MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə147/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   143   144   145   146   147   148   149   150   ...   228

 

278


sürünən  formalı  ardıc  kolları  qalıqları  dağların  lap  zirvəsinə  qədər , 2600-2700 m  yüksəkliyə  qədər  qalxır 

Kürəkçay  hövzəsində   dəniz  səthindən  2350-2500 m  hündrlükdə   Kəpəz  dağının  uçqunlarında  alçaq  



boylu  (2 m)  əyri  gövdəli  tozağaclarına  rast  gəlinir , bəzən  ona  quşarmudu  və  keçisöyüdü  də  qarışır . Ora-

da  bu  ağacların  mövcudluğunu  yerin  keçilməzliyi  və  təsərrüfat  cəhətdən  yararsızlığı  ilə  izah  etmək  olar. 

Kontinental iqlimə malik olan  Naxçıvan  Muxtar  Respublikasında  dəniz  səthindən  3000 m  yüksəklikdə  

ardıc  kolları  bitir. Ordubad  rayonunun  «Tillək»  sahəsində  dəniz  səthindən  2400-2600 m  yüksəklikdə  kiçik  

qruplar  şəklində  qarışıq  palıd, göyrüş, ağcaqayın, titrəkyarpaq  qovaq  və  tozağacı  meşə  qalıqlarına təsadüf 

edilir. 


Talış  dağlarında  əkin  sahələri  əldə  etmək  və  kəndlər  salmaq məqsədilə  meşəsizləşdirmə  ən  çox  orta  

dağ  -  meşə  qurşağında  aparılmışdır. Burada  meşənin  müasir  yuxarı  sərhədi  1500 – 1800 m  yüksəklikdən  

keçir, bəzi  yerlərdə (Alar, Lerik  və  Sori  yaşayış  məntəqələri  ətrafında , MYS  1100 – 1300  m – rə  endiril-

mişdir.  

Respublikamızın  bütün  dağ  sistemlərində  yaşayış  məntəqələri  aşağı  dağ  meşə  qurşağına  yaxın  duzən  

ərazilərində  yerləşdiyindən meşənin aşağı  sərhədi  süni olaraq  yuxarı  qaldırılmışdır. Məs., Qax  rayonu  ərazi-

sində  kənd  təsərrüfatında  istifadə  olunan  meşəsizləşdirilmiş  sahələrə  500 – 1000 , bəzi  yerdə  1400 m , İs-

mayıllı  rayonunda  600 – 700 , bəzi  yerdə  isə  1000 – 1300 m  hündürlükdə  rast  gəlmək  olar . Yuxarıda  de-

yilənlərdən  görünür  ki,  resrublikamızın  müxtəlif  dağ  sistemlərində  meşəsizləşdirmə  bütün  dağ    qurşaqla-

rında  müşahidə  olunur.Güman  etmək olar  ki,  dağ  meşələrimizin  yarıdan  çoxu  antropogen  təzyiqlər  nəti-

cəsində  sıradan  çıxarılmışdır. Mövcud  meşələrimiz  isə  bu  və  ya  digər  dərəcədə  deqradasiyaya  məruz  qal-

mışdır. 


 

Meşəsizləşdirmənin  ekoloji  təzadları 

Meşəsizləşdirmə  karbon  qazının  udulma  kanallarının  itməsinə, enerji, su, qlobal  bioloji  tsiklin  biogen  

elementlərinin  dövranının  dəyişməsinə  səbəb  olur, atmosferin  kimyəvi  tərkibinə  təsir  göstərir. 

Meşəsizləşdirmə  lokal, regional  və  qlobal  səviyyələrdə  iqlim  şəraitinin  kəsgin  dəyişməsinə  səbəb  olur. 

Meşəsizləşdirmə  biosferin  davamlılığını  aşağı  salır, daşqınların, sellərin, su  eroziyasının, tozlu  tufanların, 

quraqlıq  və  quru  küləklərin  dağıdıcı  gücünü  artırır, səhralaşma  prosesini  tezləşdirir. 

Landşaftın  meşəsizləşdirilməsi  ilə  əlaqədar  canlı  maddələr  tədiricən  məhv  edilir, bitki  örtüyü  və  hey-

vanat  aləminin  bioloji  müxtəlifliyi  və  bütövlüklə  biosfer  kasatlaşır   

Meşənin  ekosferin  sabitləşməsində  ümumdünya  rolu  onun  qorunmasına qlobal yanaşmağı  tələb  edir. 

Meşəni dayanıqlı vəziyyətdə saxlamaq və yaxşılaşdırmaq  məqsədilə  bu  sahədə  beynəlxalq əməkdaşlığın əsas 

prinsiplərini və mexanizmini təyin  edən Beynəlxalq konvensiya hazırlayıb qəbul etmək lazımdır. 

 

13.6. Otlaqlardan istifadənin ekoloji problemləri  

Respublikanın təbii yem bitkiləri yayılan  əraziləri mövsümi istifadə edilən yay-qış otlaqlarından, 

biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı örüşlərdən ibarətdir. Bu təbii biosenozların respublikamızın 

təbii sətrvətləri içində xüsusi yeri olmuş, böyük maraq doğurmuş  və uzun illər öyrənilmişdir (F.D. Ayvazov, 

1989; A.Ə.Behbudov, 1986; B.Ə.Budaqov, İ.M.Hacıyev, 1990; V.D.Hacıyev, 1970; Ş.G.Həsənov, R.Ə.Əliyeva, 

Q.Ş. Məmmədov, 1976; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978;  Q.Ş. Məmmədov, 1977, 1980, 1981, 1983, 

1984, 1985, 1987, 1988, 1989, 1990, 1992, 1994, 2000, 2001; Q.Ş.Yaqubov, 1975). Bu kateqoriyadan olan tor-

paqlar öz hüquqi rejiminə görə bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və  qış otlaqları dövlət 

mülkiyyətində saxlanılmaqla fiziki və hüquqi şəxslərə  qısa və uzunmüddətli istifadəyə verilir. Biçənək və 

kəndətrafı örüşlər isə ümumi istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.  

Təbii yem sahələrinin ümumi sahəsi 3396,4 min hektar olub, respublika ərazisinin 39,3%-ni təşkil edir. 

Bundan 113,4 min hektarı biçənəklər, 1460 min hektarı  qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min 

hektarı isə kəndətrafı örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 15.2. saylı cədvəldə verilmişdir.  

Bütövlükdə Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min hektar olub, bu təbii 

yem sahəsi bitki formasiyalarının təbii strukturuna ziyan yetirmədən və özünün bərpa olunma imkanını saxla-

maqla optimal ölçülərdə 2 milyon baş heyvanı yem ilə  təmin etmək imkanındadır. Nəzərə alsaq ki, 

otlaqlarımızın bir qismi erməni işğalçılarının müvəqqəti olaraq nəzarti altındadır və respublikamızda 8 milyona 

yaxın iri və kiçik buynuzlu heyvan vardır, bu yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. 

Təbii yem sahələrində izafi otarma ilə  əlaqədar yükün artması, ekoloji baxımdan kənar müdaxilələrə daha 

həssas olan Azərbaycanın alp və subalp çəmən və çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır. 

 

Cədvəl 13.2.  



 

Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi rayonlar üzrə paylanması (min ha) 

 


 

279


Təbii-iqtisadi 

zonalar  

Qış 

otlaqlar

ı  

Yay 

otlaqları  

Kənd-

ətrafı 

örüşlə



Biçənək-

lər  

Zonal

ar 

ücrə 

cəmi  

 

1 2 









Gəncə-Qazax  

272,9 

86,1 


223,2 

30,6 


612,8 

Şirvan  


218,8 

58,9 


209,6 

7,9 


495,2 

Muğan-Salyan 233,8  - 

99,4  0,8 

334,0 


Mil-Qarabağ 336,5 164,5  249,2 

16,0  766,2 

Quba-Xaçmaz  

14,3 


76,3 

108,1 


29,8 

228,5 


Şəki-Zaqatala  

69,0 


104,9 

103,2 


4,1 

281,2 


Lənkəran  

10,6 


21,1 

72,6 


16,1 

120,4 


Abşeron 230,5 

10,0 


58,5 

1,0 300,0 

Dağlıq Qarabağ   2,4 

31,1 


69,2 

4,6 


107,3 

Naxçıvan  

71,2 

36,6 


40,5 

2,5 


150,8 

Cəmi  

1460 

589,5 

1233,5  113,4 

3396,4 

 

Eroziya və bitki formasiyalarının deqradasiyası  bəzi regionlarda son onillikdə daha da sürətlənmiş  və 



otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.  

Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada heyvandarlığın inkişaf etməsində yem 

bazası olmaqla bərabər, bu landşaft komplekslərinin böyük su tənzimedici və torpaq bərkidici kimi böyük 

ekoloji  əhəmiyyəti də vardır. Azərbaycanın yay otlaqları,  əsasən dəniz səviyyəsindən 1600-3000 (3200) m 

yüksəklikdə olan dağlıq zonalarda yerləşmişdir. Yaylaqlar öz coğrafi mövqeyinə görə coğrafi dağlıq və dağətəyi 

qurşaqlardakı meşələrin sərhədləri ilə birləşir. Həmin hissədə isə təbii bölgüyə əsasən, meşələrdən sonra əmələ 

gələn subalp çəmənlikləri geniş yayılmışdır.  

Ümumiyyətlə, respublikamızdakı yay otlaqlarının bitki örtüyünün 80%-dən çoxu çoxillik otlardan ibarətdir. 

Ot örtüyünün botaniki tərkibi, yemlik dəyəri və məhsuldarlığı bir tərəfdən onu təşkil edən bitki qruplaşmalarının 

müxtəlifliyi, digər tərəfdən isə ayrı-ayrı otlaq sahələrinin relyefi, iqlim və torpaq şəraiti ilə əlaqədardır.  

Subalp çəmənlikləri yay otlaqlarının inkişafında olduqca böyük rol oynayır. Yaylaqlarda yayılmış bu 

çəmənliklər təkcə otarılmaq üçün deyil, həmçinin süni biçənək kimi də istifadə olunur. Subalp çəmənliklərində 

yayılmış otlaqların bitki örtüyünün botaniki tərkibinin əsasını taxıl fasiləsinə aid olan bitkilər və qarışıq tərkibli 

müxtəlif çəmən otları təşkil edir.  

Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha zəngindir. Subalp çəmənliklərindəki 

bitki qruplaşmalarının tərkibində 100-ə yaxın bitki növü iştirak edir. Burada ala tonqalotu, qoyun topalı, 

yerəyatıq topal, bənövşəyi tonqalotu, acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qırtıc, müxtəlif növ 

paxlalı bitkilər və başqa ot növlərinin qarışığı da yayılmışdır. Dağlıq zonalarda yayılmış paxlalı bitkilərin 

əksəriyyəti çoxilliklərdir. Birillik və ikiillik növlərə  də rast gəlmək olur. Yay otlaqlarının  əsasını  təşkil edən 

subalp və alp çəmənliklərinin bitki örtüyünün tərkibində təxminən 50-yə qədər paxlalı bitki növü vardır. Onların 

95%-ni çoxillik, az hissəsini isə birillik bitkilər təşkil edir.  

Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf etdiyinə görə dağlıq zonadakı 

torpağın yuyulmasının və baş verəcək eroziya prosesinin qarşısın alır.  

Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü təşkil edən subalp və alp 

çəmənliklərinin, bozqırlarının tərkibində  qırmızı  çəmən yoncası, ağ  çəmən yoncası,  şübhəli çəmən yoncası, 

çəhrayı çəmən yoncası, aralıq çəmən yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən 

və s. paxlalı bitki növləri geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin yemlik əhəmiyyəti isə orta 

dərəcədədir.  

Yay otlaqlarında mal-qaranın vaxtından tez və otlaq dövründə sistemsiz olaraq hədsiz otarılması, eyni yol 

ilə aparılması yamaclardan çim və torpaq qatının pozulmasına, eroziya prosesi və sel axınlarının mənbələrinin 

əmələ gəlməsinə səbəb olur. Bunun da nəticəsində otlaqlarda onlara məxsus ekoloji problemlər yaranmışdır.  

Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının bir sıra yerlərində mal-qaranın sistemsiz otarılması 

nəticəsində yay otlaqları başdan-başa eroziya prosesinə məruz qalaraq maldarlığı lazımi yemlə təmin etmir və 

tamamilə istifadədən çıxaraq daşlı və ya bitki örtüyü olmayan sahəyə çevrilmişdir. Bu cür yerlərin ümumi sahəsi 

257,1 min hektar olub, yay otlaqlarının 43,6%-ni təşkil edir.  

Alp və subalp çəmən və çəmən-bozqırlarının eroziya proseslərinə məruz qalmış torpaqlarının təbii-iqtisadi 

rayonlar üzrə paylanması 13.3.saylı cədvəldə verilir.  

Cədvəldən göründüyü kimi, bütövlükdə, Azərbaycanın alp və subalp zonası torpaqlarının (yay otlaqları 

kateqoriyasına aid edilən və onun kənarda qalmış sahələrlə birlikdə)    70,7%-i (630,8 min hektar) eroziya 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə