MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   41   42   43   44   45   46   47   48   49

3)  Katib mətni yazmaq üçün seçdiyi xətt növünün özünün də üzərində işləyir,  ayrı-ayrı
hərflərin yazılışında öz fərdi dəst-xəttini tətbiq edir,  özünün fərdi liqaturlarını yaradırdı; 
Azərbaycan əlyazmalarında rəngarəng fərdi katib liqaturlarına rast gəlmək mümkündür.
4) Katib dilin fonetikasını yaxşı bildiyi üçün yazıda türk sözünü daha düzgün əks etdirməyin
yollarını axtarır,  yazılmış sözün düzgün oxunmasını nəzərə alır,  bu zaman müxtəlif əlavə
işarələrdən istifadə edirdi;  beləliklə,  orfoqrafik normalar üzərində axtarış işi də katibin yara-
dıcılığı kimi qiymətləndirilə bilər.
5) Katib bir xətt növündən başqa, yeni bir xətt növü yaratmağa çalışırdı; yeni xətt növlərinin
yaradıcısı olmuş və ya onların cilalanıb inkişaf etdirilməsində xüsusi xidmətləri olmuş katiblərin
adı mədəniyyət tarixində hörmətlə çəkilir. 
Katiblərin əməyinin məhsulu da müxtəlif aspektlərdən qiymətləndirilir və məhz kitab
yaradıcılığında roluna görə katiblər nəfis yazıların müəllifi kimi tanınan xəttatlara və əsasən
özləri üçün mətn yazan nəssaxlara təsnif edilir. 
Azərbaycan əlyazmalarında tam verilmiş katib kolofonu aşağıdakı strukturdadır: 
a) kitabın bitməsi haqqında qeyd, 
b) kitabın (əsərin) adı,
c) müəllifin adı, 
ç) müəllifə rəhmət, 
d) mətnin köçürülməsinin İlahinin köməyi ilə baş tutmasının vurğulanması,
e) katibin adı öz ənənəvi epitetləri ilə, 
ə) katibə rəhmət dilənməsi
f)  Peyğəmbərə, onun nəslinə və əshabələrinə rəhmət dilənməsi,
g) mətnin köçürülmə yeri haqqında məlumat, 
h) mətnin köçürülmə tarixi haqqında məlumat.
Bütün bunlar bütövlükdə müsəlman əlyazma kitabına xas ümumi quruluş olsa da,
məlumatların məzmununa görə verilən informasiyadan kitabın hansı xalqa məxsus olduğu
bilinir.  Məsələn,  Azərbaycan kitablarında kitabın bitməsi haqqında ərəbcə verilən məlumatda
əksər hallarda ərəb cümləsinin qrammatik uzlaşması (ola bilsin ki,  qəsdən) pozulur.  Katibin
adından, nisbəsindən kitabın milli mənsubiyyətini müəyyənləşdirmək olur. Kitabın yazılma yeri
haqqında məlumat isə məsələni biryolluq həll edir.  Məhsulun Azərbaycan kitabı olduğunu
katibin zirvə bucağı aşağıya endirilmiş üçbucaq şəklində yazılmış kolofonun sağ və sol
tərəflərində əlavə etdiyi misralara əsasən də müəyyən etmək mümkündür.                             
6) Azərbaycan əlyazma kitabları təkcə Bakıda saxlanmır, dünyanın, demək olar ki, bütün
regionlarının muzeylərində, kitabxanalarında və şəxsi kolleksiyalarında da təmsil olunmuşdur. 
Buna görə də Azərbaycan kitabının tarixini öyrənərkən təkcə Bakı əlyazmaları deyil, dünyaya
səpələnmiş bütün Azərbaycan əlyazmaları axtarılmalıdır. 
“Azərbaycan əlyazma kitabı” anlayışını ikili standartdan uzaq şəkildə dəqiqləşdirmək
üçün aşağıdakı əsas prinsiplərdən çıxış etmək lazımdır: 
1) Azərbaycan əlyazma kitabı müasir dövrə gəlib çatmış faktdır;  bir sıra hallarda
dövrümüzə gəlib çıxmayan,  yalnız haqqında tarixi məlumat olan kitabların da Azərbaycan
kitabı hesab edilməsi məqbuldur,  lakin belə kitabların paleoqrafiyasını bu gün öyrənmək
mümkün olmadığından onların milli mənsubiyyəti haqqında danışmağın faktoqrafik əsası
olmur.
2) Azərbaycan əlyazma kitabı fərdi və ya kollektiv yolla müvafiq mütəxəssislər tərəfindən
yaradılmış kitabdır; bu kitabın yaradılması ilk növbədə “əlyazma” anlayışı ilə bağlıdır və buna
görə də burada aparıcı rol katibə məxsusdur. 


3) Azərbaycan əlyazma kitabının müəyyənləşdirilməsi zamanı əlyazmanın yalnız
paleoqrafik xüsusiyyətləri əsas götürülməlidir:  müəllifin milliyyəti və əsərin hansı dildə
yazılması heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanlılar türk, ərəb və fars dillərində yazdıqları
üçün, eləcə də Azərbaycanda Osmanlı türklərinin, Orta Asiya türklərinin, ərəblərin, farsların və
b.  əsərləri köçürülüb kitab halına salındığı üçün müəllifin milliyyəti və əsərin dili kitab
mədəniyyəti baxımından heç bir məna daşımır.
4) Azərbaycanda yaradılmış bütün əlyazma kitabları dünyanın hansı kitab xəzinəsində
saxlanmasından asılı olmayaraq,  Azərbaycan kitabıdır;  kitabın yaradıcısı azərbaycanlı
sənətkarlardırsa, bu məhsul da Azərbaycan əlyazma kitabı kimi qəbul edilməlidir. 
5) Müsəlman dünyasının hər hansı bir regionunda yaşayan azərbaycanlılar tərəfindən
yaradılmış kitab,  bəzi istisnalar nəzərə alınmaqla,  Azərbaycan kitabıdır;  belə kitaba salınmış
mətnin hansı dildə olmasının, müəllifin milliyyətinin məsələyə dəxli yoxdur. 
6)  Dünyanın hansı ölkəsində yaşayıb-yaratmasından asılı olmayaraq,  azərbaycanlı
müəlliflərin avtoqrafları Azərbaycan əlyazma kitabıdır.               
ƏDƏBİYYAT
1. Abid Əmin.  Əşirət dövründəki Azərbaycan ədəbiyyatına aid vəsiqələr.  Azərbaycanı
Öyrənmə Yolu, 1930, № 3. 
2. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri. Bakı: Maarif, 1989.  
3. Ağazadə F. Nə üçün ərəb hərfləri türk dilinə yaramır? Bakı: Az.XT və SQ nəşri, 1923. 
4. Axundova S.Ş.  Həsənin “Yusif və Züleyxa”  poemasının paleoqrafik,  qrafik və tekstoloci
tədqiqi. NDA. Bakı, 1995.
5. Axundzadə A. Xətti-təliq və nəstəliq. Tiflis, 11 vərəq (nəşr ili göstərilməmişdir). 
6. Azərbaycan etnoqrafiyası. I cild. Bakı: Elm, 1988.
7. Azərbaycan kitabı (Biblioqrafiya). 3  cilddə. Bakı:  Azərb.  Kitab Palatası nəşri,  1963;  Yazıçı, 
1982. (Kitabın 3-cü cildi nəşr  olunmamışdır). 
8. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. Bakı: ASE nəşri, 1976-1987.
9. Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136 – 1225-ci illər). Bakı: Elm, 1985.
10. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı: Azərnəşr, 1989.
11. Bünyadov Z., Rəhimov Ə. Tarixi həqiqətlər… yoxsa təhriflər? Azərbaycan, 1989, № 4.
12. Jabbarlı S.H.  XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları (məcmuə,  cüng və bəyaz). 
Bakı: Ozan, 2000.
13. Jəfərov N. Eposdan kitaba. Bakı: Maarif, 1999. 
14. Jəmşidov Ş. Azərbaycan yazılı dastan abidələrinin tədqiqi. Bakı: Nurlan, 2002.
15. Jəmşidov Ş. “Kitabi-Dədə Qorqud” – 1300. Bakı: Örnək, 1997.
16. Jəmşidov Ş.  “Kitabi-Dədə Qorqud”  (Tarixi,  coğrafi,  tekstoloci tədqiq və Drezden
əlyazmasının dürüstəşdirilmiş elmi mətni). Bakı: Elm, 1999.
17. Ç obanzadə B. Seçilmiş əsərləri. 5 cilddə. Bakı: Şərq-Qərb, 2007.  
18. Darabadi Q.A. Kalliqrafiya. Bakı: ADU nəşri, 1953.
19. de Sössür F. Ümumi dilçilik kursu. Bakı: BDU nəşri, 2003.
20. Dəmirçizadə Ə.M.  Azərbaycan ədəbi dilinin inkişaf yolları.  Bakı:  Bilik Jəmiyyətinin nəşri, 
1958. 
21. Dostiyev T., Arazova R. Köməkçi tarixi fənlər. Bakı: Xəzər Un-ti nəşri, 2001.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə