352
1.
Torpaq. Qoruqlar təşkil olunana qədər insan fəaliyyətinin təsirilə baş vermiş torpaq eroziyasının qarşı-
sını almaq üçün eroziyaya qarşı mübarizə tədbirləri görülməlidir. Bu tədbirlərin görülməsi yad bitki növlərinin
kənardan daxil olmasının və landşaftın transformasiyasının qarşısını alır; əgər qoruq ərazisində insanın təsirin-
dən dağılmış sahələr varsa, rekultivasiya işi də aparılmalıdır;
2.
Sular. Su hövzələrində insan fəaliyyətinin təsirilə əlaqədar pozulmuş suyun səviyyəsi və rejimi bərpa
edilməlidir. Kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalıdır;
3.
Flora və bitki örtüyü.
Qoruq ərazisində floranın tərkibinə qoruğa xas (məxsus) olmayan bitki növlərinin daxil olmasının qarşısı
alınmalı, yad bitki növləri kənar edilməlidir. Bitki qruplarının tərkib və davamlılığını yoxlamaq məqsədilə meşə
yanğınlarının qarşısı alınmalı, qoruq ərazisində və ətrafında entomoloji zərərvericilərin kütləvi artmasına yol
verməməlidir;
Qoruq üçün xas olan nadir və kökü kəsilmək təhlükəsi olan bitki növlərinin saxlanılması və bərpası üçün təd-
birlər görülməlidir;
4.
Fauna və heyvanat aləmi.
Qoruq ərazisi üçün xas olmayan heyvan növlərinin qoruğa daxil olmasının qarşısını almaq və onları qoruq-
dan kənar etmək lazımdır.
Qoruq ərazisi üçün xas olan nadir və kökü kəsilmək təhlükəsi olan heyvan növlərini saxlamaq və bərpa et-
mək tədbirləri həyata keçirməlidir;
- İnsan fəaliyyətinin təsiri nəticəsində məhv edilmiş, lakin qoruq üçün xas olan heyvan növləri bərpa edilmə-
li;
- Ekoloji balansı bərpa etmək və qoruq ekosistemlərinin əsas komponentlərinin saxlanılması üçün ayrı-ayrı
heyvan növlərinin sayını və sıxlığını nizama salmalıdır.
Yuxarıda göstərilən tədbirlər sisteminin təsnifatı bəzi hallarda dəyişdirilə və dəqiqləşdirilə bilər.
18.2. Yasaqlıqlar
Yasaqlıq təbiətin ən qədim mühafizə forması hesab olunur. Qoruqdan fərqli olaraq yasaqlıqlar hansı təşkila-
tın ərazisində yerləşirsə həmin təşkilata baxır, məsələn, fermer, meşə təsərrüfatı və s. Yasaqlıqlar daimi və mü-
vəqqəti (10 ilə qədər) ola bilər. Yasaqlıq ərazisində qoruq rejimi qoruqlara nisbətən zəif olur və orada elmi-təd-
qiqat işi aparılmır.
Əgər qoruqlarda mütləq qoruma rejimi tətbiq olunursa, yasaqlıqlarda istirahət evləri, turist bazaları tikilir.
Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla
davranmalıdır. Yasaqlıqlarda ovetmə, balıq tutmaq, yer şumlama, meşə qırma işi, mal-qara otarma, giləmeyvə,
göbələk yığma ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbiət komp-
leksi deyil, onun ayrı-ayrı komponentləri qorunur. Keçmiş SSRİ-də qiymətli və relikt bitki növlərini, landşaftı
qorumaq üçün meşə, botaniki, zooloji, ornitoloji, balıqçılıq, ovçuluq, botaniki- geoloji və s. yasaqlıqlar yaradıl-
mışdır. Yasaqlıqlar ərazisinə görə çox böyük olub iri təbiət kompleksini qorumaq üçün yaradıla bilər. O, ayrı-
ayrı quş kaloniyası, qiymətli bitki sahəsi, qarışqa sahəsini qorumaq məqsədilə yaradıldıqda sahəsi çox kiçik ola
bilər. Ən iri yasaqlıq Alka-ata yasaqlığı olub sahəsi 800 min hektardır. Bir neçə misal gətirək.
1.
Çelyabinski vilayətində kompleks «Karaqaysk bor» yasaqlığı. Sahəsi 16 min ha-dır. Burada sığın, tülkü,
dovşan, Sibir xoruzu, tetra quşunun ovlanması qadağan olunur.
2.
Litvanın şərqində kəpənək yasaqlığı. Burada məktəblilər sədəfli kəpənəklər kaloniyası müşahidə edərək
Litva Akademiyasının Zoologiya institutuna xəbər vermiş və ora yasaqlıq elan edilmişdir.
3.
Novqorod vilayətinin Okulov meşəçiliyində qarışqa yasaqlığı.
4.
Qiymətli, relikt, nadir ağac, ot bitkilərindən ibarət meşə və bozqır sahələrində botanika yasaqlıqları vardır.
Son vaxtlar müalicə otlarından ibarət yasaqlıqlar da yaradılmışdır. Burada müalicə otları ilin müəyyən vaxtlarında
və yalnız xüsusi icazə ilə yığıla bilər.
5.
Geoloji paleontoloji yasaqlıqlar nadir mağaralar, qazıntı flora və faunanın qalıqları, səthə çıxan dağ sü-
xurları, qəribə qayalıq formaları və s. Keçmiş SSRİ- ərazisində 3 mindən çox yasaqlıq olub sahəsi 20 mln hekta-
ra yaxındır.
18.3. Milli parklar (MP)
Hazırda milli parklar dünyada təbii ərazilərin qorunmasının ən əsas forması sayılır.
İlk dövrlərdə bir sıra ölkələrdə MP-lar yalnız təbiəti mühafizə məqsədi daşıyırdı və bu sahədə onlar olduqca
böyük rol oynamışlar. Belə ki, Afrika, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada iri heyvanlar, quşlar və
qiymətli bitki növləri MP-ların yaradılması nəticəsində xilas edilərək indiyə kimi qalmışlar.
Lakin son 50 ildə turizm formasında rekreasiya adlanan istirahət forması bütün dünyada inkişaf edərək bö-
yük əhəmiyyət daşıyır. Mövcud MP-ra il ərzində yüz milyonlarla adam axışıb gəlir. Məsələn, Amerikanın MP-
rına il ərzində bir neçə yüz milyon, Afrikanın MP-rına isə 10 milyonlarla adam gəlir. Milli Park termini ilk dəfə
1872-ci ildə ABŞ-da konqresdə qəbul olunmuşdur. MP Cənubi Amerikada 1903, Braziliyada 1919, Fransada
353
1913, İsveçrədə 1914, İspaniyada 1915-ci illərdə və s. ölkələrdə təşkil olunmuşdur. Hazırda dünyada 3000 –dən
arıq MP mövcuddur. Bəzi MP-rın sahəsi 1mln ha-rı keçir. Ən böyük MP «Qrenlandiya» MP-ı hesab edilir, sa-
həsi 7,5 mln ha-dır.
ABŞ-ın MP-rından ildə 10 milyarddan artıq, Keniyanın MP-ından isə ildə 100 milyon dollardan artıq gəlir
əldə edilir. İnsanların MP-ra güclü axımı təbii ekosistemlərin dağılmasına («turizm eroziyası») gətirib çıxarır,
MP-rın iki vəzifəsi- təbiəti mühafizə və rekreasiya arasında kəsgin qarşıdurma yaranır.
Buna baxmayaraq MP düzgün təşkil olunduqda olduqca böyük təbiəti mühafizə əhəmiyyəti daşıyır. MP-ın
təbiəti mühafizə funksiyalarını yerinə yetirməsi üçün orada təbii landşaftların, bitki örtüyünün, heyvanat aləmi-
nin və digər obyektlərin qorunub saxlanılması üzrə bir sıra tədbirlərin görülməsi təmin olunur, bu tədbirlər həm
də MP-a gələnlər üçün cəzbedici olmalıdır, bunun üçün iki mühüm şərtə diqqət yetirməlidir: park üçün yerin
düzgün seçilməsi və mühəndis- bioloji vəzifənin həlli. MP-ların yaradılması işində mühəndis-bioloji vəzifələr
çoxcəhətli və mürəkkəb olub xeyli vaxt tələb edir. Bu vəzifələr aşağıdakılardır:
3) MP-ın ərazisinin zonaları (hissələri) elə ayrılmalıdır ki, (qoruq, yasaqlıq, ekspozisiya nümayiş və məişət
xidməti təsərrüfat sahələri və s.) landşaftların və müxtəlif obyektlərin qorunub saxlanılmasına qarant verilsin,
həm də parka gələnlər üçün maksimum əyanilik və rahatlıq yaransın.
Kütləvi istirahət üçün ayrılmış şəhərətrafı istirahət zonasından fərqli olaraq MP-a qrupla və fərdi gələnlər
ciddi reqlamentlə qəbul olunur.
MP-ın ərazisində gəzintini təşkil edərkən rekreasiya yükü əsas təsərrüfat norması sayılır, ona riayət edilməsi
parkın təbii landşaftlarının yaxşı qorunub saxlanılmasına qarant verir. Bu yük (norma) parkın rejiminə riayət
edərək vahid sahədə maksimum miqdarda gələnlərin müəyyən ərazidə qalmasına imkan yaradaraq parka heç bir
ziyan yetirmir. rekreasiya yükü yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti (dərəcə-
si) ilə müəyyənləşdirilir.
MP-ın ərazisində gəzinti qadağan edilən qoruq sahələri, yasaqlıqlar ayrılmalıdır.
Qoruqlar canlı təbii laboratoriya sayılır. Qoruq ərazisində yalnız elmi-tədqiqat işlərinin aparılmasına icazə
verilir. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrdə mü-
rəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Əldə olunan nəticələr təbii mühitin pozulma
dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Milli Park daxilində yasaqlıqların başlıca vəzifə və funksiyaları ərazinin təbii heyvan, quş və bitkisini qoru-
yub saxlamaqdan ibarətdir. Burada adətən yalnız MP-ra gələn piyadalara (mühərriksiz) az vaxt ərzində kiçik
marşrutlarla gəzintisinə icazə verilir.
Azad hərəkət (gəzinti) icazə verilən zonada park növlü xidmət sahələrinin təşkilinə icazə verilir. Bu zonada
bir tərəfli torpaq yolu, dayanacaq yeri, baxış (nümayiş) meydançaları və s. ayrılır.
Parkın girişində yol kənarında kiçik miqyaslı məişət xidməti mərkəzi yaradılaraq içki çadırları qurmağa, ma-
şın dayanacağına icazə verilir. Kapital tikintilər, o cümlədən mehmanxana kompleksləri, motellər və s. adətən
parkdan kənarda yerləşdirilir. Böyük MP-ın ərazisində gecələmək üçün yerlər (çadır qurmaq üçün yerlər, ocaq
qalamaq üçün sahə, odun ehtiyatı və s.) ayrıla bilər.
Beləliklə MP nə mədəniyyət və istirahət parkı, nə kütləvi istirahət zonası, nə də zooloji, botaniki park deyil-
dir. Bununla belə MP-ın azad gəzinti zonasında yerli flora və fauna nümunələrini nümayiş etdirmək məqsədilə
kiçik zooparklar və botanika bağları salına bilər.
Azərbaycan Nazirlər Soveti 1982-ci ildə dövlət qoruqlarının və MP-ın yaradılması haqqında qərar qəbul edə-
rək Azərbaycanda ümumi sahəsi 213 min ha olan 4 MP-ın (Şahdağ, Murovdağ, Burovar və Qobustan M. P.-rı)
yaradılmasını irəli sürmüşdür.
18.4. Azərbaycanın xüsusi mühafizə olunan əraziləri
Azərbaycan çox müxtəlif təbii-coğrafi şəraitə, olduqca zəngin və füsünkar təbiətə malikdir. Ərazisinin yarı-
dan çoxu dağlıq relyef forması olub (60%) bura Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları daxildir, yüksək-
lik fərqi böyük olub Xəzərsahili ovalıq dəniz səviyyəsindən aşağıda (-26m) olduğu halda ən yüksək zirvə Ba-
zardüzünün yüksəkliyi 4480 m-dir. Böyük Qafqazda iki dağ silsiləsi: Bazardüzü zirvəsilə Baş və yaxud Suayırı-
cı, Şahdağ zirvəsilə (4243m) böyük (yan)silsilələri; Kiçik Qafqazda isə Murovdağ, Şahdağ və Zəngəzur silsilə-
ləridir. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir.
Respublikanın düzən ərazisini əsasən Kür-Araz ovalığı tutur. O, respublika ərazisinin
4
1
- ni təşkil edir.
Ovalıq Kür və Araz çayları ilə Şirvan, Qarabağ, Mil, Muğan və Səlyan düzlərinə ayrılır. Düzən ərazilərə həmçi-
nin Samur-Dəvəçi və Lənkəran ovalıqları aiddir.
Azərbaycanın coğrafi mövqeyi, relyefi və Xəzər dənizinin mövcudluğu burada yarımsəhra və quru çöl, sub-
tropik, mülayim və soyuq iqlim tiplərinin formalaşmasına şərait yaratmışdır. respublikamızda 9 iqlim qurşağı
mövcuddur.
Azərbaycan sıx çay şəbəkəsinə malik olub ərazisində irili-xırdalı 8400-ə qədər çay vardır. Kür və Araz çay-
ları, nəinki respublikamızın, hətta Qafqazın ən iri çayları sayılır. Samur çayı da nisbətən iri çay hesab olunur.