174
Artıq yaşamağa gücüm qalmıyıb,
İndi çox gücsüzəm, indi çox sənsiz.
Az ayaq saxlayıb bir az düşünsən,
Yarımçıq həyatlar yaşayırıq biz.
Kölgəsiz insandı, kimsəsiz uşaq,
Tanrı yaratmadı bizləri qəlbsiz.
Bir ömür yaşayıb kora-şimala,
Yarımçıq həyatlar yaşayırıq biz.
Nihad bu şeiri çox bəyənmiş dəfələrlə
təkrar-təkrar oxumuşdu. Sonra dəftəri bükdü
və yatmağı qərarlaşdırdı. Sabah uzun bir gün
olacaqdı. Bakıya qayıdıb bir çox məsələni həll
etməli idi. Əsas isə Dənizi tapmalı idi.
Yatmaq üçün elə yatağı hazırlayırdı ki, yenə
nokia markalı telefonun səsi digər otaqdan
səslənməyə başladı. Ağzından ilk çıxan ad
Dəniz oldu və qaçaraq digər otağa keçdi.
Telefonu əlinə alan kimi bildi ki, bu Orxandı:
-Salam qardaşım, necəsən?
-Salam Orxan. Belə da, yaxşı olmağa
175
çalışıram.
-Nə baş verib dostum? Səsinin tonunu
heç bəyənmədim. Xəstə deyilsən ki?
-Yox Orxan, sadəcə bəzi problemlər var.
Nə vaxt gəlirsən? Gəl çıx görək axı sənə eh-
tiyacım var.
-Nə olub Nihad, vallah fikrim qaldı
səndə. Amma, narahat olma elə sabah gəli-
rəm. Elə deyirdim sabah axşam çıxasan hava
limanına.
-Əlbəttə, olar-olar. Saat neçədə gələrsən
təxminən?
-Hər şey qaydasında olsa sabah Frank-
furtdan çıxacıyıq və Bakı saatı ilə saat 21:00-da
çatacıyıq.
-Frankfurt? Axı ora Almanyadı.
-Hə elədi, bir həftə olar Almanyadayıq.
Buranı da gəzmək istədik.
-Düz elədin, oldu Orxan, hava limanına
çıxacam əmin ol.
-Bu dəfə İnci səni öpür Qumral da sa-
lam deyir.
-Hə, səndə İncini öp. Qumrala salamla-
176
rımı çatdır. Sağol.
Nihad sağollaşıb Rəşadın dəftərini sa-
bah yola çıxanda götürəcəyi bağlamaya qoy-
du və bir az düşünməyə başladı ki, axı bu evi
nə etsin? Nazilə xaladan, Rəşaddan yadigar-
dı. Nə satmaq olar, nə də özü yaşaya bilərdi.
Birdən yadına Vahid düşdü. Nehrəmdə ya-
şayırdı, amma, şəhərdə həkim işləyirdi. Hər
gün gəlib getməsi də əlavə xərcdi. Elə ən
yaxşısı bu evi Vahidə verməkdi. Rəşad da
burda olsaydı belə edərdi. Elə ki, telefonu çı-
xardı Vahidə zəng edib, sabah Bakıya gedə-
cəyini evin açarlarını qonşu Arzu xalaya ve-
rəcəyini dedi və dərhal yatağa tərəf getdi ki,
sabahkı uzun günə hazır olsun.
177
ƏZRAYIL BAKIDA
Bir mənasız sətirmişəm,
Əzrayılı gətirmişəm,
Ölüm mənə çox yaxındı,
Mən həyata gecikmişəm.
Artıq təyyarə Bakıya yaxınlaşırdı. Bu
son bir həftənin içində bu qədər yorulması
və bir neçə saatını havada keçirməsi Nihadı
lap bezdirmişdi. Daha taqəti qalmayan ya-
zıq Nihad ölümə o qədər yaxın idi ki, am-
ma, ölmək istəmirdi. O öyrənməli idi ki,
niyə hər kəs, onun keçmişini azda olsa bilən
hər kəs ölür və ya ondan nə isə gizlədir?
Neçə vaxtdı o naməlum qadından da xəbər
yox idi. O kim idisə Nihada daim nəzarət
edən biri idi və çox haqlı idi. Nihad keç-
mişini öyrənmək istədikcə ətrafındakıları
itirirdi. Bakıya yaxınlaşan təyyarənin ca-
mından Xəzərə həsrətlə baxan Nihad ona
sual verirdi:
-Qaytar mənim Dənizimi. Xəbər et
mənə Bakı, harda gizlətmisən sevdiyimi?
178
Məyər bu qədər soyuqqanlı və sərtsən? Çox
qorxuram Bakı. Qorxuram ki, Əzrayılı
özümlə bərabər sənə gətirəm. Daha bir
ölüm xəbərinə qorxuram ki, dayanmaram.
Dəniz səni isə tapacam və nə olur olsun sa-
ğalman üçün hər şey edəcəm. Ən bahalı
xəstəxanalar, ən yaxşı həkimləri tapacam.
Təyyarə endi, Nihad hava limanından
bir taksiyə oturub polis şöbəsinə yollandı.
Yolda olarkən Dənizin nömrəsinə dayan-
madan zəng edirdi, amma, heç bir xəbər
yox idi. Eyni ton, eyni səs. Rəisin yadda qa-
lan sıfırlardan və ikilərdən ibarət nömrəsini
yığdı. Çox çəkmədi ki:
-Alo, salam rəis.
-Alo, Salam Nihad necəsən, gəlmisən?
-Sağolun mən yaxşı olmağa çalışıram.
Bağışlayın sizi də davamlı olaraq bezdiri-
rəm. Hə Bakıdayam. Elə indi gəldim.
-Yox, xoşdu. Xoş gəldin. Keç gəl şöbə-
yə bir çay içək.
-Gəlirəm, yoldayam.
-İşdi gəlsən olmasan, açarı vermişəm
179
Rüfətə ondan alarsan, cərimə meydançasın-
dadı avtomobilini götürərsən. Vaxtın azdı
bilirəm. Məni gözləməzsən heç. Get bacını
tap, nə lazım olsa nömrəmi bilirsən. Bu dəfə
də elə adama iliş ki, başın bədənin üstündə
qalsın.
-Yaxşı rəis, çox sağolun, sizə yük ol-
dum. Həyatda hər şey qarşılıqlıdı. Bu dün-
yada etdiyiniz yaxşılıqların əvəzi digərinə
qalmır. Elə bu dünyada əvəzi çıxılır.
-Sağ ol Nihad balam, sağol.
Şəhərdə olan bu avtomobil tıxacı ada-
mı lap cana gətirmişdi. Hara baxsan tikinti
idi. Binalar, yeni evlər, körpülər tikilir, vil-
lalar ucaldılırdı. Bunların hamısının sahibi
kara kostyumlu adamlar idi. Onlara ancaq
kənardan baxmaq olar. Onlara salam ver-
mək də savabdı. Onların sürdüyü avtomo-
billərin iki metr yaxınlığına sadəcə yaxın-
laşa bilərsən. Tikin, tikin, həyat sizi sökür
xəbəriniz yoxdu. Nihadın yadına dəftərində
yazdığı və çox sevdiyi bir ifadə düşdü:
“
Zaman qəbir qazdıqca, insanlar da ev
Dostları ilə paylaş: |