MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə181/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   177   178   179   180   181   182   183   184   ...   228

 

335


Cəmi 106 

150 


 

Təbiəti və Təbii Ehtiyatların Mühafizəsi üzrə Beynəlxalq  ittifaqın məlumatına görə məməlilərin 63 növü və 

55 yarımnövü sıradan çıxmışdır. Avropada alimlərin və təbiəti müafizə təşkilatının səyi nəticəsində bəzi heyvan 

növləri qorunub saxlanmışdır. Lakin dağ keçisinin (vəhşi öküz, tur) çoxdan nəsli kəsilmişdir. O, vatilə Avro-

pada geniş yayılmış, son nümayəndəsi 1627-ci ildə ölmüşdür. Sonra Cənubi  Avropa çöllərində geniş yayılan 

vəhşi Avropa çöl atının sayı azalaraq axırıncı nümayəndəsi 1879-cu ildə məhv edilmişdir. Meşələrin yox edil-

məsi ilə əlaqədar zubrun (vəhşi buğa) da sayı xeyli azalmış, aparılmış tədbirlər nəticəsində onun nəslinin kəsil-

məsinin qarşısı alınmışdır. Qafqaz dağlarında hədsiz ovlanma nəticəsində dağ keçiləri və köpgərin bəzi növləri 

yoxa çıxmışdır. Bəzi quş növlərinin də nəsli kəsilmişdir. Onlardan Atlantikanın şimal hissəsində qayalıq sahil-

lərdə yaşayaraq uçmaq qabiliyyətini itirən qaqarkanı (qütb dəniz quşu) göstərmək olar. Bu mühafizəsiz iri öl-

çülü aciz quş ovlanaraq əti və yumurtaları ilə birlikdə gəmilərə doldurularaq daşınmışdır. Son qaqarka 1844-cü 

ildə İslandiya sahillərində öldürülmüşdür. Qartal kimi iri quşlar da nadir heyvanlar sırasına daxil olmuşdur. 

XVIII – XIX əsrlərdə Şimali Amerikada vəhşi heyvanların sayı kəsgin azalmışdır. Amerikanın meşəli cənu-

bi-şərq rayonlarında ağacların  koğuşunda yaşayan olduqca gözəl kral tutuquşu tamamilə məhv edilmiş, axırın-

cı nümayəndəsi 1914-cü ildə zooloji bağda ölmüşdür. Sıx meşələrdə yaşayan ağdimdik ağacdələn də bu yolla 

yoxa çıxmışdır. 



Ağ Amerika durnasının da  yoxa çıxmaq təhlükəsi yaranmışdır. hazırda onun kiçik populyasiyası (48fərd) 

qalmışdır. 

Şimali Amerikanın geniş düzənliklərində – prerilərdə və xırda meşəliklərdə bizonların böyük sürüləri yaşa-

yırdı, onlar çox iri heyvan olub erkəklərin çəkisi 3000 funta bərabər idi. Onların sayı 75 mln baş təşkil edirdi. 

Müstəmləkiçilərin qərbə doğru hərəkəti və torpaqların mənimsənilməsi ilə əlaqədar bizonların ilkin yaşyaış yer-

lərinin kökündən dəyişməsi və onların intensiv ovlanması heyvanların kütləvi məhvinə səbəb oldu. 

1872-1874-cü illərdə Kanzaz dəmir yolunun çəkilişi zamanı ildə 2,5 mln-a qədər bizon öldürülürdü. Az bir 

zamanda bizonlar kəsgin azalaraq 1889-cu ildə Yellouston parkında cəmi 635 baş bizon vardı. Hazırda bizonla-

ra yalnız qoruqlarda rast gəlmək olar. 

Cənubun bozqır (çöl) və yarımsəhralarının iri məməli heyvanları intensiv məhv edildi. XVI əsrdə Rusiyanın 

Avropa hissəsində və Qərbi Sibirdə Qərbi Çinə qədər sayqaklar (vəhşi antilop) geniş yayılmışdı. Onların ev 

heyvanları tərəfindən sıxışdırılması, bozqırların şumlanması və hədsiz ovlanması nəticəsində sayqakların kəsgin 

azalaraq 1920-ci ildə sayı cəmi bir neçə yüz ədəd qaldı. Tələlər qurularaq gun ərzində 12000-ə qədər sayqak ov-

lanırdı. Sayqak dadlı əti, piyi, buynuzu və qiymətli dərisinə görə ovlanırdı.  

Orta Şərqdə, Qərbi-Sibirdə, Qazaxstan və Ön Baykalda yaşayan kulanlar (vəhşi eşşək) təbii fəlakətlər və insanlar tə-

rəfindən tamamilə sıradan çıxmaq təhlükəsi yaranmışdı, bu növ az miqdarda ciddi qorunur. 

Okeaniya adalarında insanın təsərrüfat fəaliyyəti nəticəsində faunanın dəyişilməsi baş verir. Yeni Zenlandiyada 

boyu 3,5m-ə çatan nəhəng dəvəquşuların da nəsli kəsilmişdir. 700 il əvvəl yaşayan uça bilməyən bu quşlar, bitki ör-

tüyünü yandırmaq yolu ilə vəhşicəsinə məhv edilmiş, yuvaları və yumurtaları da yandırılmışdır. 

Havay adalarında 68 yerüstü quş növünün 60%-i məhv olmaq təhlükəsi altındadır.  Bu quşların rəngarəng 

gözəl lələk və tükləri ovçuları özünə cəlb etmiş, baş örtüyü və paltarları bəzəmək üçün ovlanıb satılmışdır. 

Avstraliya olduqca özünəməxsus heyvanat aləmi ilə fərqlənir. XIX əsrdə burada geniş yayılan kisəli heyvanlar ha-

zırda yox olmaq təhlükəsi altındadır. Belə heyvanlardan iri yırtıcılar – kisəli şeytan, kisəli canavarı göstərmək olar. 

Avstraliyada kisəli heyvan olan kenqurunun bir çox növləri yox olmaq təhlükəsi altındadır. Qiymətli xəzinə 

görə insanlar onları ovlamaq üçün yaşayış şəraitini dağıdırlar. Kisəli ayı – koala da bu səbəbdən məhv edilir. 

Qeyd edək ki bu heyvanlar yalnız evkaliptin müəyyən növlərinin yarpaqları ilə qidalanır, ona görə də ciddi mü-

əyyən bir yaşayış yerində məskunlaşırlar. Avropalılar buranı fəth edənə qədər kisəli ayıların sayı milyonlarla he-

sablanırdı. İndi isə bir neçə mini qalmışdır. 1924-cü ildən Avstraliyadan koalanın 2 milyon dərisi aparılmışdır. 

Hazırda Avstraliyanın təxminən 35 kisəli növü yox olmaq təhlükəsi altındadır. 

Avropalılar Afrikaya gəlməzdən əvvəl iri vəhşi heyvanlar kontinent ladşaftının ayrılmaz hissəsini təşkil edir-

di. Burada ilk növbədə Saxara ilə sərhəddə – Şimali Amerikada heyvanların sayı azalmağa başladı. Bu rayonda 

fillər artıq yoxa çıxmış,  XVIII əsrdən etibarən şirlərin sayı kəsgin azalmış, axırıncı şirlər yalnız Orta Atlasın 

meşələrində qalmışdır, Afrika antilop inəyi  tamamilə yoxa çıxmışdır. Afrikanın faunasının vəhşicəsinə məhv 

edilməsi XVII əsrdən başlanmışdır. Bu dövrdə kontinentin cənubunda savannalara minlərlə fillər, müxtəlif anti-

lop növləri, zebr, zürafə və digər dırnaqlı heyvanlar miqrasiya edirdi. Bu otyeyən heyvanları şirlər, leopardlar, 

gillik pişikləri (gepardlar), kaftarlar və başqa yırtıcılar təqib edirdi. Qısa bir müddətdə mavi atabənzər antilop və 

antilopun digər növləri, zebrlərin bəzi yarım növləri – kvaqqa, burçellova və başqaları məhv edilmişdir. Saxara-

dan cənubda vaxtilə bütün kontinent boyu yayılan fillər yox edilmişdir. 1880-ci ilə kimi hər il avropa bazarları-

nın təlabatını ödəmək üçün 60-70 min fil öldürülmüşdür. Zürafə və kərgədanın sayı hər yerdə azalmışdır. 

XX əsrin 30-cu illərində Rodeziyada qlossin milçəyi ilə mübarizə aparmaq üçün 375 minə qədər fil, antilop, 

zürafə, kəl və başqa heyvanlar öldürülmüşdür. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə