MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   41   42   43   44   45   46   47   48   49

hakimi Əmir Əbu Duləf Deyraniyə təqdim etmişdi [bax:  186,  s.121-124].  Yazıya alınma
yerindən çıxış etdikdə artıq qəti demək mümkündür ki, bu əlyazma ən qədim Azərbaycan kitabı
sayıla bilər [bax: 27, c. 3, s.64].  
Azərbaycan əlyazma kitabı anlayışı haqqında indiyədək aparılmış tədqiqatlarda
polemikaya dəvət edən fikirlər vardır. Zənnimizcə, əsərin dilindən asılı olmayaraq, “Azərbaycan
kitabı” anlayışı geniş mənada götürülməlidir: həm ərəb, həm fars, həm də türk dilində yazılmış
abidə Azərbaycan əlyazma kitabı ola bilər. 
L.V.Dmitriyevanın məlumatına görə, bizim dövrümüzə gəlib çıxmış ilk türkdilli ərəb qrafikalı
əlyazmalar XIII-XIV əsrlərə aid edilir. Bu Fəxrəddin Naxçıvaninin “Sihahül-əcəm” və onun oğlu
Şəmsəddin Naxçıvaninin “Sihahül-fürs”  leksikoqrafik əsərləridir.  Onun bildiyinə görə,  Zaqaf-
qaziya (Azərbaycan)  arealında yazılmış ilk kitab İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-
lisan” (XIII-XIV əsrlər), burada üzü köçürülmüş ən qədim (XVI əsr) kitab isə Rusiya EA Şərqşü-
naslıq İnstitutunda saxlanılan             B-3973  şifrəli Füzuli divanıdır.  Azərbaycanda köçürülmüş
digər ən qədim türkdilli əsərlər Seyid İmadəddin Nəsiminin divanı, Nurəddin Marağinin 1413-cü
ildə köçürülmüş musiqiyə aid “Məqasidül-ədvar” əsəri, Qasim Ənvarın və Bədr Şirvaninin əsər-
ləri, Kişvərinin nadir divanı və Həliminin “Bəhrül-qəraib” lüğəti sayılır [110, s.434]. 
Göstərilən    faktlarla    tam    razılaşmaq    mümkün deyil,  çünki L.V.Dmitriyeva bu qənaətə
yalnız Azərbaycan əlyazma kitablarının Rusiya nüsxələri əsasında gəlmişdir. Halbuki dünyanın
müxtəlif əlyazma mərkəzlərində qeydə alınmış faktlar başqa şey deyir.  Məsələn,  Martin Smit
Yusif Məddahın “Vərqa və Gülşah” poemasının Paris nüsxəsinin h.743/m.1342-ci ildə yazılmış
Qoyunoğlu nüsxəsindən 27 il əvvəl köçürüldüyünü göstərir [46, s.3] ki, bu nüsxənin də müasir
Azərbaycan ərazisində köçürüldüyü sübuta yetirilmişdir. 
A.Y.Qazıyev Azərbaycan xəttatları tərəfindən Azərbaycanda və Azərbaycandan kənarda
köçürülmüş bir sıra nəfis kitablar haqqında annotasiyalı məlumat verərək göstərir ki,  h.607-
622/m.1210-1225-ci illərdə köçürülmüş və Paris Milli Kitabxanasında saxlanılan Təbəri təfsiri
Azərbaycan hüdudlarında hazırlanmış ən qədim əlyazmadır [bax: 126, s.336-340].  
Ümumiyyətlə,  Azərbaycan kitabı yalnız müasir Azərbaycan deyil, tarixi-bütöv Azərbaycan
ərazisində yazılmış əlyazmalardır. Bu (zənnimizcə, düzgün) prinsiplə yanaşdıqda Azərbaycan
əlyazma kitabının yaranma tarixinin daha da qədim olduğu sübut edilir. Məsələn, məlumdur ki, 
Marağa rəsədxanasının kitabxanasında başqa elmi əsərlərlə yanaşı,  Müxtasəddin Əbülxeyr
Nemətullah bin Məhəmməd əs-Səlmasinin h.540/m.1145-ci ildə yazdığı “Tarixi-Azərbaycan”, 
“Tarixi-Marağa” və “Tarixi-Arran” kitabları da saxlanılırdı [173, s.5-6].
Digər tərəfdən,  Azərbaycan kitabının sorağı ilə dünyanın müxtəlif kitab məxəzlərinin
kolleksiyasına müraciət etməklə,  Azərbaycan əlyazma kitabının daha qədim tarixi haqqında
yeni-yeni faktlar əldə etmək mümkün olur. Məsələn, ərəb alimi, doktor Şövqi Zeyf xəbər verir
ki,  Feyzullah Kitabxanasında VI əsr cahiliyyə ərəb şairi Nabiğənin Azərbaycan alimi Xətib
Təbrizi tərəfindən şərh olunmuş bir əlyazma nüsxəsi saxlanılır [201, s.276]. 
Xətib Təbrizinin Tunisin milli kitabxanasında saxlanılan əl-Müfəzzəlin “İxtiyarat”  əsərinə
yazdığı şərhin avtoqraf nüsxəsi (Azərbaycan kitabı!) haqqında məlumat əldə ediləndən sonra
həmin əlyazmanın fotosurəti Azərbaycan MEA Əlyazmalar İnstitutuna gətirilmişdir.      
Kitab 263 vərəqdən ibarətdir. Müəllif mətni öz dövrünün alim xəttini əks etdirən təhriri xətti
ilə yazmışdır.  Titul vərəğində “Şərhi-ixtiyaratil-Müfəzzəl bin Məhəmməd əz-Zəbbi”  adının
altında Yəhya bin Əli əl-Xətib ət-Təbrizi adı yazılmışdır. 
Ənənəvi bəsmələ hissəsindən sonra mətn
 
ىﺰﯾﺮﺒﺘﻟا  ﺐﯿﻄﺨﻟا  ﻰﻠﻋ  ﻦﺑ  ﻰﯿﺤﯾ  لﺎﻗ
ifadəsi ilə
başlanır. Kitabın müəllif-katib kolofonunda oxuyuruq:


 ىﺰﯾﺮﺒﺘﻟا ﺐﯿﻄﺨﻟا ﻰﻠﻋ ﻦﺑ ﻰﯿﺤﯾ ﺐﺘﻛ و ﻦﯿﻌﻤﺟا ﮫﻟآ ﻰﻠﻋ و ﺪﻤﺤﻣ ﻰﻠﻋ ﷲا ﻰﻠﺻ و ﻦﯿﻤﻟﺎﻌﻟا بر ﷲ ﺪﻤﺤﻟا و
                                                          ﮫﺋﺎﻤﻌﺑراو ﻦﯿﻧﺎﻤﺛ و ﺖﺳ ﮫﻨﺳ
Beləliklə,  bu günə olan məlumata görə,  həmin əlyazma h.486/  m.1093-cü ildə köçü-
rülmüşdür və dünyada məlum olan üç ən qədim Azərbaycan kitabından biridir.  
1963-cü ildə buraxılmış biblioqrafik cilddə məhz dili nəzərə alınmaqla,  nəşr olunmuş ilk
Azərbaycan kitabı 1780-ci ildə Peterburqda buraxılmış “Qanuni-cədid” hesab edilmişdir. Bura-
da həmçinin Kəlküttədə, Varşavada, İstanbulda, S.Peterburqda, Tiflisdə və s. yerlərdə çap edil-
miş kitablar da Azərbaycan kitabı adı ilə qeydə alınmışdır [bax: 7, c.1, 2]. Sonralar Xacə Nəsi-
rəddin Tusinin İtaliyada 1594-cü ildə nəşr edilmiş “Təhriri-Uqlidis” əsərinin ilk Azərbaycan çap
kitabı olduğu müəyyənləşdirilmişdir [bax:  37]. Aparılmış sanballı tədqiqatlarda da göstərilir ki, 
XVI-XVII əsrlərdə Vatikanda, Vyanada, Londonda Şərq üçün əsasən dini kitablar nəşr edilirdi
və bunlar Azərbaycan kitabının ilk nümunələri idi [bax: 53, s.43]. 
Zənnimizcə, burada mühüm bir məsələni nəzərə almaq və məsələyə kompleks yanaşmaq
lazımdır.  Belə ki,  elə həmin “Qanuni-cədid”  heç də azərbaycanlıların maarifləndirilməsinə
xidmət edən “əsər”  deyildi,  əksinə,  rus imperiyasının Azərbaycanı işğal edəcəyi təqdirdə
burada əhalini çarizmə qarşı müti həyata tabe etdirmək məqsədi ilə hazırlanmış təcavüzkar
qanunlar toplusu idi – deməli,  kənardan gətirilən bu kitab Azərbaycan türkcəsində olsa belə, 
Azərbaycan xalqına yad bir mənbə olmuşdur.  Vatikanda,  Vyanada,  Londonda nəşr edilmiş
kitablar Azərbaycanda islam dinini deyil, xristianlığı yaymaq üçün nəzərdə tutulurdu – deməli, 
müsəlman azərbaycanlılar üçün əslində ideoloci baxımdan yad kitab idi. Bu gün müstəqil Azər-
baycanın əleyhinə ermənilər və onların havadarları,  müxtəlif ölkələrdəki düşmən qüvvələr
tərəfindən Azərbaycan dilində xüsusi təbliğat vərəqələri və kitablar nəşr edilir. Azərbaycan di-
lində yazılmasına baxmayaraq,  bu materialların heç biri azərbaycanlıların mənafeyinə xidmət
etmir.  Belə mənbələrin “Azərbaycan kitabı”  adlandırılması və biblioqrafiyalara daxil edilməsi
həm elmi, həm də siyasi baxımdan dözülməzdir. Deməli, yalnız kitabın hansı dildə buraxılması
məsələni həll etmir
Vaxtilə göstərilirdi ki,  “Azərbaycan kitabı”  anlayışının əhatə etdiyi nəşrləri iki əsas qrupa
bölmək lazımdır:  biri,  azərbaycanlı müəlliflərin kitabları,  ikincisi də,  başqa milliyyətdən olan
müəlliflərin azərbaycanca nəşr edilən kitabları”  [53,  s.42].  Halbuki müəllifin milliyyətinin
əlyazma kitabının milli mənsubiyyətinə heç bir dəxli yoxdur. Belə ki, məsələn, milliyyətcə ərəb
və fars olan bir çox görkəmli alimlərin və şairlərin əsərləri ərəb və fars dillərində azərbaycan-
lılar tərəfindən saysız-hesabsız nüsxələrdə köçürülmüşdür. Belə mənbələr Azərbaycan türkcə-
sində olmasa da,  onların yazıldığı mənbələr Azərbaycan kitabı sayılır.  Yaxud Nizami
Gəncəvinin farsca və Füzulinin türkcə əsərləri Orta Asiya regionunda köçürülmüşdürsə, onların
mətnini özündə yaşadan mənbələrin Azərbaycan kitabı sayılması özünü doğrultmur. 
Görkəmli Azərbaycan alimi Ə.Mirəhmədov göstərirdi: “Azərbaycanlı müəlliflərin özlərinin də
kitabları aşağıdakı dörd qrupa bölünə bilər: a) ana dilində Azərbaycanda çap olunanlar; b) ana
dilində, Azərbaycandan kənarda çap olunanlar; v) başqa dillərdə, Azərbaycanda çap olunanlar; 
q) başqa dillərdə, Azərbaycandan kənarda çap olunanlar” [53, s.42].
Bu bölgüdə sual doğuran məsələlər ortaya çıxır:  Azərbaycan dilində kitab İstanbulda
milliyyətcə türk katib,  ləvvah, səhhaf və s. mütəxəssislər tərəfindən hazırlanmışdırsa, Türkiyə
mətbəəsində nəşr edilmişdirsə,  nəşriyyat türkiyəlilərindirsə,  kağız türkiyəlilərindirsə,  şrift türki-
yəlilərindirsə,  rəssam tərtibatı türkiyəlilərindirsə,  belə kitabı hansı əsasla azərbaycanlıların
hesab etmək olar? “Vostoçnaə literatura” nəşriyyatı Nizaminin və ya Mirzə Jəlilin əsərlərini çap
etmişdir,  bu niyə “Azərbaycan kitabı”  olmalıdır?  Bakıda T.Drayzerin “Dahi”  romanı nəşr edil-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə