunt    sularının  optimal 


146 
rejimi  dedikdə  suvarmanın,  drenajın  fəaliyyətinin  və  digər  me-
liorativ  işlərin  minimal  sərfi  ilə  torpağın  əldə  edilən  qənaətbəxş 
su-, duz- və hava rejimi nəzərdə tutulur. 
2.10.Qrunt suyu rejiminin genetik tipləri 
Qrunt sularının təbii rejimi genetik xüsusiyyətlər, yəni qrunt 
sularının  rejimini  və  balansını  dəyişən  amillər  əsasında  tipləş-
dirilir. Qrunt sularının təbii rejiminin aşağıdakı  tipləri  ayrılır: 
-iqlim tipi – daha geniş yayılmışdır; 
-hidroloji  tip  -  çayların  təsiri  ilə  qrunt  suyu  səviyyəsinin 
mövsümü və çoxillik dəyişməsi ilə təyin olunur; 
-yeraltı  axınla  gələn  suyun  rejimi.  Bu  halda  qrunt  sularının 
rejimi  yeraltı  axının  dəyişməsi  ilə  təyin  olunur.  Əsasən  qrunt-, 
təzyiqli-  və  subtəzyiqli  vahid  sulu  komplekslərin  formalaşdığı 
rayonlar üçün xarakterdir; 
-qrunt  sularının  kompleks  rejimi  bir  neçə  amillə:  iqlim  və 
hidroloji, iqlim və yeraltı axın və s. ilə təyin olunur. 
Suvarılan və qurudulan sahələrdə qrunt sularının rejimi süni 
amillərin – həyata keçirilən meliorativ tədbirlərin təsiri ilə dəyişə 
bilər. 
Qrunt    suyu  rejiminin    genetik   tiplərinin  təyini    üçün    iki-  
və   ya   üç  dəyişən  arasında   yaradılan  korrelyasiya  əlaqəsinin  
nəticələrindən  istifadə  olunur. 
Əvvəlcə,  iki  dəyişən  ( -  asılı  olmayan  dəyişən,  yəni  
qrunt    suyu  rejiminə    bilavasitə    təsir    göstərən    amil,    məsələn,  
atmosfer çöküntüləri, suvarma  suları,  yerüstü  su  hövzələrindən  
infiltrasiya  və  s. ;  y  - funksiya,  yəni asılı olan dəyişən - qrunt  
suyu    səviyyəsi)    arasındakı    korrelyasiya    əlaqəsinin    yaradıl-
masını  nəzərdən  keçirək.  Bu  məqsədlə  lazım  olan  məlumatlar  
aşağıdakı  cədvəldə  göstərilmişdir  (cəd.23). 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə