MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə193/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   189   190   191   192   193   194   195   196   ...   228

 

354


Azərbaycan respublikası ərazisində buzlaq mənşəli (Tfangöl), uçqun mənşəli (Göygöl və b.), çay-dərə mən-

şəli (Ağgöl, Sarısu və b) şorsulu (Böyükşor və b.) 250-yə qədər göl vardır. 

Torpaq örtüyü yüksəklik qurşağına tabe olaraq dəyişir. Düzən  ərazilərdə boz torpaqların müxtəlif növləri, 

onların duzlaşmış yarımnövləri, 200m-dən 500 (600) m-dən  şabaladı torpaqlar, 500m-dən 2000 (2300)m-dək  

şabalıdı torpaqlar,  dağ-qara torpaqları, qəhvəyi dağ-meşə və qonur dağ-meşə torpaqları, bundan yuxarıda dağ-

çəmən torpaqları, Lənkəran ovalığında və dağətəyi zonasında podzol və bataqlaşmış sarı torpaqlar yayılmışdır. 

Azərbaycan Respublikası bitki örtüyü ilə  zəngindir,  ərazidə 4300-ə  qədər ali, sporlu və çiçəkli bitki növü 

olub, onların 240-a yaxını endem növ sayılır. 

Respublikanın ovalıq hissəsində 200m hündürlüyədək yarımsəhra və bataqlıq bitki tipləri, 200m-dən 600-

700 (1000) m-dək  əsasən meşədən sonra bozqırlar və kolluqlar, bundan yüksəklik  ərazilərdə – 1800-2200 

(2300) m-dək meşələr, 2000 (2300)m-dən yuxarılarda isə alp və subalp çəmənləri yayılmışdır. 

Respublikada meşə ilə örtülü sahə 960min ha olub ümumi ərazinin 11%-ni təşkil edir, onun da 90%-i dağ ya-

maclarında yerləşir. Respublikamızda 435 ağac və kol növü bitir, onun 70%-i endem növ sayılır. Meşə ilə örtülü 

ərazinin 86%-indən çoxunu üç ağacın üstünlüyü təşkil edir(fıstıq, palıd, vələs) Bundan başqa meşələrimizdə ağ-

caqayın növləri, cökə növləri, qızılağac növləri, qovaq və söyüd növləri, qarağac və yalanqoz və s. ağaclar ya-

yılmışdır, 107 ağac  növündən 7-si iynəyarpaqlı ağaclardır. (qaraçöhrə, eldar şamı, qarmaqvarı şam, ardıc növlə-

ri) Dəmirağac, ipək akasiyası, şabalıdyarpaq palıd, azatağacı, qafqaz xurması, yalanqoz, şümşad və s. üçüncü 

dövrün nadir ağaclarıdır. 

Respublikamız heyvanat aləmi ilə də zəngindir. Burada 99 növ məməli, 360 quş növü, 54 sürünən növü, 9 

suda-quruda yaşayan, 14min həşərat növü və 123 balıq növü vardır. Azərbaycan respublikasının «Qırmızı kita-

bına» 108 heyvan, 36 quş, 13 suda-quruda yaşayan və sürünən, 5 balıq və 40 həşərat növü daxil edilmişdir. 

Respublikamızın  ərazisi filiz, qeyri filiz və yanacaq mənşəli faydalı qazıntılarla zəngindir. Burada zəngin 

neft və qaz yataqlarından başqa filiz yataqları – dəmir, manqan, titan. xromit, mis, kobalt, polimetal, qızıl, gü-

müş, molibden və s. yataqlar müxtəlif tərkibli müalicə əhəmiyyətli mineral sular və termal bulaqlar mövcuddur. 

Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək 

təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış land-

şaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rek-

reasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar 

yaradılmışdır. 

 

18.4.1. QORUQLAR 



 

Zaqatala qoruğu 

Zaqatala qoruğu 1928-ci ildə yaradılıb. Onun başlıca vəzifəsi əhatə etdiyi ərazinin təbii kompleksini, xüsusi-

lə fauna və florasını mühafizə etməkdir. Sahəsi 23844 ha-dır. Qoruq Böyük Qafqazın Cənub yamacının qərb 

hissəsində yerləşib şimaldan suayırıcı silsilə ilə Dağıstanla, qərbdə Mazımçayla (Gürcüstan), Şərqdən Baş Qaf-

qaz silsiləsinin Qudor və Nohurbaşı zirvələrilə, cənubdan isə Zaqatala və Balakən meşə təsərrüfatları ilə sərhəd-

dir. Ərazisi dəniz səviyyəsindən 3646m (Quton zirvəsi) –dən 560m-ə qədər enir. 

Qoruğun ərazisi mürəkkəb relyef quruluşuna malik olub dağlıqdır. Burada Ağkamal, Qass, Reçugel, Piçigel, 

Xalagel, Ruçuq, Dingilo və s. dağ silsilələri Baş silsilədən ayrılıb cənub-qərbə doğru uzanır. Burada Quton 

(3646)m. Qudor (3450)m, Qoridağ (3330)m, Kono (3300)m kimi dağ zirvələri mövcuddur. 

Qoruğun 95,4%-ni meşələr və çəmənlər tutur, ərazinin 4,5% qayalıq, uçqunlardan ibarətdir. Qoruğun ərazi-

sində çoxlu bulaq və çaylar, hündürlüyü 20m-ə çatan şəlalələr, kanyonlar vardır. Qatex və Balakən çayları ən 

böyük çaylar sayılır. 

Alp və subalp çəmənləri qoruqda 6,7min ha (28%) təşkil edir. Qoruq ərazisinin 67,4%-ni meşə sahəsi tutur. 

Meşə ilə örtülü sahənin 85%-i fısdıq, 9,4%-i palıd, 3,2%-i vələs, 2,1% ağcaqayın üstünlük təşkil edən meşələr 

tutur. Nadir kol cinslərindən qafqaz rododendronu, sarı rododendron və qaragiləyə respublikamızda əsasən Za-

qatala qoruğunda rast gəlinir. 

Qoruğun alp və subalp çəmənləri altında dağ-çəmən torpaqlarının müxtəlif yarımtipləri, çəmən-meşə torpaq-

ları, meşə ilə örtülü sahələrdə isə qonur dağ-meşə torpaqları yayılmışdır. 

Zaqatala qoruğu heyvanlar aləmi ilə də zəngindir. Burada məməli heyvan növlərinin 32, quş növlərinin isə 

86-na rast gəlinir. Cütdırnaqlılar 5 növ, yırtıcılar 11 növ, gəmiricilər 10 növ, həşaratyeyənlər 5 növ və həşərat 

dəstəsinin nümayəndələri vardır. Ərazidə geniş yayılan ov heyvanlarından təkəni (dağ keçisi), nəcib Qafqaz ma-

ralı, Qafqaz köpgəri və Avropa cüyürlərini göstərmək olar. Qoruqda vəhşi heyvanlardan Qafqaz qonur ayısına, 

canavara və s. rast gəlinir. meşə və daş dələlərinə çox, vaşağa isə az təsadüf olunur. 

Qoruqda quşlar çoxdur, burada sərçəkimilər dəstəsinin 59, yırtıcı quşların 15, ağacdələnkimilərin 6, toyuqki-

milərin 4, bayquşkimilərin 4, göyərçinkimilərin 3, ququşukimilərin, hop-hopların, keçisağankimilərin və göycə-

qarğakimilərin hər birinin 1 növü yayılmışdır. Qoruqdakı təkə, qonur ayı, köpgər, muflon, qafqaz tetrası və qaf-

qaz ularının adı Qırmızı kitaba salınmışdır. 




 

355


 

İlisu qoruğu    

İlisu qoruğu Qax rayonu ərazisində 700-2100m yüksəklikdə yerləşir. Sahəsi 9345 ha-dır. Qoruqda 300-ə qədər 

ali bitki növü vardır. Burada meşə ilə örtülü sahənin 8670 ha (94%) üç ağac cinsinin – fıstıq (50%), qafqaz vələsi 

(25%), iberiya və şərq palıdı (20%) üstünlüyü ilə təşkil olunmuşdur, kiçik sahələrdə toz ağacı, ağcaqayın, titrək-

yarpaq qovaq meşələrinə təsadüf olunur. Meşələrin tərkibinə ağcaqayın növləri, adi qoz,  şabalıd,  göyrüş da qarşır. 

Qoruğun ərazisində dağ-çəmən, dağ-meşə-çəmən, qonur dağ meşə, çürüntülü karbonatlı dağ meşə torpaqları yayıl-

mışdır. 

Qoruq  ərazisində 35 məməli növü yaşayır.  Bunlar dırnaqlılar (nəcib maral, cüyür, təkə, qaban), yırtıcılar 

(qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, yenot, gəlincik, porsuq, meşə pişiyi, vaşaq, gəmiricilər (dovşan, 

süleysinlər, siçanlar, sincablar və s.) cücüyeyənlər (ağdiş, qonur diş, kirpi, nalburun) və s. ibarətdir. 

Qoruqda quşların 90-a qədər növü yaşayır. Onların 60 növə qədəri sərçəkimilərə aiddir. Burada qoruq yarat-

maqda məqsəd (1987-ci ildə) nadir və tükənmək təhlükəsi olan bitki və heyvanları qorumaq, deqradasiyaya uğ-

ramış meşələri  yaxşılaşdırmaq. torpaq eroziyası və sellərin qarşısını almaqdır. 

 

İsmayıllı qoruğu  

Qoruq Böyük Qafqazın Cənub yamacının Şərq hissəsində meşə kompleksini, heyvanat aləmini, onların nadir 

və qiymətli növlərini qoruyub zənginləşdirmək məqsədilə 1981-ci ildə yaradılmışdır. Sahəsi 5778 ha olub 600-

2250m yüksəklikdə yerləşir. Qoruq iki hissədən ibarətdir. Birinci (əsas) hissəsi dağlıq ərazidə(800-2250m) yer-

ləşib, sahəsi 5589 ha-dır. Dağ meşələri əsasən fıstıq, vələs, palıd (iberiya və şərq palıdı), qismən göyrüş, ağcaqa-

yın. cökə, qaraçöhrə və digər ağaclardan ibarətdir. Qoruğun ikinci hissəsi  Qanıx - Əyriçay vadisinin şərq hissə-

sindəki düzən meşələrdən təşkil olunmuşdur. Sahəsi cəmi 189 ha-dır. Burada palıd (iberiya, uzunsaplaq və şa-



balıdyarpaq), qafqaz vələsi üstünlük təşkil edir. 

Qoruğun dağlıq hissəsində qonur dağ-meşə, çürüntülü karbonatlı dağ-meşə, düzən hissədə isə allüvial meşə 

torpaqları yayılmışdır. 

İsmayıllı qoruğunun ərazisində cüyür, qaban, təkə. maral, ayı, canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, ye-

not, porsuq, dovşan dələ və s. heyvanlar, qırqovul, turac. qaratoyuq, bildirçin, sarıköynək, çobanaldadan, ağac-

dələn və s. quşlar vardır. 

 

Pirqulu qoruğu  

Pirqulu qoruğu 1968-ci ildə yaradılıb. Onun yaradılmasında məqsəd Böyük Qafqazın cənub-şərq hissəsində – me-

şənin müasir şərq sərhədində dağ-meşə landşaftlarını, o cümlədən bitki örtüyünü  qorumaq, heyvan və quşların 

sayını artırmaq, elmi-tədqiqat işlərini aparmaq üçün şərait yaratmaqdan ibarətdir. 

Qoruğun ərazisindən Ağsu çayı və onun Qırxbulaq, Avaxıl, Mərmərdaxar, Sis, Çəngi və s. qolları axır, yüz-

lərlə bulaqlar və tək-tək kiçik çaylar mövcuddur. 

Qoruğun ərazisinin 93,9%-ni meşələr tutur. Ən geniş yayılan vələs (476ha), palıd (458ha) və fıstıq (321) me-

şələridir. Sırf ağcaqayın meşəsi 43ha, göyrüş 11 ha sahədə bitir. Qeyd edək ki, respublikamızda qaraçöhrə ən 

çox Şamaxı rayonunda, o cümlədən Pirqulu qoruğu ərazisində yayılmışdır. Burada o, əsasən meşəaltı rolunu oy-

nayaraq II bəzən III yarusu tutur. Qaraçöhrənin  ən maraqlı sahələrindən biri Qırxbulaq çayının hövzəsində yer-

ləşir. (Araxçın sahəsi). Burada qaraçöhrə özünün ən kənar (yüksək) arealına, dəniz səthindən 1900-2050m yük-

səkliyə çatır və bəzi yerdə meşə çətri altında deyil, açıqlıqda, yəni örtüksüz bitir. 

Qoruq ərazisində cüyür, qaban, təkə, qonur ayı, vaşaq, tülkü, porsuq, yenot, çaqqal, dovşan, dələ, canavar və 

s. heyvanlar, qırqovul, qoratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa və s. quşlar 

vardır. 

Qoruqda əsasən dağ-çəmən, dağ çəmən-meşə, qonur dağ-meşə (tipik, karbonat qalıqlı, çəmənləşmiş və boz-

qırlaşmış yarımtiplər), çürüntülü karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə torpaq tipləri yayılmışdır. 

 

Türyançay qoruğu 

Qoruq 1961-ci ildə yaradılıb.  Qərbdə  Əliçançayla,  şərqdə Türyançay dərəsi arasında dəniz səviyyəsindən 

400-650m hündürlükdə yerləşir. Sahəsi 12634ha-dır.  

Qoruğun yaradılmasında məqsəd respublikamızın ən geniş ardıc, saqqız meşəsi olan arid meşə landşaft kom-

pleksini qorumaqdır. Qoruq ərazisinin 6445ha meşə ilə örtülüdür. Meşəsiz sahələr 3368ha olub onun 98%-i 

yarğan və bedlendlərdir. Ərazi kəsgin parçalanmış  relyefə malik olduğu üçün şiddətli eroziyaya məruz qalmış, 

arid denudasiya relyefinə çevrilmiş, dərin dərələrlə güclü parçalanmışdır. 

Türyançay qoruğunun ərazisində yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Ərazidə meşə ilə örtü-

lü sahə 6545ha (51,8%), meşə ilə örtülü olmayan sahə 2720ha (21,5%) təşkil edir. Ərazidə  ən çox ardıc 

(4640ha-71%), saqqızağac (1140ha-17,4%) üstünlük edən meşələr yayılmışdır. Onlara tək-tək iberiya palıdı və 

iberiya ağcaqayını qarışır. Seyrəklik və meşə ilə örtülü olmayan sahələrdə qaratikan, doqquzdon, yabanı gilas, 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə