“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

30

müddətində gündəlik müşahidə altında sax-



lanıldı.  Bu  müddətdə  təcrübə  heyvalarının 

iki  başında  (1222  və  1505  №-li)  hemoqlo-

bin  və  eritrositlərin  miqdaları  demək  olar 

ki,  normal  hədlərə  yaxın  səviyyəyə  qədər 

artdı: hemoqlobin 8.4-10.3 q %, eritrositlər 

4.25-5.6 mln. müəyyən edildi. Protrombinin 

göstəricisi 10-14 saniyəyə qədər azaldı. Pe-

roksidaza  rəqəmi  15.9-19.2-ə  qədər  artdı. 

Hər üç inəkdə katalaza fermentinin fəallığı 

normal  həddə  çatmasa  da,  müalicədən  əv-

vəlki status həddindən xeyli artıq səviyyədə 

qaldı.  Qələvi  fosfotazanın  göstəricisi  isə 

status  həddindən  34.2-35  %  azalaraq  sabit 

səviy yədə (5-5.4 %) dayandı.

Sidiq göstəriciləri 1437 №-li inəkdə açıq 

qırmızı  rəngli,  bulanıq,  makrohematuriya 

formalı  sidik  ifrazı  davam  etdi.  1222  №-li 

inəkdə  sidik  al-qırmızı  rəngdən  narıncı 

rəngə, bulanıqlıqdan şəffaflığa və makrohe-

maturiyaya  çevrildi.  Bu  vəziyyət  bir  ay 

müddə tində  davam  etməklə  sabit  qaldı. 

1505 №-li inəyin sidiyi əvvəlki kimi yenə də 

sarı  rəngli,  şəffaf  və  mikrohematuriya  for-

mada  qeydə  alındı.  Ümumiyyətlə,  müalicə 

müddətində (75 gün) təcrübə heyvanlarının 

ümumi  vəziyyətində  də  yaxşılaşma,  güm-

rahlaşma,  diri  kütlənin  bir  qədər  artması 

(birtərəfli yem ləndirməyə baxmayaraq) və s. 

qeydə alındı. 

Beləliklə  xroniki  hematuriya  ilə  ağır 

(makrohematuriya)  üç  baş  spontan  xəstə 

inək  üzərində  aparılmış  simptomik  müalicə 

nəticəsində onların iki başında (1222, 1505 

№-li)  klinik  sağalma,  anemik  vəziyyətin 

itməsi, qanın morfoloji tərkibində, xüsusən 

hemoqlobin  və  eritrositlərin  səviyyələrinin 

normal  həddə  çatması,  biokimyəvi  göstəri-

cilərin  normaya  yaxınlaşması,  ən  başlıcası 

isə makrohematuriyanın mikrohematuriyaya 

çevrilməsi  mümkün  oldu.  Bir  başda  isə 

(1437№-li)  ümumi  vəziyyətdə  yaxışlaşma 

müşahidə olundusa da, müalicə müddətində 

makrohematuriya olduğu kimi davam etdi.

Təcrübənin  75-ci  günündə  patoloji-

anato mik  tədqiqat  ücün  inəkləri  kəsildi.  Bu 

zaman  mikrohematuriyalı  inəklərdə  (1222 

və 1505 №-li) daxili orqanlarda əsaslı vizual 

dəyişik lik  müşahidə  edilmədi;  yalnız  sidik 

kisələ rində selikli təbəqənin zəif hiperplazik 

vəziyyəti  və  sağalmış  bir  neça  yara  yerləri 

müşahidə edildi. Makrohematuriyalı inəkdə 

(1437№-li)  isə  qaraciyərdə  xroniki  hepatit, 

onun şişkin vəziyyəti, orqanın konsistensiya-

sının  bərkiməsi,  xroniki  endokardit,  ürəyin 

həcmcə böyüməsi, ən vacibi isə böyrəklərdə 

nefrit əlamətləri, sidik kisəsi divarının 3-4 dəfə 

qalınlaşması, selikli qişasının hemorragiyalı 

və  onun  mərkəz  hissəsində  3  ədəd  noxud 

boyda, üzəri açıq, qan axıntısı verən qırmızı 

rəngli yaralar, şişkinliklər və s. qeydə alındı.

Ümumiyyətlə, təcrübədən alınan nəti cə-

ləri  yekunlaşdıraraq  göstərmək  olar  ki, 

qara  malın  xroniki  hematuriyasında  tətbiq 

edilmiş  simptomatik  müalicə  preparatları-

nın  təsi rin dən  orqanizmdə  gedən  hemato-

loji,  bio  kimyəvi  dəyişikliklər  (hemo qlo-

binin,  eritro sit lərin  miqdarca  artması, 

pro  trom bin  göstə  ri cisinin  azalması,  kata-

laza,  peroksidaza  fer mentlərinin  fəallığının 

yüksəlməsi,  qələvi  fosfotaza  fermenti 

göstəricisinin aşağı enməsi və s.). xəstəliyin 

müalicə  olunmasının  müm kün  olduğunu 

deməyə  əsas  verir.  Lakin  bu  müalicə  uzun 

vaxt çəkir və artıq vəsait tələb edir.

Xroniki  hematuriyanın  açıq  forması 

etioloji  faktorun  orqanizmə  ümumi  toksik 

təsiri fonunda patoloji prosesin sidik orqan-

larında  lokalizasiya  etməsi  ilə  gedən  və 

tədbir görülmədikdə ölümlə nəticələnən qa-

ramalın ağır gedişatlı xəstəliyidir.

Xəstəlik mədə-bağırsaqlarda sidik yolla-

rında seroz, selikli təbəqələrdə kapilyar da-

mar  sisteminin  ektaziyası,  hemorragiyası, 

sidik  kisəsi  selikli  qişasının  hiperplaziyası, 

papillomatoz  şişləri,  qan  axıdan  açıq  yara-

ları,  qan  doğuran  orqanlarının  əvvəlcə  hi-

perplaziyası, sonra isə hipofunksiyası və or-



31

Elmi-praktik jurnal   



bAyTArlıq

qanlarının əvvəlcə hiperplaziyası, sonra isə 

hipofunksiyası  və  orqanizmin  xronik  post-

hemorroji anemiyası ilə səciyyələnir.

Xroniki  hematuriyanın  açıq  formasında 

təklif edilmiş simptomatik müalicə kursları-

nın tətbiq etdikdə:

– qanda hemoqlobinin, eritrositlərin miq-

darı,  katalaza  peroksidaza  oksidləşdirici 

fermetlərin fəallığı, qanın laxtalanma qabiliy-

yəti artır, qələvi fosfotazanın fəallığı azalıb 

normal hədlərə yaxınlaşır.

– sidikdə  qan  ifrazı  makrohematuriya 

formadan  mikrohematuriyaya  çevrilir,  pro-

teinuriya zəifləyir.

– Ağır  gedişatlı  xroniki  hematuriya  ilə 

xəstə qaramalda təklif etdiyimiz simtomatik 

müalicə  kurslarını  istifadə  etdikdə  xəstə-

lərdə klinik sağalma əldə etmək olur.

Резюме

Абдуллаев М.К., Эюбов И.З., Алишзаде С.Д., Бабаева Т.Ю., Ашурова Т.Н.

хРоническая гематуРия кРупного Рогатого скота

Изучены  клинические  признаки,  гематологические,  биохимические  показатели 

крови и мочи у спонтанно больных хроничкской гематурией крупного рогатого скота.

Впервые установлено,что этиологическим фактором хронической гематурии круп -

ного рогатого скота является эндемическое растение папоротник – Dryptoris raddena.

SuMMAry

Abdullayev M.Q., Eyubov İ.Z., Alishzade S.C., Babayeva T.Y., Ashurova T.N.

cHrOnıc HeMAPHurıyA lArGe HOrned lıveSTOck

Clinical attributes, hematological, biochemical parameters of blood and urine at spon-

taneously sick chronic hemophuriya large horned livestock are studied.

For the first time it is established, that etilogical the factor chronic hemophuriya lage 

horned livestock in the Azerbaijan republic is endemic plant- fern- Dryptoris raddeana.

ədəbiyyAT 

1.  Чубук  А.А.,  Гриценко  В.Г.  Лечение  гематурии  крупного  рогатого  скота. 

Ж., Ветеринария, 4, 1953, стр. 27.



2.  Петренко  Б.Г.,  Чуприна  А.В.  Опыт  профилактики  хронической  гематурии 

крупного  рогатого  скота  в  Закарпатской  области.  Научн.тр  УССР,  Инст.  эсперим. 

ветеринарии, т.ХХIII, 1956, стр. 141.

3

.  Задерий  И.И.  Мещенко  В.М.  О  профилактике  и  лечении  гематурии  крупного 

рогатого скота. Ж., Ветеринария, 5, 1957, стр.46.

4.  Решетняк  В.С.,  Козаков  С.Б.  «К  вопросу  этиологии  и  лечения  хронической 

гематурии  крупного  рогатого  скота.»  Тр.  Львовского  зоовет.  инст-та.,  т.II,  1961, 

стр.201. 

5. Balascak J.C. Hameturia vesicalis boviş chronica veterinars. 1964, 17.2, p.84.

6. Datta S. Ensootic bovine hacmaturia Jnd. J. veter. SC. and anim. husb., 1965, v.35, 

N.2, p.69.



7.  Морошкин  Б.Ф.  Хроническая  гематурия  крупного  рогатого  скота.  В  кн. 

«Эндемические болезни животных». М., 1968, стр.269.



8. Партсвания Б.В. Джанелидзе З.А. и др. Разработать лечебно-про филактические 

мероприятия против хронической везикулярной гематурии крупного рогатого скота в 

условиях Груз.ССР. Копия отчета о НИР, Тбилиси – (1986-1988).



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə