135
Atamı isə çox istəyərdim.
-Səni üzdüyüm üçün çox üzgünəm.
-Yox, bunları bilməyə haqqın var..
-Sıxılmırsan?
-Yox sənin yanında heç vaxt sıxılmıram.
Sən mənim qardaşımsan.
Nihad üzünü o tərəfə tutdu və əsəbi
halda deyindi: Yox bir atanam.
Çox keçmədi ki, avtomobili işə saldı və
Dənizi evə aparmaq üçün Nihad yola düşdü.
İrəlidə yolu dönərkən Rang Rover markalı
bir cip elə sürətlə avtomobilə qarşı gəlirdi ki,
Nihad sıxdığı əyləcin səsi qulaq batırdı. Ni-
had mühərriki söndürdü, aşağı düşüb cipi
sürən cavan oğlana:
-Adam kimi sür! Sürə bilmirsən sürmə
bu zibili.
Heç nə olmamış kimi avtomobildən
düşməyən qaqaş pəncərəni yarıya qədər en-
dirib:
-Sən avtomobilə təkərli ev deyirdin,
mən avtomobil sürürdüm. Körpə! Sür get.
Sən tanısan mən kiməm, qabağımda iki rükət
136
namaz qılarsan.
Nihad Range Roverin qapısını açdı, bu
cavan oğlanı əli ilə aşağı endirib it balası kimi
döyməyə başladı. Dəniz bunu görüb qaçaraq
gəldi, Nihadın əllərindən tutdu və ağlamağa
başladı. Dənizin göz yaşlarını görən Nihad
qana bulanmış əllərini cavan oğlanın üzə-
rindən çəkib, Dənizdən aldığı dəsmal ilə əllə-
rini sildi. Kənardakı avtomobildən də düşüb
gələnlər olmuşdu. Nihada Rang Roverin
nömrəsini göstərən orta yaşlı bir kişi asta
səslə Nihada pıçıldadı:
-Gec olmamış burdan qaç, oğul!
Nihad uca səslə elə qışqıra-qışqıra danı-
şırdı ki, yazıq kişi heç nə deyə bilmədi:
-Bu kimin küçüyüdü bilmirəm, getsin
qurban olsun bu qıza, öldürənə qədər döyə-
cəkdim.
Əli ilə avtomobili işarə edib, Dənizə keç
əyləş kimi işarə etdi. Və özü də avtomobilə
oturub elə qaza basdı ki, asfaltdan çıxan səsə
ətrafdakı quşlar uçuşdu. Elə az getmişdi ki,
irəlidə polislər avtomobili saxladı və qapını
137
açıb heç nə soruşmadan bizimlə gəlirsən de-
di.
Nihad əli ilə Dənizi göstərdi:
Bacımdı aparım evə sonra istədiyiniz
yerə gələrəm.
-Yox elə indicə, bacın da bizimlə gəlir.
-Onun nə günahı var axı icazə verin.
Qayıdacam. Necə insansınız?
-Kəs səsini, oğrəş. Nə bacı, o, da fahi-
şəndi yəqin.
Nihad lənət kor şeytana deyib polisə elə
bir yumruq ilişdirdi ki, polis necə yerə düş-
düsə ayağa qalxa bilmədi. Yer təmiz al qana
bürünmüşdü. Digər polislər isə Nihadı elə
döydülər ki, tərpənməyə halı yox idi. Dənizi
də, Nihadı da polis maşınına oturdub şöbəyə
apardılar.
138
ƏN BÖYÜK QATİLDİ
HƏYAT...
Deyin nəyi səhv etmişəm?
Ülgüc üstə yerimişəm,
Tək günahım demək budu:
Mən həyata gecikmişəm.
Nihad gözünü açanda dəmir barmaq-
lıqlar altında idi. Ayağa qalxdı və ilk sözü
Dəniz oldu. O qədər vurmuşdular ki, başın-
dan şiddətli bir ağrı qalxmışdı. Xidmətçi
polisi çağırdı və izahat istədi.
-Ayılmısan deyəsən qoçu. Rəis də səni
gözləyir elə. Buynuzlarını kəsəcək. Gəl.
Qapını açdı, qandallı əllərindən yapışıb
rəisin otağına tərəf apardı. Gözlə burda. Qa-
pını döydü, içəri keçdi və dərhal çıxdı. Ha-
disə olub, rəis içəridə yoxdu. Gedib hadisə
yerinə, bu gün qaldın burda. Onsuzda elə bir
qələt eləmisən ki, bir aydan az müddətdə
çıxmazsan burdan.
-Heç olmasa mənə bacım haqda danış, o
hardadır?
139
-Hə, səninlə bərabər gətirilən qız. Bir az
oturmuşdu ki, burnundan qan açıldı, qaldır-
dılar xəstəxanaya. Allah köməyiniz olsun.
-Nə? Niyə? Xahiş edirəm buraxın məni.
Ora getməliyəm.
-Nə buraxmaq? Xəstəsən? Deyirəm ən
azı bir ay burdasan, hələ oda bir az maya
versən. Yoxsa bir ildən tez çıxmassan. İt ba-
lası kimi əzdiyin bilirsən kimidi? Nazirin
oğlu. Hələ döydüyün polis.. Eee getdi sənin
azadlığın.
-Əcəb eləmişəm, yenə olardı yenə dö-
yərdim. Özlərini yer üzünün padşahı sayır-
lar. Ya peyğəmbərdilər? Bəlkə elədi biz
bilmirik? Hər kimdi, xahiş edirəm heç olmasa
icazə verin zəng edim.
-Yaxşı, amma, beş dəqiqən var. Rəis bil-
sə məni işdən çıxarar, amma, qardaşsan mə-
nim də bacım var, ürəyim yandı. Cəmi beş
dəqiqə, heç kim bilməsin ha.
-Sağol, çox sağol.
Nihad dərhal Dənizin nömrəsini yığdı, am-
ma, xəttin digər tərəfindən:
140
-Zəng etdiyiniz nömrəyə zəng çatmır,
telefon ya söndürülüb ya da əhatə dairəsi xa-
ricindədi.
-Nihad dərhal Rəşadın mobil nömrəsini
yığdı və o zaman da eyni tonu eşidəndə az
qaldı başına hava gəlsin. Birdən yadına neh-
rəmli Vahid düşdü, tez ona zəng etdi ki, Rə-
şadı tapsın və olan bitəni ona danışsın. Ahan
deyəsən bu çağırırdı.
-Alo, Vahid mənəm Nihad, Rəşad har-
dadı?
-Alo, qırıq səslərlə, hardasan? Niyə tele-
fonuna zəng çatmır? Səhərdən sənə əlli dəfə
zəng eləmişəm. Qayıt Naxçıvana, Rəşad özü-
nü asıb.
-Nə?
Telefonun dəstəyi necə əlindən yerə
düşdüsə nəzarətçi dik atıldı. Və ardınca Ni-
had da özünü saxlaya bilmədi və yerə ya-
pışdı.
Ayılanda əlini başına qoydu və uşaq
kimi ağlamağa başladı. Axı niyə? Niyə belə
olmalı idi. Axı Rəşad onun ən yaxın dost və
Dostları ilə paylaş: |