MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

tası təbrizli Nemətullah ibn Bəvvab, nəstəliq xəttinin banisi Xacə Mir Əli Təbrizi, tuğra xəttinin
ixtiraçısı Şah İsmayıl Xətainin katibi ordubadlı Xacə Ətiq Münşi, kufi xəttindən 37 növ xətt ixtira
edən Məmun Abbasinin vəziri iranlı Fəzl ibn Səhl Mərvi olmuşdur” [54, s.46-47]. 
Azərbaycan əlyazma kitabı
Azərbaycan xalqının dili və bu dildə yaratdığı zəngin ədəbiyyatı, folkloru və yazılı irsi onu
bir soy kimi tarix boyu qoruyan komponentlərdən olmuş, tarixin keşməkeşlərində bu xalqı ərəb-
ləşmək,  farslaşmaq,  ruslaşmaq perspektivindən xilas etmişdir.  Azərbaycan xalqı üçün yazı
yazmaq,  kitab yaratmaq həyati əhəmiyyət kəsb etmiş,  incəsənətin bu sahəsi onun canına-
qanına hopmuş, bütün orta əsrlər boyu onun yolgöstərəninə çevrilmiş, söz, ədəbiyyat, yazı və
kitab haqqında təsəvvürlər Qur’ani-Kərimlə assosiativ əlaqədə bu xalqın dünyagörüşlərinin, 
etik-fəlsəfi baxışlarının və əxlaq normalarının formalaşmasında mühüm rol oynamışdır.  
V.V.Bartold özünün “İslam”  məqaləsində yazır:  “Hazırda müsəlman dünyasının Şərq
hissəsində işlədilən “məktəb”  sözü (hərfən “yazı yazılan yer”)  farsca “dəbiristan”  sözünün
tərcüməsidir…  Dəbiristan məmurlar hazırlamaq üçün nəzərdə tutulan dünyəvi ibtidai məktəb
idi; ondan müasir məktəbin necə yaranması qətiyyən məlum deyildir” [89, s.111]. 
Diqqəti buna yönəltmək olar ki,  “müsəlman dünyasının Şərq hissəsində”  həmin “məktəb” 
sözü yalnız türklər, o cümlədən azərbaycanlılar arasında işlənmişdir və işlənməkdədir. Təkcə
bu fakt azərbaycanlıların tarixən elm və təhsil işini yazı (“kitabət”)  ilə nə dərəcədə əlaqələn-
dirdiyini əyani şəkildə nümayiş etdirir.  
Bütün orta əsrlər boyu Azərbaycanda kitab sənətkarlığı insanın ictimai fəaliyyətinin ən
sayılan,  möhtəşəm saray emalatxanalarından tutmuş məktəb və mədrəsələrədək hər yerdə
yüksək qiymətləndirilən mötəbər və nüfuzlu bir sahəsi hesab edilmişdir. Yüzillər ərzində Azər-
baycan elmi və mədəniyyəti,  o cümlədən kitab mədəniyyəti öz himayədarı olan Azərbaycan
aristokratiyasının – şahlıq, xanlıq və bəyzadəlik dünyasının vəsaiti ilə çiçəklənmiş, Müsəlman
Şərqinin ümumi mədəniyyətinin zinətləndirilməsinə xidmət etmişdir. Ölkənin iri şəhərlərində ya-
radılmış kitab emalatxanalarında və zəngin kitabxanalarda dünyanın ən böyük elm və mədə-
niyyət korifeylərinin əsərləri köçürülərək tiraclanır və yayılırdı. “Qədim mənbələrə görə, dünya-
nın bir çox mühüm şəhərlərindən Gəncəyə gətirilən kitabların burada bir neçə dildə nüsxələri
çoxaldılıb şəhərlər və kitabxanalar arasında bölünürdü.  Azərbaycanın digər böyük şəhərləri
kimi, Gəncə də kitabxanalararası əlaqələndirmə mərkəzi idi” [72, s.40]. 
Beləliklə, Azərbaycanda azərbaycanlı müəlliflərin oricinal kitabları ilə yanaşı, Azərbaycana
gətirilmiş xarici əlyazma kitabları əsasında da Azərbaycan əlyazma kitabı yaradılır, ölkənin milli
kitab ehtiyatı bu iki yolla zənginləşdirilirdi.      
Elm və mədəniyyət xüsusən ümumislam mədəniyyəti hüdudlarında milli ayrıseçkilik
tanımırdı ki,  bu da Azərbaycan elm və mədəniyyətinin,  o cümlədən kitab mədəniyyətinin
özünün də millilik hüdudlarını pozur, onu ümumi müsəlman mədəniyyətinin içərisində əridirdi. 
Bu gün milli təəssübkeşlik hissinin hakim olduğu bir vaxtda eranın böyük bir zaman kəsiyində
müsəlman mədəniyyəti içərisində ümumiləşmiş həmin Azərbaycan əlyazma kitabı mədəniyyə-
tinin və ərəb (islam) paleoqrafiyası içində sərhədləri şəffaf qalmış Azərbaycan paleoqrafiyası-
nın diferensial şəkildə tədqiqi Azərbaycan əlyazma kitabının hüdüdlarını müəyyənləşdirmək, 
onun tarixən qədimliyini real faktlar zəminində sübut və təbliğ etmək üçün aktual əhəmiyət
kəsb edir.
Müasir elmdə Azərbaycan əlyazmalarına,  o cümlədən Azərbaycan əlyazma kitabına
yanaşmada düzgün konsepsiyanın formalaşmaması Azərbaycan mədəniyyətinin bu sahəsi


haqqında yanlış təsəvvürlərin meydana gəlməsinə,  tarixi-mədəni faktların müxtəlif qüvvələr
tərəfindən təhrif edilməsinə imkan vermişdir.  Məsələn,  rus tədqiqatçıları arasında problemə
düzgün yanaşılmaması Azərbaycan kitab mədəniyyəti haqqında birtərəfli məlumatların
yayılmasına səbəb olmuşdur.  Nümunə üçün göstərmək olar ki,  L.V.Dmitriyeva keçmiş SSRİ
EA Şərqşünaslıq İnstitutunda cəmi “25-30 Azərbaycan manuskriptinin”  saxlandığını göstərirdi
[bax: 110, s.437]. Halbuki bu həmin institutdur ki, onun ovaxtkı Leninqrad Bölməsinin əlyazma-
lar kolleksiyasının əsasını XIX əsrdə rus-İran müharibəsinin nəticəsində rusların Ərdəbildən
daşıyıb-apardıqları möhtəşəm Qaraqoyunlu-Ağqoyunlu-Səfəvi (Azərbaycan) saray kitabxanası
təşkil edirdi.  Burada tədqiqatçının “Azərbaycan manuskripti”  adı altında yalnız türk dilində
yazılmış abidələri nəzərdə tutduğu məlum olur. Halbuki “Azərbaycan əlyazma kitabı” dedikdə
köçürülmüş əsərin dili heç bir rol oynamır: söhbət kitabın bir incəsənət nümunəsi kimi texniki
baxımdan hansı xalqın nümayəndələri tərəfindən hazırlandığından getməlidir. Azərbaycanlılar
həm özlərinin ana dilində, həm ərəb, həm də fars dillərində müsəlman kitabları yaratmışlar və
bu gün ana dili ilə yanaşı, rus, ingilis, alman, fransız və s. dillərdə kitablar nəşr edirlər. Bunların
hamısı azərbaycanlılarındır,  Azərbaycan xalqınındır,  bu xalqın nümayəndələrinin əməyinin
məhsuludur və onun milli kitab mədəniyyətini əks etdirir.       
O.F.Akimuşkin özünün İran əlyazma kitabına həsr olunmuş geniş məqaləsində xətlər və
xətt üslubları,  bədii yazı sənəti,  ən qədim nüsxələr,  əlyazma kitabının repertuarı və tərkibi, 
əlyazma istehsalında katibin rolu və iş xüsusiyyətləri,  onun zəhmətinin haqqının ödənilməsi, 
əlyazma kitabının qiyməti və kitab ticarəti,  əlyazma kitablarının formatları kimi məsələləri
hərtərəfli şəkildə işıqlandırsa da, burada orta əsr Azərbaycan əlyazma kitabına aid məsələləri
də fars əlyazma mədəniyyətindən ayırmamış, bunu həmin mədəniyyətin tərkib hissəsi kimi gö-
türmüşdür [bax:  78,  s.330-404],  hərçənd ki,  həmin müəllif başqa bir əsərində yazır:  “Fars
ədəbiyyatı müəyyən mərhələdə ərəb dili qişasında yaşadığı kimi,  eyni hadisə birincinin fars
kitabının təbii əksi kimi də mövcud olmuşdur.  Bu o deməkdir ki,  İranda ərəb dilində yazılmış
nüsxələr tamamilə haqlı olaraq fars əlyazma kitabına aid edilə bilər” [76, s.15]. 
Göründüyü kimi,  bu rus şərqşünası ərəb dilində yazılmış fars ədəbiyyatının fars kitabı
olduğunu qəbul etdiyi halda,  məsələyə ikili standartla yanaşaraq,  fars dilində yazılmış
Azərbaycan ədəbiyyatını Azərbaycan kitabı hesab etmir. Bunu tədqiqatçının fars mədəniyyəti
ilə məşğul olduğu üçün bu mədəniyyətə vurğunluğunun inikası kimi də,  məsələyə səthi
yanaşaraq problemin məğzini araşdırmaqdan yaxa qurtarmaq cəhdi kimi də, Azərbaycan mə-
dəniyyətinə qarşı qərəzli mövqeyi kimi də başa düşmək olar.  Bu isə artıq mötəbər mövqe
sayıla bilməz.     
Azərbaycan əlyazma kitabı incəsənət nümunəsi kimi ötən əsrin 60-cı illərindən
öyrənilməyə başlamışdır.  Ancaq bu anlayışın terminoloci hüdudlarının qərəzsiz konsepsiya
əsasında dəqiqləşdirilməməsi bir sıra məsələlərin şəffaf qalmasına,  beləliklə,  ayrı-ayrı tədqi-
qatçılar tərəfindən Azərbaycan əlyazma kitablarının başqa xalqların və ya başqa xalqların
kitablarının Azərbaycan xalqının adına çıxılmasına səbəb olmuşdur. 
Doktor A.Ş.Musayeva haqlı olaraq yazır:  “Hər bir əlyazma arealının öz mənbəyi,  inkişaf
tarixi,  ənənələrinin varlığı,  eləcə də əhatəsində və kontaktda olduğu başqa xalqlar,  dillərlə
münasibət nəticəsində onların əlyazma tərtibindəki spesifikliklərindən faydalanması təbiidir.
Azərbaycan bu baxımdan müstəsna deyil.  Belə ki,  İran,  ərəb əlyazma sənəti azərbaycanlı
ustalara təsir etməyə bilməzdi. Onu da qeyd edək ki, ərəblər həmçinin İran əlyazma sənətin-
dən çox şey əxz etmişlər və bunu etiraf etməkdən çəkinmirlər. Lakin belə faktlar da vardır ki… 
İran əlyazma sənəti yaradıcılarının elə türklər - azərbaycanlılar olduğunu göstərir. Azərbaycan-
türk əlyazma kitabı Orta Asiya,  Volqaboyu,  Şimali Qafqaz,  Krım,  Türkiyə,  İran,  Əfqanıstan, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə