MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə223/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   220   221   222   223   224   225   226   227   228

 

420


Son vaxtlar (xüsusən də Çernobıl qəzasından sonra) ekologiya mühəndisliyində texnoloji risk və  zəhərli 

maddələrin zəif dozasında insanlara təsiri sahəsində proqnozlaşdırma metodlarının təkmilləşdirilməsi sahəsindəki 

işlər xüsusi əhəmiyyət kəsb edir. Texnoloji risklər sahəsində proqnozlaşdırmalar qəza vəziyyətlərinin idarəetmə me-

todlarını işləməyə imkan verir. Ciddi qəzaların qarşısını, əlbəttə, tamam almaq mümkün deyildir, ona görə də istəni-

lən halda vəziyyətin öhdəsindən gəlməkdən ötrü şərait və vasitələr olmalıdır. 

Ekologiya mühəndisliyi sayəsində insan dərk edir ki, texnikanın etibarlılığı, təhlükəsizliyi texnikadan çox, 

kompleks sosial-ekoloji işdir. Ekologiya mühəndisliyi texnika, cəmiyyət, təbiətin birliyi mövqeyindən çıxış edir. 

Ekologiya mühəndisliyinin məqsədi yeni texnosferi formalaşdırmaq, texniki yenilikləri sosial-ekoloji mövqe-

dən qiymətləndirmək, onların biosfer qanunlarına uyğun gəlməsinin şərait və imkanlarını müəyyən etməkdir. 

 

 



21.10. Kosmosun mənimsənilməsi və  

ekologiya problemləri 

Kosmosun mənimsənilməsi cəmiyyətin fəaliyyət sahəsini real genişləndirməklə, Yerin məhdud imkanların-

dan irəli gələn və ekoloji problemi dərinləşdirən bir çox şəraiti aradan götürə bilər. 

Planetimizdə ekoloji vəziyyəti kəskinləşdirən əsas səbəb Yerin məhdud məkana malik olmasıdır. Raket-kos-

mik texnikanın inkişafı yerətrafı fəzaya daxil olmağa və təbii mühit haqqında keyfiyyətcə yeni informasiya əldə 

etməyə imkan verir. 

Yaxın gələcəkdə kosmik fəza maddi-istehsal məqsədləri üçün də istifadə ediləcəkdir. 

Bəşəriyyətin kosmik perspektivi prinsipcə sonsuzdur. Bu, cəmiyyət və təbiətin qarşılıqlı təsirinin məkan (o 

gümlədən zaman) daxilində sonsuz genişlənə biləcəyinin real olduğunu göstərir. 

Cəmiyyətin məkanca sonsuz genişlənməsi imkanı (kosmosu mənimsəməklə) onun zaman daxilində də son-

suz mövcudluğu üçün də  zəmin yaradır. Kosmosun mənimsənilməsi, beləliklə, sosial əbədilik deyilən qədim 

konsepsiyanı yeni əsasda dirçəltmişdir. 

Görünür, kosmosun praktiki cəhətdən mənimsənilməsi üçün kosmosda ekoloji istehsal inkişaf etdirilməli, yə-

ni insanların başqa planetlərdə həyat təmin etmək üçün süni biosferlər yaradılmalıdır. İnsan bu zaman Yer bios-

ferini modelləşdirməli, canlı maddənin əsas funksiyalarını təkrar istehsal etməlidir. 

Kosmosun mənimsənilməsi cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərində dönüşdür. Yerin təbiətində cə-

miyyətin fəaliyyəti üçün real məhdudiyyətlər kosmosa çıxmaqla aradan götürülə bilər. 

Bu baxımdan, cəmiyyət və təbiətin qarşılıqlı təsirindən maddə-enerji aspektinin genişlənməsi və dərinləşmə-

si, insanın fəaliyyət dairəsinə (kosmik mənşəli) yeni maddə və enerji mənbələrinin daxil edilməsi diqqəti daha 

çox cəlb edir. Məsələn, kosmik enerji mənbəyinin maddi istehsal sferasına cəlb edilməsi üçün perspektivlər açı-

lır. 

Cəmiyyətin informasiya fəaliyyətində kosmonovtikanın inkişafı ilə əlaqədar inqilabi dəyişikliklər müşahidə 



edilir. Kosmos haqqında məlumatların alınması imkanları xeyli  genişlənmişdir. İndi kosmosdan Yer və onun 

biosferi haqqında informasiya alınır. 

Bu gün kosmonavtikanın əsas məqsədi yaxın Kosmosun elm və istehsal məqsədləri üçün mənimsənilməsidir. 

Bu baxımdan, kosmik fəzada günəş elektrik stansiyaları şəbəkəsinin yaradılması (kosmosda günəş enerjisinin elektrik 

enerjisinə çevrilməsi prosesi daha effektiv keçir) və onların enerjisinin yerə ötürülməsi, enerji tutumlu və biosfer üçün 

təhlükəli olan istehsalın yüksək tezlikli cərəyanlar və ya lazer şüaları vasitəsilə kosmik fəzaya köçürülməsi daha çox ma-

raq doğurur. 

Bununla belə, kosmosun mənimsənilməsinin biosfer üçün törədə biləcək nəticələrin müəyyən edilməsinin daha bö-

yük əhəmiyyəti vardır. Hətta kosmosa buraxılan raketlərin biosferə mənfi təsiri özünü göstərir; belə ki, işlənmiş qazlar 

biosferi zəhərləyir, raketin atmosferdən keçməyi onun tərkib və hərəkətinə təsir edir. Kosmos getdikcə kosmik metal qı-

rıntıları ilə çirklənir. 

Qayıq tipli kosmik aparatların 250-450 km (ionosfer plazmasının sıxlığının maksimuma çatdığı yerdə) yüksəklikdə 

uçması nəticəsində ionosferdə dəyişikliklər baş verir, «ionosfer deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi 

proseslərinin təbii gedişinə və biosferin digər komponentlərinə güclü təsir göstərilir. 

Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi ilə əlaqədar iki kəskin mövqenin səhv olduğu aydın 

olur: 1) ekoloji təhlükənin qarşısını yalnız yerdəki vasitələrlə almaq (kosmosun mənimsənilməsinin əleyhinə on-

ların mövqeyi); 2) ekoloji qəza zamanı bəşəriyyətin Yer kürəsini tərk edib kosmosdan sığınacaq kimi istifadə et-

məsi. 


Əslində, bəşəriyyət, əvvəllər yalnız Yerdə təbiətlə əlaqədar olduğu halda, indi daha geniş sistemə çıxır. Hazırda nü-

vəsini cəmiyyət təşkil edən «Bəşəriyyət– Yer– Kosmos» sistemi formalaşır. Yer sakinləri XXI əsrdə hələ planetimizi 

tərk edib kosmosa keçmək fikrində deyillər. Kosmonovtikadan ilk əvvəl Yerdə həyat şəraitini yaxşılaşdırmaqdan ötrü 

istifadə ediləcəkdir. 

Əgər söhbət uzaq gələcəkdən gedirsə, K.Y. Siolkovskinin fikrincə, bəşəriyyət əvvəl-axır günəş ətrafı sistemini, son-

ralar isə bütün qalaktik fəzanı mənimsəyəcəkdir. Görünür, o zaman insanlar Yer kürəsini çiçəklənən bağa, nəhəng qoru-

ğa, təbiətin böyük abidəsinə çevirəcəklər. 



 

421


Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir uzun müddət Yerin hüdudları daxilində baş verirdi. Kosmonovtikanın 

yaranması ilə yerdənkənar təbiətin öyrənilməsi və dəyişdirilməsinin başlanğıcı qoyulmuşdur. Ona görə də sosial ekolo-

giya yalnız Yer problemlərinə istiqamətlənə bilməz, o həmçinin kosmosun mənimsənilməsinin xüsusiyyətlərini, onun 

kosmik təbiətə və Yerin biosferinə təsirini nəzərə almalıdır. 

 

21.11. Sosial ekologiyanın qanunları 

 insan fəaliyyətinin motivləri kimi 

Sosial ekologiyanın vəzifəsi vahid sistem daxilində cəmiyyət, texnika və təbiətin qarşılıqlı əlaqəsini əks etdi-

rən yeni tip qanunların izahını, qısa şərhini verməkdir. 

Qanun – təbiətdə və cəmiyyətdəki hadisələr arasında zəruri olan, təkrarlanan münasibətlərdir. Hələ indiyə ki-

mi heç bir elm cəmiyyət və təbiətin birliyini əks etdirən qanunların üzə çıxarılması problemi ilə məşğul olma-

mışdır. İlk dəfə sosial ekologiya bu cür sosiotəbiət qanunlarının müəyyən edilməsinə öz iddiasını bildirir. Bu qa-

nunların xüsusiyyətləri ondan ibarətdir ki, onlar müxtəlif səviyyəli sosioekosistemlərin davamlı inkişafı üçün 

zəruri şəraiti müəyyən etməlidir. 

Bu şəraitlər biosfer hüdudunda bəşəriyyətin fəaliyyətinin xarakterini, istiqamətini təbliğ etməlidir. 

Sosial ekologiyanın qanunları iki yerə, ekoreqress (biosferi və bəşəriyyəti məhvə aparan) və ekoinkişaf (yəni 

bu məhv olmanın qarşısını alan) qanunlara bölünür. Təbiəti mənimsəyən zaman elə şərait texniki-təşkilati əlaqə 

yaradıla bilər ki, dağıdıcı qanunlar deyil, yaradıcı qanunlar üstünlük təşkil edə bilsin. Ekoloji optimal strategiya-

nın mahiyyəti də ondan ibarətdir ki, iki tip qanundan sağqalma qanunları seçilsin. Bu qanunlar sisteminin üzə 

çıxarılması sosioekologiyanın əsas məqsədini təşkil edir. 

Sosial ekologiyanın qanunları insanın dəyişdirici fəaliyyəti və təbiətdə maddə, enerji və informasiya dövran-

ları təsiri ilə yaranmış maddə, enerji və informasiya axınlarının sinxronluğunu, uyğunluğunu əks etdirməlidir. 

Yalnız bu qanunlara arxalanmaqla cəmiyyət ekoloji və sosial-iqtisadi inkişafın qarşılıqlı bağlılıq məsələlərini 

həll edə bilər. 

İndiyə  qədər bizim sivilizasiyanın xüsusiyyətindən, onun ziddiyyətindən irəli gələrək, sosial-iqtisadi inkişaf 

ekologiyanın hesabına olmuşdur. Həmin ziddiyyətin həllini sosial-iqtisadi inkişaf ləngitməkdə deyil, (bu, son nəticə-

də insanların həyat səviyyəsini aşağı salardı), həm cəmiyyəti, həm də təbiəti harmonik inkişaf etdirməkdə axtarmaq 

lazımdır, yəni söhbət davamlı inkişafa keçilməkdən getməlidir. Bundan ötrü isə cəmiyyət, təbiət və texnikanın qarşı-

lıqlı təsirinin qanunauyğunluqlarını dərindən bilmək lazımdır. 

Amerika ekoloqu B. Kommonerin bu məsələyə yanaşması maraq doğurur. O, bioekologiya və bəşəriyyətin 

təbiətdəyişdirici təcrübəsini müəyyən dərəcədə ümumiləşdirməklə dörd sosial-ekoloji qanun formalaşdırmağa 

cəhd etmişdir. 

 

Birinci qanun: 

Hər şey hər şeylə bağlıdır. 

Bu qanun ekosferdə mürəkkəb qarşılıqlı təsir şəbəkəsinin olduğunu əks etdirir. Onun məqsədi insanı ekosis-

temin ayrı-ayrı hissələrinə düşünülməmiş təsirdən saxlamaqdır. Belə ki, bu cür təsirlər gözlənilməyən zərərli ha-

disələr törədə bilər. 

 

İkinci qanun: 

Hər şey harayasa getməlidir? 

Bu qanun materiyanın saxlanması kimi fundamental qanundan ortaya çıxır. O, maddi istehsalın tullantılarına 

yeni nöqteyi-nəzərdən baxmağa imkan verir. Yerin təkindən çıxarılmış külli miqdarda maddə, yeni maddələrə 

çevrilərək, «hər şey haradasa olmalıdır» faktı nəzərə alınmadan ətraf mühitə səpələnib.  Nəticədə külli miqdarda 

maddə elə yerlərdə toplanır ki, təbiətdə onların orada olması məsləhət deyildir. 

 

Üçüncü qanun: 



Təbiət yaxşı bilir. 

Bu qanun o mövqedən çıxış edir ki, «indi yaşayan canlı varlıqların orqanizmlərinin strukturu və ya müasir tə-

bii ekosistemin təşkili o mənada yaxşıdır ki, onlar əlverişsiz variantlar içərisindən diqqətlə seçilmişdir və istənilən yeni 

variant yəqin ki, indikindən pis olacaqdır». Bu qanun hərəkətsizliyə yox, əksinə, təbii bio - və ekosistemləri diqqətlə öy-

rənməyə, dəyişdirici fəaliyyətə şüurlu yanaşmağı tələb edir. Təbiətin dəyişdirilməsinin nəticələrini dəqiq bilmədən təbiə-

ti «yaxşılaşdırmaq» kimi hərəkətlərə yol verilə bilməz. 

 

Dördüncü qanun:  

Heç nə təmənnasız verilmir. 

B.Kommoner hesab edir ki, dördüncü qanun əvvəlki üç qanunu özündə birləşdirir, «Ona görə ki, qlobal eko-

sistem vahid sistem olub, onun hüdudları daxilində uduş və ya itki ola bilməz, belə ki, insanın əməyi vasitəsilə 

ondan alınmış hər şeyin əvəzi ödənilməlidir». 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə