MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə146/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   142   143   144   145   146   147   148   149   ...   228

 

277


180 – 270 min  ha  meşə  olardı .İndi  isə  Kürboyu  ərazidə  meşə  ilə  örtülü  sahə  18  min  ha – ra  yaxın  olub , özü  

də  bu  və  ya  digər  dərəcədə  pozulmuş  haldadır. Deməli,  Kürqırağı  tuqay  meşələri  azı  10 – 15  dəfə  azalmışdır 

, yəni  160 – 250  min  ha  sahə  meşəsizləşdirilmişdir . 

 

Dağlıq  zonanın  meşəsizləşdirilməsi 

Respublikamızın  ayrı – ayrı  dağ  sistemlərində  meşəsizləşdirmə  prosesi  müxtəlif  səbəblərlə  bağlıdır .Bütün  

dağ  regionlarında  meşəsizləşdirmə  meşənin  yuxarı  sərhədi ( MYS ) üçün  daha  səciyyəvidir . Dağlıq  şəraitdə  

meşə  örtüyü  müəyyən  yüksəkliyə  qədər  yayılır . Həmin  hündürlükdən  yuxarıda  ağac  bitkisinin  inkişafı  üçün  

şərait  pisləşir  və  meşənin  yerini  subalp  və  alp  bitkiliyi  tutur . Meşənin  iqlim  və  ya  təbii  yuxarı  sərhədinin  vəziy-

yəti  ərazinin  iqlimi  ilə  sıxı  bağlıdır . Bu  istiqamətdə  tədqiqat  aparan  alimlərin  çoxu  (Berq , 1938 ; Soçava , 1944 ; 

Tolmaçev , 1931 ; Radde ,1901, Brokman – Yeroş, 1919 ) meşənin  təbii  sərhədini  əsasən  iqlimin  kontinentallı-

lıq  dərəcəsi  ilə  izah  edir. Bu  nəzəriyyəni  1919 – cu  ildə  ilk  dəfə  Brokman – Yeroş  irəli  sürərək  göstər-

mişdir  ki , okean  iqlimi  MYS – nin  aşağıdan, kontinental  iqlim  isə  əksinə,  yuxarıdan  keçməsinə  şərait  ya-

radır. Başqa  bir  alman  alimi  V.Koppen  də  1926 – cı  ildə  bu  fikrə  tərəfdar  çıxaraq  10

0

  iyul  izotermini  



ağac  bitkisinin  inkişafı  üçün  son  hədd  hesab  edir .V.Z.Qulisaşvili  (1954) belə  qanunauyğunluğun  Cənubi  

Qafqaz  şəraiti  üçün  də  uyğun  gəldiyini  göstərir . 

Əgər  10

0

 iyul izotermini  meşənin  iqlim (təbii) sərhədi  qəbul  etsək  , qışı  rütubətli  keçən  və  soyuq  iqli-



mə  malik  olan  Böyük  Qafqazda  və  Kiçik  Qafqazın  şimal  yamacı  rayonlarında  (Göy – Göl , Gədəbəy , 

Daşkəsən ) bu  sərhəd  2600-2650 m – dən , qışı  quraq  keçən  nisbətən  kontinental , soyuq  iqlimə  malik  olan  

Kəlbəcər  və  Laçın  rayonlarında  2800 m – dən , yayı  quraq  kontinental  iqlimli  olan  Naxçıvan  zonasında  

isə  3 000  metrdən  keçməlidir . 

Apardığımız  tədqiqatlar  göstərir  ki , respublikamızda  insanın  təsərrüfat  fəaliyyətinin  təsiri  nəticəsində  

MY  iqlim  sərhədi  böyük  dəyişikliyə uğramışdır  və  təbii  sərhədində  demək  olar  ki ,meşə  bitkisinə  təsadüf  

edilmir . Meşənin  müasir  yuxarı  sərhədi  respublikamızın  dağlıq  rayonlarında  orta  hesabla  1600-2000 m  

hündürlükdən  keçir .Bu  hündürlük  isə  iyul  ayının  orta  temperaturu  14-17

0

 olan  yüksəkliyə  uyğun  gəlir . 



Böyük  Qafqazın  cənub-şərq  yamacının  (Şəki – Zaqatala  zonası) yuxarı  dağ  qurşağında  yamaclar  çox  

dik  və  kəsgin  parçalanmış  olduğundan  burada  yaşayış  məntəqələri  əsasən  aşağı, bəzən  isə  orta  dağ – me-

şə  qurşağında  yerləşir .Bu  ərazidə  qədim  zamandan  bəri  əkinçilik  Qanıx – Həftaran  vadisində, qismən  

aşağı  dağ-meşə  qurşağında  inkişaf  etmişdir. Odur  ki, meşənin  yuxarı  iqlim  sərhədinin  aşağı  düşməsinə  

əsas  səbəb uzunmüddətli  köçəri  maldarlığın  yaylaq  zonasında  və  meşənin  yuxarı  sərhədində  sistemsiz  

otarılması  olmuşdur,burada  meşənin  iqlim  sərhədi  geri  çəkilən  əraziləri  çəmən  və  bozqır- çəmən  bitkiləri  

əvəz  etmişdir. 

Tədqiqatlarımız  göstərdi  ki , Qax  rayonunda  Qaşqaçay  hövzəsində  azmeylli  cənubi – şərqi  yamacda  

MYS  1450  m – ə , ona  qonşu  Kürmükçay  hövzəsində  İlisu  kəndi  ətrafında  azmeylli  yamacda  1550 – 

1650 m – ə endirilmişdir , rayonda  Ləkitçay  hövzəsində  MYS  1750 – 1850m, Qumçay  hövzəsində  2000-

2100 m- dən  keçir . Şəki  rayonu  Kişçayının  qolları  olan  Duluzdərə  və  Qaynar  çayları  hövzələrində  MYS  

1750 – 1800 m , Qəbələ  rayonunda  Dəmiraparançayı  hövzəsində  «Yüngə»  yaylağı  sahəsində  1450 m- ə   

endirilmiş , ona  yaxın  çox  dik  qayalı  yamacda  isə  meşə  2150  m – ə qalxır , Vəndamçay  hövzəsində  «At-

bulaq» sahəsində  MYS  1600 m , çox  dik  yamacda  isə  2100  m- dən  keçir . 

Böyük   Qafqazın  cənub  yamacının  şərq  qurtaracağında  meşəsizləşdirmə  bütün  dağ  qurşaqlarında  mü-

şahidə  olunur .Pirsaatçayı  hövzəsində  yuxarı  dağ – meşə  qurşağı  tamamilə  sıradan  çıxarılmış , orta  dağ – 

meşə  qurşağında  meşə  yalnız  sağ  sahil  yamacda  qalmışdır . Qozluçay  hövzəsinin  meşəlik  dərəcəsi  5 % - 

dən  aşağıdır: burada  orta  dağ – meşə  qurşağında  kiçik  sahələrdə  güclü  pozulmuş  halda  fıstıq  və  palıd  

meşəsi qalmışdır. Qozluçaydan  şərqə  Çikilçay  və  Çebotarçay  hövzələri  tamamilə  meşəsizləşdirilmiş, yerin-

də  bozqırlar  və  törəmə  tipli  kolluqlar  formalaşmışdır.  

Kiçik  Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın)  subalp  zonasında  və    orta   dağ – meşə  

qurşağında  isə  ərazinin  relyefinin  nisbətən  sakit  olması , dağarası  çökəkliklərin  mövcudluğu  qədim  za-

manlardan  bəri  insanları özünə  cəlb  etmiş , yaşayış  məntəqələri  əsasən  burada  cəmləşmişdir. Bununla  əla-

qədar  Böyük  Qafqazdan  fərqli  olaraq  meşənin  iqlim  sərhədinin  aşağı  enməsində , orta  dağ – meşə  qurşa-

ğının  meşəsizləşdirilməsində  maldarlıqla  yanaşı , həm  də  əkinçiliyin  inkişafı  böyük  rol  oynamışdır . Uzun-

müddətli  əkinçilik  və  maldarlığın  birlikdə  təsiri  nəticəsində  meşə  demək  olar  ki , heç  harada  öz  təbii  

sərhədində  qalmamış , bir  çox  yerlərdə  subalp  tipli  meşə  tamamilə  sıradan  çıxarılmış, onu  dağ  çəmənləri , 

kolluqlar  və  ya  qayalıqlar, daşlıqlar  əvəz  etmişdir .Bununla  əlaqədar  bu  zonada  meşəlik  faizi  kəskin  aşa-

ğı  düşmüşdür . 

Kiçik  Qafqazda  meşənin  iqlim  sərhədinə  uyğun  seyrək  alçaq  boylu  subalp  meşələrinə  olduqca  kiçik  

«ləkələr»  şəklində  rast   gəlmək olar. Gəncəçay  və   Tərtərçay  hövzəsində  dəniz  səthindən  2200-2350 m  

yüksəklikdə  kiçik  sahələrdə  tozağac  meşəsi  vardır , ona  vələs , şərq  palıdı  qarışır. Gəncəçayın  sol  sahilin-

də  dəniz  səthindən  2400 – 2500 m yüksəklikdə  sıx  ardıc  kollarına  rast  gəlinir .Zəyəmçayın  mənbəyində  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə