Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 
129 
Sevənlə, ayrılan, hər biri insan,  
Ayrılıq insanın öz əlindədi.  
Həyata keçməyən bəzi arzular,  
Yaxşı ki, Allahın istəyindədi.  
 
 
Nazilə xalaya haqq qazandırmayın,  on-
suzda  onu  heç  zaman  bağışlamayacam.  Də-
nizin  telefonunu  qaytardı  Dəniz  oxudu  və 
üst-üstə düşən fikirləri olduğuna görə başı ilə 
Rəşada razılıq  etdi. Yaxşı, durun,  daha gecdi 
yataq. Sabah uzun bir yol var. Darıxdım Bakı 
üçün. Heç Bakı mənim üçün darıxmayıb.  
 
 
 
 
 
 
 
 
 
 
 


 
130 
BAKI KÜLƏKLƏRİ  
AYRILIQ ƏSDİRİR... 
 
 Boş-boşuna deyinmişəm,  
 Ağlayanda sevinmişəm,  
 İndi həyat nə etsin ki?  
 Mən həyata gecikmişəm.  
 
 
Artıq Bakıda idik, hava limanından Or-
xanın  avtomobilini  götürüb  qayıdırdıq.  Də-
nizə dedim ki, əvvəlcə gedək bizə, ordan köz 
dönərdə  dönər  yeyərik,  Sahildə  bir  az  gəzib 
səni apararam evə. Dəniz razılıq verdi. Nihad 
paltarlarını  və  gətirdiklərini  evə,  Naxçıvan-
dan  gələn  göycəni  soyuducuya  qoydu.  Evi 
bir  az  gəzib  Dənizə  tanıtdıqdan  sonra  dönər 
yemək üçün Əsgərin məkanına getdilər.  
 
Avtomobili  kənarda  saxladı  və  aşağı 
endilər.  Amma,  köz  dönər  bağlı  idi.  Qəribə-
dir, axı heç vaxt indiyədək bu saatda Əsgərin 
dükanı  bağlı  olmamışdı.  Avtomobilə  tərəf 
dönüb qayıdırdılar ki, qonşu mağazadan biri 
çıxdı və dedi:  
 
-Əsgər ölüb.  


 
131 
 
Nihad nə  sağa gedə bilirdi  nə sola. Heç 
danışa  da bilmədi. Əli ilə  işıq  dirəyinə tutub 
birtəhər özünə gəldikdən sonra:  
 
-Sən nə danışırsan?  
 
-Vallah  qardaş  heç  kimi  yoxdu,  bilsəy-
dim  ki,  bu  qədər  yaxınındı  belə  deməzdim. 
Yazıq elə yaxşı  oğlan  idi ki, heç kimlə  işi  ol-
mazdı.  Axşam dükanı bağlıyıb gedirdi ki, iki 
cavan  oğlan bıçağı boğazına  dayıyıb nə  pulu 
var  istəyiblər.  O  da  vermiyib,  şişləyiblər  ya-
zığı.  
 
-Nə vaxt olub?  
 
-Beş gün olar.  
 
-Heç kim  sahib çıxmadı yetimə dövləti-
miz sağolsun, özü sahibləndi.  
 
-Mən bilsəydim. Kaş ki.. Naxçıvana get-
mişdim, orda  da qohum  ölmüşdü.. Çox istə-
yirdim.. Nə isə, Allah rəhmət eləsin..  
 
-Amin.  Mərd  oğlan  idi,  heç  kimin  çö-
rəyinə göz dikməzdi. Heyf..  
 
Nihad  mövzunu  Dənizə  başa  saldı  və 
avtomobilə  oturub  Sahilə  yollandılar.  Dəniz 
boyu  qol-qola  gəzən  bu  iki  gənc  tez-tez  kə-


 
132 
nardakıların  baxış  hədəfinə  çevrilirdi.  Göz-
ləri  dolmuşdu  Nihadın  və  heç  nə  demədən 
Xəzər  dənizinə  baxır,  aradabir  dönüb  yanın-
dakı Dənizə baxırdı. Axı heç nəyini bilmədiyi 
bir qız  onun ən  pis günlərində yanında  olan 
tək adam idi. Daima əl-ələ, qol-qola gəzən və 
ona  belə  bir  səmimi  məhəbbətlə  yanaşan 
Dəniz  kim  idi?  Axı  o  hardan  gəlmişdi,  niyə 
gəlmişdi?  Özünə  suallar  verməyə  başladı. 
İndiki  zəmanədə  belə  biri  tapılmaz  axı.  Heç 
bir  təmənna  güdmədən,  şikayətlənmədən 
daima  Nihadın  yanında  olmaqdan  məm-
nunluq  duyan  bu  qızcığaz  kim  idi?  Axı  heç 
vaxt  onun  dərdləri  haqda  danışmamışdılar. 
Heç  vaxt  ona  ayıracaq  vaxtı  olmasa  da  bu 
qızcığaz  niyə  ona bu qədər yaxın  idi  və niyə 
heç  vaxt  şikayətlənmirdi?  Nihadın  qeydlər 
apardığı  dəftərindən  bir  fikir  yadına  düşdü: 

Bəzən tanımadığımız insanlar bizə bizdən 
də yaxın olur” 
 
Nihad bir  dəqiqəlik ayaq saxladı  və boş 
olan  skamyayı  işarə  edib, əyləşməyi işarə  et-
di. Dəniz həmişəki kimi başı ilə razılıq  verdi. 


 
133 
Dəniz  Rəşaddan  hədiyyə  olaraq  aldığı  şeir 
kitabını əlindən heç yerə qoymurdu və əli ilə 
bir şeir göstərib kitabı Nihada uzatdı:  
 
Ümid şamlarımı əridən zaman,  
Səni xatırladır keçən anbaan,  
Bir yolum həqiqət, bir yolum yalan,  
Tıxanıb üçüncü məhəbbət yolu.  
 
Məhəbbət zərindən qoşa atıldıq,  
Gərçəyin içində biz də nağıldıq,  
Bəlkə istəmirik, amma, ayrıyıq,  
Bağlıdı üçüncü məhəbbət yolu.  
 
Füsünkar sevgidən həzz alanlara,  
Kənardan qalmışıq biz baxa-baxa,  
Mən indi demirəm, bəlkə nə vaxtsa,  
Açılar taybatay məhəbbət yolu.  
 
 
-Çox  qəşəng  şeirdi  Dəniz,  bəyəndim. 
Mənə aiddir bu, sənə?  
 
-Heç birimizə. Sadəcə  maraqlı şeirdi  və 
buna görə də, oxumanı istədim.  
 
-Mənə bir az ailən və özün haqda danış.  


 
134 
 
-Axı bu haqda qısaca demişəm.  
 
-Həmişə  mənim  problemlərim  və  mən 
haqda  danışırıq. Səni tam  unutmuşuq.  Danış 
xahiş edirəm.  
 
-Atam  mən  balaca  olanda  anamı  evdə 
başqa  kişiylə  tutub  və  hər  ikisini  öldürüb. 
Həbsə düşüb, mən  isə xəstə bibimin yanında 
böyümüşəm.  BDU-nin  İngilis-dili  fakultəsini 
bitirmişəm.  Atam  öləni  dörd  il  olub.  Həyat 
çox  ədələtsiz  oyunlarından  birini  mənimlə 
oynayıb. Nə ana rəğbəti görmüşəm, nə da ata 
sevgisi.  
 
-Çox pis oldum. Bəs anan niyə? Yəni..  
 
-Bilmirəm, bibim deyir ki, o fahişə olub. 
Onun  haqda  heç  nə  bilmirəm.  Valideynlə-
rimin  hər  ikisin  valideynləri  də  erkən  ölüb. 
Yəni atamla anam evlənəndən iki-üç ay  son-
ra.  Nə  babalarımı,  nə  də  nənələrimi  görmək 
mənə qismət olmuyub.  
 
-Belə ata-anadan  olmaqdansa, olmama-
sı məncə daha yaxşıdı.  
 
-Yox  elə  demə,  anamı  tanımamışam, 
amma,  ona  nifrət  edirəm  ki,  atamı  aldadıb. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə