MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə182/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   178   179   180   181   182   183   184   185   ...   228

 

336


Afrikanın çay, göl və bataqlıqlarında saysız-hesabsız begomotlar yaşamışlar. Avropa ovçuları bəzən əyləncə xati-

rinə bir neçə metr məsafədən bu nəhəng heyvanları kəlləsindən güllə ilə vurub öldürmüşlər, onların sayı xeyli azalmış-

dır, yeməli əti olan bu nəhəng (530 kq-a qədər) heyvanlar qorunub, onlardan səmərəli istifadə edilərsə Afrika əhalisinin 

zülal çatışmazlığını qismən ödəmək olar. 

Avropalıların gəlişindən əvvəl Afrika qitəsində mövcud olan heyvanların sayının hazırda 10%-ə qədəri qal-

mışdır. 


Madaqasqar və Maskarensk adalarının nadir heyvanları vardır. Təxminən 200 il əvvəl bu adaların kəşfindən 

sonra 24 quş növü və ilkin faunanın 28 növü yox edilmişdir. Məhv olan növlərdən nəhəng yerüstü göyərçinlər-

dən drontu, dodonu və tənha  göyərçini göstərmək olar. İndi quşların muzeylərdə skeletlərinin ayrı-ayrı hissələ-

rinə təsadüf etmək olar, onların xarici görkəmləri yalnız vaxtilə çəkilmiş şəkillərə görə məlumdur. Onlar böyük 

kütləyə (500 funta qədər) malik olub uça bilmədiyi üçün adalarda qida məhsulu ehtiyatı əldə etmək məqsədilə, 

əsasən dənizçilər tərəfindən tamamilə məhv edilmişdir. Madaqaskar adasında yarımmeymun lemur da çox az 

qalıb və tamamilə yoxa çııxmaq üzrədir. 

Suda yaşayan məməlilərin azalmasının səbəbi də  şübhəsiz onların vəhşicəsinə tutulmasıdır. Hələ IX əsrdə 

dəniz və okeanlarda kitlər tutulmuşdur. XII  əsrdə bir sıra ölkələrdə kitlərin ovlanması böyük əhəmiyyət kəsb 

edirdi. XVII  əsrdə Arktika dənizlərində kitlər daha çox ovlanmağa başlandı. XIX əsrdə Qrenlandiya kiti tama-

milə məhv edildi. 

XX əsrin ilkin yarısında kitlərin ovlanması artaraq onların sayı azalmağa başladı. Ovçuluq təsərrüfatları tərəfin-

dən biskay, yapon, qütb, boz, hamar və qozbel kit növləri demək olar ki, tam məhv edildi. XX əsrin ikinci yarısın-

da kitəbənzərlərdən olan ən iri kit növü hesab olunan (uzunluğu 24 m, kütləsi 110 ton) göy kit çox ovlandığından 

sayı xeyli azaldı. Ona görə 1965-ci ildə Beynəlxalq Kitovlama konvensiyası tərəfindən onun ovlanmasına yasaq 

qoyuldu. 

1971-ci ildə Komandar  adalarını yuyan dənizlərdə ilk dəfə iri dəniz məməlisi aşkar edilərək dəniz inəyi ad-

landırıldı. Onun bədəninin uzunluğu  8m, çəkisi 4-5 ton, əti yaxşı iyli, dərisi və piyi qiymətli idi. Bu heyvan sü-

rüləri baxtaların dayaz sularında yaşayaraq, əsasən, laminariya (iri dəniz yosunu) ilə qidalanırdı. Cəmi 2000 də-

niz inəyi aşkar edilmişdi. Bu heyvan aşkar ediləndən yarım əsr sonra, yəni artıq 1768-ci ildə onlar dənizçilər və 

sənaye işçiləri tərəfindən məhv edilmişdi. Hazırda onların skelet qalıqları və dəriləri qalmışdır. 

Morjların da sayı olduqca azalmışdır. 1956-cı ildən Arktikada onun ovlanması qadağan olunmuşdur. Kalan 

və ya dəniz susamuru çox az miqdarda Komandar, Kuril və Aleut adalarında qalmışdır. 

Keçmiş yüzilliklərdə  və hazırkı dövrdə planetimizin heyvanat aləmində baş verən dəyişikliklərlə J. Dorstun 

(1968) kitabında  ətraflı tanış olmaq olar. Bu kitabda müxtəlif ölkələrdə  təbii resursların vəziyyəti və istismarı 

haqqında geniş faktiki material verilir, ayrı-ayrı heyvan növlərinin sayının azalması və yox olması təhlil olunur. 

Heyvanların sayının azalması və məhv edilməsinin səbəblərindən bir ovçuluqdur. İlk növbədə sənaye qiymətli 

heyvanlar məhv edilir. Heyvanların yaşayış şəraitinin dəyişməsi də baş vermişdir. Bu dəyişgənlik ilk növbədə 

meşələrin qırılması  və onunla əlaqədar müşayiət olunan təbii tarazlığın pozulmasıdır. Təsadüfi və bilərəkdən 

bitki və heyvanların introduksiyası bəzi hallarda mənfi nəticələr vermişdir. Kənardan gətirilmiş orqanizmlər  xü-

susilə ada ekosistemlərində böyük pozuntulara səbəb olmuşdur. 

Beynəlxalq Təbiəti mühafizə ittifaqı (BTMİ), xüsusi Beynəlxalq «Qırmızı kitab» tərtib etmişdir. Bura məh-

volma təhlükəsi olan və nadir heyvan növləri daxil edilmişdir. Kitabın  I cildi məməlilərə həsr olunmuşdur. Bu-

ra 236 növ və 292 yarımnöv; II-cildə 287 quş növü (341 yarımnöv); III- cildə 36 suda-quruda yaşayanlar və 119 

sürünən heyvanlar daxil edilmişdir;  IV cild nadir balıq növlərinə; V-cild isə bitkilərə həsr edilmişdir. BTMİ-nin 

tərtib etdiyi bu Qırmızı kitab heyvanat aləminin qorunmasında bəşəriyyət qarşısında mənəvi-əxlaqi məsuliyyət 

daşıyır. Lakin bu kitaba dünyanın ayrı-ayrı ölkələrində  məhv olmaq təhlükəsi qarşısında qalan bütün heyvan 

növləri daxil edilməmişdir. Odur ki, bir sıra ölkələp, o cümlədən Azərbaycan Respublikası özünün “Qırmızı Ki-

tabını” yaratmışlar. Respublikamızın “Qırmızı kitabına” daxil olan heyvan və bitki növləri haqqında “Bioloji 

müxtəliflik”””“ bölməsində məlumat verilir. 

 

16.1. Azərbaycanın heyvanat aləmi 

Vaxtilə respublikamız  heyvanat aləmi ilə çox zəngin olmuşdur. İnsanların mənfi təsiri nəticəsində heyvanla-

rın sayı olduqca azalmışdır. Eramızdan əvvəlki minillikdə Qafqazda, o cümlədən Azərbyacanda kərgədan, nə-

həng maral, pələng, şir, mağara kaftarı və s.heyvanların nəsli kəsilmişdir.  XX əsrin əvvəlində bəbir adi yırtıcı 

bir heyvan sayılırdısa, indi ona çox az təsadüf olunur. Mağara kaftarı hələ paleolik insanların təsirindən sıra-

dan çıxmışdır, zolaqlı kaftar isə son 70 ildə intensiv ovlandığından nəsli kəsilmək üzrədir, çöl pişiyinin də sayı 

kəsgin azalmışdır.  

H. K.Vereşaqinin (1947) məlumatına görə 1949-cu ilə qədər hər il Azərbaycanın ərazisindən  212 ayı, 

969 canavar, 9398 çaqqal, 22122 tülkü, 5549 porsuq, 1612 daşlıq və meşə dələsi, 3625 qamışlıq pişiyi, 63620 

dovşan, 1817 qafqaz sincabı, 17280 süleysin, 166 köstəbək, çay suiti və vaşaq tədarük olunurdu. Bu isə heyva-

nat aləminə öz acı nəticəsini göstərmişdir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə