Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 
152 
bir oğlanın yaxınlaşdığını gördü:  
 
-Salam,  buyurun  gedək  maşın  bir  az 
aralıdadı.  
 
-Salam,  nə  əziyyət  çəkmisiniz,  mən 
özüm də gələ bilərdim. Hansı taksiyə iki ma-
nat  versəm  aparacaqdı.  Bakı  deyil  ki,  bura. 
Burda  şəhər  daxili  hər  yerə  gediş-gəliş  bir 
manatdı.  Bakıda  bir  manata  taksi  heç  mü-
hərriki işə salmır.  
 
-Yox,  nə  əziyyət?  Yas  yeriniz  varmış. 
Elə  mən  də  ordan  gəlirəm.  Rəşadı  çox  yaxşı 
tanımırdım,  amma,  şeir  kitabını  iki  günə 
bitirmişdim.  Mükəmməl  şair  idi.  Savadlı  və 
bu  dövrdə  ehtiyac  duyulacaq  biri  idi.  Heyf, 
niyə belə iş tutdu, bilmirəm. Hamı kimi mən 
də məntiqli bir izahat  tapa bilmirəm. Ən ya-
xın siz idiniz ona, bəlkə bilirsiniz?  
 
-Yəqin Allahı tapıb.  
 
Həsən avtomobilin içindəki yuxarı güz-
güdən arxada oturan Nihada elə baxdı ki, az 
qalırdı qəza törətsin.  
 
-Anlamadım. Necə yəni Allahı tapıb?  
 
-Bilmirəm, mənə söz vermişdi ki, özünü 


 
153 
öldürməyəcək  o  vaxta  kimi  ki,  Allahı  tap-
masın. Yəqin tapdı. Yoxsa mənə olan sözünü 
tutardı.  
 
-Nə  deyim  vallah.  Elə  söz  dediniz  ki, 
bağışlayın,  amma,  pişmiş  toyuğun  gülməyi 
gəldi.  Özünüz  bilməmiş  olmazsınız,  Allah 
laməkandır  və  hər  insanın  bir  Allahı  var.  La 
ilahə illəllah.  
 
-Yəqin o öz Allahını tapıb.  
 
-Belə  danışmaqla  nə  qədər  günaha  ba-
tırsınız bilsəniz, danışmazdınız. Sol çiyniniz-
dəki  mələk  bax  elə  indi  bunu  dəftərə  qeyd 
elədi.  
 
-Onsuzda  sağ çiynimdəki mələyin qələ-
mini öz əllərimlə qırmışam.  
 
-Əstafurullah.  Lənət  kor  Şeytana. 
Dayım  səni  hardan  tapıb  bilmirəm,  bilirəm 
ki, düz iş görməyib.  
 
-Mən dayını tapdım o məni yox.  
 
-Nə  isə  budur  çatdıq.  Son  qəminiz  ol-
sun.  
 
-Sağ ol, səni də yordum.  
 
-Dayım sağ olsun ki, sənin kimi maraqlı 


 
154 
bir  sual  işarəsini  on  dəqiqəlik  də  olsa  ömrü-
mə yapışdırdı.  
 
-Dostlar sağ olsun. Vətən sağ olsun.  
 
Həsən  bir  az  irəli  getdikdən  sonra 
öz-özündə  deyinməyə  başladı:  Harda  qəliz 
adam var gələr ilişər bu dayıma.  
 
Nihad yas evindən içəri keçdi, nehrəmli 
Vahid, Kərim və digər uşaqlar onu qarşılayıb:  
 
-Qardaş haralardaydın? Sənində başına 
bir iş gəlib deyə çox qorxduq.  
 
-Heç nə olmaz. Necə oldu?  
 
Vahid  əlini  Nihadın  çiyninə  qoyub  gəl 
bir az yeriyək dedi və ardınca:  
 
Nihad  özün  bilirsən  ki,  bu  son  vaxtlar 
Rəşad  üçün  həyat  çəkilməz  olmuşdu.  Çox 
bezmişdi  hər  şeydən.  Mən  ona  haqq  qazan-
dırmıram,  amma,  bilirsən  axı  o  necə  sevirdi 
Ayseli.  Yəqin  sənə  deyib.  Ayselin  zorla  get-
diyini  və bir oğlu olduğunu.  Adını da  Rəşad 
qoyub. Amma, heç xoşbəxt deyil. Yoldaşı hər 
gün  onu  döyür,  əziyyət  verir.  Nə  olsun  im-
kanı var, eşşəyin biridi. İçib gəlir, heyvan ba-
lası kimi çırpır yazıq qızı. Bir  dəfə  Rəşad ya-


 
155 
nımda idi. Bir ayın söhbətidi. Aysel zəng elə-
mişdi  və  ağlıyırdı.  Rəşadla  xeyli  danışdılar. 
Deyirdi  ki,  nə  olar  məni  bağışla,  gəl  məni 
xilas  elə bu  dərddən. Mən səni sevirəm.  Am-
ma, Rəşadın necə qürurlu olduğunu da bilir-
sən.  Başqasının  yoldaşına  hələ  də  uşaqlı  bir 
qadına heç yaxınlaşmaz belə.  Təkcə bu deyil. 
O  qədər  problemi  vardı  ki,  yazığın.  Son 
zamanlar  Allaha  da  qarşı  inamsızlıq  yaran-
mışdı.  Namazı  axsadır,  içib-çəkirdi.  Bilirəm 
bunların  heç  birini  bilmirsən.  İstəmirdi  bil-
məni. Sənə o qədər dəyər  verirdi ki, çox  şeyi 
danışmıyıb  ki,  ürəyini  sıxmıyasan.  Deyirdi, 
yetim  böyümüşəm,  çox  şeydən  məhrum  ol-
muşam,  isti  ana  qucağından,  ata  nəvazişin-
dən,  qardaş-bacı  sevgisindən.  Sevgidən  də 
yarımamışam.  Tanrı bunları bilərək  edir,  işi-
ni-gücünü  qoyub  mənə  əzab  verir  deyirdi 
son vaxtlar. Sən hələ bilmirsən. Bir şeydə var. 
And  içmişdim  ki,  demiyəcəm,  amma,  bil-
məlisən.  Rəşad  iki  ay  əvvəl  çətin  bir  qərar 
verdi.  Bir  qız  tələbəsi  vardı.  Adı  səhv  elə-
mirəmsə Rəhimə  idi. Onun böyrək çatışmaz-


 
156 
lığı  vardı.  Tezliklə  əməliyyat  olunmasa  ölə 
bilərdi. Donor axtarılırdı. Rəşad könüllü oldu 
və  bunu  hamıdan  gizlətdi.  Təsadüfdən  elə 
böyrək  də  uyğun  gəlmişdi.  İndi  Rəhimə  heç 
özü  də  bilmir  ki,  yaşayırsa  ölən  müəllimi 
Rəşadın  sayəsində  yaşayır.  Ölümünü  əvvəl-
cədən  planlaşdırmışdı.  Çoxdandı  ki,  həyata 
keçirmək  istədiyi  bu  fəlakəti  bir  neçə  gün 
əvvəl  reallaşdırdı.  Tezdən  universitetə  get-
məmişdi.  Telefonu isə bağlı  idi. Çox  narahat 
oldum  və  işdən sonra gəldim  Rəşadın  evinə. 
Qapı açıq  idi.  İçəridən səslədim  səs gəlmədi. 
Evə  girdiyimdə  isə  artıq  iş-işdən  keçmişdi. 
Axşamdan  asılı  qalmışdı  tavandan.  Yerim-
dəcə donub qaldım və yarım saat tərpənə bil-
mədim. Dərhal polis və ambulans çağırdım.  
 
-Bu  qədər  şey  olub,  mənə  heç  birini 
danışmıyıb. O mənə qardaş olub. Böyük qar-
daş. Halbuki, mən heç vaxt onun  dostluğuna 
layiq  olmamışam.  Həmişə  özüm  haqda  nəsə 
istəmiş,  özüm  haqda  düşünmüşəm. Ətrafım-
dakıları  öz  talehinə,  təkliyə  buraxmışam. 
Mən  çox  pis  insanam  və  buna  görə  də 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə